Məhkəmə qərarları › İş №2(006)-1181/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1181/2025

04.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1181/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Resublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər 4 saylı Dövlət Notariat Kontoruna qarşı ("Bakı şəhər 32 saylı Notariat ofisi", "Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi" və X11 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əqdlərin etibarsız hesab edilməsi və sair" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası ədliyyə nazirliyinin Sumqayıt şəhər 4 saylı Dövlət Notariat Kontoruna qarşı “əqdlərin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, 61,97 kv.m sahəsi olan 1 saylı mənzil - "26 fevral 2022-ci il il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində bağlanmış Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin, 08 avqust 2024-cü il tarixdə Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən, 61,97 kv.m sahəsi olan 1 saylı mənzilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 28 mart 2022-ci il tarixdə Cavabdeh2 adına verilmiş çıxarışın və 12 sentyabr 2024-cü il tarixdə Cavabdeh1 Əmrastan oğlunun adına verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzilin İddiaçı adına dəyişdirilməsinə dair və Cavabdeh1 mənzildən çıxarılması, mənzilin İddiaçı təhvil verilməsi, qətnamənin icrasının müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X9 20 Yanvar 1990-cı ildə Bakı şəhərində şəhid olmuşdur. Şəhid ailəsi kimi ona və 4 övladına Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən 04 may 2000-cil tarixli, 030930 saylı ORDER-in əsasında mənzil verilmişdir. Həmin ORDER-ə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 01 may 2018-ci il tarixdə İddiaçı adına verilmiş **********30-05101-093002 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyesterindən çıxarışa əsasən tam mülkiyyət üzrə 61.97 kv.m olan, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil rəsmi qeydə alınmışdır. 26 fevral 2022-ci il tarixdə, 4İ-285 nömrə ilə Bakı şəhəri 32 saylı notariat ofisində Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 1 saylı mənzili qızı X2 həyat yoldaşı-kürəkəni Cavabdeh2 bağışlamışdır. 22 mart 2022-ci il tarixdə ƏMDX-nin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına tam mülkiyyətlə rəsmi qeydə alınaraq çıxarış verilmişdir. Həmin mənzili nəvələrinin, qızının, kürəkəninin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə onlara bağışlamışdır. Ancaq milli, əxlaqi dəyərləri, Azərbaycan ailəsinin özəlliklərini, ailə başçısının nüfuz və hörmətini nəzərə alaraq mənzili kürəkəni Cavabdeh2 adına rəsmiləşdirdi. Əliyar ilə Sevinc arasında mütəmadi konfliktlərin olduğunu sonralar bilmişdir. Belə ki, səhhətində, sağlamlığında ciddi problemlər olduğu üçün bu hadisələr barədə sağlamlığını nəzərə alaraq övladları tərəfindən ona heç nə deyilməyib və məlumatsız olmuşdur. Bütün bunları bildikdən sonra münasibətlərinin yaxşılaşacağını güman etsə də, təssüf ki, bu gün hər şey daha pis sonluqlarla davam edir. Belə ki, müəyyən müddətdən sonra bilmişlər ki, Cavabdeh2, Cavabdeh1, Xəyalə Hüseynova və digərləri ilə birgə bizneslə məşğul olublar. Aralarında problemlər yarandığı üçün ortaqları Cavabdeh1 şikayəti əsasında eşitdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4 və başqa maddələri ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılaraq Cavabdeh1 zərərçəkmiş şəxs kimi tanınmış, Cavabdeh2, Xəyalə Hüseynovaya və digərlərinə qarşı bu işi üzrə ittiham irəli sürülərək həbs ediliblər. Cinayət işinə hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Cavabdeh2 həbs edildikdən sonra bilmişlər ki, o, qızı Sevinc Abbasova ilə rəsmi nikahda olduğu halda, X5 ilə rəsmi nikaha daxil olmadan restoranların birində özlərinə toy da ediblər. Cavabdeh2 qızına, ona və ailəsinə qarşı törətdikləri təkcə onun bu hərəkətləri ilə bitib tükənməyib. Cavabdeh2 ona olan münasibətlərindən suiistifadə edərək, Cavabdeh1 onu həbs etdirəcəyindən qorxaraq, onun yalan vədlərinə inanaraq, əxlaqa, dəyərə, 4 körpə balasının taleyinə, həyat yoldaşına, onlara, şəhidin haqqına hörmət etmədən, 08 avqust 2024-cü il tarixdə Sumqayıt şəhər 4 saylı Notariat ofisində ünvan 1 ünvanında yerləşən, 1 aylı mənzili qızının iradəsinə zidd olaraq, ona hədə qorxu gəlinərək, aldadılaraq razılıq ərizəsi alınmış, Cavabdeh1, Cavabdeh2 və digərləri arasında yaranmış pul problemlərini həll etmək məqsədi ilə qanunsuz yolla, mənzili ələ keçirtmək üçün Cavabdeh1 tərəfindən pul vəsaiti ödənilmədən, formal, həqiqəti əks etdirməyən alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh1 qanunsuz hərəkətlərini davam etdirərək, saxta yolla ƏMDK yanında DƏDRX-nin 1 saylı ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə 12 sentyabr 2024-cü il tarixli çıxarış almışdır. Aşağıda qeyd edilən hallara görə Cavabdeh1 Əmrastan oğlu vicdanlı alıcı hesab edilə bilməz. Bağlanmış müqavilə formaldır, uydurmadır. Qanunun tələblərinə cavab vermir. 08 avqust 2024-cü il tarixdə Sumqayıt şəhər 4 saylı Notariat ofisində bağlanılan Satqı Müqaviləsi hədə-qorxu, təzyiq və bir tərəfin digər tərəfdən bir sıra hallara asılı və qorxduğu üçün hətta-“həbs etdirərəm” təhdinin olması və sonda həbs etdirməsi ilə nəticələndiyi üçün bu müqavilənin heç bir hüquqi, qanuni əsaslar olmadan bağlandığını təsdiq edir. Digər tərəfdən sual olunur. Əgər Cavabdeh2 rəsmi təsdiq edilmiş ittiham aktına görə Cavabdeh1 borcludursa və bu hallara görə həbs edilirsə, bəs necə olur ki, Cavabdeh1 bağışlanılmış mənzili Cavabdeh2 pul ödəməklə alqı satqı müqaviləsi ilə alır? Bu alqı-satqı Sumqayıt şəhəri 4 saylı notarius ofisində rəsmləşdirilir. Hazır ki, iddia ərizinə aidiyyəti olmasada Cavabdeh1 tərəfindən ünvan 3 ünvanında yerləşən ona məxsus zirzəmilərin hüquqverici sənədləri qanunsuz yolla Cavabdeh1 tərəfindən götürülmüşdür, Bunlardan əlavə, Cavabdeh1 Sumqayıt şəhər 4 saylı notariat ofisinin notarusu ilə əlbir olaraq digər qanunsuzluqları davam etdirmişdir. Belə ki, ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən 16 oktyabr 10-ci il tarixli, **********08 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mükiyyət üzrə qızı X3 məxsus Qəbələ rayonu, Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsi notarius vasitəsi qanunsuz və saxta yolla Cavabdeh1 tərəfindən mənimsənilmişdir. Cavabdeh1 qızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən Körpüsü 111, 24 saylı evin sənədləri, qanunsuz yolla götürürmüş, evin bütün açarlarını dəyişdirərək, qızına və övladlarına məxsus bütün əşyaları məhv etmiş, həmin evi qanunsuz zəbt etmişdir. Qızının cehiz kimi apardığı avtomobili əlindən almışdı. Bundan əlavə Cavabdeh2 qızı ilə birgə nikah dövründə aldıqları bütün əmlaklar Cavabdeh1 tərəfindən qanunsuz yolla Sumqayıt şəhər 4 saylı notariat ofisində rəsmləşdirilir. Cavabdeh2 qızı Sevinc Abasovanın ona verdiyi etibarnamədən sui-istifadə edərək, Cavabdeh1, onu aldadaraq, həbs etdirməyəcəyi, şikayətini geri götürəcəyi ilə bağlı yalançı vədlərinə inanaraq saxtakarlıq edərək digər əmlaklarıda Sumqayıt şəhər 4 saylı notariat ofisində Cavabdeh1 adına qanunsuz keçirtmişdir. Nəticədə Cavabdeh1 Cavabdeh2, qızı Sevinc Abbasovanı aldadaraq ona aid olmayan və onların cinayətlərinin predmetləri olmayan 2000-ci il, 2018, 2020-ci illərdə əldə etdikləri əmlaklarını mənimsəmişdir. Sumqayıt şəhər 4 saylı Notarit Ofisinin notariusu, Cavabdeh1 ilə əlbir olaraq qanunsuz əməllərini mütəşəkkil qaydada davam etdirərək aşağıda qeyd edilən saxtakarlıqlara və qanun pozuntularına yol veriblər. Belə ki, notariat hərəkətlərinin iştirakçılarının: Bakı şəhərində qeydiyyatda olmalarına və Bakı şəhərində yaşamalarına; Sumqayıt şəhəri 4 saylı notariat ofisində alqı-satqısı həyata keçirilən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin Bakı şəhərində, Qəbələ rayonunda, Bərdə rayonunda yerləşməsinə; X18 adından əmlaklarla bağlı Sumqayıt şəhəri 4 saylı notariat ofisində 4 dəfə notariat hərəkətləri- müqavilələr, əmlakdan imtina ərziləri təsdiq edilməsinə; Cavabdeh2 adından əmlaklarla bağlı Sumqayıt şəhər 4 saylı notariat ofisində 5-dən çox notariat hərəkətləri-müqavilələr, imtina ərizələri təsdiq edilməsinə; Bakı şəhərində 54, Bakı ASAN Xidmət Mərkəzlərində 8, Bərdə və Qəbələ rayonlarında 4, ümumlikdə bu yurisdiksiyada aidiyyəti üzrə 70 notariat ofisinin, 70-dən çox notariusun olduğu halda, keçirilən notariat əməliyyatlarının heç birinin Sumqayıt şəhərinə aidiyyatı olmadığı Sumqayıt şəhər 4 saylı notariat ofisində 10-dan çox qanunsuz, saxta əməliyyatların aparılması; Rəsmləşdirilən alqı-satqı müqavilələri üzrə əmlaklara qanunsuz sahiblənən Cavabdeh1 həmin əmlakları alınmasına görə vəsait ödəməməsi; Və sair qanun pozuntularının Sumqayıt şəhər 4 saylı notariat ofisində aparılmasında maraq nədir? Korrupsiya əlamətli, qanun pozuntuları yoxdurmu? Var, əlbəttə. Bütün bunlar onu göstərir ki, bu proseslərdə Cavabdeh2 və Sevinc Abbasova hədə-qorxu gəlinən, aldanan tərəf, Cavabdeh1 hədə-qorxu gələn, aldadan, qanunsuz yolla varlanan tərəf olduğu üçün Cavabdeh1 tərəfindən qanunvericiliyin bütün tələbləri kobud surətdə pozulmuşdur. Qeyd edilən bu qanunsuzluqlar hazır ki, iddia predmetinin tələblərinə birbaşa aid olmasa da, bu qanusuzluqlar onu deməyə əsas verir ki, hazırda etibarsız və ləğv edilməsi mübahisələndirilən müqavilələrin və çıxarışların qanunsuz, saxta yolla əldə edilməsi qənaətinə gəlmək üçün kifayət qədər hüquqi əsaslardır. Yuxarıda qeyd edilənlərə və qanunvericiliyin tələblərinə əsasən cavabdehlər da bağlanmış qeyd edilən müqavilələr formal xarakter olmaqla, müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanmış əqd olmaqla etibarsızdır, bütün bunlarla yanaşı ibtidai istintaq zamanın ibtidai istintaq orqanı tərəfindən Cavabdeh1 xeyrinə Cavabdeh2 tərəfindən xüsusi ilə külli miqdarda vəsait ödətdirilmişdir. Qeyd edilənlərdən əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirlirliyi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli Arayışa əsasən qeyd edilən ünvanda hazırda oğlu və nəvələri yaşayış yeri üzrə rəsmi qeydiyyatdadırlar: 1.xx.xx.1980-ci il təvəllüdlü oğlu- X19; 2.xx.xx.2017-ci il təvəllüdlü nəvəsi- X24; 3.xx.xx.2019-cu il təvəllüdlü nəvəsi-X25 Azərbaycan Respublikası DİN tərəfindən təqdum edilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, qeyd edilən mənzildə ikisi azyaşlı olmaqla, xx.xx.1980-ci il oğlu X10 rəsmi qeydiyyatda olmasına baxmayaraq onun razılıq ərizəsi olmadan mənzilin alqı-satqısı həyata keçirilir. Qanununvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq belə hesab edir ki, müqavilələr saxta və etibarsız olduğu üçün onların əsasında verilən çıxarışlar qanunsuz verildiyi üçün ləgv edilməlidir. Çünki bu sənədlər heç biri həqiqəti əks etdirmir. Bundan əlavə qızı X8 ilə Cavabdeh2 arasında faktiki ər-arvad münasibətləri yoxdur. Qızının Cavabdeh2la aralarında olan nikahlarına xitam verilməsi barədə iddia ərizəsinə Bakı şəhər Binəqədi Rayon Məhkəməsində baxılır. Bu hadisələr zamanı onlar hər biri psixoloji, mənəvi, maddi sarsıntılar keçirib, zərərə məruz qalmışlar. Sevinc Abbasovanın 4, biri azyaşlı olmaqla 3 körpə (üçəmləri) balaları vardır. Hal-hazırda 4 körpə balası ilə məcburi köçkün həyatı yaşayır. Bütün bunlar bağışlanma müqaviləsinin ləgv edilməsi üçün kifayət qədər hüquqi əsasların olduğunu sübut edir. Cavabdeh1 həmin mənzilə qanunsuz, saxta yolla sahiblənməklə yanaşı, onun həmin mənzilə heç ehtiyacı da yoxdur. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X12 tərəfindən verilmiş iddia tələbi üzrə iddia müddəti tətbiq edilsin və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsinə əsasən Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsinə əsasən İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur (Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarı). Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarı). Hüquqdan sui-istifadə hallarının aradan qaldırılması üçün cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasının aradan qaldırılması, müqavilə üzrə tərəfi hüquq və qanuni maraqlarının vaxtında tələb edilməsi, mülki dövriyyənin sabitliyinin təmin edilməsi üçün iddia müddəti institutu mühüm əhəmiyyət daşıyır. İddiaçı Ümsələma Əliyeva özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzili özünün kürəkəni- hazırki iş üzrə cavabdeh X4 xx.xx.2022-ci il tarixdə bağışlama müqaviləsinə əsasən bağışlamışdır. Həmin tarixdən 2 il keçəndən sonra Əliyar iddiaçının qızı Sevincə xəyanət etiyi üçün iddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “X14 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli qərarında və başqa qərarlarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Həmçinin göstərilmişdir ki, pozulmuş hüquqların məcburi müdafiəsi qeyri-məhdud deyil, qanunvericilikdə konkret müəyyənləşdirilən müddətlər – iddia müddətləri daxilində mümkündür. Bundan əlavə həmin qərarda o da qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarı). Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilən maddi hüquq norması özündə üç halı ehtiva edir: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, Ağır Cinayətlər Məhkəməsində olan iş üzrə təqsirləndirilən şəxs Cavabdeh2 tərəflər arasında barışığın olacağını bildirib. Borc tam olaraq ödəniləcək. Xanımlar keçən məhkəmə iclasında bildirmişdilər ki, onları guya Ağır Cinayətlər Məhkəməsində iclasa buraxmırlar, lakin 2 iclasdır ki, onlar məhkəməyə gedib, öz fikirlərini bildiriblər. Son prosesdə Əliyar özü bildirmişdi ki, borcu ödəmək istəyir. Bunları və işin həqiqi hallarını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahat verərək bildirmişdir ki, keçən məhkəmə iclasında Əliyarın özü də xahiş etmişdir ki bağışlama müqaviləsi ləğv edilsin. Ümsələmə xanım 2022-ci ilin fevral ayında Əliyara bağışlayıb. Daha sonra Ümsələmə xanım biləndə ki, cinayət işi başlanıb, ev alqı-satqı ilə satılıb digər şəxsə, onda bu məsələni mübahisələndirdi. 2024-cü ilin avqust ayında bundan xəbərdar oldular. 2024-cü ilin yanvar ayında Ümsələmə xanım bildi ki, Əliyar Xəyalə adlı qadınla qeyri rəsmi nikaha daxil olmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iddiaya uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaya uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, qaynanası həmin mənzili ona bağışlamışdır. Həmin mənzili yoldaşının adına yox, sırf onun adına ona görə bağışladı ki, o ailə başçısıyam. Cavabdeh1 2019-cu ilin əvvəllərindən tanıyır, Şakir adlı dostunun vasitəsi ilə tanımışdı. O Əbülfəzə bir neçə obyekt göstərdi, lakin cavabdeh onları bəyənmədi. Daha sonra bir benzindoldurma məntəqəsi göstərdi və onun vasitəçiliyi ilə həmin məntəqəni 2 miliyon 200 min manata aldı. Daha sonra ona bir neçə evlər göstərdi, alqı-satqı oldu, onun Əbülfəzə borcu yığıldı və nəticədə onu şikayət etdi. Həmin vaxt maddi imkanı olmadığı üçün borcunu qaytara bilməmiş və bu barədə qarşı tərəfə məlumat vermişdir. Əbülfəz ona bildirib ki, Qəbələdə yerləşən torpaq sahəsini versin. Cavabdeh həmin əmlakı vaxtilə 1 milyon 400 min manata satmaqdan imtina etdiyini, çünki ərazidə 780 kv.m sahəni əhatə edən obyektlər, ferma və digər tikililərin olduğunu vurğulamışdır. Əbülfəz isə ona həmin ərazini girov kimi adına keçirməyi təklif etmiş və bildirib ki, nə vaxt 500 min manat borcu qaytararsa, onda həmin əmlak ona geri qaytarılacaq. Cavabdehin bildirdiyinə görə, Əbülfəz həyat yoldaşına təhdid edərək demişdir ki, Əliyarı tutduracaq və borcunu qaytarmasını təmin edəcək. Onun xəbəri olmadan yaşadığı evə daxil olunmuş, avtomobilləri heç bir hüquqi əsas olmadan aparılmışdır. Qəbələdə yerləşən evin və digər əmlakın girov kimi götürüldüyünü, avtomobillərinin aparıldığını və guya onun Əbülfəzə mülki etibarnamə verdiyinin iddia olunduğunu, halbuki belə bir etibarnamə vermədiyini və ümumiyyətlə oxuyub-yaza bilmədiyini, savadının olmadığını məhkəməyə bildirmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, izahatları dinləyərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 286545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1990-cı il tarixində Bakı şəhərində odlu silahla başın güllələnməsi nəticəsində ölmüşdür. - Sabirabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ seriyalı 338852 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1976-cı il tarixində Sabirabad rayonunda anadan olmuş, atası X9, anası İddiaçıdır. - X1 fəaliyyət qabiliyyəti olmayan qardaşı X20 üzərində qəyyum təyin edilməsi barədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 134 nömrəli sərəncamından görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan vətəndaş X15 fəaliyyət qabiliyyəti olmayan X20 üzərində qəyyum təyin edilməsi qərara alınmışdır. - 3 saylı Bakı «ASAN xidmət» mərkəzinin notariat ofisində təsdiq edilmiş İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən İddiaçı mülkiyyətində ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 67.9 kv.m. olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır. - Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X10 xx.xx.2022-ci il tarixli **********517 saylı ərizəsindən görünür ki, X19 qeydiyyatda oğlu İddiaçı məxsus olan, ünvan 4 ünvanda yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. Müqavilədə nəzərdə tutulmuş yaşayış sahəsini (ev, mənzil, otaq) tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. - Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X7 xx.xx.2022-ci il tarixli **********520 saylı ərizəsindən görünür ki, X16 qeydiyyatda oğlu İddiaçı məxsus olan ünvan 4 ünvanda yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. Müqavilədə nəzərdə tutulmuş yaşayış sahəsini (ev, mənzil, otaq) tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. - Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X6 xx.xx.2022-ci il tarixli **********518 saylı ərizəsindən görünür ki, X15 qeydiyyatda oğlu İddiaçı məxsus olan ünvan 4 ünvanda yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. Müqavilədə nəzərdə tutulmuş yaşayış sahəsini (ev, mənzil, otaq) tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. - Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X17 xx.xx.2022-ci il tarixli **********519 saylı ərizəsindən görünür ki, X26 qeydiyyatda oğlu İddiaçı məxsus olan ünvan 4 ünvanda yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. Müqavilədə nəzərdə tutulmuş yaşayış sahəsini (ev, mənzil, otaq) tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. - Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X13 xx.xx.2022-ci il tarixli **********532 saylı ərizəsindən görünür ki, X20 qeydiyyatda oğlu İddiaçı məxsus olan ünvan 4 ünvanda yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. Müqavilədə nəzərdə tutulmuş yaşayış sahəsini (ev, mənzil, otaq) tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. - Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh2 xx.xx.2022ci il tarixli **********537 saylı ərizəsindən görünür ki, ünvan 4 ünvanda yerləşən torpaq sahəsinin özgəninkiləşdirmə nəticəsində yaranan hüququn qeydiyyatı ilə əlaqədar dövlət reyestrindən çıxarış və texniki pasportun 15 gün ərzində verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01 may 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 118 nömrəli reyestr kitabının 9918 saylı vərəqində qeydiyyata alınmışdır. - Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 67.9 kv.m. olan fərdi yaşayış evini Cavabdeh1 satmışdır. - Cavabdeh2 və Cavabdeh1 tərəfindən ünvan 5 ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən mənzilin (tam hissə, 67.9 kv/m) 45000 manat 00 qəpik qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınma əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notriat qaydasında təsdiqlənməsi, həmçinin bunnla bağlı bank xərclərinin ödənilməsini “Alıcı” öz üzərinə götürmüşdür. “Alıcı” bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin AZ17AİİB********************- Kapital Bank ASC Sumqayıt filialındakı depozit hesabına qəbul olunmasını xahiş etmişdir. “Satıcı” həmin məbləğin müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra onun AZ17AİİB********************- Kapital Bank ASC Sumqayıt filialındakı depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətində olmuşdur. 32 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzili kürəkəni Cavabdeh2 bağışlamışdır. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 1 saylı mənzili Cavabdeh1 satmışdır. Hazırda iddiaçı həm xx.xx.2022ci il tarixli bağışlama müqaviləsinin həm də Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin və sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsini, cavabdehin mənzildən çıxarılmasını xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəllədə müəyyən edilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə digər tərəfdən qeyd edir ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notariat təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Göstərilən Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. 31. Məhkəmə qeyd edir ki, hakimyyətdən sui-istifadə nəticəsində əlverişsiz əqd ancaq tabelikdə və ya müəyyən asılılığı olan şəxslə bağlanıla bilər. şəxs başqasının xidməti, hərbi və digər tabeliyində nəzarət, təftiş asılılığında ola bilər. Yəni əgər əqd asılı olan şəxsi vadar edilməsi və iradəsinə zidd olaraq bağlanılıbsa, bu halda əlverişsiz və iradəsinə müvafiq olmayan əqd etibarsız əqd kimi hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (maddə 340.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, etibarlıdır. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi əvəzsiz əqd olmaqla daşınmaz əmlaklar barəsində notariat qaydasında təsdiq edildiyi andan etibarlı olur və daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Bağışlama müqaviləsinə əsasən hədiyyə verən sağ ikən öz əmlakının bir hissəsinin heç bir cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alana bağışlayaraq onu zənginləşdirir. Bağışlama müqaviləsi şəxsin təmənnasız xeyirxah iradəsinin ifadəsinə əsaslanır. Lakin bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 182.2-ci bəndinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Qanunun yuxarıda göstərilən tələbindən aydın olur ki, tərəflərin iradəsinə əsasən bağlanılmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya müqavilədə nəzərdə tutulmuş hallarda ləğv edilə bilər. Məhkəmə ilk növbədə onu qeyd edir ki, iddia predmeti olan mübahisə iki əsas müqavilənin – 26 fevral 2022-ci il tarixli bağışlama müqaviləsi və 08 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, onların əsasında verilmiş çıxarışların ləğv olunmasına və mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə və cavabdehin mənzildən çıxarılmasına yönəlmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı 26 fevral 2022-ci il tarixli bağışlama müqaviləsinin faktiki olaraq etibarsız hesab edilməsinin qanunda nəzərdə tutulmuş hüquqi əsaslarını qeyd etməklə onun ləğv edilməsini xahiş edir. Halbuki yuxarıda göstərilən qanunun norması müqavilənin ləğvinin hüquqi əsası kimi iddiaçının iddia ərizəsində istinad etdiyi halları nəzərdə tutmur. İddiaçı tərəfindən isə qanunda müəyyən edilən müqavilənin ləğvi əsasına səbəb olan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən müəyyən etmişdir ki, 26 fevral 2022-ci il tarixli bağışlama müqaviləsi Bakı şəhəri 32 saylı notariat kontorunda qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış, notariat qaydada təsdiq edilmiş və sonradan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmi qaydada qeydə alınmışdır. İddiaçı cavabdeh – kürəkəni Cavabdeh2 mənzili bağışlaması könüllü xarakter daşıyır, bu barədə müqavilədə tərəflərin azad iradəsi aydın şəkildə əks olunmuşdur. Məhkəmə iddiaçının ona məxsus əmlakın bağışlanmasında hər hansı iradə ifadəsinin olmaması faktını müəyyən etməmişdir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Əlavə olaraq məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 hazırda cəzaçəkmə müəssisəsində saxlandığından, məhkəmə iclasında iştirakının təmin olunması ilə dindirilmiş və izahatında bildirmişdir ki, bağışlama müqaviləsi formal xarakter daşıyır, yəni etibarsızdır. Lakin məhkəmə hesab edir ki, cavabdehin bu izahatı obyektiv deyil və onun şəxsi maraqları ilə –mübahisəli əmlakın geri qaytarılmasına nail olmaq məqsədi ilə verildiyi aydın görünür. Bu səbəbdən onun izahatı inandırıcı sübut kimi qiymətləndirilmir və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas sayıla bilməz. Məhkəmə 08 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsinə münasibətdə isə qeyd edir ki, bu əqd cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında notariat qaydada bağlanmış, dövlət qeydiyyatına alınmışdır. İddiaçı bu əqdin də formal olduğunu və pul vəsaiti ödənilmədən, saxta yolla bağlandığını iddia etmiş, lakin bu barədə də heç bir hüquqi qüvvəyə malik sübut təqdim etməmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı bu müqavilənin tərəfi deyildir və bu səbəbdən həmin müqavilənin etibarsızlığı barədə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Buna baxmayaraq məhkəmə iddiaçının Cavabdeh1 “vicdanlı alıcı” hesab edilə bilməyəcəyi və əqdim etibarsız olduğu ilə bağlı dəlillərininə araşdırmış və işdə belə bir halı təsdiq edən heç bir sənəd və ya sübutun təqdim edilmədiyi əksinə, Cavabdeh1 əmlakı alarkən reyestr çıxarışına və notariat sənədinə əsaslandığı müəyyən olunmuşdur. Bu şəraitdə onun “vicdanlı alıcı” statusu şübhə doğurmur. Bundan əlavə həm X8, həm də iddiaçı məhkəmə izahatları zamanı 08 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsinin bağlandığı zaman X8 tərəfindən razılıq ərizəsi verdiyini bildirmiş, lakin həmin razılığın ona hədə qorxu gəlinərək, aldadılaraq alındığını iddia etsələr də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdilər. «S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmışdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014cü il 15 sentyabr tarixli Qərarı). Həmçinin, iddiaçı hələ də mübahisə predmetini təşkil edən mənzildə onun oğlunun və azyaşlı nəvələrinin qeydiyyatda olduğunu və onların razılığı olmadan alqı-satqı müqaviləsinin bağlanmasının qanunsuz olduğunu qeyd etsə də məhkəmə hesab edir ki, iddiaçının oğlunun və azyaşlı nəvələrinin mənzildə qeydiyyatda olması, və ya orada əvvəllər yaşaması mülkiyyət hüququnun sübutu sayıla bilməz. Belə ki, qeydiyyat faktı yalnız yaşayış yerini təsdiqləyir və heç bir halda əmlak üzərində mülkiyyət hüququ yaratmır. Əgər şəxs mənzilə dair bağışlama müqaviləsinə imza ataraq onu digər şəxsə veribsə, bu halda o, həmin əmlakdan könüllü imtina etmiş sayılır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, 08 avqust 2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması üçün hüquqi əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Son olaraq məhkəmə onu qeyd edir ki, iddiaçının iddiasının özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsinə zərurət qalmamışdır. Bundan əlavə isə məhkəmə həmçinin iddianın digər hissələri olan verilmiş çıxarışların ləğv edilərək mənzilin ona geri qaytarılması, cavabdehin mənzildən çıxarılması hissələri isə iddia tələbinin əsasını təşkil edən müqavilələrin etibarsız hesab edilməsi hissəsi rədd edildiyindən iddia tələbi bu hissələrdə də prosessual qənaət prinsipini nəzərə alaraq təmin edilməməlidir. Beləliklə, məhkəmə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Resublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər 4 saylı Dövlət Notariat Kontoruna qarşı ("Bakı şəhər 32 saylı Notariat ofisi", "Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi" və "X11 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əqdlərin etibarsız hesab edilməsi və sair" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Resublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər 4 saylı Dövlət Notariat Kontoruna qarşı ("Bakı şəhər 32 saylı Notariat ofisi", "Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi" və "X11 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "əqdlərin etibarsız hesab edilməsi və sair" tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar