Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1151/2023 23.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh4 QSC və Cavabdeh1nə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəylərinin etibarsız hesab edilməsi və yenidən qiymətləndirmə aparılması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh4 QSC və Cavabdeh1nə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəylərinin etibarsız hesab edilməsi və yenidən qiymətləndirmə aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin daşınmaz əmlakların qiymətləri barədə 12 yanvar 2021-ci il tarixli, 01/21-020, 01/21-018, 01/21-017 saylı və 14 yanvar 2021-ci il tarixli, 01/21-028 saylı mütəxəssis rəylərinin etibarsız sayılması və göstərilən daşınmaz əmlakların yenidən qiymətləndirilməsinin aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Mülki Prosessual Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.4-cü maddəsinə əsasən icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə icra sənədi üzrə icraat dayandırıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadı ilə formalaşdırılmış məhkəmə təcrübəsinə əsasən, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, mübahisəli əmlaklarla bağlı qiymətləndirmə keçirilmiş, lakin iddiaçı hazırda əmlakların düzgün qiymətləndirilmədiyini iddia edir. Deməli, hazırkı iddia tələbi məhkəmə qətnaməsinin icrası çərçivəsində yaranan hüquq münasibətləri üzrə icra hərəkətlərinin mübahisələndirilməsi ilə bağlıdır. Qeyd olunmalıdır ki, icra sənədinin icrası məqsədilə ipoteka predmeti olmayan əmlaka tutmanın yönəldilməsi ilə bağlı hərəkətlər icra məmuru tərəfindən müəyyənləşdirilir və həyata keçirilir. Bu baxımdan, məhkəmə hesab edir ki, borclunun ipoteka predmeti olmayan əmlakına dair hərracın keçirilməsi ilə bağlı sifariş məktubu iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında məhkəmədə mübahisələndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş tələbin ayrıca iddia kimi iddia icraatı qaydasında baxılması qeyri-mümkün olduğundan, iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalı və iddiaçılara izah edilməlidir ki, hərracın keçirilməsi ilə bağlı sifariş məktubunun ləğvi üçün hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən icra sənədinin icrasına nəzarət edən məhkəməyə icra icraatı çərçivəsində şikayət verilməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddia ərizəsinin qəbulundan imtina edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu da ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 114.1.2, 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 MMC, Cavabdeh4 QSC və Cavabdeh1nə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəylərinin etibarsız hesab edilməsi və yenidən qiymətləndirmə aparılması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. Dövlət büdcəsinə dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat məbləğində pul iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1151/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1151/2023
23.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver