Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1115/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilkin; qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq 75.000 ABŞ dolları məbləğində pulun və 418 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinəiddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı 7200 ABŞ dolları məbləğində pulun və 129 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil2 Qubad qızı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil1 məhkəməyə ərizələr təqdim edərək, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunmasını, həmçinin ilkin və qarşılıqlı iddia ərizələri üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, mülki iş üzrə tərəflər (İddiaçı, Cavabdeh1 və Cavabdeh2) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir: «Bu Barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaq): İddiaçı (bundan sonra “İddiaçı” adlandırılacaq) və Cavabdeh2 və Cavabdeh1 (bundan sonra “Cavabdehlər” adlandırılacaq) (bundan sonra bu Sazişdə İddiaçı və Cavabdehlər birlikdə “Tərəflər”, ayrılıqda isə “Tərəf” adlandırılacaqlar) aralarında 03 iyul 2024-cü il tarixdə Bakı şəhərində aşağıdakılara dair Saziş bağlanılmışdır: Nəzərə alaraq ki: a) İddiaçı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müştərək qaydada 75 000 (yetmiş beş min) ABŞ dolları pulun, ödənilmiş dövlət rüsumu 418 (dörd yüz on səkkiz) manat pulun alınaraq iddiaçı X1 verilməsi barədə ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. b) Cavabdehlər qarşlıqlı iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ilk iddia üzrə iddiaçı X2 Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müştərək qaydada 75 000 (yetmiş beş min) ABŞ dolları pulun, ödənilmiş dövlət rüsumu 418 (dörd yüz on səkkiz) manat pulun alınaraq iddiaçı X1 verilməsi barədə iddia tələbi tam rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi və 7200 (yeddi min iki yüz) ABŞ dolları və 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh2 və Cavabdeh1 xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. c) Hal-hazırda mübahisə üzrə 2-(006)-1115/2024 nömrəli mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır. ç) Tərəflər yaranmış mübahisəni məhkəmədənkənar həll etmək məqsədilə aralarında razılığa gələrək barışıq etmək niyyətindədirlər. Tərəflər aşağıdakılar barədə razılaşırlar:
1. Cavabdehlər 04 noyabr 2024-ci il tarixədək İddiaçıya 10000 (on min) ABŞ dolları məbləğində pul ödəyirlər. Qrafikə uyğun olaraq: 1) 04 iyul 2024-cü il – 2000 (iki min) ABŞ dolları 2) 04 avqust 2024-cü il – 2000 (iki min) ABŞ dolları 3) 04 sentyabr 2024-cü il – 2000 (iki min) ABŞ dolları 4) 04 oktyabr 2024-cü il – 2000 (iki min) ABŞ dolları 5) 04 noyabr 2024-cü il - 2000(iki min) ABŞ dolları
2. Bu Sazişin 1-ci bəndində göstərilən məbləğin ödənilməsi istisna olmaqla, qalan iddia tələblərindən İddiaçı imtina edir.
3. Bu Sazişin 1-ci bəndində göstərilən məbləğin ödənilməsi istisna olmaqla, qalan iddia tələblərindən Cavabdehlər imtina edir.
4. Tərəflər razılaşır ki, bundan sonra Tərəflərin bir-birinə qarşı Müqavilədən irəli gələn öhdəliklər üzrə hər hansı tələb irəli sürmək və ya digərinin üzərinə vəzifə qoymaq hüququ yoxdur.
5. Bu Saziş burada qeyd olunan mübahisəli məsələlərə dair Tərəflərin tam razılığını əhatə edir və mübahisəli məsələlərə dair əvvəlki saziş və razılaşmalardan üstündür. Bu Sazişə əsasən heç bir Tərəf hər hansı mübahisəli olmuş hüquq, iddia və tələblərə istinad etməməlidir və Tərəflər üçün yalnız bu Sazişdə təsbit edilənlər etibarlı hesab olunur. Bu Saziş ilə həmçinin onun qüvvəyə mindiyi tarixdə Tərəflərə məlum olmayan hüquq, iddia və tələblər həll olunur.
6. Tərəflər razılaşır ki, bu Sazişin müddəalarını, həmçinin Tərəflər arasında bütün mübahisəli hüquq və iddiaları tam olaraq məxfi saxlayacaqlar və yalnız bu Sazişin icrası üçün edilən açıqlama istisna olmaqla heç bir üçüncü şəxsə açıqlamayacaqlar.
7. Bu Sazişə hər hansı əlavə və ya dəyişiklik yalnız hər iki Tərəfin razılaşdırdığı və imzaladığı sənəd əsasında edilə bilər.
8. X4 imzalandığı tarixdən qüvvəyə minir və müddətsiz olaraq qüvvədədir.
9. Bu Saziş azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan dörd nüsxədə tərtib edilir və imzalanır. Sazişin bir nüsxəsi İddiaçıda, iki nüsxəsi Cavabdehlərdə, bir nüsxəsi isə Bakı şəhəri Nəsimi Rayon Nəsimi Məhkəməsində saxlanılır.». Məhkəmə təqdim edilən ərizələri, iş materiallarını və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, tərəflərin ərizələri təmin edilməli və barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0 və 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-262.5-ci maddələrinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə barışıq sazişini tədqiq edərək belə qəanətə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, ona görə də tərəflərin ərizələri təmin edilməli, barışıq sazişi təsdiq edilməli, habelə ilkin və qarşılıqlı iddia ərizələri üzrə mülki işin icraata xitam verilməlidir. Həmçinin, tərəflərə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Ərizələr təmin edilsin. Hazırkı mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: «Bu Barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaq): İddiaçı (bundan sonra “İddiaçı” adlandırılacaq) və Cavabdeh2 və Cavabdeh1 (bundan sonra “Cavabdehlər” adlandırılacaq) (bundan sonra bu Sazişdə İddiaçı və Cavabdehlər birlikdə “Tərəflər”, ayrılıqda isə “Tərəf” adlandırılacaqlar) aralarında 03 iyul 2024-cü il tarixdə Bakı şəhərində aşağıdakılara dair Saziş bağlanılmışdır: Nəzərə alaraq ki: a) İddiaçı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müştərək qaydada 75 000 (yetmiş beş min) ABŞ dolları pulun, ödənilmiş dövlət rüsumu 418 (dörd yüz on səkkiz) manat pulun alınaraq iddiaçı X1 verilməsi barədə ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. b) Cavabdehlər qarşlıqlı iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ilk iddia üzrə iddiaçı X2 Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müştərək qaydada 75 000 (yetmiş beş min) ABŞ dolları pulun, ödənilmiş dövlət rüsumu 418 (dörd yüz on səkkiz) manat pulun alınaraq iddiaçı X1 verilməsi barədə iddia tələbi tam rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi və 7200 (yeddi min iki yüz) ABŞ dolları və 129 (yüz iyirmi doqquz) manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh2 və Cavabdeh1 xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. c) Hal-hazırda mübahisə üzrə 2-(006)-1115/2024 nömrəli mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatındadır. ç) Tərəflər yaranmış mübahisəni məhkəmədənkənar həll etmək məqsədilə aralarında razılığa gələrək barışıq etmək niyyətindədirlər. Tərəflər aşağıdakılar barədə razılaşırlar:
1. Cavabdehlər 04 noyabr 2024-ci il tarixədək İddiaçıya 10000 (on min) ABŞ dolları məbləğində pul ödəyirlər. Qrafikə uyğun olaraq: 1) 04 iyul 2024-cü il – 2000 (iki min) ABŞ dolları 2) 04 avqust 2024-cü il – 2000 (iki min) ABŞ dolları 3) 04 sentyabr 2024-cü il – 2000 (iki min) ABŞ dolları 4) 04 oktyabr 2024-cü il – 2000 (iki min) ABŞ dolları 5) 04 noyabr 2024-cü il - 2000(iki min) ABŞ dolları
2. Bu Sazişin 1-ci bəndində göstərilən məbləğin ödənilməsi istisna olmaqla, qalan iddia tələblərindən İddiaçı imtina edir.
3. Bu Sazişin 1-ci bəndində göstərilən məbləğin ödənilməsi istisna olmaqla, qalan iddia tələblərindən Cavabdehlər imtina edir.
4. Tərəflər razılaşır ki, bundan sonra Tərəflərin bir-birinə qarşı Müqavilədən irəli gələn öhdəliklər üzrə hər hansı tələb irəli sürmək və ya digərinin üzərinə vəzifə qoymaq hüququ yoxdur.
5. Bu Saziş burada qeyd olunan mübahisəli məsələlərə dair Tərəflərin tam razılığını əhatə edir və mübahisəli məsələlərə dair əvvəlki saziş və razılaşmalardan üstündür. Bu Sazişə əsasən heç bir Tərəf hər hansı mübahisəli olmuş hüquq, iddia və tələblərə istinad etməməlidir və Tərəflər üçün yalnız bu Sazişdə təsbit edilənlər etibarlı hesab olunur. Bu Saziş ilə həmçinin onun qüvvəyə mindiyi tarixdə Tərəflərə məlum olmayan hüquq, iddia və tələblər həll olunur.
6. Tərəflər razılaşır ki, bu Sazişin müddəalarını, həmçinin Tərəflər arasında bütün mübahisəli hüquq və iddiaları tam olaraq məxfi saxlayacaqlar və yalnız bu Sazişin icrası üçün edilən açıqlama istisna olmaqla heç bir üçüncü şəxsə açıqlamayacaqlar.
7. Bu Sazişə hər hansı əlavə və ya dəyişiklik yalnız hər iki Tərəfin razılaşdırdığı və imzaladığı sənəd əsasında edilə bilər.
8. X4 imzalandığı tarixdən qüvvəyə minir və müddətsiz olaraq qüvvədədir.
9. Bu Saziş azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan dörd nüsxədə tərtib edilir və imzalanır. Sazişin bir nüsxəsi İddiaçıda, iki nüsxəsi Cavabdehlərdə, bir nüsxəsi isə Bakı şəhəri Nəsimi Rayon Nəsimi Məhkəməsində saxlanılır.». İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair ilkin; qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işin icraatına xitam verilsin. İlkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 418 (dörd yüz on səkkiz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə İddiaçı; qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 129,60 (bir yüz iyirmi doqquz manat altmış qəpik) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova