Məhkəmə qərarları › İş №2(006)-1076/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1076/2024

02.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1076/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4900 manat pulun alınaraq, İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 33 sot torpaq sahəsi və üzərində tikilmiş 397,8 kv.m olan ev X6 məxsus olmuşdur. Yəni ev mülkiyətində olsa da, 33 sot torpaq sahəsi dövlətə məxsus olsa da, hasarın içində istifadəsində olmuşdur. X1 Cavabdeh1 etibarnamə vermiş, sonuncu həmin etibarnamədən sui-istifadə edərək həm evi, həm də 33 sot dövlət torpağını ayrı-ayrı şəxslərə müxtəlif qiymətlərə satır. İddiaçı torpaq sahəsi almaq istəyəndə digər Cavabdeh2 ona bildirmişdir ki, yuxarıd qeyd olunan ünvanda Cavabdeh1 3,5 sot torpaq sahəsini 4900 manata satır. İddiaçı razılaşandan sonra 16 iyun 2017-ci il tarixdə cavabdehlərlə Binə qəsəbəsində yerləşən 31 sayı notariat ofisində görüşüblər. Cavabdeh1 sözü gedən torpaq sahəsinə dair iddiaçıya 2 ilə etibarnamə verib. Bildirdi ki, həmin etibarnamə ilə torpağı özəlləşdirə bilər. İddiaçı da inanaraq, onun müqabilində 4900 manat pulu Mizəhəsənə, o isə həmin pulu Alimə verib. İddiaçı təxminən 2020-ci ildə atası xəstə olduğu üçün həmin torpağı satmaq istəyib. Sonra məlum oldu ki, Cavabdeh1 həmin torpağı yenidən onun xəbəri olmadan başqa şəxsə satıb. İddiaçı bunu 2020-ci ildə bilmiş, bu barədə dövlət orqanlarına, polis və prokurorluğa dəfələrlə ərizə ilə müraciət etsə də, bildiriblər ki, məhkəməyə müraciət etməlidir. Sonradan məlum oldu ki, Alim dələduzluq edərək, həmin torpaqları etibarnamə ilə bir neçə şəxsə satıb. İddiaçı pulunu hər iki cavabdehdən dəfələrlə istəsə də, onlar həmişə boyun qaçırıblar. Hətta Alim alqı-satqı müqaviləsində ərizə yazıb bildirib ki, yaranmış problemi özü həll edəcəkdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, əvvəllər bankda filial müdiri işləmişdir. Mirzəhəsəni ortaq tanışları vasitəsilə tanımışdır. Mirzəhəsən dəfələrlə onu aldatmış, ondan pul almış, qaytarmamışdır. O, Mirzəhəsənin yerinə bankdan kredit rəsmiləşdirmiş, sonra həmin pulu özü ödəməyə məcbur olmuşdur. Bundan başqa Mirzəhəsənə poçt vasitəsilə pul göndərmişdir. Mirzəhəsən onun kimi çox insanları aldatmış, onlardan pul alıb, qaytarmamışdır. Mübahisəli torpaq sahəsi ilə bağlı bildirmişdir ki, Sərhad adlı şəxsin ona pul borclu olduğu üçün torpağa dair ona etibarnamə vermişdir. Həmin etibarnamə əsasında o, həmin evi torpaqla birlikdə İsa adlı şəxsə satmışdır. Sonradan İsa ona demişdir ki, ona təcili pul lazımdır, torpağın bir hissəsini satsın. O da bu barədə Mirzəhəsənə demişdir. Mirzəhəsən ev alqı-satqısı ilə məşğul olduğundan ona müştəri tapdığını bildirmişdir. Mirzəhəsənə demişdir ki, İsanın avtomobilinin təmiri üçün təcili pul lazımdır. Mirzəhəsən də Azad adlı şəxsin torpağı almaq istədiyini bildirmişdir. Lakin o, Mirzəhəsənin təkidi ilə həmin adamın adına etibarnamə versə də, Mirzəhəsən onu aldatmış, ona pul verməmişdir. Belə ki, Mirzəhəsən ona demişdir ki, həmin şəxs neft sahəsində çalışır və 15 gündən sonra gəlib pulu ödəyəcək. O, Mirzəhəsənə etibar edərək həmin şəxsin adına etibarnamə vermişdir. Sonradan isə Mirzəhəsən ona pulu ödəmədiyindən o, etibarnaməni ləğv etdirmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, o, Alimi uzun illərdir k, tanıyır, onunla həmyerlidir. Lakin o, özü Bakı şəhərində yaşayır və ev alqı-satqısı ilə bəzən məşğul olur. Alim ona demişdir ki, 5 sot torpaq sahəsi satır, o da həmin 5 sot torpaq üçün 2 müştəri tapmışdır. 3 sotu almaq istəyən bir müştərinin olduğunu Alimə demiş, Alimlə həmin şəxs arasında vasitəçilik edərək torpağın alınması üçün Azad adlı şəxsdən ilk dəfə iyun ayında 2450 manat, sonra isə təxminən 3 ay sonra 3000 manat məbləğində pulu alaraq Alimə vermiş, Alim də öz növbəsində həmin şəxsin adına torpağa dair etibarnamə vermişdir. Alim ilkin məbləği, yəni 2450 manatı aldığı gün Azadın adına etibarnamə vermişdir. Alim həmin puldan ona vasitəçilik etdiyi üçün 100 manat pul vermişdir. Sonradan Azad gəlib ona demişdir ki, Alim etibarnaməni ləğv edib. O, isə bu barədə məlumatı olmadığını bildirmişdir. Bildirir ki, Alim həmin torpağa dediyi qiymətə görə pulu o, Azaddan alaraq Alimə vermişdir. İş materialları: xx.xx.2017-ci il tarixli, 538104 saylı etibarnamənin surətindən görünür ki, X13 DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, reyestr nömrəsi **********81-10301, qeydiyyat nömrəsi 111506403- olan hüquqların Dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsi, ev 59-da yerləşən ümumi sahəsi 397,8 kv.m fərdi yaşayış evinin Texniki pasportunda istifadədə olan faktiki 0.10950 ha torpaq sahəsini özəlləşdirməyi, yeni çıxarış almağı, özəlləşdirildikdən sonra yalnız 0.035 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyi və digər bütün hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Bu etibarnaməni X13 adından onun nümayəndəsi Cavabdeh1 imzalamışdır. Etibarnamə 2 il 14 gün müddətinə verilib və xx.xx.2019-cu il tarixədək qüvvədədir. Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı 2017-ci ildə Cavabdeh1 4900 manata aldığı torpaq sahəsi ilə bağlı aldansa da, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2015-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X11 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 397,8 kv.m, yaşayış sahəsi 194,4 kv.m, yardımçı sahəsi 203,4 kv.m olan 6 otaqlı fərdi yaşayış evini X2. Bu müqaviləni X5 əvəzinə xx.xx.2015-ci il tarixli 16944 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 imzalamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestrindən MA- №0331379 saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsi, ev 59-da yerləşən, ümumi sahəsi 397,8 kv.m olan fərdi yaşayış evi X5 xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyətindədir. xx.xx.2015-ci il tarixli, 301 №-li Binə Qəsəbə Nümayəndəliyinin məktubunun surətindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, X6 məxsus MA-№ ******* saylı çıxarışlı Vaqif küçəsi, ev 59 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evdə pasport qeydiyyatda olanlar barədə Binə qəsəbə nümayəndəliyində heç bir məlumat yoxdur. xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, X5 tam mülkiyyətində olan xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsi, ev 59-da yerləşən fərdi yaşayış evi üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb. xx.xx.2015-ci il tarixli ərizəyə əsasən, satıcı X11 (nümayəndəsi Cavabdeh1) ilə alıcı X13 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsi, ev 59-da yerləşən fərdi yaşayış evinin 75000 (yetmiş beş min) manat qiymətə satılması barədə razılığa gəlmişlər. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan görünür ki, mülkiyyətçi X7 adından çıxış edən Cavabdeh1 tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixdə verilmiş etibarnaməyə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 Cavabdeh1 (X13 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyə üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işdə şahid qismində dindirilmiş Həsənov X3 Alim Sadıx oğlunun ona müraciət edərək mübahisəsi gedən torpaq sahəsinin beş sotunu 8500 manata satmağını istəmişdir. O da Cavabdeh1 verdiyi etibarnamə əsasında həmin torpağın beş sotunu 8500 manat satmış, lakin sonradan torpağın dövlət mülkiyyətində olması məlum olmuş və Alimdən etibarnamələr üçün çəkdiyi xərcləri və 8500 manat pulu tələb etsə də, Alim pulları geri qaytarmamışdır. Həmin iş üzrə şahid qismində dindirilmiş İddiaçı da Cavabdeh1 şəxsən tanımadığını bildirmiş, sadəcə olaraq ondan torpaq aldığını, sonradan isə torpağın sənədlərində problem olmasını və etibarnamələrin ləğv edildiyini bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış X4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh2 ona qarşı etibarından sui-istifadə edərək maddi ziyan vurmuşdur. İddiaçı Cavabdeh2 və Cavabdeh1 pul verməsi prosesində iştirak etməmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış X10 məhkəmə iclasında ifadə verərək eyni qaydada bildirmişdir ki, Cavabdeh2 ona qarşı da etibarından sui-istifadə edərək zərər vurmuşdur. İddiaçı Cavabdeh2 və Cavabdeh1 pul verməsi prosesində iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də daxildir. 326-cı maddəsinə əsasə birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsin əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmənin qiymətləndirməsi: İlk növbədə məhkəmə işin faktiki halları ilə bağlı qeyd edir ki, Cavabdeh1 ona verilmiş etibarnamə əsasında İsa Süleymanovun adından müəyyən torpaq sahəsinin başqa şəxslərə satılmasında səlahiyyətli olmuşdur. Bu istiqamətdə Cavabdeh1 özünün də bildirdiyi kimi İsa Süleymanova təcili pul lazım olduğu üçün torpaq sahəsinin müəyyən hissəsini satmaq zərurəti yaranmışdır və o, həmin torpaq sahəsini Cavabdeh2 təklifi ilə İddiaçı etibarnamə verməklə satmışdır. Lakin hazırda iddiaçı həmin torpaq sahəsi müqabilində cavabdehlərə vermiş olduğu 4900 manat məbləğində pulun ona qaytarılmasını tələb edir, Cavabdeh2 həmin məbləğdə pulu İddiaçı almasını və Cavabdeh1 verməsini bildirsə də, Cavabdeh1 isə ona heç bir məbləğdə pul verilmədiyini bildirərək, qəti şəkildə bu tələbi qəbul etməmişdir. Məhkəmə iclasında tərəflərin izahatları və təqdim edilmiş sübutlarla müəyyən edilən hallar ondan ibarətdir ki, Cavabdeh1 ona İsa Süleymanov tərəfindən verilmiş etibaramə əsasında İddiaçı DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, reyestr nömrəsi **********81-10301, qeydiyyat nömrəsi 111506403- olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən İsa Süleymanova məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsi, ev 59-da yerləşən ümumi sahəsi 397,8 kv.m fərdi yaşayış evinin Texniki pasportunda istifadədə olan faktiki 0.10950 ha torpaq sahəsini özəlləşdirməyi, yeni çıxarış almağı, özəlləşdirildikdən sonra yalnız 0.035 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyi və digər bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlər xx.xx.2017-ci il tarixdən etibarən 2 il 14 gün, yəni xx.xx.2019-cu il tarixədək verilmişdir. Lakin məlum olduğu kimi etibarnamə xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Hər bir halda məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən mübahisəli torpaq sahəsinin satılması, satışda Cavabdeh2 vasitəçilik etməsi və həmçinin də həmin torpaq sahəsinin İddiaçı etibarnamə əsasında satılması işin faktiki və mübahisəsiz hallarıdır. İşin mübahisəli halı İddiaçı həmin torpağa görə Cavabdeh2 vasitəsilə Cavabdeh1 pul verməsidir ki, bununla bağlı məhkəmə biri digəri ilə əlaqəli olan 3 məqamı qeyd etməyi zəruri hesab edir. Birinci halı elə yuxarıda qeyd edilən işin mübahisəsiz halı təşkil edir ki, Cavabdeh1 torpaq sahəsini İsa Süleymanova təcili pul lazım olduğu üçün satmasını, bunun üçün Cavabdeh2 müraciət etməsini və Cavabdeh2 müştəri tapmasını bildirir. İkinci məqam ondan ibarətdir ki, Cavabdeh1 həmin torpaq sahəsinə dair İddiaçı adına etibarnamə vermişdir. Həmçinin həmin etibarnamədə müddət olaraq 2 il 14 gün müəyyən edilmişdir. Bundan başqa isə tərəflər arasında bu münasibətlərin yaranması həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsində müəyyən edilmiş hallarla da təsdiq olunur. Məhkəmə vurğulayır ki, Cavabdeh1 tərəfindən İddiaçı adına verilmiş etibarnamə birtərəfli əqd olsa da, həmin əqdlə ötürülən səlahiyyətlər həmçinin təmsil edənin özünə də münasibətdə torpağın 0,035ha sahəsinə hüquq yaratmasını nəzərdə tutan əqd olmuşdur. Buna görə də tərəflər arasında münasibətlərə sırf İddiaçı təmsilçilik üçün etibarnamə verilməsi çərçivəsində deyil, onun özünə münasibətdə də hüquqların yaranması kontekstində qiymət verilməlidir. Bu isə bir şəxs tərəfindən digər şəxsə münasibətdə hüquqların yaranmasına əsas verən etibarnamənin verilməsini tərəflər arasında təmsilçilik münasibətləri deyil, həmçinin qarşılıqlı hüquq və vəzifələri əmələ gətirən müqavilə münasibətləri hesab etməyə əsas verir. Məhkəmə Cavabdeh1 sanki Cavabdeh2 onu aldadaraq etibarnamə verməsi, torpağın satılması müqabilində ona pul verilmədiyinə dair dəlilləri ilə bağlı bildirir ki, pulun verilməsinin ilkin sübutu elə həmin etibarnamənin və dəqiqliklə göstərilmiş səlahiyyətlərin ötürülməsidir. Əgər cavabdehin iddia etdiyi ona həmin məbləğdə pul verilməmişdirsə, Cavabdeh1, üstəlik də mülkiyyətçi İsa Süleymanova təcili olaraq pul lazım olduğu bir məqamda belə bir etibarnamə verməsinə başqa əsas ola bilməzdi. Sonradan, yəni təxminən etibarnamə xx.xx.2017-ci il tarixdə verildikdən 1 il 4 ay keçdikdən sonra etibarnaməyə xx.xx.2018-ci il tarixdə xitam verilməsi məhkəmə tərəfindən heç də Cavabdeh1 pul verilməməsi kimi qiymətləndirilmir. Məhkəmə tərəflər arasında həmin etibarnamənin verilməsinə qədər yaranmış münasibətləri, aparılmış danışıqları, bu kimi münasibətlərdə təşəkkül tapan işgüzar adətləri, onların mahiyyətini və nəticələrini nəzərə alır. Məhkəmə hesab edir ki, ididaçının istinad etdiyi hallar aparılmış məhkəmə araşdırması zamanı tərəflərin izahatları, təqdim edilmiş mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə Cavabdeh1 sanki onun Cavabdeh2 tərəfindən aldadılaraq İddiaçı adına etibarnamə verməsinə dair gətirdiyi dəlilləri qəbul etmir və bildirir ki, mövcud işgüzar adətlərə əsasən şəxslər arasında daşınmaz əmlakla bağlı səlahiyyətlərin ötürülməsi üçün etibarnamələrin verilməsi əksər hallarda məhz razılaşdırılmış pul məbləğinin verilməsi fonunda baş verir.Əks halda nə belə bir səlahiyyət, habelə təmsil edənin özünə münasibətdə hüquqlar yaradan səlahiyyətlər ötürülmür, nə də ki,verilmiş etibarnamə 1 il 4 ay müddətində qüvvədə saxlanılmır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 100 manat və Cavabdeh1n 4800 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 100 (yüz) manat və Cavabdeh1n 4800 (dörd min səkkiz yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar