Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-110/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qıznın katibliyi ilə İddiaçı Cavabdehnə qarşı «qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə ərizə ilə müraciət edərək tərəflər arasında razılıq əldə olunaraq barışıq sazişinin bağladığını bildirmişlər və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş tərəflər arasında bağlanmış 03 iyun 2022-ci il tarixli barışıq sazişinin və əlavənin şərtlərinə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı iddiası üzrə tərəflər aşağıdakıları öz üzərinə götürürlər: 1) Tərəflərin birgə iştirakı ilə Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun küçəsi, Ş.Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsində Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən inşa edilən 2 saylı yaşayış binasının 3-cü girişində yerləşən qeyri-yaşayış sahəsində ölçü işləri aparılmaqla, ölçünün qeyriyaşayış sahəsinin çöl divarlarının ortasından hesablamaqla faktiki sahənin 146 kv.m olmasını təsdiqləyirlər. 2) Tərəflər razılaşırlar ki, onlar arasında bağlanmış 03 mart 2018-ci il tarixli müqaviləyə Əlavədə göstərilən şərtlər əsasında İddiaçı qeyd olunan 11.200 manatı ödəyir və 2 saylı yaşayış binasının 3-cü girişində yerləşən 146 kv.m qeyri-yaşayış sahəsini qəbul edir. "xxxx" MTK-nın sədri X1 isə İddiaçı 11.200 manat ödənişi qəbul edir, heç bir borcu olmaması barədə maliyyə arayışı verir və 2 saylı yaşayış binasının 3-cü girişində yerləşən 146 kv.m qeyri-yaşayış sahəsini İddiaçı təhvil verir. 3) Tərəflər aralarında bağlanmış 03 mart 2018-ci il tarixli müqavilənin və 03 iyun 2022-ci il tarixdə bağlanmış 03 mart 2018-ci il tarixli müqaviləyə Əlavənin şərtlərini qəbul edirlər və gələcəkdə qeyd olunan məsələ ilə bağlı bir-birilərinə qarşı heç mübahisə açmayacaqlarını və məhkəmədə biri digərinə qarşı iddia tələbi ilə çıxış etməyəcəklərini öhdələrinə götürürlər. Həmçinin tərəflər arasında bağlanmış 03 mart 2018-ci il tarixli müqaviləyə əlavənin şərtlərinə əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı iddiası üzrə tərəflər aşağıdakıları öz üzərinə götürürlər: 1) İddiaçı 4.0 kv.m. sahənin dəyərini-22. 000 (4 kv x 5.500) manat məbləğində pulu Cavabdeh MTK-ya ödəmir. 2) O cümlədən, İddiaçı “Pilot İnşaat-A" MTK-ya ümumi borcdan qalan qalıq 800 manat məbləğində borcu ödəmir və ona güzəşt edilir. Ümumi ödəmədiyi məbləğ 22, 800 manat təşkil edir. 3) İddiaçı ümumi bocundan qalan cəmi 11,200 manat məbləğində pul Cavabdeh MTK-ya əlavə imzalandığı anda ödəyir. 4) Tərəflər qeyri-yaşayış sahəsini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 2 saylı binanın 3-cü girişində 146 kv.m.-dən ibarət olduğunu təsdiqləyirlər. 5) Tərəflər təsdiq edirlər ki, bu müqaviləyə əlavə imzalanan ana kimi aralarında hər hansı ödənilməmiş kirayə pulu və digər ödəniş məbləği qalmır. 6) Bu müqaviləyə əlavə ilə bağlı yarana biləcək hər hansı mübahisə əsas müqavilənin şərtləri çərçivəsində baxılacağını təsdiqləyirlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı «qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən təhvil verilməsi» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 03 iyun 2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1) Tərəflərin birgə iştirakı ilə Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun küçəsi, Ş.Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsində Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən inşa edilən 2 saylı yaşayış binasının 3-cü girişində yerləşən qeyri-yaşayış sahəsində ölçü işləri aparılmaqla, ölçünün qeyriyaşayış sahəsinin çöl divarlarının ortasından hesablamaqla faktiki sahənin 146 kv.m olmasını təsdiqləyirlər. 2) Tərəflər razılaşırlar ki, onlar arasında bağlanmış 03 mart 2018-ci il tarixli müqaviləyə Əlavədə göstərilən şərtlər əsasında İddiaçı qeyd olunan 11.200 manatı ödəyir və 2 saylı yaşayış binasının 3-cü girişində yerləşən 146 kv.m qeyri-yaşayış sahəsini qəbul edir. "xxxx" MTK-nın sədri X1 isə İddiaçı 11.200 manat ödənişi qəbul edir, heç bir borcu olmaması barədə maliyyə arayışı verir və 2 saylı yaşayış binasının 3-cü girişində yerləşən 146 kv.m qeyri-yaşayış sahəsini İddiaçı təhvil verir. 3) Tərəflər aralarında bağlanmış 03 mart 2018-ci il tarixli müqavilənin və 03 iyun 2022-ci il tarixdə bağlanmış 03 mart 2018-ci il tarixli müqaviləyə Əlavənin şərtlərini qəbul edirlər və gələcəkdə qeyd olunan məsələ ilə bağlı bir-birilərinə qarşı heç mübahisə açmayacaqlarını və məhkəmədə biri digərinə qarşı iddia tələbi ilə çıxış etməyəcəklərini öhdələrinə götürürlər. İddiaçı Cavabdehnə qarşı «qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən təhvil verilməsi» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 03 mart 2018-ci il tarixli müqaviləyə əlavə aşağıdakı şərtlərlə təsdiq edilsin: 1) İddiaçı 4.0 kv.m. sahənin dəyərini-22 000 (4 kv x 5.500) manat məbləğində pulu Cavabdeh MTK-ya ödəmir. 2) O cümlədən, İddiaçı “Pilot İnşaat-A" MTK-ya ümumi borcdan qalan qalıq 800 manat məbləğində borcu ödəmir və ona güzəşt edilir. Ümumi ödəmədiyi məbləğ 22 800 manat təşkil edir. 3) İddiaçı ümumi bocundan qalan cəmi 11 200 manat məbləğində pul Cavabdeh MTK-ya əlavə imzalandığı anda ödəyir. 4) Tərəflər qeyri-yaşayış sahəsini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 2 saylı binanın 3-cü girişində 146 kv.m.-dən ibarət olduğunu təsdiqləyirlər. 5) Tərəflər təsdiq edirlər ki, bu müqaviləyə əlavə imzalanan ana kimi aralarında hər hansı ödənilməmiş kirayə pulu və digər ödəniş məbləği qalmır. 6) Bu müqaviləyə əlavə ilə bağlı yarana biləcək hər hansı mübahisə əsas müqavilənin şərtləri çərçivəsində baxılacağını təsdiqləyirlər. Məhkəmə həmçinin barışıq sazişinin 4-cü bəndi üzrə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə müraciət etmək hüququ heç bir halda məhdudlaşdırıla bilməz və bu kimi saziş bəndi bağlandığı andan etibarsız hesab etməyə əsas verdiyindən sazişin 4-cü bəndinin təsdiq edilməsi məhkəmə tərəfindən təmin edilə bilməz. Digər bənd olan 5-ci bənd isə sazişin məhkəməyə göndərilməsi ilə bağlı razılaşmadırki, həmin razılaşma zatən məhkəməyə göndərilmiş və yenidən təsdiqinə zərurət qalmadığından sazişin 5-ci bəndi də prosessual qənaət prinsipini nəzərə almaqla məhkəmə tərəfindən təsdiq oluna bilməz. İddiaçı Cavabdehnə qarşı «qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-110/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-110/2022
11.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver