Məhkəmə qərarları › İş №2(006)-1220/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1220/2021

20.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1220/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X1, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMMC-yə, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı «əsassız hesablanmış kommunal borcların silinməsi tələbinə dair» ilkin; iddiaçı Cavabdeh MMMCnin cavabdeh İddiaçı oğluna qarşı “hesablanmış kommunal borcun tutulması tələbinə dair” qarşılıqlı iddia ərizələrinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMMC-nin İdarə Heyəti və İcraçı direktoru S.N.Tağıyev tərəfindən ona 02.09.2020-ci il tarixli xəbərdarlıq məktubu üzrə onun guya Cavabdeh MMMC-yə 2017-ci ilin aprel ayından bu günədək kommunal xidmətlərə görə ödənilməmiş 8.571 manat kommunal ödənişə görə hesablanmış borcunun qarşılıqlı əvəzləşdirilərək silinməsi, hesablanmış borc məbləğinin silinməsinin Cavabdeh MMMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh MMMC-nin ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 1 saylı mənzilində kommunal xidmətlərdən istifadəyə görə qanunsuz hesablanmış 9.351 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək İddiaçı məxsus Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 01 saylı mənzilinə suyun, istiliyin və digər kommunal xidmətlərin verilməsi öhdəliyi “xxxx” MMMC-nin üzərinə qoyulmuşdur. İddiaçı Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı kommunal xidmətlərə görə yaranmış 8.571 manat məbləğində pulun tutularaq Cavabdeh MMMC-yə ödənilməsi; cavabdeh İddiaçı vəkilin göstərdiyi yardıma görə 200 manat xərcin və ödənilmiş dövlət rüsumu 30 manat məbləğində pulun tutularaq Cavabdeh MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında ilkin iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən mənzil surəti iddia ərizəsinə əlavə edilmiş DƏDRX-dən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Surəti iddia ərizəsinə əlavə edilmiş 07 avqust 2009-cu il tarixli maliyyə arayışından göründüyü kimi sözügedən mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq bina və mənzil payçılara vəd edildiyindən 6 il sonra təhvil verilmiş, mənzil tikintisi vaxtında icra olunmamış, öhdəliklər vaxtında icra edilməmişdir. Başqa sözlə, İddiaçı 091 saylı, 03 avqust 2009-cu il tarixli Müqaviləyə əsasən payçı qismində öz üzərinə düşən öhdəlikləri müqavilədə nəzərdə tutulan müddətdən və qrafikdən daha tez, yəni 4 gün sonra tam icra edib başa çatdırmasına baxmayaraq müqavilə üzrə dəyərini ödədiyi mənzil ona vəd edilən vaxtdan 2 il gecikmə ilə təhvil verilmişdir. Bununla da iddiaçı 6 il müddət ərzində kirayə mənzil tutmalı olmuş və kirayə haqqlarını ödəməli olmuşdur. Cavabdeh MMMC-nin İdarə Heyəti və İcraçı direktoru S.N.Tağıyev tərəfindən İddiaçı 02.09.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə müraciət edilərək onun guya Cavabdeh MMMC-yə 2017-ci ilin aprel ayından bu günədək kommunal xidmətlərə görə ödənilməmiş 8.571 manat kommunal ödənişə görə borcunun olması iddia edilmiş və həmin məbləği ödəmədiyi halda ona göstərilən kommunal xidmətlərin (soyuq su, isti su, isitmə sistemi, lift, dəhliz işıqlandırılması, təmizlik xidməti və s.) dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlığın surəti iddia ərizəsinə əlavə edilmişdir. Surəti iddia ərizəsinə əlavə edilmiş Seriya AA, 14258 saylı Məcburi Köçkün vəsiqəsindən göründüyü kimi İddiaçı məcburi köçkündür. Bu səbəbdən İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X3 ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh MMMC Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyat nömrəsi 1117-MM4- 0053 ilə 12.06.2017-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh MMMC nizamnamə ilə müəyyən olunmuş məqsədlərə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir. İlk növbədə qeyd etmək lazımdır ki, Cavabdeh MMMC-nin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını və s. öhdəliklərini idarə edilməsindən ibarət olmuşdur. Cəmiyyətin nizamnaməsinin 2.2.1-ci bəndinə əsasən cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirir. Cavabdeh MMMC-nin 14.06.2017-ci il tarixli ümumi yığıncağında qərara alınmışdır ki, çoxmənzilli binanın saxlanılmasına görə cəmiyyətin iştirakçılarının istifadəsində olan sahənin (MTK ilə bağlanmış müqavilədə qeyd olunan kv.m) hər kv.metrinə görə ödənişlərin və ya haqqın məbləğini yay mövsümündə (may ayının 1-dən oktyabr ayının 31-nə qədər) 1.25 manat və qış mövsümündə (noyabr ayının 1-dən aprel ayının 31-nə qədər) 1.60 manat təyin edilsin. Eyni zamanda cəmiyyətin 14.06.2017-ci il tarixli ümumi yığıncağında qərara alınmışdır ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bağlanana qədər Cavabdeh MMMC-nin ümumi yığıncağının qərarına uyğun olaraq ödənişlər (haqq) müqavilə bağlanılmadan həyata keçirilsin. Bundan əlavə, Cavabdeh MMMC-nin 02.02.2019-cu il tarixli ümumi yığıncağında qərara alınmışdır ki, yay mövsümündən ümumi sahənin hər 1 kv.metrinə görə tək tarif olaraq 1.45 manat məbləğində təyin olunsun. Lakin yuxarıda qeyd olunanlara baxmayaraq, 1 nömrəli mənzilin sakini İddiaçı tərəfindən cəmiyyətin göstərdiyi kommunal xidmətlərə görə yaranmış 8.571 manat borc bu günə kimi ödənilməmişdir. Yaranmış borcun ödənilməsi ilə bağlı İddiaçı cəmiyyət tərəfindən 02.09.2020-ci il və 23.09.2020-ci il tarixlərdə xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, bu günə kimi kommunal xidmətlərə görə yaranmış 8.571 manat ödənilməmiş qalmaqdadır. Kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsindən yayınmaq məqsədi ilə İddiaçı tərəfindən cəmiyyətə qarşı əsassız bir iddia qaldırmışdır. Belə ki, İddiaçı iddia tələbində göstərilmişdir ki, “onun tərəfindən 07.08.2009-cu il tarixdə mənzilin pay dəyərini payçı kimi tam şəkildə ödənilmiş. Lakin buna baxmayaraq bina və mənzil payçılara vəd edildiyindən 6 il sonra təhvil verilmiş, mənzil tikintisi vaxtında icra olunmamış, öhdəliklər vaxtında icra edilməmişdir. 091 saylı, 03 avqust 2009-cu il tarixli Müqaviləyə əsasən payçı qismində öz üzərinə düşən öhdəlikləri müqavilədə nəzərdə tutulan müddətdən və qrafikdən daha tez, yəni 4 gün sonra tam icra edib başa çatdırmasına baxmayaraq müqavilə üzrə dəyərini ödədiyi mənzil ona vəd edilən vaxtdan 2 il gecikmə ilə təhvil verilmişdir. Bununla da iddiaçı 6 il müddət ərzində kirayə mənzil tutmalı olmuş və kirayə haqqlarını ödəməli olmuşdur”. Bununla bağlı qeyd etmək lazımdır ki, İddiaçı ilə 091 saylı 03.08.2009-cu il tarixli imzalanmış müqavilə Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə imzalanmamışdır. Belə olan halda Cavabdeh MMMC İddiaçı qarşısında mənzilin tikintisi ilə bağlı hər hansı bir öhdəlik götürməmiş, cəmiyyətə qarşı sürülmüş iddia tam əsassızdır. Həmçinin Cavabdeh MMMC binanı tikən MTK-nın hüquqi varisi deyil və MTK ilə bağlı hər hansı bir məsuliyyət daşımır. Bundan əlavə qeyd etməyi zəruri hesab edirik ki, 091 saylı 03.08.2009-cu il tarixli müqavilə üzrə ümumiyyətlə hər hansı bir tələb irəli sürmək çox absurddur. Belə ki, həmin müqavilə üzrə iddia müddəti buraxılmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş çıxarışa nəzər yetirsək görərik ki, İddiaçı adına 21.05.2013-cü il tarixdə ünvan 1-ə dair mülkiyyətini təsdiq edən çıxarış verilmişdir. Bu hal onu bir daha təsdiq edir ki, İddiaçı qaldırdığı iddia tələbi tam əsassızdır. Belə ki, müqavilə imzalandıqdan sonra mənzil 3 il 9 ay 18 gündən sonra onun mülkiyyətində olmuşdur. İddiaçı mülkiyyətində olan ünvan 1-də yaşayır, Cavabdeh MMMC tərəfindən göstərilən bütün kommunal xidmətlərdən istifadə edir. Lakin buna baxmayaraq kommunal xidmətlərə görə yaranmış 8571 manat borc ödənilməmiş qalmaqdadır. Sonda ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizələrini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış 03 avqust 2009-cu il tarixli 091 saylı müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 635-ci məhəllədə yerləşən və “xxxx” tərəfindən tikilən “Bakıxanov 26a” yaşayış kompleksinin 1-ci blok, 2-ci mərtəbəsində 175 kv.metr mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə həmin mənzili qəbul etməyi və yaşayış sahəsinin dəyərinin vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 26A, 165.5 kv.m ümumi, 87.1 kv.m yaşayış sahəsi, 78.4 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1891 nömrəli reyestr kitabının 174360 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.3. və 135.2.4-cü maddələrinə görə, mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Həmin Məcəllənin 138.4-cü maddəsinə görə, Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Həmin Məcəllənin 138.5-ci maddəsinə əsasən, Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Məhkəmə zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil DƏDRX-nin çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. 07 avqust 2009-cu il tarixli maliyyə arayışından göründüyü kimi sözügedən mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq bina və mənzil 2 il gecikmə ilə təhvil verilmişdir. Bununla da iddiaçı 6 il müddət ərzində kirayə mənzil tutmalı olmuş və kirayə haqqlarını ödəməli olmuşdur. Hazırda isə kommunal xidmətlərə görə ödənilməmiş 8.571 manat kommunal ödənişə görə hesablanmış borcunun qarşılıqlı əvəzləşdirilərək silinməsi, hesablanmış borc məbləğinin silinməsinin Cavabdeh MMMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər tərəfdən isə Cavabdeh MMMC qarşılıqlı iddiada kommunal xidmətlərə görə ödənilməmiş 8.571 manat kommunal ödənişə görə borcun tutulmasını xahiş etmiş və bildirmişdir ki, müqavilə imzalandıqdan üç ildən sonra mənzil mülkiyyətçinin istifadəsində olmuş və onun 8571 manat məbləğində borc yaranmışdır. Lakin, iddiaçı kommunal borcun silinməsi üçün əsas olan bilən sənədləri, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı kommunal xidmətlərə görə yaranmış 8571 manat məbləğində borcun təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarına olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMMC-yə, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı «əsassız hesablanmış kommunal borcların silinməsi tələbinə dair» ilkin; iddiaçı Cavabdeh MMMC-nin cavabdeh İddiaçı oğluna qarşı “hesablanmış kommunal borcun tutulması tələbinə dair” qarşılıqlı iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMMC-yə, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı «əsassız hesablanmış kommunal borcların silinməsi tələbinə dair» ilkin iddia rədd edilsin. İddiaçı Cavabdeh MMMC-nin cavabdeh İddiaçı oğluna qarşı “hesablanmış kommunal borcun tutulması tələbinə dair” qarşılıqlı iddia rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar