Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1150/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehna qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehna qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 149 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli, 8i-1527 reyesetr nömrəli icra qeydinin ləğv edilməsinə və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 49 saylı notariat ofisinin X8 tərəfindən tərtib və təsdiq edilmiş 20 noyabr 2024-cü il tarixli icra qeydi ilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə istinadən ondan bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən hazırki iddia tələbi üzrə İİİ şəxs Bank Respublika ASC-nin xeyrinə 24327 manat 44 qəpik məbləğində pulun və bundan əlavə ondan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 24352 manat 44 qəpik pulun tutulması təklif olunmuşdur. (xx.xx.2024-cü il tarixli, 8i- 1527 reyestr N-li İcra qeydi). Sözügedən icra qeydinin verilməsi və icraya yönəldilməsi barədə ona bank əməkdaşları tərəfindən mobil telefon vasitəsilə məlumat verilmişdir. Daha sonra o, Nəsimi Rayon İcra şöbəsindən icra qeydini və icraata başlamaq haqqında qərarın surətini almışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, 49 saylı notariat ofisinin xüsusi notariusu X4 xx.xx.2024-cü il tarixli, 8i-1527 nömrəli reyestr qeydiyyatlı “icra qeydi” qanunsuz olduğundan ləğv edilməlidir. Əvvəla nəzərə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»a əsasən Tələbkar şəxs icra qeydinin verilməsindən əvvəl borcluya bildiriş göndərməli və həmin bildirişin çatmasını təsdiq edən poçt qəbzini notariusa digər sənədlərlə birgə göndərməlidir. Lakin qeyd edilən bildiriş ona çatmamışdır və bu barədə Bank tərəfindən ona məlumat verilməmişdir. Belə iş materiallarına nəzər saldıqdan sonra məlum olur ki, Bank bildiriş göndərmiş, lakin həmin poçt qəbzində “qapı bağlıdır” kimi qeyd aparılmışdır. Bildirmək istəyir ki, həmin bildirişi qəbul edə bilmədiyi üçün ona öz etirazını bildirmək imkanı olmamışdır. Qanunvericilikdə isə həmin qəbzin ona çatdırıldıqdan sonra ona etirazını bildirmədiyi təqdirdə notairusa müraciət etməyin mümükün olduğu göstərilmişdir. Əlavə olaraq onu da qeyd edir ki, bank əməkdaşları onunla mütəmadi əlaqə saxlamaqlarına baxmayaraq qeyd olunan xx.xx.2024-cü il tarixli pretenziya və bildiriş məktubu barədə heç bir məlumat verməmişdir. Halbuki İcra qeydinin verildiyi gün onunla əlaqə saxlamışlar. Buradan da belə məlum olur ki, bank tərəfindən bu hala bilərəkdən şüurlu şəkildə yol verilmişdir. İcra qeydi forma və məzmunca düzgün tərtib edilməməklə bərabər həmçinin əsassız qəbul edilmişdir. Belə ki, Nəsimi Rayon İcra şöbəsinə verilmiş icra qeydinə nəzər salınsa, 24352 manat 44 qəpik hesablanmış borc məbləğinin yalnız onun tərəfindən ödənilməsi qeyd olunmuşdur. Bildirmək istəyir ki, o, Bank Respublikada bağlanılmış kredit müqaviləsi üzrə Əsas borclu Tahirova Afaq Mənsur qızına xx.xx.2024-cü il tarixli 31FİZAMİ50431301 saylı müqavilə ilə zamin durmuşdur. Bundan başqa daha bir zamin də vardır. Lakin İcra qeydində müştərək qaydada tutulmalı olan məbləğ nədənsə məhz onun tərəfindən tutulması qeyd olunmuşdur. Bu isə ciddi pozuntulardan biridir. Bundan başqa İcra qeydində onun yaşadığı ünvan barədə də məlumatlar tam qeyd edilməmişdir. Belə ki, Nəsimi rayonu, ünvan 3 ünvan kimi qeyd olunmuşdur. İcra qeydində müəyyən olunmuş məbləğlər şişirdilmiş məbləğlərdir və həmin məbləğlərlə razı deyil. Belə ki, Əsas borclu Tahirova Afaq Mənsur qızı tərəfindən müəyyən ödənişlər də edilmiş və bundan da əlavə olaraq hesablanmış borc məbləği reallığa uyğun deyildir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Samirə Quliyeva iddia ərizəsinə etiraz ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, borclu Tahirova Afaq Mənsur qızı ilə bağlanmış kredit müqaviləsi üzrə Banka olan 24327.44 manat borcun və 25 manat dövlət rüsumunun, ümumilikdə 24352.44 manatın ödənilməsini təmin etmək məqsədi ilə Cavabdeh xüsusi notariusu X8 tərəfindən reyestrdə 8İ-1527 № ilə xx.xx.2024-cü il urixli icra qeydi alınaraq aidiyyatı üzrə icra edilməsi üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli 31FİZAM150431301 saylı zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq zamin kimi öhdəlik götürmüşdür. İddiaçı iddiasında icra qeydinin aparılacağı barədə bildirişin ona çatmadığını iddia etmişdir. Qeyd edirlər ki, Zaminlik Müqaviləsinin 2.8-ci bəndinə əsasən Zaminin ünvan 4 ünvanına sifarişli məktubla və ya teleqramla bildiriş çatdırılacağı və həmin ünvana göndərilmiş bildirişlərin Zaminə çatdırılmış hesab olunacağı qeyd olunmuşdur. xx.xx.2024cü il tarixində əsas borclu Tahirova Afaq Mənsur qızı və zaminlər İddiaçı ilə İddiaçı ünvanlarına icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Beləliklə, öhdəlik vaxtında icra edilmədiyinə görə Bank öhdəlikdən irəli gələn hüquqlarının müdafiəsini təmin etmək üçün borcluya və zaminlərə qarşı icra qeydi üzrə tələb irəli sürmək məcburiyyətində qalmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Samirə Quliyeva iddia ərizəsi üzrə etiraza əlavə ünvanlayaraq, iddiaçı iddia ilə məhkəməyə müraciət edərək ünvan 5n xüsusi notariusu X8 tərəfindən onun barəsində verilmiş reyestrdə 8İ-1527 № ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, icra qeydinin alınması barədə bildiriş ona çatmadığından, o etiraz edə bilməmişdir. Həmçinin, həmin icra qeydi haqqında bankın əməkdaşları ona məlumat verməmiş, icra qeydində göstərilən borc məbləği reallığa uyğun olmamış, icra qeydinin yalnız onun barəsində verilmiş, icra qeydində borcun yalnız ondan tutulması və ünvanının səhv yazılmış olması qanunsuz olmuşdur. Aşağıda qeyd edilənlərə əsasən iddia ərizəsinə etiraz edirlər. Belə ki, əsas borclu Tahirova Afaq Mənsur qızı ilə "Bank Respublika” ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli Razılaşma müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən borclu Afaq Tahirova illik 15% ödəməklə 36 ay müddətinə qaytarmaq şərti ilə ümumilikdə 24380 manat məbləğində kredit verilmişdir. Razılaşmaya əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, borclu Tahirova Afaq Mənsur qızı "xxxx" ASC-dən götürdüyü krediti faizləri ilə birlikdə xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 845.32 manat, sonuncu ay - xx.xx.2027-ci il tarixdə isə 845.48 manat olmaqla banka qaytarmalı idi. Ödəniş cədvəlindən həmçinin aydın olur ki, ödənilmiş aylıq ödənişlərin bir hissəsi əsas, bir hissəsi isə faiz borca silinəcəkdir. Ödənişlər cədvəldə göstərilmiş qaydada vaxtında və lazımı qaydada banka ödənilməlidir. İddiaçı kredit öhdəliyin təminatı olaraq xx.xx.2024-cü il tarixli 31FİZAM150431301 saylı zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq zamin kimi öhdəlik götürmüşdür. Zaminlik Müqaviləsinin 1.3-cü bəndinə əsasən Tələb edilə biləcək borc: 24380 manat kredit, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytaraılmamasına görə kredit üzrə illik faiz dərəcəsinə öhdəliyin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanan cərimədir. Zaminlik Müqaviləsinin 2.2-ci bəndinə əsasən Borclu kreditor qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, və ya onların hər ikisindən birlikdə tələb edə bilər. Zaminlik Müqaviləsinin 2.7-ci bəndinə əsasən Borclu Kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə (Borclunun əmlak vəziyyəti pisləşdikdə, borclunun ödəmə qabiliyyətinin aşağı düşməsi, işyerinin itirilməsi, əmək haqqının və ya gəlir mənfəətinin azaldılması, borclunun əmlakı üzərinə həbs qoyulması, başqa kreditlərin götürülməsi nəticəsində borc yükünün artması, kredit öhdəliyinin vaxtında ödənilməməsi, və başqa hallar) Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. Həmin Müqavilənin 2.8-ci bəndinə əsasən Bank tərəfindən ünvan 6 ünvanına Zaminə sifarişli məktubla və ya teleqramla bildiriş çattdırılacaqdır. Həmin ünvana göndərilmiş bildirişlər Zaminə çatdırılmış hesab olunacaqdır. Əsas borclu Tahirova Afaq Mənsur qızı kredit öhdəliklərini pozaraq öhdəliyini vaxtında 3 lazımi qaydada icra etmədiyinə görə onun və zaminlərin ünvanlarına xx.xx.2024-cü il tarixdə pretenziya və icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. Borclulara göndərilən bildirişdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixə banka olan borcun məbləği: 22738.63 manat əsas borc, 1588.81 manat faiz borc, 30.26 manat cərimə borc olmaqla, cəmi 24357.70 manatdır. Öhdəlik pozulduğu üçün Razılaşma müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi onların nəzərinə çatdırılmış, göstərilən məbləğdə borcun banka ödəmələri tələb edilmiş, əks halda borcun qaytarılmasına dair qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi, notariusa icra qeydinin aparılması üçün müraciət ediləcəyi barədə məlumat verilmişdir. Buna baxmayaraq banka olan borc ödənilməmiş və bununla bağlı banka hər hansı bir müraciət və etiraz daxil olmamışdır. ünvan 5n xüsusi notariusu X8 tərəfindən 24327.44 manat borcun və 25 manat dövlət rüsumunun İddiaçı tutulması haqqında 8İ-1527 № ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli icra qeydi alınmışdır. Məhkəmənin nəzərinə onu da çatırıq ki, zamin borclunun kredit öhdəliklərinə zamin durmasını imzaladığı müqavilə ilə təsdiq etmişdir. Ödənişlərin hansı əsaslarla faizdən və cərimədən silməsi, hansı hesablamaya əsasən faiz və cərimə borcunun tələb edilməsi tərəflər arasında bağlanmış müqavilələrdə və Mülki Məcəllənin müvafiq maddələrində təsbit edilmişdir. Yuxarıdakı abzaslarda aidiyyatı müqavilə şərtlərinin bir hissəsi qeyd edilmişdir. İddiaçı iddia ərizəsinə əsas borclu tərəfindən müəyyən ödənişlər edildiyini bildirsə də, həmin ödənişlərin yaranmış borcun təsdiq edən hər hansı bir ödəniş qəbzi əlavə etməmişdir. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, bankın öhdəliklərini icra etməyən şəxslərdən borclarını qaytarmağı tələb etmək hüququ və bununla bağlı icra qeydi üçün müraciət etmək hüququ vardır. İcra qeydinin aparılması üçün bildiriş göndərilərkən Bankın borcu vaxtından əvvəl tələb etmək hüququ artıq yaranmış idi. İddiaçıya borclarını ödəmələri, əks təqdirdə icra qeydi aparılacağı barədə məktublar göndərilərkən sözügedən kredit artıq 5 aydan çox idi ki, tamamilə icra edilmirdi. Mübahisələndirilən icra qeydi verilən gün isə 6 aydan çox idi ki, sözügedən kredit üzrə hər hansı bir ödəniş həyata keçirilmirdi və hazırda da hər hansı bir ödəniş edilməməkdədir. Hesabdan çıxarışdan və maliyyə arayışından görünür ki, bu günə kimi sözügedən kredit üzrə xx.xx.2024-cü il tarixdə 850 manat, xx.xx.2024-cü il tarixdə 850 manat və xx.xx.2024-cü il tarixdə 850 manat olmaqla cəmi 2250 manat ödəniş edilmişdir. Həmin məbləğin 1641.37 manatı əsas kredit borcuna, 907.4 manatı faiz borcuna, 1.23 manat cərimə borcuna silinmişdir. Birinci ödəniş vaxtında edilsə də, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə edilmiş ödənişlər ödəniş cədvəlində göstərilmiş tarixdə yox, gecikdirilmə ilə edilmişdir. Bu tarixlərdən sonra isə ümumiyyətlə banka hər hansı bir ödəniş edilməmişdir. Borclunun kredit üzrə etdiyi sonuncu ödənişdən artıq qalan 9.13 manat pul ödəniş cədvəli üzrə 4-cii aylıq ödənişin tarixi çatdığı gün, yəni xx.xx.2024-cü il tarixdə qanunverici iyin tələblərinə uyğun olaraq həmin gün ödənilməli olan faiz borcunun həmin məbləğdə olan hissəsinə silinmişdir. Sözügedən kredit xx.xx.2024-cü il tarixdən etibarən tam olaraq icra edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərdən də aydın görünür ki, qeyd edilən kredit gecikmədə olmuş, uzun müddət icra edilməmiş, bankın borcu tələb etməsi qanunlara, müqavilələrə əsaslanmış, borcu müəyyən edən sənədlər əsasında borc tamamilə mübahisəsiz olmuşdur. Elektron məhkəmə informasiya sisteminə əlavə edilməklə məhkəməyə təqdim edilmiş ünvan 5n 8İ- 1527 № ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, İddiaçı ünvanında olan texniki qüsür icra qeydinin verildiyi gün düzəldilmişdir. Bu isə borcun mübahisəli olduğu, icra qeydinin qanunsuz olması anlamına gəlmir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbinə etiraz ərizəsini müdafiə edərək, ona uyğun izahat verdi. İş üzrə Cavabdehna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: Belə ki, iş materiallarında olan Bakı şəhəri 49 saylı notariat ofisi tərəfindən verilmiş 8İ- 1527 saylı xx.xx.2024-cü il tarixli icra qeydinin surətindən görünür ki, "xxxx" ASC-nin xeyrinə İddiaçı 31FİZAM150431301 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 24327 manat 44 qəpik (iyirmi dörd min üç yüz iyirmi yeddi manat qırx dörd qəpik) və tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 24352 manat 44 qəpik (iyirmi dörd min üç yüz əlli iki manat qırx dörd qəpik) pul tutulmalıdır. İşdə olan xx.xx.2024-cü il tarixli Razılaşma müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən borclu Tahirova Afaq Mənsur qızına illik 15% ödəməklə 36 ay müddətinə qaytarmaq şərti ilə ümumilikdə 24380 (iyirmi dörd min üç yüz səksən) manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləğinin təminatı olaraq X6 və İddiaçı ilə "xxxx" ASC arasında eyni tarixli 31FİZAM202411601 və 31FİZAM150431301 saylı zaminlik müqavilələri bağlanmışdır. İşə əlavə edilmiş "xxxx" ASC tərəfindən borclu İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli "İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş"dən görünür ki, borclu xx.xx.2024-cü il tarixli, Razılaşma müqaviləsi ilə bağlı yaranmış borcun ödənilməsi üçün xəbərdar edilmiş, borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli Razılaşma müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən borclu Tahirova Afaq Mənsur qızına illik 15% ödəməklə 36 ay müddətinə qaytarmaq şərti ilə ümumilikdə 24380 manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləğinin təminatı olaraq X6 və İddiaçı ilə "xxxx" ASC arasında eyni tarixli 31FİZAM202411601 və 31FİZAM150431301 saylı zaminlik müqavilələri bağlanmışdır. Borc vaxtında ödənilmədiyinə görə bank ərizə ilə notariat orqanına müraciət etmiş, Bakı şəhəri 49 saylı notariat ofisi tərəfindən 8İ-1527 saylı xx.xx.2024-cü il tarixli icra qeydi verilmişdir. İcra qeydinə görə İddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 24352,44 manat pul tutulmalıdır. Hazırda İddiaçı Cavabdehna qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 49 saylı notariat ofisi tərəfindən verilmiş 8İ-1527 saylı xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir “Notariat haqqında” Qanunun 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq... üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. Təlimatın 162-ci maddəsinə görə icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısındakı 2-ci bəndə əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Məhkəmə ilk olaraq onu qeyd edir ki, iddiaçı əsas borclu tərəfindən müəyyən ödənişlərin edildiyini bildirsə də, bunu təsdiqləyən ödəniş qəbzlərini məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlardan görünür ki, Bank öhdəliklərini icra etməyən borclulardan borcun qaytarılmasını tələb etmək və icra qeydi üçün müraciət etmək hüququna malikdir. Bildiriş göndərilən vaxt Bankın borcu vaxtından əvvəl tələb etmək hüququ artıq yaranmışdı. İddiaçıya borclarını ödəmələri, əks təqdirdə icra qeydi aparılacağı barədə məktublar göndərilərkən tərəflər arasında olan kredit artıq 5 aydan çox idi ki, tamamilə icra edilmirdi. Mübahisələndirilən icra qeydi verilən gün isə 6 aydan çox idi ki, sözügedən kredit üzrə hər hansı bir ödəniş həyata keçirilmirdi və hazırda da hər hansı bir ödəniş edilməməkdədir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iş materiallarına əlavə eilmiş hesabdan çıxarış və maliyyə arayışına əsasən, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində hər biri 850 manat olmaqla, ümumilikdə 2250 manat ödəniş edilmiş, həmin məbləğin 1641.37 manatı əsas borca, 907.4 manatı faizə, 1.23 manatı cəriməyə yönəldilmişdir. İlk ödəniş vaxtında edilsə də, sonrakı iki ödəniş gecikmə ilə edilmiş, daha sonra isə ümumiyyətlə ödəniş aparılmamışdır. Sonuncu ödənişdən qalan 9.13 manat isə xx.xx.2024 tarixində ödənilməli olan faiz borcuna silinmişdir. Sözügedən kredit həmin tarixdən etibarən tam icra edilməmişdir. Beləliklə, kredit uzun müddət icra edilməmiş, borcun mövcudluğu mübahisəsiz olmuş və Bankın tələb hüququ qanunvericiliyə və müqavilə şərtlərinə uyğun olaraq yaranmışdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. İş materiallarından da görünür ki, məlum icra qeydi verilərkən Notariat Ofisi tərəfindən qanun pozuntusuna yol verilməmişdir. İşdəki xx.xx.2024-cü il tarixli "İcra qeydinin aparılacağı” barədə bildirişdən görünür ki, kreditor "xxxx" ASC tərəfindən borclular Tahirova Afaq Mənsur qızı, İddiaçı və X3 ümumilikdə 24357.70 manat borcunun 20 gün ərzində ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Əsas borclu Tahirova Afaq Mənsur qızı kredit öhdəliklərini pozaraq öhdəliyini vaxtında 3 lazımi qaydada icra etmədiyinə görə onun və zaminlərin ünvanlarına xx.xx.2024-cü il tarixli "İcra qeydinin aparılacağı” barədə bildirişlər göndərilmiş və həmin bildirişlərə əsasən kreditor "xxxx" ASC tərəfindən borclular Tahirova Afaq Mənsur qızı, İddiaçı və X3 ümumilikdə 24357.70 manat borcunun 20 gün ərzində ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Lakin İddiaçı həmin bildirişə heç bir münasibət (borcun ödənilməsi və ya etiraz) bildirməmiş və bunun nəticəsində ünvan 5n xüsusi notariusu X8 tərəfindən 24327.44 manat borcun və 25 manat dövlət rüsumunun İddiaçı tutulması haqqında 8İ-1527 № ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli icra qeydi alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının bildirdikləri məlum icra qeydinin ləğv edilməsi üçün əsas deyildir. İş materialları ilə icra qeydinin bu məsələni tənzimləyən normalara uyğun verilməməsi öz təsdiqini tapmır. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehna qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1150/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1150/2025
13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver