Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1182/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, düz yeddi ilə yaxından ki, iddiaçıya başından butulka ilə vuraraq, bıçaqla ürək nahiyyəsinin 2 santimetrliyindən vuraraq ona ağır bədən xəsarəti yetirən, əslində isə ölüdrməyə cəhd edən X6 və onu bu işə təhrik edən şəxslər iddiaçıya məlum olmayan vəzifəli şəxslər tərəfindən hansısa yüksək maraq üzündən yüksək səviyyədə himayədarlıq edildiyinə görə bu günə kimi cinayət məsuliyyətinə cəlb edilmirlər, cinayət törədən şəxslər azadlıqda gəzərək ona göz dağı verməkdədirlər. İddiaçı Baş Prokuror Zakir Qaralov cənabları da daxil olmaqla şəxsən bütün səlahiyyətli şəxslərin qəbulunda olaraq rəsmi şikayətini xüsusi nəzarətə götürdüklərini şəxsən iddiaçıya bildirmələrinə baxmayaraq, tabeçiliklərində olan vəzifəli şəxslər tərəfindən ona saysızhesabsız «cinayət törətmiş şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb ediləcəyi» barədə təsəlliverici məktublar göndərməkdədirlər. Halbuki, iddiaçı 2011-ci ildə istintaq ilk günlərində işin istintaqını aparan Nəsimi RPİ-nin müstəntiqi Fərid Şirinov ona bıçaqla ağır xəsarət yetirən şəxsin X6 olmasını bildirərək onu şəxsən özü tutdurub istintaqa təhvil vermişdir. Hətta müstəntiq onunla iddiaçı arasında üzləmə istintaq hərəkəti aparıb və iddiaçı də onu bıçaq vuran şəxsin Bəhramov Kamran olmasını onun üzünə bildirsə də, sonradan ona məlum olmuşdur ki, müstəntiq ya həmin üzləşmə istisntaq hərəkətlərini rəsmiləşdirməmiş, ya da onu gizlətmişdir. Müstəntiq hətta ona bildirmişdir ki, üzləşmədən sonra Kamran Bəhramovu həbs edəcəkdir. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, müstəntiq F.Şirinov ya ona verilən göstərişə, ya da hansısa şəxsin marağına görə cinayətkar şəxsin şahid kimi ifadəsi alaraq onu azadlığa buraxılmışdır. Bundan sonra iddiaçının etdiyi şikayətlər əsasında iş üzrə 7 ilə yaxın istintaq aparılaraq düz 12 dəfə istintaqın dayandırılması barədə qərar qəbul edilmiş, lakin həmin dayandırma qərarları onun təkidli şikayətləri əsasında dəfələrlə prokurorluq orqanları və ya məhkəmə tərəfindən ləğv edilsə də, işin istintaqı yenidən əvvəlki müstəntiq Fərid Şirinova həvalə edilmiş, lakin o, da hər dəfə iş üzrə heç bir istintaq hərəkətləri aparmadan icraatın dayandırılması barədə qərar qəbul edir. Hətta cinayət işi iddiaçının şikayətləri əsasında Nəsimi RPİ-dən alınaraq Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Vüsal Məhərrəmovun icraatına verilsə də, o, da Nəsimi RPİ-nin qaytarılaraq yenə də X17 icraatına verilmişdir. Elə bil ki, Bakı şəhər BPİ-də Vüsal Məhərrəmovdan və Nəsimi RPİ-də Fərid Şirinovdan başqa müstəntiq yoxdur. İddiaçı dəfələrlə onların apardığı istintaqdan narazılığını bildirsə də, nə sirrdirsə onun bıçaqla vurularaq ağır xəsarət alması barədə olan həmin cinayət işi üzrə istintaqın aparılması bu iki müsitəntiqdən başqa digər müstəntiqə verilmir. Bu da iddiaçıda belə bir inam yaradır ki, bu iki müstəntiqə göstəriş verilmişdir ki, ddiaçıya qarşı cinayəti törədən Kamran Bəhrəmovu nəyin bahasına olursa olsun cinayət məsuliyyətinə cəlb etməsinlər. X17 «cinayət işinin icraatının dayandırılması barədə» qəbul etdiyi 06.05.2017-ci il tarixli axırıncı qərarı iddiaçının şikayəti əsasında Nəsimi rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova tərəfindən 18.01.2018-ci il tarixdə ləğv edilərək, cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Nəsimi RPİ-nin İŞ-nə göndərilmiş və bu dəfə də iş yenidən Fərid Salmanovun icraatına verilmişdir. Müstəntiq F.Şirinov 07.02.2018-ci il tarixdə cinayət işini öz icraatına qəbul etmiş və cəmi iki jün sonra – 09.02.2018-ci il tarixdə cinayət işinin icraatının dayandırılması barədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Həmin qərarda göstərilir: «110070576 saylı cinayət işi 29.11.2011-ci il tarixdə, Nəsimi RPİ-nin 19-cu PB-də toplanmış materiallar üzrə tərəfimdən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə başlanılaraq icraata qəbul edilib istintaqı aparılmışdır. ********* saylı cinayət işinin ibtidai istintaq müddəti Bakı şəhər prokurorluğu tərəfindən 29 aprel 2021-ci il tarixə kimi uzadılmışdır. 13 aprel 2012-ci il tarixdə ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir. ********* saylı cinayət işi üzrə icraat 13 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 27.09.2012-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir. ********* saylı cinayət işi üzrə icraat 27 sentyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 27.03.2013-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir. ********* saylı cinayət işi üzrə 01 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. ********* saylı cinayət işi nəzarət qaydasında Nəsimi rayon Məhkəməsi tərəfindən öyrənilmiş və 01 aprel 2013-cü il tarixli cinayət işinin dayandırılması haqqında qərar 04 iyul 2013-cü il tarixdə ləğv edilərək ibtidai istintaqın davam etdirilməsi üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. 26.07.2013-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir. ********* saylı cinayət işinin ibtidai istintaq müddəti Bakı şəhər prokurorluğu tərəfindən 03 sentyabr 2013-cü il tarixə kimi uzadılmışdır. ********* saylı cinayət işi istintaq edilməsi üçün Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilmiş və 02 sentyabr 2013-cü il tarixdə müstəntiq polis kapitanı Vüsal Məhərrəmov tərəfindən icraata qəbul edilərək istintaqı davam etdrilmişdir. ********* saylı cinayət işinin ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş Prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən 03 noyabr 2013-cü il tarixə kimi uzadılmışdır. ********* saylı cinayət işi üzrə icraat 17 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası CPMnin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 14 noyabr 2013-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. ********* saylı cinayət işi üzrə icraat 14 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 07 aprel 2014-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. 21 aprel 2014-cü il tarixdə ********* saylı cinayət işi Nəsimi RPİ-nin İstintaq şöbəsinə qaytarılımış və tərəfimdən icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. ********* saylı cinayət işi üzrə icraat 21 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. ********* saylı cinayət işi nəzarət qaydasında Nəsimi rayon Məhkəməsi tərəfindən öyrənilmiş və 21 may 2014-cü il ttarixli cinayət işinin dayandırılması haqqında qərar 27 iyun 2014-cü il tarixdə ləğv edilərək ibtidai istintaqın davam etdirilməsi üçün Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. 21 iyul 2014-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. ********* saylı cinayət işi üzrə icraat 01 avqust 2014-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 30 avqust 2014-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. 03 sentyabr 2014-cü il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. 03 sentyabr 2014cü il tarixdə ********* saylı cinayət işinin istintaqı Nəsimi RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Firdovsi Əsədliyə həvalə edildiyindən icraatına qəbul edilərək istintaqı davam etdirilmişdir. ********* saylı cinayət işi üzrə icraat 04 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 10 avqust 2015-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. 21 avqust 2015-ci il tarixdə ********* saylı cinayət işinin ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov tərəfindən 26 oktyabr 2015-ci il tarixə kimi uzadılmışdır. ********* saylı cinayət işi üzrə icraat 27 avqust 2015-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. ********* saylı cinayət işi istintaq edilməsi üçün Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilmiş və 08.02.2017-ci il tarixdə baş müstəntiq polis mayoru Vüsal Məhərrəmov tərəfindən təzələnib icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. ********* saylı cinayət işi üzrə icraat 16 fevral 2-17-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddsinə əsasən dayandırılmışdır. 29 aprel 2017-ci il tarixdə cinayət işi üzrə icraat Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin mühüm işlər üzrə baş müstəntiqi polis mayoru Vüsal Məhərrəmov tərəfindən təzələnərək ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilmiş və 04 may 2017-ci il tarixdə icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. ********* saylı cinayət işi üzrə icraat 06 may 2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. 18 yanvar 2018-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova tərəfindən 06 may 2017-ci il tarixli cinayət işinin dayandırılması haqqında qərarı ləğv edilərək ibtidai istintaqı davam etdirilməsi üçün Nəsimi RPİ-nirn İstintaq Şöbəsinə göndərilmiş və 07 fevral 2018-ci il tarixdə cinayət işi üzrə icraat tərəfimdən təzələnərək ibtidai istintaqı davam edilmişdir. İstintaq materiallarından görünür ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs 21 noyabr 2011-ci il tarixdə, saat 00.30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayonu, H.B.Əliyev küçəsi, 4 saylı yaşayış binasının zirzəmisində yerləşən meyvə-tərəvəz satılan mağazada, həmin mağazada satıcı işləyən İddiaçı butulki və bıçaqla vuraraq döş qəfəsinin ön səthinin sağ yarısında döş və qarın boşluğuna nüfuz edən, diafraqmanın və qara ciyərin zədələnməsi, İİ dərəcəli hemorrafik şokla müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş əzilmiş yarası və sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarəti yetirməklə onun həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İstintaq zamanı İddiaçı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş, sonuncunun aldığı xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilmiş, müvafiq rəy alınaraq cinayət işinin materiallarına əlavə edilmiş və cinayəti törədən şəxsi müəyyən edilməsi istiqamətində zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat aparma tapşırıqları verilmişdir. Bundan əlavə ********* saylı cinayət işi üzrə aparılmış istintaq zamanı hadisə yerinə baxış keçirilmiş, X15, X13, X1, X2, X7, X4, X14, X9, X16 və X8 şahid qismində dindirilmişdir. Eləcə də, iş üzrə məhkəmə-bioloji və məhkəmə-kriminalistik ekspertizaları təyin edilmiş, müvafiq rəylər alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı 20 noyabr 2011-ci il saat 23.00-dan 21 noyabr 2011-ci il saat 02.00-dək ünvan 1 ünvanda baş vermiş bıçaqlaşma hadisəsi ilə əlaqədar olaraq "xxxx" MMC, "xxxx" MMC-dən ötürücü antenalarının cədvəli götürülmüş və X3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə gələn və çıxan zənglərin siyahısı "xxxx" MMC-dən alınaraq cinayət işinə əlavə edilmişdir. İstintaq zamanı X19 ağır bədən xəsarəti yetirən şəxsin şəxsiyyətini müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbirlərinin təşkil olunaraq keçirilməsinə dair əməliyyat tapşırıqların verilməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamışdır». Göründüyü kimi, cinayət işinin ibtidai istintaqı zaman cinayəi törətmiş şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İstintaq orqanın vəzifəli şəxslərinin qnunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində iddiaçıya külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Çoxsaylı şikayətlərin tərtibi, onu istintaq orqanında təmsil etmək üçün vəkilə ödənilmiş, yol pulu, yemək qismində xərclənən pullar 1.000.000 manatdan çoxdur. Eyni zamanda ağır xəsarət alaraq uzun müddət müalicə olunmuşdur. Mənəvi iztirab çəkməsinin nəticəsində 1.000.000 manat mənəvi zərər çəkmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi zərərə görə 100.000 (yüz min) manat, mənəvi zərərə görə 100.000 (yüz min) manat pulun alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
5. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 6(006)-26/2013 saylı, 04.07.2013-cü il tarixli cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasına dair qərarın surətindən görünür ki, İddiaçı Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı Fərid Şirinovun «cinayət işi üzrə icraatın dayandırılması haqqında» 01.04.2013-cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməsi, Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı Fərid Şirinovun «cinayət işi üzrə icraatın dayandırılması haqqında» 01.04.2013-cü il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və araşdırmanın davam etdirilməsi üçün istintaq orqanına göndərilməsi, qərarın icrasının Nəsimi rayon Prokurorluğuna həvalə edilməsi qərara alınmışdır.
7. İş materiallarında olan Xətai rayon Məhkəməsinin 6(011)-11/2014 saylı, 07.04.2014-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X5 10070576 saylı cinayət işi üzrə 14.11.2013-cü il tarixli icraatın dayandırılması haqqında 07.04.2014-cü il tarixli qərarı ləğv olunduğundan, cinayət işi üzrə icraat təzələnərək, icraata götürülərək ibtidai istintaqı davam etdirildiyindən, şikayətçi İddiaçı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X5 10070576 saylı cinayət işi üzrə 14.11.2013-cü il tarixli icraatın dayandırılması haqqında qərarının ləğv olunmasına dair şikayəti təmin edilməmişdir.
8. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 6(006)-34/2014 saylı, 27.06.2014-cü il tarixli qərarı ilə İddiaçı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X10 «cinayət işi üzrə icraatın dayandırılması haqqında» 21.04.2014cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X10 «cinayət işi üzrə icraatın dayandırılması haqqında» 21.04.2014-cü il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi qərara alınmışdır.
9. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 6(006)-59/2017 saylı, 21.12.2017-ci il tarixli qərarın surətindən görünür ki, ********* saylı cinayət işi üzrə icraatın dayandırılması haqqında 27.08.2015-ci il tarixli qərarın ləğv edilməsinə dair İddiaçı verdiyi məhkəmə nəzarəti qaydasında şikayətin baxışına xitam verilmişdir.
10. İş üzrə Nəsimi rayon Məhkəməsinin 6(006)-5/2018 saylı, 18.01.2018-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayətin təmin edilməsi, ********* saylı cinayət işi üzrə icraatın dayandırılması haqqında Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Fərid Şirinovun 06.05.2017-ci il tarixli qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi qərara alınmışdır.
11. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 6(006)-24/2018 saylı, 14.06.2018-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayəti təmin edilmiş, ********* saylı cinayət işi üzrə icraatın dayandırılması haqqında Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi Fərid Şirinovun 09.02.2018-ci il tarixli qərarı qanunsuz hesab edilmiş və ləğv edilmişdir.
12. İş üzrə Nəsimi rayon Məhkəməsinin 6(006)-41/2020 saylı, 19.06.2020-ci il tarixli şikayətin təmin edilməsi, Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X10 cinayət işi üzrə icraatın dayandırılması haqqında 01.02.2019-cu il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi qərara alınmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı dəfələrlə müvafiq qaydada müxtəlif dövlət orqanlarına rəsmi müraciətlər etmiş, zərərçəkmış şəxs kimi çıxış etdiyi cinayət işi üzrə çıxarılmış qərarlardan narazı qaldığını əsas gətirərək hazırda ona vurulmuş 100.000 manat maddi və 100.000 manat mənəvi ziyanın ödənilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
15. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.
16. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir.
17. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
18. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsi «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə istinad etmiş və həmin maddədə isə zərərçəkmiş üçün hər hansı kompensasiya nəzərdə tutulmamışdır.
20. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçı maddi tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
21. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
22. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
23. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
24. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
25. Məhkəmə iddianın mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilmədiyindən və mənəvi ziyanın ödənilməsi tələbi maddi ziyanla bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparılmadan iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində də təmin edilə bilməz.
26. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov