Məhkəmə qərarları › İş №2(006)-1159/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1159/2024

12.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1159/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin hərəkətsizliyi ilə bağlı məcburetmə barədə” ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin hərəkətsizliyi ilə bağlı məcburetmə barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə forma tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, qeyd edilən ərizə “icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayət” formasında tərtib edilməli olduğu halda iddia ərizəsi formasında tərtib edilərək, cavabdeh qismində dövlət orqanı qoyulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kollegiyasının № 3-N, 29 noyabr 2011-ci il tarixli “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın təkmilləşdirilməsi barədə” qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Məhkəmələrində Kargüzarlığın aparılmasına dair Təlimatın “10. İşlərin (materialların) qeydiyyatı və Uçotu” bölməsində göstərilir ki, Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat və hesabat formasının təmin edilməsi üçün məhkəmə kodlarından (17-1 nömrəli əlavə) istifadə olunur, habelə işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı üçün məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında icraat 8 indeksi ilə qeydiyyata alınır. Göründüyü kimi İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə aparılan icra hərəkətlərindən şikayətçi olduğu üçün ərizəni də müvafiq formada məhkəməyə təqdim etməlidir. Hazırda İddiaçı məhkəməyə icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət formasında təqdim etməli olduğu, özünü iddiaçı, Nəsimi rayon İcra və Probasiya Şöbəsini isə cavabdeh qismində qoymaqla, “Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin hərəkətsizliyi ilə bağlı məcburetmə barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən forma və məzmunda və “məcburetmə” iddia tələbi ilə işə ümumi məhkəmədə baxılması mümkün olmadığından, həmçinin ərizədə tələb olunan məsələyə ümumi məhkəmədə məhkəmə qərarlarının icrası qaydasında baxılmalı olduğundan və bunun üçün isə ərizə müvafiq şikayət formasında verilməli olduğundan ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə qarşı “Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin hərəkətsizliyi ilə bağlı məcburetmə barədə” ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar