Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1207/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı Şofıq oğlunun, Cavabdeh2 nümayəndəsi X1, Cavabdeh1 Publik Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və Cavabdeh2nə qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə və Cavabdeh2nə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidmətin yerinə yetirilməsinə görə ödənilmiş 780 manatın və dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 08 iyul 2021-ci il tarixdə, bir tanışının, sonradan məlum olan ”ZE TUR” MMC-nin vasitəsilə Moskva şəhərinə, 11 iyul 2021-ci il tarixdə Moskvadan Bakıya geriyə, cəmi 780 manat dəyərində təyyarə biletləri əldə etmişdir. Əmək qabiliyyətini müvəqqəti itirməklə xəstə olduğundan biletlərdən istifadə edə bilməmişdir. Bu barədə dərhal Cavabdeh1 Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə rəsmi olaraq ünvanlanmış müraciəti 07.07.2021-ci il tarixdə təqdim edilmişdir. Sonradan təsdiq edilmiş 168784 saylı xəstəlik vərəqəsini onlara təqdim etmişdir. Xəstəlik vərəqəsindən göründüyü kimi 07-08-09 iyul 2021-ci il tarixlərində xəstə olmaqla yataq rejimində olmuşdur. 13.07.2021-ci il tarixdə təkrarən Cavabdeh1 Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə müraciət edərək, qanunvericiliyin tələblərinə əsasən 780 manat pulun ona qaytarılmasını xahiş etmişdir. Rusiya Federasiyasının Hava Məcəlləsinin 108-ci maddəsinə əsasən şəxs xəstələndiyi halda və bu barədə təsdiqedici sənədləri təqdim etdiyi halda biletlərin tam dəyəri ödənilməlidir. Daha sonra, Cavabdeh1 Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə müraciət edərək 5 avqust 2021-ci il tarixdən gec olmayaraq 780 manat pulun ona qaytarılmasını pretenziya məktubu ilə tələb etmişdir. Müraciətini kifayət qədər əsaslandırdığına və təqdim etdiyinə baxmayaraq Nümayəndəlik müraciətlərini cavabsız qoymuşdur. Digər müraciətinə Cavabdeh1 Publik Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquqşünasları pretenziya məktubu ilə Nümayəndəliyə, təmin olunmadığı halda məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X2 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Publik Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 14.06.2021-ci il tarixli elektron biletdən görünür ki, iddiaçı, X4 08.07.2021-ci il tarixdə Bakı şəhərindən Moskva şəhərinə olan SU1855 saylı reys ilə, 11.07.2021-ci il tarixdə isə Moskva şəhərindən Bakı şəhərinə olan SU1850 saylı reys ilə aviabilet almışdır. 168784 saylı Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, iddiaçı 07.07.2021-ci il tarixdən 10.07.2021-ci il tarixədək yataq rejimində xəstə olmuşdur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı, X4 08.07.2021-ci il tarixdə Bakı şəhərindən Moskva şəhərinə olan SU1855 saylı reys ilə, 11.07.2021-ci il tarixdə isə Moskva şəhərindən Bakı şəhərinə olan SU1850 saylı reys ilə aviabilet almışdır. İddiaçı xəstə olduğuna görə uçuş baş tutmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 nömrəli 11.06.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qoşulduğu müqavilələrə və qanunvericiliyə əsasən hava daşımaları üzrə müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi qaydası”nın 3.1.5-ci bəndinə əsasən sərnişin və yük daşıma tarifləri aviaşirkətin (daşıyıcının) qüvvədə olan qaydalarına əsasən tətbiq edilir, həmçinin müəyyən edilmiş yığımlar tutulur. “Aeroflot” Publik Səhmdar Cəmiyyətinin “sərnişinlərin və baqajın hava daşımaları qaydaları”nın 4.6.1-ci bəndinə əsasən sərnişin uçuşdan imtina etmək istədikdə sərnişin və ya onun müvəkkil etdiyi şəxs daşıma müqaviləsinə birtərəfli qaydada xitam verilməsi barədə aşağıdakı yollardan biri ilə “Aeroflot” PSC-nə məlumat verməlidir: 1) Rusiyada və xaricdə “Aeroflot” PSC-nə məxsus satış ofislərində, filiallarında, nümayəndəliklərində rəsmiləşdirilmiş uçuşlar üçün: sərnişinin özünün və ya səlahiyyətli şəxsinin şəxsiyyətini və sərnişinin adından çıxış etmək səlahiyyətini təsdiq edən sənədlərin əslini təqdim etməklə pulun qaytarılması prosedurunun eyni vaxtda həyata keçirilməsi ilə sərnişinin və ya onun səlahiyyətli şəxsinin nəqliyyat vasitəsinin satın alındığı yerdəki şəxsi müraciəti. Pul geri qaytarılmadıqda, biletin etibarlılıq müddəti və pulun qaytarılması prosedurunun həyata keçirilməsi zamanı sonrakı müraciət üçün müəyyən edilmiş formada ərizə doldurulur; biletin qüvvədə olduğu müddətdə müraciət etmək və nəqliyyatın qeydiyyatı yerində pul vəsaitlərinin qaytarılması prosedurunu həyata keçirmək üçün müəyyən edilmiş formada ərizə tərtib etməklə nümayəndənin şəxsiyyətini və sərnişinin adından çıxış etmək səlahiyyətini təsdiq edən sənədlərin əslini təqdim etməklə sərnişinin və ya onun səlahiyyətli şəxsinin ərizəsinin icrası ilə "Aeroflot” PSC-nə məxsus satış ofisinə, filialına və ya nümayəndəliyinə şəxsi müraciəti; Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi biletin haqqının qaytarılması üçün iddiaçı şəxsən və ya adından çıxış etmək səlahiyyətini təsdiq edən sənədlərin əslini təqdim etməklə nümayəndəsinin müəyyən edilmiş formada ərizə tərtib etməklə müraciəti əsasında pul vəsaitinin qaytarılması proseduru həyata keçirilə bilərdi. Lakin iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən “Aeroflot” Publik Səhmdar Cəmiyyətinin “sərnişinlərin və baqajın hava daşımaları qaydaları”nın tələblərinə riayət edilməmişdir, yəni iddiaçı tərəfindən müəyyən edilmiş formada ərizə tərtib edilməklə "Aeroflot” PSC-nə məxsus satış ofisinə, filialına və ya nümayəndəliyinə şəxsən müraciət edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, lATA-nın “Daşıma haqqının qaytarılması haqqında” 737 nömrəli qətnaməsinə əsasən yalnız 735d nömrəli qətnamədə göstərilən hallarda aviadaşıyıcı tərəfindən daşıma haqqı mütləq qaytarılır. Bu hallar aşağıdakılardır: reys daşıyıcı tərəfindən ləğv edildikdə; reys daşıyıcının təqsiri üzündən uçuş cədvəlinə uyğun yerinə yetirilmədikdə; daşıyıcı sərnişinin təyinat məntəqəsində və ya biletdə göstərilən məntəqədə dayanmadıqda; daşıyıcı təyyarədə sərnişin üçün əvvəlcədən təsdiq edilmiş yeri təqdim edə bilmədikdə; daşıyıcının hərəkətləri sərnişinin əvvəlcədən bilet təxsis etdiyi digər reysə gecikməsinə səbəb olduqda. Göründüyü kimi, tibbi arayışın mövcud olması daşıma haqqının mütləq surətdə qaytarılması üçün əsas ola bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, 168784 saylı Əmək qabiliyyətinin olmaması vərəqəsində iddiaçının yataq rejimində xəstə olması göstərilsə də, xəstəliyinin nədən ibarət olması, habelə xəstəliyinin uçuşa imkan verməməsi barədə hər hansı bir qeyd göstərilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1207/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1207/2022
16.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver