Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-124/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı "xxxxxxxxxxxx" X6 nümayəndəsi X5 iştirakı ilə İddiaçı "xxxxxxxxxxxx" X6 Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxxxxxxxxxx" X9 Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13, mənzil 36 ünvanında yerləşən X2 məxsus daşınmaz əmlak “xxxxxxxxxxxx" ASC tərəfindən “Əmlak Sığortası” növü ilə sığortalanmışdır. xx xxxxxx 2016-cı il tarixində Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13, mənzil 52 ünvanında yerləşən mənzildən, “xxxxxxxxxxxx” ASC tərəfindən sığortalanmış X2 məxsus daşınmaz əmlaka subasma nəticəsində zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar “xxxxxxxxxxxx” ASC tərəfindən zərərçəkənə 674,30 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “xxxxxxxxxxxx” ASC-nin dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə, yəni Cavabdeh qarşı sığorta ödənişinin məbləği, yəni 674,30 (altı yüz yetmiş dörd manat, otuz qəpik) manat məbləğində subroqasiya hüququ yaranmışdır. xx xxxxxxx 2017ci il tarixində şirkət tərəfindən məktub ünvanlanaraq dəymiş zərər məbləğinin ödənilməsi üçün 15 gün müddət müəyyən edilsə də, bu günə qədər cavabdeh şəxs tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh 674,30 (altı yüz yetmiş dörd manat, otuz qəpik) manat vəsait və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 1 (bir) manat xidmət haqqının "xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxxxxxxxxxx" X6 nümayəndəsi X7 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13, mənzil 36 X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 422 saylı reyestr kitabının 39219 nömrəli vərəqində, ********* nömrə ilə qeydiyyat aparılmışdır. İşin materiallarında olan daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, "xxxxxxxxxxxx" ASC ilə X3 arasında xx.xx.2016-cı il tarixdə sığorta müqaviləsi bağlanmış və M-Pİ-1313/16 №-li şəhadətnamə üzrə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13, mənzil 36 3 (üç) il müddətinə 37.534,34 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon İH MKTB-nin 77 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktdan görünür ki, 4-cü mkr., H.Seyidzadə küçəsi, 13 saylı binanın 36-cı mənzilində yaşayan vətəndaş X1 yazılı şikayətinə cavab olaraq göstərilən ünvanda olmuşlar. Müəyyən olunmuşdur ki, həmin binanın vətəndaş Cavabdeh mülkiyyətində olan 52-ci mənzilin mətbəxində su borusu çıxmış və külli miqdarda su axmışdır. Su axıntısı zamanı 36-cı mənzilin qonaq otağının tavanı islanmış, laminat döşəməyə ziyan dəymişdir, mətbəxin tavanından da su axaraq döşəmədəki xalçaları islatmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli sığorta aktının surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13, mənzil 36 ünvanına su basma hadisəsi baş vermişdir. Nəticədə sığortalanmış mənzilədəymiş ziyanın məbləği 1024 manat, ödənilmiş sığorta ödənişinin məbləği isə 674,30 manat təşkil edir. İşin materiallarında olan "xxxxxxxxxxxx" X6 xx.xx.2016-cı il tarixli “qüsuraktı”na əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13, mənzil 36-ya dəymiş zərər 1024 manat məbləğində müəyyənləşdirilmişdir. İş materiallarında olan "xxxxxxxxxxxx" X6 Cavabdeh ünvanladığı xx.xx.2017-ci il tarixli, 2332/İ saylı məktubdan görünür ki, ASC tərəfindən Cavabdeh dəymiş zərərə görə ödənilmiş pulun qaytarılması ilə bağlı xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13, 52 saylı mənzil 32 saylı DNK-nın 4Ə/2-349 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Nəqdəliyeva (Tarquliyeva) Sevinc Muxtər qızının adına xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13, mənzil 36 ünvanına həmin binanın 52 saylı mənzilin su borusunun çıxması səbəbindən subasma hadisəsi baş vermiş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən mənzilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığortalı mənzilə görə ödədiyi cəmi 674,30 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 36.1.5-ci maddəsinə əsasən daşınmaz əmlakın su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma halları nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Eyni Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Göründüyü kimi cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13, mənzil 52 ünvanından su axıtma nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13, mənzil 36 ünvanına ziyan dəymiş və sığorta aktına əsasən sığorta şirkəti tərəfindən mənzilə dəymiş zərər ödənilmişdir. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh subroqasiya hüququ əsasında 674,30 (altı yüz yetmiş dörd manat, otuz qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 1 (bir) manat bank xidmət xərcinin əvəzi olmaqla, cəmi 705,30 (yeddi yüz beş manat, otuz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxxxxxxxxxx" X8 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 674,30 (altı yüz yetmiş dörd manat, otuz qəpik) manat, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 1 (bir) manat bank xidmət xərcinin əvəzi olmaqla, cəmi 705,30 (yeddi yüz beş manat, otuz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxxxxxxxxxx" X8 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-124/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-124/2020
07.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver