Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1162/2024 11.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh ("xxxx" MMC, X21 və X31 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 96.670 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 96.000 manat pul vəsaitinin və ödənilmiş 350 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, "xxxx" MMC, X21 və X31 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X3 və bacısı Cavabdeh Aga Hüseynovnanın adına birgə daşınmaz əmlak ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 96,0 m2 olan ev mövcud olmuşdur. Atası X47 oglu xx.xx.2021-ci ildə vəfat etmişdir. 2021-ci ildə həmin daşınmaz əmlakın 06 dekabr 2021-ci il tarixdə Cavabdeh Aga Hüseynovna ilə "xxxx" MMC arasında «Daşınmaz əmlakın dəyərinin kompensasiya edilməsi barədə müqavilə» imzalanmışdır. Müqaviləyə əsasən, kompensasiya məbləği kimi 288.000 manat müəyyən edilərək Cavabdeh verilmişdir. Müqavilə Bakı şəhəri 53 saylı notarial ofisinin xüsusi notariusu X32 tərəfindən 3xx-xx-4599 saylı 24 səhifədən ibarət iş açılmış və təsdiq edilmişdir. X3 vəfat etdiyi üçün bütün kompensasiya məbləği Cavabdeh verilmişdir. Cavabdeh bağladığı müqavilə ilə əlaqədar bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Belə ki, X3 vəfat eldiyi üçün ondan qalan aktiv və passiv miras əmlak tərəflərindən faktiki olaraq qəbul edilmişdir. Hal hazırda varis olaraq 3 nəfər vardır. X52 və iddiaçı miras əmlakdan onlara düşən pay üzrə müvafiq olaraq cavabdehdən 96.000 manat pul tələb edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının atası 2021-ci ilin oktyabr ayında rəhmətə getmişdir. Vərəsəlik işi açılmış, lakin miras əmlakla bağlı mübahisə olduğu üçün miras qəbul edilməmişdir. Həmin evlə bağlı qeydiyyat vəsiqəsi olmuşdur, lakin çıxarışı yoxdur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, hazırkı iddia tələbinin ümumiyyətlə cavabdehə heç bir aidiyyatı yoxdur. Cavabdeh iddiaçının bibisidir. Cavabdehin Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova 143 ünvanında 48/9 payı olmuşdur. "xxxx" MMC tərəfindən yalnız özünə məxsus kompensasiyanı əldə etmişdir. Belə ki, 06 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın dəyərinin kompensasiya edilməsi barədə müqavilədən görünür ki, bir tərəf Cavabdeh Ağahüseynova, digər tərəfi isə "xxxx" MMC-nin adından X2r. Müqavilə şərtlərindən göründüyü kimi ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 96 m2 olan hüquqların qeydiyyatı aparılmamış yaşayış evinə görə birinci tərəfə konpensasiya ödənilməsini tərəf öz üzərinə götürür və Daşınmaz Əmlaka görə ümumi konpensasiya edilməli olduğu dəyər 288.000 manat təşkil edir. Qeyd edilən müqavilənin mərhum Namiq Rəşidova heç bir aidiyyatı yoxdur. Əgər həqiqətən də Namiq Rəşidova məxsus daşınmaz əmlaka dair kompensasiya verilmiş olsa idi, ən azından müqavilənin qeyd hissəsində bir qeydiyyat aparılmış olardı. İş materiallarından da göründüyü kimi, məhkəmə "xxxx" MMC-yə bir necə dəfə sorğu göndərmiş, MMC isə mərhum Namiq Rəşidova məxsus daşınmaz əmlaka görə kompensasiyanın Cavabdeh verildiyini bildirir. Həmçinin, sorğunun cavabından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi, Mərdanov qardaşları və Salatın Əsgərova küçələrinin kəsişməsi ünvanında yerləşən fərdi yaşayış evlərinə görə mülkiyyət sənədində adı qeyd olunan şəxslərə müvafiq qaydada kompensasiyalar ödənilmişdir. Bu vətəndaşlardan biri də Cavabdehdır. Mərhum X6 oğlu X18 mərhum atasının payının Cavabdeh istifadəsində olan fərdi yaşayış evinin üzərinə düşdüyünü təsdiq etmiş, bibisi Cavabdeh ilə razılaşacağını və mərhum atasının payına görə bibisinə ödəniləcək kompensasiyadan əlavə kompensasiya tələb edilməyəcəyini bildirmişdir. Həmçinin vətəndaş Cavabdeh gələcəkdə sözügedən məsələ ilə bağlı ailə üzvləri tərəfindən hər-hansı iddia qaldırılarsa, həmin iddiaya görə məsuliyyət daşıyacağı barədə notariat qaydasında təsdiq edilmiş iltizam imzalamışdır. Belə ki, mərhum X11 ödəniləcək kompensasiya Cavabdeh ödənilən kompensasiyaya daxildir. Bu məsələ ilə bağlı qeyd edir ki, göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, "xxxx" MMC mərhum X6 adına olan əmlaka kompensasiya ödəməsin deyə Namiq Rəşidova ödəniləcək kompensasiyanın Cavabdeh ödənilən kompensasiyanın daxilində olduğunu bildirmişdir. Lakin "xxxx" MMC tərəfindən mərhum X40 Hüseyn Rəşidovun mərhum atasına məxsus payının Cavabdeh istifadəsində olan fərdi yaşayış evinin üzərinə düşdüyünü, bibisi Cavabdeh ilə razılaşacağını və mərhum atasının payına görə bibisinə ödəniləcək kompensasiyadan əlavə kompensasiya tələb edilməyəcəyinə dair hər hansı bir sübut təqdim etməmişdir. Göründüyü kimi "xxxx" MMC iddiaçının maraqlarından çıxış edir və göstərdiyi halların sübut edə biləcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən hesab edir ki, iddiaçının ümumiyyətlə hazırkı iddia ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarında olan 8 iyun 2023-cu il tarixli arayşdan görünür ki, 7 saylı Bakı Asan Xidmət mərkəzinin Notariat ofisinə 27 oktyabr 2021-ci il tarixində vəfat etmiş X13 8V-121/2023 №-li vərəsəlik işi açılmış və mirasın qəbuluna dair ərizəsi ilə vərəsə İddiaçı müraciət etmişdir. İddiaçı, X49 hüquqi varisdir. Sənədlərdən də görünür ki, notarius vərəsələrinin dairəsini tam müəyyən etməmişdir. Belə ki, həmin məktubda iddiaçının bacısı vərəsə olsa da sonuncunun adı vərəsələr siyahısında qeyd edilməmişdir. İddiaçının mövqeyindən yanaşılsa gələcəkdə yeni bir vərəsə ortaya çıxası olarsa onun aqibətinin necə olacağı çox maraqlıdır. Yuxarıda göstərilənlərə nəzərə alaraq, İddiaçı Cavabdeh ("xxxx" MMC, X30, X36, X33 və X37 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «pul» tələbinə dair iddia ərizəsinin yalan məlumatlara əsaslandığını və əsassız olduğunu nəzərə alaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbi ilə razı olmadığını qeyd edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər və onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən mülki işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri, Bakı şəhəri 53 saylı notariat ofisində 3M-4599 reyestr sayı ilə təsdiq edilmiş, notariat icraatınlaki sənədləri tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ seriyalı 273763 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X22 27 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə 07 oktyabr 2022-ci il tarixdə müvafiq akt qeydləri kitabında 861 saylı akt qeydi aparılmışdır. - xx.xx.1985-ci il tarixli X-JQ seriyalı 452649 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X31 16 mart 1985-ci il təvəllüdlü olmaqla, X3, anası X9r. - xx.xx.1990-cı il tarixli Xİİİ-JQ seriyalı 401301 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 1990-cı il təvəllüdlü olmaqla, X3, anası X9r. - Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli AZ-İ seriyalı 411577 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X22 ilə X17 arasında bağlanmış nikaha Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən 19 noyabr 2020-ci il tarixdə xitam verilmiş, bu barədə müvafiq akt qeydləri kitabında 19 oktyabr 2021-ci il tarixdə 316 saylı akt qeydi aparılmışdır. - X10 adına verilmiş seriya MH 064047 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X14 (3/48 hissə), X23 (1/48 hissə), X15 (1/48 hissə), X5 (1/48 hissə), X4 (6/48 hissə), X24 (18/48 hissə), Cavabdeh (9/48 hissə), X6 (9/48 hissə) adlarına xx.xx.1996-cı ildə qeydiyyata alınmışdır - Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu AB yaşayış sahəsi Günəşli qəsəbəsində istifadədə olan 0,1347 ha torpaq sahəsində yerləşən 137 nömrəli 9 mərtəbəli binanın 2-ci girişində 5-ci mərtəbəsində 79,97 m2 ümumi, 49,07 m2 yaşayış sahəsindən ibarət 4 otaqlı 23 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 631 nömrəli reyestr kitabının 57918 saylı vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri 53 saylı notariat ofisində 3M-4599 reyestr sayı ilə təsdiq edilmiş 06 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın dəyərinin kompensasiya edilməsi barədə müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə şərtlərində qeyd olunanlarla bağlı müqavilə bağlanmışdır. Müqaviləyə görə birinci tərəf Bakı şəhəri Nəsimi RİH MKTB 41 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 413 saylı arayışı əsasında istifadə hüququ ilə ona məxsus ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 96,0 m2 olan ikinci tərəf tərəfindən hüquqların qeydiyyatı aparılmamış yaşayış evinin bu müqavilənin 2-ci bəndində razılaşdırılmış dəyərinin birinci tərəfə kompensasiya edilməsini öhdəsinə götürmüşdür. Birinci tərəf isə həmin kompensasiyanı qəbul edərək daşınmaz əmlakdan ikinci tərəfin xeyrinə imtina etməyi və bu müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməyi öhdəsinə götürür. Tərəflər razılaşırlar ki, daşınmaz əmlaka görə ümumi kompensasiya edilməli olduğu dəfər müqavilənin rəsmiləşdirilməsi, kompensasiya məbləğinin köçürülməsi, habelə birinci tərəfə aid müvafiq xərclər istisna olunmaqla 288000 manat təşkil edir. (müqavilənin 1 və 2-ci bəndləri) - 41 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 313 saylı arayışdan görünür ki, Cavabdeh Ağa X27 küçəsi ev 143 ünvanda qeydiyyatdadır, yaşayır və evin ümumi sahəsi 96,0 m2 –dir. - Cavabdeh notariat ofisinə ünvanladığı 07.12 2021-ci il tarixli ərizəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 96,0 m2 olan evin sökülməsi ilə bağlı hər hansı mübahisəni həll etməyi öz öhdəsinə götürür. - 41 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 116 saylı məktubundan görünür ki, İddiaçı məktubuna baxılmışdır. Bildirilmişdir ki, S.Əsgərova küçəsi 143 ünvanın sökülməsi ilə bağlı kompensasiyanın verilməsinə dair müqavilə söküntünü aparan şirkətlə Cavabdeh arasında bağlanmışdır. Həmin əmlakla bağlı gələcəkdə yarana biləcək istənilən iddia ilə bağlı vətəndaş Cavabdeh notarial qaydada öhdəlik götürmüşdür. Bu səbəbdən, mülki məsələ olduğundan məhkəməyə müraciət etməsi İddiaçı tövsiyə olunmuşdur. - 41 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 20 saylı cavab məktubundan görünür ki, S.Əsgərova küçəsi 143 ünvanında qeydiyyatda olan Cavabdeh qızına yaşayış evinin ümumi sahəsi 96,0 kv.m olması göstərilmişdir. X10 və onun vərəsəsi uzun illər həmin ünvanda yaşamamışlar. Cavabdeh Aga Hüseynovna S.Əsgərova küçəsi 143 ünvanında yerləşn fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar söküntü aparan şirkət ilə kompensasiya müqaviləsi bağlamışdır. Qeyd olunan ünvanda yerləşən əmlakla bağlı gələcəkdə yarana biləcək istənilən iddia ilə bağlı vətəndaş Cavabdeh notariat qaydada öhdəlik götrmüdür. Sorğuda qaldırılmış məsələ ilə bağlı qeyd edilir ki, qeydiyyat vəsiqəsində hər bir payçının hissələri qeyd olunub. - X25 29 dekabr 2021-ci il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisində təsdiq edilmiş 8İ-6207 reyestr saylı ərizəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3nun ölümündən sonra miras qalmış bütün əmlakdan qardaşı İddiaçı xeyrinə imtina etmiş və gələcəkdə bununla bağlı məhkəmədə heç bir iddia qaldırmayacağını bildirmişdir. - 7 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin 08 iyun 2023-cü il tarixli 1052 saylı arayışından görünür ki, həmin notariat ofisinə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X13 (doğum tarixi: xx.xx.1960, FİN: 4TR1DCG) 8V-121/2023 nömrəli vərəsəlik işi açılmış və mirasın qəbuluna dair ərizə ilə vərəsəsi İddiaçı müraciət etmişdir. İddiaçı X10 hüquqi varisidir. - 7 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisinin 27 mart 2024-cü il tarixli 464 saylı məktubundan görünür ki, 08 iyun 2023-cü il tarixdə X10 adına vərəsəlik işi açılmış, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 19 aprel 2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçib-keçməməsi barədə məlumat və müvafiq sənədlərin surətlərinin verilməsi ilə bağlı məhkəmənin sorğusuna həmin İdarədə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X14 (3/48 hissə), X23 (1/48 hissə), X15 (1/48 hissə), X5 (1/48 hissə), X4 (6/48 hissə), X24 (18/48 hissə), Cavabdeh (9/48 hissə), X6 (9/48 hissə) adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir. Sorğu ilə əlaqədar müvafiq sənədlərin təsdiq edilmiş surətləri (34 vərəqdən ibarət qoşmada qeydiyyat vəsiqələri, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, texniki pasport, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, Nəsimi rayon Məhkəməsinin 21 iyul 1994-cü il tarixli 2- 711 saylı qətnaməsi, Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-5278/2019 saylı qətnaməsi (qohumluq və miras əmlakın qəbulu faktının müəyyən edilməsi tələbi üzrə), Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(004)-4230/2021 saylı qətnaməsi (hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi üzrə), vərəsəlik payının bağışlanması müqaviləsi, miras payın bağışlanmasına dair müqavilənin surətləri) məhkəməyə göndərilmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Cəmiyyətə xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi, Mərdanov qardaşları və Salatın Əsgərova küçələrinin kəsişməsi ünvanında yerləşən və ümumi sahəsi 1,73896 ha olan torpaq sahəsində «Təzə Bazar» layihəsi çərçivəsində tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan layihə çərçivəsində tikinti işlərinin icra olunması məqsədilə həmin ərazidə yerləşən tikililərin söküntüsünə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli, Tİ-78/22 nömrəli «Söküntüyə icazə» sənədi ilə icazə verilmişdir. Yuxarıda göstərilənlərə əsasən, həmin ünvanda yerləşən fərdi yaşayış evlərinə görə mülkiyyət sənədində adı qeyd olunan şəxslərə müvafiq qaydada kompensasiyalar ödənilmişdir. Bu vətəndaşlardan biri də Cavabdehdır. Sorğuda qeyd olunan mərhum X6 oğlu vətəndaş X18 mərhum atasının payının Cavabdeh istifadəsində olan fərdi yaşayış evinin üzərinə düşdüyünü təsdiq etmiş, bibisi Cavabdeh ilə razılaşacağını və mərhum atasının payına görə bibisinə ödəniləcək kompensasiyadan əlavə kompensasiya tələb edilməyəcəyini bildirmişdir. Həmçinin vətəndaş Cavabdeh gələcəkdə sözügedən məsələ ilə bağlı ailə üzvləri tərəfindən hər-hansı iddia qaldırılarsa, həmin iddiaya görə məsuliyyət daşıyacağı barədə notariat qaydasında təsdiq edilmiş iltizam imzalamışdır. Odur ki, göstərilən daşınmaz əmlak ilə bağlı onun hüquqi sahiblərinə ədalətli kompensasiyanın ödənilməsi Cəmiyyət tərəfindən təmin edilmişdir. Cavabdeh Aga Hüseynovna tərəfindən imzalanmış və notariat qaydasında təsdiq edilmiş iltizamda da qeyd olunduğu kimi kompensasiya ilə bağlı tərəflər arasında olan və yarana biləcək digər məsələlər üzrə Cəmiyyət müzakirə və mübahisə tərəfi hesab olunmur. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cəmiyyət tərəfindən daha öncə ünvanlanmış xx.xx.2024-cü il tarixli PMD 01\672 saylı məktubda da qeyd olunduğu kimi, sözügedən ünvanda yerləşən fərdi yaşayış evlərinə görə mülkiyyət sənədində də adı qeyd olunan şəxslərə müvafiq kompensasiyalar ödənilmişdir. Eyni zamanda bildilir ki, həmin şəxslərə ödənilmiş kompensasiya məbləği sorğuda qeyd edilmiş mərşum X10 oğlu vətəndaş X18 və mərhumun bacısı Əliyeva X67 üçün ödənilmiş kompensasiyaların ümumi məbləğinə daxil deyildir. Odur ki, göstərilən daşınmaz əmlak ilə bağlı onun hüquqi sahiblərinə ədalətli kompensasiyanın ödənilməsi Cəmiyyət tərəfindən təmin edilmişdir. Cavabdeh Aga Hüseynovna tərəfindən imzalanmış və notariat qaydasında təsdiq edilmiş iltizamda da qeyd olunduğu kimi kompensasiya ilə bağlı tərəflər arasında olan və yarana biləcək digər məsələlər üzrə Cəmiyyət müzakirə və mübahisə tərəfi hesab olunmur. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cəmiyyətə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi, Mərdanov qardaşları və Salatın Əsgərova küçələrinin kəsişməsi ünvanında yerləşən və ümumi sahəsi 1,73896 ha olan torpaq sahəsində «Təzə Bazar» layihəsi çərçivəsində tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan layihə çərçivəsində tikinti işlərinin icra olunması məqsədilə həmin ərazidə yerləşən tikililərin söküntüsünə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli, Tİ- 78/22 nömrəli «Söküntüyə icazə» sənədi ilə icazə verilmişdir. Yuxarıda göstərilənlərə əsasən, həmin ünvanda yerləşən fərdi yaşayış evlərinə görə mülkiyyət sənədində adı qeyd olunan şəxslərə müvafiq qaydada kompensasiyalar ödənilmişdir. Bu vətəndaşlardan biri də Cavabdehdır. Sorğuda qeyd olunan mərhum X6 oğlu X18 mərhum atasının payının Cavabdeh istifadəsində olan fərdi yaşayış evinin üzərinə düşdüyünü təsdiq etmiş, bibisi Cavabdeh ilə razılaşacağını və mərhum atasının payına görə bibisinə ödəniləcək kompensasiyadan əlavə kompensasiya tələb edilməyəcəyini bildirmişdir. Həmçinin vətəndaş Cavabdeh gələcəkdə sözügedən məsələ ilə bağlı ailə üzvləri tərəfindən hərhansı iddia qaldırılarsa, həmin iddiaya görə məsuliyyət daşıyacağı barədə notariat qaydasında təsdiq edilmiş iltizam imzalamışdır. Göstərilənlərə əsasən, sözügedən daşınmaz əmlak ilə bağlı onun sahiblərinə ədalətli kompensasiyanın ödənilməsi Cəmiyyət tərəfindən təmin edilmişdir və mərhum X11 ödəniləcək kompensasiya Cavabdeh ödənilən kompensasiyaya daxildir. - Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, ərizəçilər Cavabdeh, RəşidovRəşad Kamran oğlu və X10 ərizəsi təmin edilərək 14 iyun 1936-cı ildə vəfat etmiş X35 ərizəçi X7 və ərizəçi X6 nənəsi, yəni atası Rəşidov X19 anası olması, ərizəçi X24 atası, X26 atası X12 nənəsi, yəni onun atası isə X70 Əlinin anası anası olması,11 yanvar 1936-cı ildə vəfat etmiş Hicran Ruxul Əmin oğlunun X7 və X6 əmiləri olması, X24 atası, X26 atası X12 əmisi olması, 14 mart 1985-ci ildə vəfat etmiş Zeynəb Sultan qızının X7 və X6 ataları Rəşidov X19 xalası qızı olması, X24 atası, X26 atası X16 atası isə X70 Əlinin xalası qızı olması faktlarının müəyyən olunması qət edilmişdir. - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 290.016 manat pul vəsaiti aidiyyəti hesaba köçürülmüşdür. - Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 350 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda sadalanan iş materiallarından göründüyü kimi, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, həmin evin üzərində paylı mülkiyyətçilərinin, həmçinin Cavabdeh (9/48 hissə), iddiaçının atası mərhum X6 (9/48 hissə) adları paylı mülkiyyətçilərin siyahısında dəqiq şəkildə göstərilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pudlik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi sənədlərdən görünür ki, həmçinin adları qeyd edilən şəxslər göstərilən mülkiyyət hüquqları (payları) qanuni qüvvəsini almış məhkəmə aktları və qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında qeydiyyata alınmışdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, Mərdanov qardaşları və Salatın Əsgərova küçələrinin kəsişməsi ünvanında yerləşən və ümumi sahəsi 1,73896 ha olan torpaq sahəsində «Təzə Bazar» layihəsi çərçivəsində tikinti işlərinin həyata keçirilməsi nəzərdə tutulmuş, qeyd olunan layihə çərçivəsində tikinti işlərinin icra olunması məqsədilə "xxxx" MMC-yə həmin ərazidə yerləşən tikililərin söküntüsünə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli, Tİ-78/22 nömrəli «Söküntüyə icazə» sənədi ilə icazə verilmişdir. "xxxx" MMC-nin iş materiallarında olan məktublarından aydın olur ki, həmçinin Cavabdeh (9/48 hissə) və iddiaçının atası mərhum X6 (9/48 hissə) paylı mülkiyyətləri olan fərdi yaşayış evinin sökülərək yerində müasir tipli yaşayış binalarının inşası nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, paylı mülkiyyətçi olan X47 oglunun xx.xx.2021-ci ildə vəfatından sonra mübahisəli daşınmaz əmlakla bağlı 06 dekabr 2021-ci il tarixdə digər paylı mülkiyyətçi Cavabdeh Aga Hüseynovna ilə "xxxx" MMC arasında notarial qaydada imzalanmış «Daşınmaz əmlakın dəyərinin kompensasiya edilməsi barədə müqavilə»yə əsasən, kompensasiya məbləği kimi 288.000 manat müəyyən edilərək Cavabdeh verilmiş, sonuncu da ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 96,0 m2 olan evin sökülməsi ilə bağlı hər hansı mübahisəni həll etməyi notariat qaydada təsdiq edilmiş ərizə əsasında öz öhdəsinə götürmüşdür. Həmçinin, müəyyən edilmişdir ki, X47 oglu xx.xx.2021-ci ildə vəfatından sonra onun 3 birinci növbə vərəsələri: X31, İddiaçı və X18 qalmışlar. Həyat yoldaşı X17 ilə boşandığı üçün vərəsələr dairəsi daxil deyildir. X1 29 dekabr 2021-ci il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisində təsdiq edilmiş ərizəsi ilə atasının ölümündən sonra miras qalmış bütün əmlakdan qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Hazırda iddiaçı X3nun vəfat etdiyi üçün bütün kompensasiya məbləğinin digər paylı mülkiyyətçi olan bibisi Cavabdeh verildiyindən, atalarından qalan aktiv və passiv miras əmlak tərəflərindən faktiki olaraq qəbul edildiyindən və bacısı X31 miras əmlakdan ona düşən paydan onun xeyrinə imtina etdiyindən onların payları üzrə müvafiq olaraq cavabdehdən 96.000 manat pul tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçının ümumiyyətlə hazırkı iddia ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamasına və mərhum X11 ödəniləcək kompensasiya məbləğinin Cavabdeh ödənilən kompensasiyaya məbləğinə daxil olmamasına istinad etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, mərhum X6 daşınmaz əmlak üzərindəki payı Cavabdeh istifadəsində olan fərdi yaşayış evinin üzərinə düşür, mərhum X11 ödəniləcək kompensasiya Cavabdeh ödənilən kompensasiyaya daxildir, iddiaçı isə paylı mülkiyyətçi olan mərhum X6 hüquqi varisidir. Məhkəmə subyektiv hüquq ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslərözlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə,məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını vəcavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız beləsubyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ciil tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin qənaətinə görə, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Belə ki, işin materiallarından görünür ki, faktiki olaraq iddiaçı İ növbə kimi vərəsə olaraq atasından miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin 9/48 hissəsindən pay almaq hüququ mövcuddur və digər vərəsə X39 miras qalmış bütün əmlakdan qardaşı İddiaçı xeyrinə imtina etmişdir. Digər vərəsənin isə belə bir ərizə ilə müraciət etməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, hazırda İddiaçı və X18 İ növbə kimi vərəsə olaraq atalarından miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 9/48 hissəsindən pay almaq hüquqları mövcuddur. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Maddənin məzmunundan göründüyü kimi, bu norma ilə iki mənafeyin hüquqi baxımdan qorunması konstitusion təminat altına alınır. Birincisi, miras qoyana əmlakının ona yaxın olan şəxslərə qalacağına, ikincisi isə miras qoyandan qalan miras əmlaka onun yaxınlarının varis olmalarına hüquqi təminat verilir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Konstitusiya Məhkəməsi Plenumunun qanun üzrə vərəsəliklə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Bu şəxslərə ölənin uşaqları, əri (arvadı), qardaş-bacıları, nənə babaları və digər kateqoriya şəxslər aiddir. Göstərilən şəxslər miras qoyanla bu və ya digər dərəcə üzrə qohumluq münasibətində olan şəxslərdir. Qeyd olunduğu kimi, qanun üzrə vərəsələr vərəsəliyə müəyyən olunmuş növbə qaydasında ardıcıllıqla çağırılırlar. Bu zaman vərəsənin miras qoyanla yaxın qohumluq faktı əsas meyar kimi nəzərdə tutulmuş və vərəsələrin ayrı-ayrı qruplarının miras qoyana yaxınlıq dərəcəsi ilə uyğunlaşdırılmışdır. Belə ki, bu dairə müəyyən edilərkən, ilk növbədə, ailə üzvlüyü, sonra yaxın qohumluq, daha sonra isə qohumluq amilləri ardıcıllıqla nəzərə alınmışdır. Beləliklə, qanunda miras qoyana yaxınlığı baxımından qohumlar arasında beş növbə üzrə vərəsəliyin təsbiti yalnız əvvəlki növbənin vərəsələrinin olmaması halında sonrakı növbənin vərəsələrinin mirası qəbul etmək imkanını, başqa sözlə qohumlar arasında mirasa yiyələnməkdə miras qoyana yaxınlığı baxımından ardıcıllığı tənzimləyir. İş materiallarından görünür ki, ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 96,0 m2 olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olmamış və "xxxx" MMC-i 53 saylı notariat ofisində 3M-4599 reyestr sayı ilə təsdiq edilmiş 06 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın dəyərinin kompensasiya edilməsi barədə müqavilə imzaladıqan sonra o ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 96,0 m2 olan evin sökülməsi ilə bağlı hər hansı mübahisəni həll etməyi öz öhdəsinə götürməsinə dair notariat ofisinə ünvanladığı xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə də vermişdir. Başqa sözlə, Cavabdeh bu ərizəsi ilə sözügedən ünvan ilə bağlı aldığı komensasiyanın tək onun özünə aid olmamasını bir növ etiraf etmişdir. Bununla bağlı məhkəmə ilk növbədə hesab edir ki, Bakı şəhəri 53 saylı notariat ofisində 3M-4599 reyestr sayı ilə təsdiq edilmiş 06 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın dəyərinin kompensasiya edilməsi barədə müqavilə bağlanmaqla Cavabdeh paylı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 96,0 m2 olan fərdi yaşayış evinə görə ona 288000 manat ödənilməsinə baxmayaraq Cavabdeh Aga Hüseynovna tərəfindən imzalanmış və notariat qaydasında təsdiq edilmiş iltizamda da qeyd olunduğu kimi kompensasiya ilə bağlı tərəflər arasında olan və yarana biləcək digər məsələlər üzrə öhdəliyi öz üzərinə götürdüyündən eləcə də sözügedən müqavilə mübahisələndirilmədiyindən müqavilə tərəfi olan Cəmiyyət hazırki iş üzrə mübahisə tərəfi hesab olunmur. Məhkəmə daha sonra ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 96,0 m2 olan evin sökülməsi ilə mərhum X11 ödəniləcək kompensasiyanın Cavabdeh ödənilən kompensasiyaya daxil olması faktının mövcudluğunu nəzərə alaraq sonuncuya ödənilmiş 288000 manat məbləğinin yarısının mərhumun vərəsələrinə aid olması qənaətinə gəlir və məhkəmə vərəsələrdən X8 öz payına dair hazırda iddia tələbinin olmamasını nəzərə alaraq onun 288000 manat kompensasiya məbləğinin yarısı olan 144000 manata münasibətdə payının 1\3 hissəsi olan 48000 manat məbləği üzrə hüquqi dəyərləndirmə aparmayaraq hesab edir ki, vərəsə X25 29 dekabr 2021-ci il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisində təsdiq edilmiş ərizəsi əsasında İddiaçı payı 96000 manat (48000+48000) müəyyən edilməlidir. Məhkəmə cavabdeh tərəfin mərhum X11 ödəniləcək kompensasiya məbləğinin Cavabdeh ödənilən kompensasiya məbləğinə daxil olmamasına dair dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfin bu dəlili ilə bağlı izahatı iddianın əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual Qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh iddianın əsassızlığına dair öz hüquqi mövqeyini sübut edə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, 96.000 manat pul vəsaiti və ödənilmiş 350 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 96.000 manat pul vəsaiti və ödənilmiş 350 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1162/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1162/2024
11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver