Məhkəmə qərarları › İş №2(006)-1236/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1236/2023

19.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1236/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 247000 ABŞ dolları və 61000 manat ödənilən günə manatla məzənnəyə uyğun 35882 ABŞ dolları, cəmi 247000+35882=282882 ABŞ dolları üçün hesablanmış məbləğdə faiz, cavabdehin 2021-ci ilin sentyabr ayının 13-ə ödənilməsini gecikdirdiyi məbləğ) X 8.25 % (Mərkəzi Bankın bu günə olan uçot dərəcəsi) 1 ay (aylıq faiz dərəcəsi) X ay (ödənişin gecikdirildiyi aylar)-icra edildiyi gün üçün bank uçot dərəcəsinə əsasən hesablanmış faizlər, 770,9 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 1.16 manat məbləğində bank xidmət haqqının, poçt xərcləri-1 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2020-ci ilin yanvar ayında 247000 ABŞ dolları və 61000 manat borc vermişdir. Cavabdeh guya hansısa öz biznes işini görüb ona pulu geri qaytaracağına söz vermişdir. Lakin uzun müddət keçmiş və cavabdeh ona pulu geri qaytarmamışdır. Sonradan 13 sentyabr 2021-ci il tarixdə Cavabdeh ona “Borc iltizamı” yazmağı, ya da notarial qaydada “Kredit Müqaviləsi”ni imzalamağı təklif etmişdir. Cavabdeh 13 sentyabr 2021-ci il tarixdə iki nəfər vətəndaşın şahidliyi ilə “Borc iltizamı” yazmış və öz imzası ilə təsdiq etmişdir. Həmçinin bu sənədi o və iki nəfər şahid imzaları ilə təsdiq etmişlər. 13 sentyabr 2021-ci il tarixli “Borc iltizamı”na əsasən 31 mart 2022-ci il tarixdə ona 247000 ABŞ dolları və 61000 manat məbləğlərin tam qaytarılmasına dair öhdəlik götürmüşdür. İltizamda göstərilən vaxtdan 10 aya yaxın keçməsinə baxmayaraq cavabdeh ona pulu qaytarmaqdan boyun qaçırır, aldadır, bu günsabaha salır. Bununlada cavabdeh ona külli miqdarda ziyan vurmuşdur. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 282882 ABŞ dolları, 770.9 manat ödənilmiş dövlət rüsumunun, 1.16 manat bank xidmət haqqının, 1 manat poçt xərclərinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf edərək izahatında bildirdi ki, İddiaçı 247000 ABŞ dolları və 61000 manat məbləğində pulu biznes fəaliyyəti ilə məşğul olmaq üçün götürmüş, lakin pandemiya ilə əlaqədar xarici ölkədən malları gətirmək mümkün olmadığından maddi vəziyyətində çətinliklər yaranmış və İddiaçı həmin borcu qaytara bilməmişdir. Borc iltizamını iddiaçının ofisində şahidlərin iştirakı ilə öz xətti ilə yazmışdır. Borcu bu gün qaytarmaqda çətinlik çəkir, lakin biznes fəaliyyəti yenidən canlanır 2 il ərzində həmin pulu hissə-hissə olmaqla qaytara biləcəkdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, iş üzrə hər iki tərəfi tanıyır. Cavabdeh İddiaçı mütəmadi olaraq borc almasının şahidi olmuşdur. O, iddiaçının tapşırığına əsasən pulu başqa şəxsdən götürüb iddiaçıya sonra isə iddiaçının göstərişinə əsasən cavabdehə vermişdir. Təxminən 2020-ci ilin yanvar ayında cavabdehə 247000 ABŞ dolları və 61000 manat pulun verilməsinin şahidi olmuşdur. Cavabdeh borcun notarial qaydada rəsmiləşdirilməsini onun yanında bir neçə dəfə təklif etmişdir. 13 sentyabr 2021-ci il tarixdə X5 məxsus ofisdə “borc iltizamı” Cavabdeh tərəfindən yazılmışdır, o və X8 öz imzaları ilə təsdiq etmişlər. Cavabdeh tərəfindən borcun qaytarılmasının şahidi olmamışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə vermiş X8 bildirmişdir ki, iş üzrə hər iki tərəfi tanıyır. İddiaçı Cavabdeh hər dəfə borc verməsindən xəbəri olmuş və bir çox hallarda cavabdehə onun yanında ayrı-ayrı məkanlarda və zamanda pulları vermişdir, cavabdeh pulu götürüb saymış və getmişdir. 2020-ci ilin yanvar ayında iddiaçının cavabdehə 247000 ABŞ dolları və 61000 manat verməsi yanında olmuşdur. İddiaçı uzun müddət pulun geri qaytarılmasını təmin edə bilməmişdir. Sonra onun ofisində iddiaçının, X1 və onun iştirakı ilə Cavabdeh borc iltizamını yazmış, o və X2 şahid qismində öz imzaları ilə iltizamı təsdiq etmişlər. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli “Borc iltizamı” adlanan qəbzdən görünür ki, Cavabdeh 2020-ci ilin yanvar ayında 247000 ABŞ dolları və 61000 manat məbləğində pulun İddiaçı borc aldığını etiraf etmiş, həmin məbləğin qaytarılmasının mübahisələndirilməyəcəyini qeyd etmişdir. Həmin məbləğin xx.xx.2022-ci il tarixədək qaytarılmasına söz verməklə imzası ilə təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 247 000 ABŞ dolları və 61 000 manat borc almış, lakin borc məbləğini “Borc iltizamı”nda müəyyən edilmiş müddətdə qaytarmamışdır. İltizamın məzmunundan görünür ki, borclu müəyyən borcu etiraf edir və bununla bağlı öz iradə ifadəsini şahidlərin iştirakı ilə imza etməklə təsdiqləmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə iclasında cavabdeh iddia tələbini etiraf edərək iddianın təmin edilməsinə etiraz etmədiyini protokola qeyd edilməklə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd edilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun ABŞ dolları qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda Cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun, xidmət haqqının və poçt xərclərinin tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 282.882 ABŞ dolları borc ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, dövlət rüsumuna görə ödənilmiş 770.9 manat, 1.16 manat xidmət haqqı və 1 manat poçt xərci tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 282.882 (iki yüz səksən iki min dollar səkkiz yüz səksən iki) ABŞ dolları borc ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, dövlət rüsumuna görə ödənilmiş 770.9 (yeddi yüz yetmiş manat doxsan qəpik) manat, 1.16 (bir manat on altı qəpik) manat xidmət haqqı və 1 (bir) manat poçt xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar