Məhkəmə qərarları › İş №2(006)-1162/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1162/2022

04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1162/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Nizam qızına qarşı "qızıl-zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4.500 manat dəyərində türk istehsalı əyarı 585 olan 23 qramlıq ağ qızıl dəsti (sep, sırğa, bilərzik, üzük), 500 manat dəyərində türk istehsalı əyarı 585 olan 5 qramlıq sarı bilərziyin və ya onlar olmadıqda əşyaların dəyərinin iddiaçıya qaytarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh3 arasında 1 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 25.01.2021-ci il tarixdə nikah №112 ilə qeydə alınmışdır (nigah haqqında şəhadətnamə AZ-T N5424907). Onlar evlənib ünvan 1 ünvanına köçmüşlər. Təqribən 7 ay bundan əvvəl aralarında baş verən mübahisələr səbəbindən bir yerdə yaşamaqları qeyri-mümkün olmuşdur və bu səbəbdən ayrılmışdılar. Lakin ayrıldıqdan bir müddət sonra 17.07.2021-ci il tarixdə onlar birgə yaşadıqları ünvan 1 ünvanına gəlib özünə aid olan cehiz əşyalarını toparlayarkən aşkar etmişdir ki, ona aid olan dəyəri 5.000 manat məbləğində olan qızıl əşyaları götürülmüşdür. Bu məsələ ilə bağlı həmin vaxt orada olan digər Cavabdeh4 soruşarkən o bildirmişdir ki, qızıllar ondadır. Lakin qızılları ona verməkdən imtina etmişlər. Beləliklə məlumdur ki, ona aid olan qızıllar ünvan 1 ünvanının mülkiyyətçisi Cavabdeh1, o cümlədən onun həyat yoldaşı X7 və Cavabdeh4 tərəfindən mənimsənilmişdir. Bu səbəbdən də qızıllar ona geri qaytarılmalıdır. Tərtib olunmuş akt da qızılların onlarda olduğunu təsdiq edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 bildirmişdir ki, iddia ərizəsində qızıl-zinət əşyalarının qiyməti şişirdilmiş formada göstərilmişdir. Qızıl-zinət əşyaları ondadır və boşanma olduqdan sonra hamısını İddiaçı qaytaracaqdır. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia cavabdehlər Cavabdeh4 və Cavabdeh3 münasibətdə təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nizam qızına münasibətdə isə rədd edilməlidir. 1 saylı “Bakı ASAN” Xidmət mərkəzi tərəfindən 25.01.2021-ci il tarixdə verilmiş AZ- İİ seriyalı 424907 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 ilə X1 20.11.2007-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4062 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Adıgözəlov, arvada Adıgözəlova soyadı verilmişdir. Cavabdeh4, İddiaçı, X2, X3, X8 və Salahov Samirin imzaları ilə təsdiq edilmiş 17.07.2021-ci il tarixli aktdan görünür ki, cehiz gətirilmiş bütün əşyalar ancaq qızıllar yerində deyil, ona verilmədi. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh3 25.01.2021-ci il tarixdə nikah münasibətlərinə daxil olmuşlar. Bir müddət keçdikdən sonra iddiaçı yaşadığı evi tərk etmişdir. Hal-hazırda tərəflər ayrı yaşayırlar. İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus qızıl-zinyət əşyalarının yaşadığı mənzildə qaldığını, cavabdehin onları könüllü şəkildə təhvil verməkdən imtina etdiyini bildirərək, qızıl-zinət əşyalarının yaxud da onların dəyərinin qaytarılmasını tələb edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. Baxılan mülki işdə iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının ona cavabdeh tərəfindən hədiyyə verilməsi, yəni iddiaçının həmin əşyaların mülkiyyətçisi olması işin mübahisələndirilməyən halıdır. Hazırda məhkəmə araşdırması predmeti olan hallar cavabdeh tərəfindən həmin əşyaların iddiaçının razılığı olmadan ondan götürülməsi, yəni qızıl-zinət əşyaları üzərində iddiaçının faktiki sahiblikdən məhrum olmasının cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olub-olmaması məsələsi təşkil edir. Məhkəmə iddia ərizəsində adları çəkilən əşyaların hal-hazırda cavabdehin faktiki sahibliyində olmasının onun tərəfindən verilmiş etiraf məzmunlu izahata əsasən sübut yetirildiyi qənaətinə gəlir. Buna baxmayaraq Cavabdeh3 etiraf etdiyi əşyaların iddia ərizəsində göstərilən dəyərini qəbul etmədiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddənin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində qaytarılarsa, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh əşyaların dəyərini qəbul etmirsə, həmin əşyaların özünü qaytarmaqla onların dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Həmin əşyaların dəyərinin tutulması cavabdehin özünün hərəkətlərindən asılıdır. Əşyaların iddia ərizəsində göstərilən dəyəri ilə bağlı həmçinin qeyd edilməlidir ki, həmin məbləğlər hazırki bazar qiymətləri nəzərə alınmaqla məntiqli və ağlabatandır. Eyni zamanda işə baxılan zaman məhkəmə tərəfindən iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nizam qızına münasibətdə məhkəmədə irəli sürdüyü iddia tələbləri üzrə cavabdehlik daşımadığı müəyyən edilmişdir. Belə ki, bu cavabdehlərin iddiaçının yaşadığı mənzilin mülkiyyətçiləri olması mübahisəli qızıl-zinət əşyaların onların qanunsuz istifadəsində və sahibliyində olmasına dəlalət etmir. Beləliklə Cavabdeh1 və Cavabdeh2 Nizam qızının hazırki iş üzrə cavabdeh qismində cəlb edilməsinə əsas olmadığından iddia onlara münasibətdə bu səbəbdən rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia cavabdehlər Cavabdeh3 və onun anası Cavabdeh4 münasibətdə təmin edilməli, dəyəri 4.500 manat, əyarı 585 olan türk istehsalı 23 qramlıq sep, sırğa, bilərzik və üzükdən ibarət ağ qızıl dəsti; dəyəri 500 manat, əyarı 585 olan türk istehsalı 5 qramlıq sarı bilərzik, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri cavabdehlər Cavabdeh4 və Cavabdeh3 alınıb İddiaçı verilməli, iddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nizam qızına münasibətdə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təqdim olunmuş sənədlər əsasında iddiaçının iddia ərizəsinin verilməsi ilə əlaqədar 70 manat xərc çəkdiyi müəyyən olunmuşdur. İddia cavabdehlər Cavabdeh4 və Cavabdeh3 münasibətdə təmin olunduğundan, məhkəmə xərcləri də həmin nisbətdə sonunculara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia cavabdehlər Cavabdeh4 və Cavabdeh3 münasibətdə təmin edilsin. Aşağıda adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri cavabdehlər Cavabdeh4 və Cavabdeh3 alınıb İddiaçı verilsin: dəyəri 4.500 manat, əyarı 585 olan türk istehsalı 23 qramlıq sep, sırğa, bilərzik və üzükdən ibarət ağ qızıl dəsti; dəyəri 500 manat, əyarı 585 olan türk istehsalı 5 qramlıq sarı bilərzik. İddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nizam qızına münasibətdə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş 70 manat cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar