Məhkəmə qərarları › İş №2(006)-1242/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1242/2021

18.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1242/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Eynullayevanın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 15.478 (on beş min dörd yüz yetmiş səkkiz manat) manat məbləğində borc tutulması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və Dövlət Büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Afaq adlı rəfiqəsinin vasitəsilə Cavabdeh ilə tanış olmuş, belə ki, Cavabdeh rəfiqəsi Afaqın iş yoldaşı olmuşdur. Belə ki, Cavabdeh rəfiqəsi Afaqın iş yoldaşı olmuşdur. Afaqla olan normal münasibətlərində istifadə edən Cavabdeh onunla da isti münasibətlər qurmuş və ondan ehtiyacları üçün borca pul istəmişdir. Bir neçə dəfə 100-150 manat olmaqla ondan aldığı borc pulları vaxtında qaytarıb, onun etibarından istifadə etməklə onunla münasibətlərini və onun yanında etibarından istifadə etməklə onunla olan münasibətlərini və onun yanında etibarını yüksəltdi. Bundan sonra Cavabdeh ondan bir neçə dəfə ümumilikdə 16.600 manat borca pul almış və aldığı pullara görə ona qəbz yazıb vermişdir. Bir müddət sonra Cavabdeh pularını tələb etmiş, belə ki, aldığı pulların müqabilində yazdığı qəbzlərdə pulları qaytaracağı tarixləri qeyd etsə də həmin tarixlərdən artıq çox vaxt keçmişdi və Cavabdeh pullarını qaytarmırdı. Onun onu aldatdığını başa düşmüş və öz pullarını ondan tələb etmişdir. Lakin Cavabdeh ilk öncə ona pulları qaytaracağını, sonra isə aylıq ona pul vermək imkanı olduğunu bildidi və bu barədə ona plastik kart verərək hər ay həmin kartdan pullarını götürəcəyini bildirdi. Çoxsaylı cəhdlərini nəticəsində Cavabdeh ona yalnız üç dəfə hər dəfəsində 200 manat olmaqla 600 manat pul ödəmiş və bir dəfə də ona öz razılığı ilə vermiş kartdan o 522 manat pul çıxartmır. Beləliklə Cavabdeh ona ümumilikdə 1.122 manat pul ödəmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Belə ki, iddiaçı ona pulu faizə vermişdir. Onun kartları İddiaçı olmuşdur. Sənədlərdə yazılan məbləğ qədər pul almamışdır. Sənədləri məcburi qaydada imzalamışdır. Ona görə də ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sonda iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edib, aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı xx xxxx 2019-cu il tarixdə 5000 manat məbləğində pul götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 2000 manat məbləğində pul götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2018-ci il tarixdə 5000 manat məbləğində pul götürmüşdür və maaş kartını vermişdir ki, oradan pul çəksin. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, 7500 manatı pensiya kartı vermək şərtilə ödəyəcəkdir. Cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdə 230 manat verəcəkdir, xx.xx.2019-cu il tarixdə 150 manat verəcəkdir. İş materiallarında olan xx.xx.2018-cu il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı hissə-hissə 2000, 1500, 1000 manat məbləğində pul götürmüşdür və kartı bacısına vermişdir ki, 16 ay yanvar ayına qədər borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni novlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 15.478 (on beş min dörd yüz yetmiş səkkiz manat) manat məbləğində borc tutulmalı, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 15.478 (on beş min dörd yüz yetmiş səkkiz manat) manat məbləğində borc tutulsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Nülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar