Məhkəmə qərarları › İş №2(006)-1236/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1236/2025

07.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1236/2025 07.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Şəmsiyyə Cəfərovanın katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini cəlb etdiyi cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar X15 və İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini cəlb etdiyi cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəziniin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X15 ibtidai istintaq orqanı tərəfindən heç bır əsas və səbəb olmadan qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər 1 il 2 ay 4 gün müddətində həbsdə saxlanıldığından və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-951/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən onun barəsində bəraət hökmü çıxarıldığından Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 20.000 (iyirmi min) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat olmaqla, cəmi 70.000 (yetmiş min) manat məbləğində pulun X3 xeyrinə; X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixinə həbsdə olduğu müddətə kimi maddi ziyana görə 16 450 (on altı min dörd yüz əlli) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat olmaqla, cəmi 66.450 (altmış altı min dörd yüz əlli) manat məbləğində pulun Azerbaycan Respublikası Maliyyə Nazirliyindən Quliyev SSəbinə Arif qızının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4967/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar X3 və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəziniin ödənilməsi” tələbinə dair iddia tələbindən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəziniin ödənilməsi” tələbinə dair iddia tələbinin ayrılaraq ayrıca icraatda baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X15 xx.xx.2022-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Ayaz Meydanov tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə X15 barəsində həmin maddə ilə cinayət işi başlanılmışdır. xx.xx.2022-ci il tarixdə cinayət işi təhqiqatçı polis kapitanı X16 tərəfindən istintaq aidiyyatı üzrə Suraxanı RPİ-nin istintaq şöbəsinə göndərilmiş və həmin tarixdə Suraxanı RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X9 icraatına qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə X3 əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixdə X15 təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuş, barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən əvvəli xx.xx.2022-cı il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq müddəti Bakı şəhər prokuroru Elşən Abbasov tərəfindən 02 ay, yəni 06 ayadək-12 dekabr 2022-ci il tarixədək uzadılması barədə məhkəməyə müraciət olunmuş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə X3 həbs qətimkan tədbirində saxlama müddəti 02 ay, yəni 06 ayadək 12 dekabr 2022-ci il tarixədək uzadılmışdır. Həmin cinayət işi üzrə ittiham aktı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X17 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və Suraxanı rayon prokuroru tərəfindən həmin tarixdə təsdiq edilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(105)-598/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Hökmün qanunsuz və əsassız olması barədə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-951/2023 saylı xx.xx.2023- cü il tarixli hökmü ilə məhkum edilmiş X3 müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023cü il tarixli (105)-598/2023 saylı hökmü ləğv edilmiş, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. X15 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X6 izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-644/2024 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Nəzərə çatdırır ki, o, X15 ailə üzvləri ilə birgə Ağdam rayonundan məcburi köçkün düşərək Xətai rayonunda uçuq-sökük yataqxanada məskunlaşmışlar. Himayəsində 5 (beş) azyaşlı uşağı var və ailə tərkibi 8 nəfərdən ibarətdir. Qeyd edir ki, X15 ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və səbəb olmadan qanunsuz olaraq şübhəli şəxs qismində tutulmuş, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi-1 il 2 ay 4 gün (bir il iki ay dörd gün) qanunsuz olaraq istintaq təcridxanasında saxlanılmış, bu azmış kimi İlkin Quliyev barəsində bəraət hökmü çıxdıqdan sonra dövlət ittihamçısı tərəfindən kassasiya protesti verildiyi üçün İ.Quliyevin barəsində məhkəmə istintaqı davam etmişdir. Bütün bu müddət ərzində İ.Quliyevin özü və ailəsi mənəvi sarsıntı keçirmiş, İ.Quliyevin gözündən və bədənindən aldığı xəsarətlər nəticəsində səhhətində ciddi problemlər yaranmış, həbs olunmazdan əvvəl fərdi işlərlə məşğul olub aylıq yüksək qazanc əldə etsə də, həbs olunduqdan sonra həmin işlərini itirmiş və müflis olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və ya sui-istifadəsi nəticəsində İ.Quliyevə vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Cinayət təqibi zamanı döyülmüş və uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi problemlər yaranmış və müalicəyə ehtiyacı vardır. Həmçinin, uşaqları azyaşlı olduqlarından onların üzünü 14 ay görməmiş, ata qayğısı göstərə bilməmiş, onlara istər maddi, istersə də mənəvi kömək edə bilməmişdir. Bu da onlara həm maddi sıxıntılar yaşatmış, həm də mənəvi cəhətdən ata nəvazişindən məhrum olunmuşlar. Tutulan vaxt kiçik oğlunun 1 (bir) yaşı, ən böyüyünün isə 8 yaşı olmuşdur. Nəzərə alınmalıdır ki, 5 (beş) azyaşlı uşağın üzünü 1 (bir) il 2 (iki) ay 4 (dörd) gün ata üzü görmür, düşünəndəki onlar hansı maddi məhrumiyyətlərlə üzüzədirlər və necə yaşayırlar. Bunları həbsdə düşündükcə çox sıxılmış və bu da ona mənəvi travma yaşadırdı. Hesab edir ki, həbsdə olduğu 1 il 2 ay 4 gündə çəkdiyi mənəvi iztirabları heç nə ilə əvəz etmək mümkün deyildir. Odur ki, qanunsuz həbsdə saxlanıldığı 1 il 2 ay 4 gün müddətində mənəvi sarsıntı keçirmiş və ona vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat konpensasiya tələb edir. Həmçinin, o, X3 həyat yoldaşı olaraq bildirir ki, İlkin xx.xx.2022-ci il tarixdən xx.xx.2023- cü il tarixədək həbsdə olan vaxta kimi 5 (beş) azyaşlı uşaqlarını çox ağır şəraitdə dolandırmışdır. Elə olub ki, bir qarın ac, bir qarın tox yaşamağına dözsələr də, uşaqları ata qayğısından, ata nəvazişindən uzaq düşüblər. İlkin tutulmamışdan qabaq gündəlik qazancı ilə uşaqlarını və bütöv ailəsini dolandırırdı. Lakin o, tutulduqdan sonra onlar ağır məhrumiyyətlər yaşamışlar. Uşaqları azyaşlı olduğundan işləmək imkanı olmadı. Onlar xəstələndiyi vaxt dava-dərman almağa imkanı belə olmurdu. Bütun bu müddət ərzində həm özü, həm də uşaqları maddi, mənəvi sıxıntılar içində yaşamışlar. Hətta, qonşular və yaxınları İlkinin narkotiklə bağlı tutulduğunu eşitdikdə onlardan uzaq dayanırdılar və onların lənətli baxışları, ona və övladlarına çox pis təsir etməklə bərabər mənəvi cəhətdən sıxıntılarına, iztirab çəkməyinə səbəb olmuşdur. Hər gün azyaşlı uşaqları atalarının niyə evə gəlmədiyini söyləyərkən, onları müxtəlif bəhanələrlə başa salmaqdan yorulmuşdu. Odur ki, 1 (bir) il 2 (iki) ay 4 (dörd) gün müddətində qanunsuz olaraq həbsdə saxlanılmış həyat yoldaşı İlkin Quliyev ailəsinə qazanc gətirmək imkanından məhrum olduğu üçün, bunun nəticəsində də özünə və uşaqlarına ağır maddi və mənəvi ziyan dəymiş və 5 (beş) azyaşlı uşaqları təkbaşına böyütmək məcburiyyətində qalmışdır. Odur ki, ona vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat pul tələb edir. Beləliklə hesab edir ki, X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi həbsdə olduğu müddətə kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyana görə 16450 manat, mənəvi ziyana görə 50000 manat olmaqla, cəmi 66450 manat məbləğində 5 azyaşlı uşağı təkbaşına çətinliklə böyüdən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə gəlməyən tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı maddi və mənəvi ziyana görə 66.450 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçı Quliyeva SSəbinə Arif qızı həyat yoldaşı digər iddiaçı X3 həbsdə olduğu müddətdə ona maddi dəydiyini iddia edərək 16.450 manat kompensasiya ödənilməsini tələb edir. İlk olaraq qeyd edir ki, iddiaçı ərizəsində maddi və mənəvi zərərə görə kompensasiya tələb edərkən “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir, halbuki iddiaçının tələbi həmin Qanunun təsir dairəsinə düşmür və heç bir hüquqi əsası yoxdur. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın ödənilməsi hüququ şəxs barəsində bəraətverici hökm çıxarıldıqda, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda, inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxs vəfat etdikdə, vurulmuş ziyanın ödənilməsi hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada onun vərəsələrinə keçir. Qeyd olunan Qanunun 5-ci maddəsinə görə vurulmuş ziyan həmin Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş (barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması, şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması, şəxsin barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi və s.) hallarda ödənilir.Həmin maddədə vurulmuş ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər,müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı və s) konkret növləri göstərilmişdir. İddia ərizəsindən də göründüyü kimi iddiaçı Quliyeva SSəbinə Arif qızının həyat yoldaşı digər iddiaçı X15 vəfat etməmiş və kompensasiya ödənilməsi üçün şəxsən iddia qaldırmış və iddia tələbi məhkəmə icraatına qəbul edilmişdir. Belə olan halda iddiaçı Quliyeva SSəbinə Arif qızının iddia tələbi rədd edilməlidir. İddiaçı mənəvi zərərə görə də 50.000 manat kompensasiya ödənilməsini tələb edir. Mənəvi zərərin ödənilməsi ilə bağlı bildirir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 N°-li Qərarına əsasən Plenum izah edir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. İddiaçı məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat edərsə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinə əsasən həmin iş üzrə icraata xitam verilməlidir. Ümumiyyətlə qeyd edir ki, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələb edilərkən tələblər və xərclər əsaslandırılmalı və hər birinə görə sübutlar təqdim edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. İddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda “Dövlət büdcəsi’’ ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur.«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. X3 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktının surətindən görünür ki, cinayət işi üzrə ibtidai araşdırma bitmiş hesab edilməklə iş üzrə ittiham aktı Azərbaycan Respublikası CPM-nin 290.1-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı rayon prokuroruna göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-598/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X15 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmsəsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə X3 cəzaçəkmə müddətinin başlanğıcının 11 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-951/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, məhkum edilmiş şəxs X3 müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 1(101 )-598/2023 nömrəli hökmünün ləğv edilməsi, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi və X3 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclası zalında dərhal həbsdən azad edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-644/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməyərək, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2023-cü il tarixli hökmünün kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin TQS seriyalı 027 nömrəli ambulator kitabçadan çıxarışın surətindən görünür ki, X6 miopiya və retinal yırtıq diaqnozu qoyulmuşdur. 2 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən verilmiş AZ-İ seriyalı, 891895 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 və X10 arasında xx.xx.2013cü il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 271 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir. AZE seriyalı 11665638 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Quliyev İlkin, ana qrafasında İddiaçı qeyd edilmişdir. AZE seriyalı 11664367 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Quliyev İlkin, ana qrafasında Quliyeva SSəbinə qeyd edilmişdir. AZE seriyalı 19001675 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Quliyev İlkin, ana qrafasında İddiaçı qeyd edilmişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.2019cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. AA seriyalı 335001 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X15 1993-cü il tarixdə daimi yaşayış yeri olan Ağdam rayonundan köçmüşdür. Tətbiq edilən hüquq: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçının əri İlkin Quliyev iddia ərizəsində qeyd etdiyi kimi 1 il 2 ay ərzində əsassız yerə həbsdə saxlanılmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yaranmışdır, həmçinin iddianın qanuni əsası da qanunvericilikdə nəzərdə tutulmuşdur və tələb müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur. Lakin, məhkəmə iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi olmaqla iki hissədən ibarət olmasını nəzərə alaraq hər bir hissənin ayrıca sübutetmə predmetinə malik olmasını qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiyi maddi ziyanın ödənilməsi tələbi ilə bağlı bildirir ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Qanunun 5ci maddəsində qanunverici şəxsə maddi ziyan vurulması ilə nəticələnə biləcək halları və həmin hallardan irəli gələn maddi tələbləri dəqiq olaraq müəyyən etmişdir. Qanunvericinin müəyyən etdiyi yuxarıda qeyd edilən hallarla bağlı məhkəmə araşdırma apararkən müəyyən etmişdir ki, iddiaçı tərəfindən müvafiq gəlirlər, əmlak, çəkilmiş xərclər və ya cərimələrlə bağlı hər hansı hal və bu halı təsdiq edən sübutlar mövcud deyildir. Beləliklə də məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsini heç bir mötəbər sübuta əsaslanmaması səbəbindən əsassız hesab edir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının ərinin əsassız olaraq kifayət qədər uzun dövr üçün təqsirliliyinin sübuta yetirilmədiyi əmələ görə həbsdə saxlanması, barəsində kifayət qədər uzun müddət ərzində araşdırma aparılması 5 azyaşlı övladı ilə təkbaşına, maddi və mənəvi dəstəksiz qalmış iddiaçıya- həbs edilmiş şəxsin həyat yoldaşına mənəvi narahatlıq hissələri yaradan hallardır. Xüsusilə qeyd edilməlidir ki, iddiaçının himayəsində 5 azyaşlı övladı var, işləməyən evdar xanımın himayəsində 5 azyaşlı övladı ilə birlikdə ərinin təqsirli olmadığı əmələ görə uzun müddət həbsdə saxlanması halında düşdüyü vəziyyəti qiymətləndirmək çətinlik yaratmır.Hazırki halda şəxsə 2.000 manat məbləğində kompensasiyanın ödənilməsi onun mənəvi aləmində müəyyən müsbət emosiyaların yaranması üçün kifayət hesab edilməlidir. Odur ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 2.000 (iki min) manat məbləğində mənəvi ziyana görə pul tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 2.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 2.000 (iki min) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 2.000 (iki min) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar