Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-122/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Tibb Universiteti X2 nümayəndəsi X8 və tərcüməçi kimi məhkəməyə dəvət edilmiş X3 iştirakları ilə İddiaçı cavabadehlər Azərbaycan Tibb Universiteti X9 və Cavabdeh2 qarşı "vurulmuş maddi və mənəvi ziyanin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabadeh Azərbaycan Tibb Universiteti X1rşı "vurulmuş maddi və mənəvi ziyanin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Tibb Universitetinin X5 müracət etmiş, onu şöbə müdiri Cavabdeh2 müayinə edərək sağ bud sümüyünün boynunun sınığı diaqnozu qoymuş və xx.xx.2019-cu il tarixdə ümumi anesteziya altında qoyduğu diaqnoza görə sağ bud-çanaq oynağının endoprotezləşməsi cərrahi əməliyyatı etmişdir. Yəni çanaq-bud oynağı kəsilərək süni qoyulmuşdur. xx.xx.2019-cu il tarixdə evə buraxılmışdır. Həmin vaxtdan o, əlil olmuşdur. Ayaqlarının uzunluğunda fərq vardır. Daimi ağrı və narahatlıq hiss edir, düzgün yerimə qabiliyyəti yoxdur, evdən çıxa bilmir. Uzun müddət otura bilmir, ayaqüstə dayana bilmir, məişətdə müstəqil bacara bilmir. Həkim tərəfindən o, maariflənmədən və ən əsası ondan razılıq ərizəsi alınmadan əməliyyat aparılmışdır. Aparılan əməliyyat barədə ona 5 gündən sonra məlum olmuşdur. Əməliyyat olunandan sonra ona əməliyyat barədə verilən məlumatdan şok və stress keçirmişdir. Nəticədə onun fiziki və psixi sağlamlığına yüksək dərəcədə ziyan dəymişdir. O, öz sağlamlığıyla bağlı müxtəlif tibb mütəxəssislərinə müraciət etməyə məcbur qalmış, aparılan əməliyyat günündən bu günə qədər onun əziyyəti kritik olaraq qalır. Bu günə qədər və bundan sonra müalicələr və reablitasiya üçün çoxlu məbləğdə pul xərcləmişdir. Həmçinin İsrail və Alimaniya dövlətlərinin həkimlərinə müraciət etmiş, həkimlərin məsləhətinə görə onun sağ bud-çanaq oynağı yenidən əməliyyat olunmalıdır. Bütün bunlar çox məbləğdə pul tələb edir. Ekspert haqqında məlumat: X18-ortoped-travmatoloq, oynaqların dəyişdirilməsi şöbəsinin müdiri. Ən müasir KT və MRT cihazlarının nəzarəti altında Signature, TruMatch və digər kompüter əməliyyatları kimi müasir metodlardan istifadə etməklə oynaqların dəyişdirilməsi (endoprotezləşdirmə) və rekonstruksiyası sahəsində aparıcı mütəxəssis. Kliniki təcrübəsi 20 ildən artıqdır. 03.10.21-ci il tarixli konsultasiyanın protokolu: S.A.A. İddiaçı. Yaşı: 48. Əsas şikayətləri, ilkin diaqnozu: Müraciətin səbəbi: sağ bud çanaq oynağında ağrılar. Xəstə ağrılardan, əzələ zəifliyindən, oynağız sabitsizliyindən və axsaqlıqdan şikayət edir, ehtimal olsun ki, aşağı ətrafların uzunluğunda olan fərqdən irəli gəlir. Qısa anamez: iki il əvvəl xəstə sağ bud-çanaq oynağının total dəyişdirilməsinin aparılması ilə bud boynunun sınığı səbəbindən Azərbaycanda, Bakıda əməliyyat olunmuşdur. İsrailli həkimin rəyi: “Şəkillərdə hündür bud mili görünür, onun sayəsində ayağın uzunluğu 2-2.5 sm artmışdır. Həmçinin asetabulyar komponentin daxili diametrinin və başlığın diametrinin uyğunsuzluğu qeyd olunur. Əməliyyatın təsvirinin olmamasına görə implantın komponentləri haqqında müzakirə etmək qeyri-mümkündür. Əməliyyat müalicəsi: iki il müddətində daimi şikayətlərlə, həmçinin rentgen şəkillərinin məlumatlarına əsasən xəstəyə ayaqların uzunluğunun korreksiyası və oynaqlarm sabitləşdirilməsi üçün təkrar əməliyyat tövsiyyə olunur. İzah edilir ki, sağ bud-çanaq oynağın əvvəlki nə nisbətən daha böyük həcmli təftişi əməliyyatından söz gedir. Bu növ əməliyyatlar zamam uğur şansı və riskləri haqqında, həmçinin əməliyyatdan sonra və reablitasiya haqqında məlumat verilmişdir. Əməliyyata hazırlıq: dövş qəfəsinin və çanaq sahəsinin rentgeni, HBA12ç daxil olmaqla qan düsturu və tam blokimyəvi tərkibi üçün analiz, PT/PTT laxtalanma funksiyasının analizi, sidik əkməsi, burundan əkmə, EKQ, son il ərzində hospitalizasiya edildiyi halda, anal dəlikdən əkmə icra edilsin.” Əlavə mütəxəssislərlə konsultasiya: “Kliniki göstəricilərə anamnezə, müalicə həkiminin tövsiyələrinə müvafiq olaraq. Əməliyyatdan əvvəl xroniki xəstəliklərin balanslaşdırılmış vəziyyətə gətirilməsi, xroniki yaralar, sidik ifrazı yollarının və ağız boşluğunun infeksiyaları müalicəsi aparılsın. Əməliyyatdan 5 gün əvvəl aşağıdakı müalicələr aparılsın(allergiyanın olmadığı zaman): 1.Gündə 2 dəfə ağız Ostenoid Mouth VVash-la yaxalansın; 2. Gündə 2 dəfə hər burun deşiyinin əsasına X19 çəkilsin; 3. Gündə 2 dəfə X16 istifadə olunmaqla, başın yuyulması ilç duş qəbul olunsungözlərə düşməkdən qorunun.” Alman dövlətinin həkimi professor tibb doktoru C.Ranggerortopediya və travmotoloji cərrahiyyə üzrə mütəxəssis-həkim tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş rəy: (Epiqriz) “Xanım İddiaçına (təv.xx.xx.1972) rentgen təsvirlərinin fotoları (kompüter tomoqrafiyası) təsvirləri (xx.xx.2020) təqdim edilib. Anamezdən məlum olur ki, o, 29 oktyabr 2019-cu ildə evdə yıxılıb. Rentgen təsvirləri sağ çanaq omba oynağında omba sümüyü boynunun medial sınığı göstərir. Bu sınıqlar əməliyyatsız və ya müvafiq olaraq minimal invaziv əməliyyat yolu(vint) ilə müalicə oluna bilər. Əməliyyat müalicəsi ilə çanaq-ombanın totalendoprotezi yerinə yetirilib. Hazırda ayaq uzunluğunda fərq, ağrılar, şişkinüyə meyillik, funksiya məhdudiyyəti(məs.pilləkan) və axsama mövcuddur. KT və rentgen təsvirləri sementsiz çanaq-omba total endoprotezini, gilizin yuxarı yerdəyişməsini, çuxurda dehizsensiya və uyğunsuzluğu (interponat (qoşulma, birləşmə) qüsurlu əlavə edilmə(qoşulma) göstərir. Rentgen təsvirlərin keyfiyyəti ayaq uzunluğunun dəyərləndirilməsi üçün yetərli deyil. Dərin protezin giliz ucluğunun təsviri ilə çanaq görüntüsünün və ikitərəfli daxili rotasiyada ayaqların yeni rentgen təsvirlərinin, labarotor analizlərin (CRP, diferensial qan şəkli ilə leykosidlər), ssintiqrafiya (zəifləmə? İnfeksiya?), protez pasportunun surətinin (adı, istehsalçı, ölçü) və nevroloji müayinə nəticələrinin (N.femoralis zədələri? Qluetal əzələ çatışmazlığı?) təqdim edilməsini xahiş edirik. Nəticələrin poçt və ya elektron poçtla göndərilməsini rica edirik. Xanım İddiaçı təftiş əməliyyatına və çanaq-omba endoprotezin dəyişdirilməsi əməliyyatına ehtiyacı var. Xanım İddiaçı çanaq görüntüsünün rentgen təsvirlərinin 2 şəklini təqdim edib, onlarda yüksək yerləşmiş endoprotez gilizi və çuxurda protezin düzgün oturmayan başlığı görünür. Eyni zamanda söhbət Zimmer firmasının Allofitprotezindən gedir. Labarotor nəticələr qaydasındadır. Kirili yazısı ilə olan EMG (elektoromioqramma) müayinələrdən guya intakt(pozulmamış) olan sinirlər və intakt(pozulmamış) olan M.restus femoris aşkar görünür. Bizi əlavə olaraq Mm.glutael maximus, medius və minimus-un funksiyası maraqlandırır. Ssintiqrafiya aparılmayıb. Bu müayinələri biz də icra edə bilərik. Yekun müalicə təklifi üçün İddiaçı şəxsən klinikada müavinə olunması tələb olunur. İddiaçı Rokteruz/Mainqau xəstəxanası, Frankfrut, Almaniya, Optimum Kliniksmda müayinə və müalicə oluna bilər.” Göründüyü kimi hər iki dövlətin həkimləri onun bud-çanaq ombasıda aparılan əməliyyatın səhv aparıldığını göstərmiş və yenidən həmin bud-çanaq ombanın dəyişdirilməsi barədə rəy vermişdir. Beləliklə səhv aparılan əməliyyat nəticəsində o, əlil olmuş, asa ilə və güclə az miqdarda hərəkət edə bilir. Bütün bunların nəticəsi olaraq o həm maddi, həm də mənəvi ziyan çəkmiş və çəkməkdə davam edir. Bu səbəbdən ona dəyən maddi ziyanı 150.000 manat, mənəvi ziyanı 50.000 manat məbləğində dəyərləndirir. Göstərilənlərə əsasən Azərbaycan Tibb Universitetinin X6 İddiaçı vurduğu maddi ziyana görə 150.000 manat, mənəvi ziyana görə 50.000 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili X10 iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində həmin əməliyyatın aparılması və əməliyyatdan sonrakı vəziyyətin bərpa edilməsi 150.000 manat maddi ziyanın tələb olunduğunu iddia etmiş olsa da, hazırda nəzərdə tutulmuş həmin əməliyyatın aparılması üçün tələb olunan vəsaiti müəyyən etmək məqsədi ilə Almaniyanın Frankfurt şəhəri, Scheffel küçəsi, 18 saylı ünvanda yerləşən Ortopediya və Travmatologiya klinikasının professoru tibb doktoru, ortopediya və travmatoloji cərahiyyə üzrə mütəxəssis C.Ranggerin fəaliyyət göstərdiyi klinikaya RF-nın Rostov şəhərində fəaliyyət göstərən OOO MedEkspress MMC-nin vasitəçiliyi ilə iddiaçı tərəfindən müraciət edilmiş və həmin müraciətə cavab olaraq verilmiş məktubda yalnız əməliyyatın aparılması üçün nəzərdə tutulmuş smeta məktubu göndərilmişdir. İstinad edeilmiş məktuba görə təxminən ən aşağı hesablamalara görə 5000 avro xidmət haqqı, 5000 avro oteldə qalmaq haqqı, 2000 avro tərcüməçi haqqı, 5000 avro ilkin ödəniş, 35.000 avroəməliyyat haqqı, 1200 avro tibbi xidmət, 2200 avro əməliyyatdan sonra bərpa müddəti, 2 həftə, 3000avro ambuator sarğı, azı 15 dəfə, 10.000 avro lazım olan dərmanlar və prosedurlar, 2500 avro vasitəçi şirkətin xidmət haqqı, cəmi 78.000 min 540 avro, azərbaycan manatı ilə 157 min 080 manat təşkil edir. Göstərilənlərə əsasən mübahisə ilə bağlı iddia tələblərini dəqiqləşdirərək məhkəmədən İddiaçı vurulmuş maddi zərərin aradan qaldırılması üçün cavabdehlər Azərbaycan Respublikası Tibb Universiteti X7n və Cavabdeh2 müştərək qaydada 157.080 manat maddi və mənəvi zərərin alınaraq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X10 ərizə ilə müraciət edərək məhkəmədən hazırki mübahisə ilə bağlı Azərbaycan Respublikası Tibb Universiteti X6 şöbə müdürü Cəfər Nəzərlini ilkin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizaların hər ikisin rəyi də qərəzlidir, belə ki Dövlətin nəzdində olan Tədris Cərrahiyə instutunun həyata keçirdiyi əməliyyatın düzgün aparılıb-aparılmamaması və ümumiyyətlə hər hansı onların ziyanına yönəlik bir rəy verilməsi ağlabatan deyil. Belə ki, iş materiallarına İsrail və Almaniya dövlətlərinin professorlarının rəylərindən də bəlli olduğu kimi iddiaçı X4 cərrahi əməliyyatın düzgün aparılamaması və bunun nəticəsində onun səhhətində ciddi problemlər yaranması və onun yenidən əməliyyat olunmasının vacibliyi bildirilmişdir. Almaniya və İsaril kimi inkişaf etmiş dövlətlərinin həkim-professorlarının rəyi ilə Azərbaycan Respublikasının həkimlərinin rəyini müqayisə etdildiyi zaman təbii ki, Almaniya və İsrailin rəyləri üstün götürülməlidir. Bundan əlavə, 1-ci və sonuncu ekspert rəyləri dolğun və ətraflı olmamaqla həmçinin qərərzlidir. Almaniya və İsrail dövlətlərinin həkimlərinin verdiyi rəylərdən məlum olur ki, iddiaçının ayaqlarında 2.5 sm fərq vardır. “Məhkəmə-tibbi ekspertiza və potoloji anatomiya birliyi” publik hüquqi şəxsi isə öz rəylərində əməliyyatın düzgün keçirildiyini, ayaqlarda isə 1 sm fərq olduğunu bildirmişlər. İddiaçı şəxsən özü məhkəmədə iştirak edir və onun ayaqlarında ciddi şəkildə uzunluq fərqi olduğu aşkardır. Ehtiyac olarsa, məhkəmə gedişatı zamanı da nəzərdən keçirilə bilər. Həmçinin sonuncu ekspert rəyində ekspert bildirir ki, iddiaçınınn ayağında yaranmış uzunluq fərqi aldığı zədə nəticəsində baş vermişdir. Sual yaranır, bəs o zaman əməliyyat necə uğurlu olub ki, iddiaçının ayağıında belə zədə yaranmışdır. Göstərilən hallar bir daha sübut edir ki, ekspert rəyləri qərəzli və qeyri-dəqiqdir. Ona görə də kompleks ekspertizası və ya dövlətin nəzdində olmayan xüsusi ekspert və ya mütəxəssis rəyi tələb olunur. Ona görə də xahiş olunur ki, kompleks ekspertiza və ya mütəxəssis rəyi alınması üçün qərardad qəbul edilsin.
6. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, verilmiş ekspert rəyi ilə razı deyil. Belə ki, ekspert rəyi tam qərəzli şəkildə verilmişdir. Rəyi verən ekspert onu heç bir aparatla müayinə etmədən və yoxlanış keçirmədən rəy vermişdir. Güya hazırda yaşadığı problem əzələ boşuğu ilə bağlı ola bilər. Buna nə əsasında qərar verib bəlli deyil. Həmçinin ondan soruşduqda ki, bunu reabilitasiya ilə sovuşdurmaq mümkündürmü, o bildirmişdir ki, mümkün deyil. Müayinə zamanı bildirmişdir ki, əməliyyat texniki cəhətdən səhv icra olunmuş, ancaq ekspert rəyində bunun tam əksini qeyd edilib. Bundan əlavə, müayinə üçün ekspertin yanında olarkən o bildirmişdir ki, ayaqlarım arasında 2 sm fərq var. Lakin rəydə isə bunu 1 sm olaraq qeyd edib. Odur ki, bunu nəzərə alaraq kompleks ekspertiza və ya mütəxəssis rəyi alınması üçün qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdeh Azərbaycan Tı̇ bb Unı̇ versı̇ teti X6 nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı və onun nümayəndəsi və vəkilinin söylədiklərinin əksinə olaraq əməliyyatın aparılması məcburi olub, çünki əməliyyat olunmadan iddiaçıda olan sınığın bərpa olunması yalnız 18 yaşına qədər olan şəxslərdə mümkündür. İddiaçının isə artıq kifayət qədər yaşı olub və əməliyyatsız həmin sınığın bərpası mümkün olmayıb. Həmin vaxt iki seçim imkanı olub. İddiaçı barəsində ya ostesintez əməliyyatı icra olunmalı idi ki, həmin əməliyyat da iki dəfə icra olunmalı olduğundan iddiaçı və onun bacısı bundan imtina edib. Buna görə də, iddiaçı barəsində endoprotez əməliyyatı icra olunub. İddiaçının ayaqları arasında 2 sm-lik fərqin olması ilə bağlı elmi ədəbiyyatlara da baxılsa, ayaqlar arasında 22 ml-ə qədər fərqin hiss olunmadığı göstərilir. Bundan əlavə, əməliyyat tam düzgün icra olunub, əgər belə olmasaydı və protezdə problem olmuş olsaydı, bu çürüməyə yol açardı ki, nəticədə bu amputasiya olunma ilə nəticələnərdi. Bu kimi hallar da, iddiaçıda yoxdur. Həmçinin iddiaçı əməliyyatın üstündən bir neçə il keçdikdən sonra onlara müraciət edib. Həmin müddət ərzində iddiaçının yenidən hər-hansı qəza keçirib-keçirmədiyini bilə bilmərlər. Ola bilər ki, hazırki problemlər sonradan keçirilmiş olan qəzanın nəticəsindəndir. İddiaçı müxtəlif ölkələrin vermiş olduğu rəylərə istinad etsə də, həmin rəylərin verilməsi üçün özü şəxsən müayinə olunmamışdır. Buna görə də, həmin rəylərin mötəbərliyinə şübhə vardır. Bundan fərqli olaraq, məhkəmə tərəfindən iki dəfə ekspertiza təyin olunuş və müxtəlif ekspertlər tərəfindən rəylər verilmişdir. Məhkəmə həmin rəylərə istinad etməlidir. Odur ki, bütün bu qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçının üzərində xx.xx.2019-cu il tarixində ATU-nun X7 əməliyyat keçirilmişdir. xx.xx.2022-ci il tarixində məhkəməyə müraciət edərək bildirmişdir ki, cərrahiyyə əməliyyatı düzgün icra edilməmiş, nəticədə ayaqlarının uzunluğunda fərq, daimi ağrılar və yerimə qabiliyyətində çətinlik yaranmışdır. Hazırda iddiaçı bunun səbəbi kimi yanlış aparılmış əməliyyatı əsas gətirərək, cavabdehlərdən vurduqları zərərin əvəzini tələb edir.
b) Mülki işin materialları:
11. Mülki işin materiallarında olan tibbi sənədlərdən (stasionardan çıxan pasientin statistik vərəqəsi, epikriz və s.) görünür ki, o, xx.xx.2019-cu il tarixində, saat 12:20-də “sağ bud sümüyü boynunun sınığı” diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən şikayəti “sağ bud sümüyü boynunun sınığı” diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən şikayəti sağ bud sümüyündə olan ağrılardan və ağrı ilə əlaqədar hərəkət məhdudluğundandır. xx.xx.2019cu il tarixdə “Sağ bud çanaq oynağının total atroplastikası” cərahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat fəsadsız keçmişdir. Xəstəyə müvafiq təyinatlar verilərək xx.xx.2019cu il tarixində yola salınmışdır. Son klinik diaqnoz: “Sağ bud sümüyü boyununun sınğı”
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 4042 saylı rəyindən görünür ki, İddiaçı ATUnun X7 tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixdə onun üzərində “sağ bud çanaq oynağının total atroplastikası” cərahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı təyin edilmiş “sağ bud sümüyünün boyunun sınığı” diaqnoza uyğun olaraq onun üzərində cərahiyyə əməliyyatın aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsinə əsasən, onda ətraflar arasında uzunluq fərqi qeyd olunur (təqribən 1 sm). Kompüter tomoqrafiya və rengenoloji müayinələr zamanı qoyulmuş implantın vəziyyəti qənaətbəxşdir. Atsetabular komponent spongioz vint ilə bərkidilmişdir. İnklinasiya təqribən 50 dərəcədir. İmplantlar sementsiz olaraq yerləşdirilmişdir. Femoral komponentinin duruşu qənaətbəxşdir, anteversiya uyğundur. Femoral komponentin ölçüsü uyğundur. Ümumilikdə implantların ətrafında sümük rezorbasiyası qeyd edilmir. Sağ aşağı ətrafda hərəkət zamanı olan ağrıların səbəbi iliotibial trakda olan gərginlik və əzələ zəifliyi ilə əlaqələndirilə bilər. İddiaçı müalicəsinə sərf olunacaq vəsaitgin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. İddiaçı əməliyyatdan sonrakı dövrə aid reabilitasiya və digəör tibbi xidmətlər davam etdirilməlidir. Bu da Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəssisələrində mümkündür.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 1986 saylı rəyinə əsasən 1972-ci təvəllüdlü İddiaçı ətraflar arasında təqribən 1 sm uzunluq fərqi qeyd olunur. Ona təyin edilmiş “Sağ bud sümüyünün boynunun sınığı” diaqnozuna uyğun olaraq onun üzərində cərahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Ətraflar arasında yaranmış uzunluq fərqi cərrahiyə əməliyyatı ilə deyil, travmanın xarakteri ilə əlaqədar olmuşdur.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, İddiaçı hazırkı tələblərini irəli sürərkən onun faktiki əsası kimi cavabdeh tərəfindən onun üzərində aparılmış əməliyyatın qüsurlu olmasına istinad etmişdir.
15. Məhkəmə, iddia tələbinin faktiki hallarını nəzərə alaraq, həmin tələbin hüquqi əsası kimi, həm tərəflər arasındakı tibbi xidmət müqaviləsindən, həm də qanundan (mülkihüquq pozuntusundan) irəli gələn öhdəlikləri nəzərdən keçirmişdir. 16.Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 17.Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 18.Eyni Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
21. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci, 1097.1-ci və 1112-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən tibb müəssisəsinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir.
22. Bu baxımdan, məhkəmə hesab edir ki, hazırkı mülki üzrə araşdırma predmetini cavabdehlərin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir.
23. Məhkəmə qeyd edir ki, tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərər üzrə müəssisə və ya onun hər hansı işçisinin məsuliyyət daşıması üçün ilk növbədə tibb müəssisəsinin (və ya işçisinin) əməli (yəni, göstərilmiş tibbi xidmət) qeyri-hüquqi (qanunvericiliyə və ya müqavilə öhdəliyinə zidd) olmalıdır. Əməlin qeyrihüquqi olması dedikdə, onu törədən şəxs tərəfindən hansısa hüquq normasının pozulması başa düşülür.
24. Bu mənada, məhkəmə, iddiaçının qeyri-hüquqi olduğunu iddia etdiyi əməlin, yəni göstərilmiş tibbi xidmətlərin keyfiyyətinin müəyyən edilməsinin xüsusi bilik tələb edən sahəyə aid olduğunu nəzərə alaraq, mübahisənin düzgün və ədalətli həlli üçün iş üzrə iki dəfə məhkəmə-tibbi ekspertizası təyin etmişdir.
25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 4042 saylı rəyindən görünür ki, İddiaçı ATU-nun X7 tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, xx.xx.2019-cu il tarixdə onun üzərində “sağ bud çanaq oynağının total atroplastikası” cərahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı təyin edilmiş “sağ bud sümüyünün boyunun sınığı” diaqnoza uyğun olaraq onun üzərində cərahiyyə əməliyyatın aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsinə əsasən, onda ətraflar arasında uzunluq fərqi qeyd olunur (təqribən 1 sm). Kompüter tomoqrafiya və rengenoloji müayinələr zamanı qoyulmuş implantın vəziyyəti qənaətbəxşdir. Atsetabular komponent spongioz vint ilə bərkidilmişdir. İnklinasiya təqribən 50 dərəcədir. İmplantlar sementsiz olaraq yerləşdirilmişdir. Femoral komponentinin duruşu qənaətbəxşdir, anteversiya uyğundur. Femoral komponentin ölçüsü uyğundur. Ümumilikdə implantların ətrafında sümük rezorbasiyası qeyd edilmir. Sağ aşağı ətrafda hərəkət zamanı olan ağrıların səbəbi iliotibial trakda olan gərginlik və əzələ zəifliyi ilə əlaqələndirilə bilər. İddiaçı müalicəsinə sərf olunacaq vəsaitgin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. İddiaçı əməliyyatdan sonrakı dövrə aid reabilitasiya və digəör tibbi xidmətlər davam etdirilməlidir. Bu da Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəssisələrində mümkündür.
26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 1986 saylı rəyinə əsasən 1972-ci təvəllüdlü İddiaçı ətraflar arasında təqribən 1 sm uzunluq fərqi qeyd olunur. Ona təyin edilmiş “Sağ bud sümüyünün boynunun sınığı” diaqnozuna uyğun olaraq onun üzərində cərahiyyə əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Ətraflar arasında yaranmış uzunluq fərqi cərrahiyə əməliyyatı ilə deyil, travmanın xarakteri ilə əlaqədar olmuşdur.
27. Göründüyü kimi, mübahisənin düzgün həlli üçün qeyd edilən halların müəyyənləşdirilməsinin xüsusi bilik tələb etdiyini, məhkəmə-tibbi ekspertizasına aid bütün sualların tibbi ekspertlər tərəfindən tam olaraq cavablandırıldığını, həmin rəylərlə razılaşmamaq üçün hər hansı dəlilin olmadığını nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, cavabdehlər tərəfindən İddiaçı göstərilmiş tibbi xidmətdə qüsur aşkar olunmamışdır. Bu nəticəyə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmənin təyin etdiyi ekspertiza rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
28. Beləliklə, iddiaçıya cavabdehlər tərəfindən tibbi xidmət göstərilərkən (diaqnozun qoyulması və əməliyyatın aparılması və s.) müqavilə öhdəliyinə, yaxud qanunvericiliyə zidd olan, tibbi norma və qaydalara uyğun olmayan əməl törədilməsi təsdiq olunmamışdır. Eyni zamanda, iddiaçı, cavabdehlər tərəfindən həyata keçirilən tibbi xidmətlərin norma və qaydalara uyğun olmadığını və məhkəmə-tibbi ekspertizanın rəylərində göstərilənləri istinsa və tələbini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, sözügedən məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda, iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Həmçinin keçirilmiş ekspertizaların yekun rəylərindən də görünür ki, əməliyyatın üzərindən 3 ilə (2019-cu ildən iddia verilən tarixədək) yaxın müddət keçmiş (həmin 3 illik müddət ərzində xəstəxanaya müraciət etməmişdir), qeyd olunun uzunluq fərqinin isə iddiaçıda olan gərginlik və əzələ zəifliyi ilə əlaqələndirilməsi ehtimalda olsa müəyyən edilmişdir.
29. Məhkəmə iddiaçının məhməyə təqdim etdiyi müxtəlif ölkələrin vermiş olduğu rəylərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin rəylərin verilməsi üçün özü şəxsən müayinə olunmadığı üçün qeyd olunan rəylər mötəbər sübütlar kimi qəbul edilə bilməz.
30. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
31. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
32. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
33. Məhəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
34. Bu qənaətə gələrkən məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
35. Həqiqətin müəyyən olunması vəzifəsi ayrı-ayrı hüquq sahələrində müxtəlif cür öz əksini tapmışdır. Belə ki, cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraatda məhz obyektiv həqiqətin müəyyən edilməsi tələb olunsa da, mülki prosesdə formal həqiqət prinsipi əsas götürülmüşdür. Obyektiv həqiqətin tapılması zəruri olan icraatdan fərqli olaraq, formal həqiqət prinsipinə görə hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır.
36. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfinin məhkəmə iclası zamanı səsləndirmiş olduğu fikrə (əməliyyat öncəsi iddiaçının özünün razılığının alınmaması) münasibətdə qeyd edir ki, hazırki iddia sırf əməliyyatın düzgün qaydada keçirilməməsi ilə bağlı olmaqla, onun qüsurlu həyata keçirillib-keçirilməməsi, keçirildiyi təqdirdə səbəbli əlaqənin mövcudluğu ilə bağlı olduğundan onun razılığının olmamasının hazırki mülki işlə bir başa əlaqəsi müəyyən edilməmişdir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, cavabdehlərin iddiaçıya qarşı müqavilə öhdəliyinin pozulması, yaxud mülki hüquq pozuntusuna görə məsuliyyətin əsas şərtlərindən biri olan əməlin qeyri-hüquqiliyi müəyyən edilməmişdir. Ona görə də, iddiaçının maddi zərər tələbi əsassız olduğundan təmin edilməməlidir.
38. Məhkəmə, iddianın “mənəvi zərərin ödənilməsi” hissəsinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə bilavasitə bağlı olduğunu və iddianın həmin hissədə təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia “mənəvi zərərin ödənilməsi” hissəsində də rədd olunmalıdır.
39. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabadehlər Azərbaycan Tibb Universiteti X9 və Cavabdeh2 qarşı "vurulmuş maddi və mənəvi ziyanin ödənilməsi" tələbləri rədd edilməlidir.
40. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 45 .Məhkəmə hesab edir ki, iddia rədd olunduğu üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
46. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabadehlər Azərbaycan Tibb Universiteti X9 və Cavabdeh2 qarşı "vurulmuş maddi və mənəvi ziyanin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin . Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov