Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1250/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs "xxxx" Sığorta Şirkətinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X10 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X10 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X8 peşə məsuliyyətinin icbari sığortası üzrə hesabdan 140.000 manat vəsaitin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Sığorta Şirkəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər sakini X26 2019-cu ilin dekabr ayında ona bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ev 22-nin arxasında yerləşən iki mərtəbəli, ümumi sahəsi 235 m2 olan qeyri yaşayış binasını və 0,05 ha torpaq sahəsini (Abay Kunanbayev küçəsi 22 ünvanda yerləşən «Uğur» kafesini) 200.000 manata satır. Onlar gedib həmin qeyri-yaşayış sahəsinə baxmışlar və səndləri istəmişdir. Cəlilov Orxan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyvəti başçısının 66 saylı xx.xx.2010-ci il tarixli sərəncamını göstərmişdir. O, sərəncamla alğı-satqı edilə bilinəcəyini bilmədiyinə görə bərabər Bakı şəhəri 14 saylı notariat ofisinə gedib həmin sərəncəmı orada xüsusi notarius işləyən X10 göstərmişlər. Notarus bildirmişdir ki, sərəncam qaydasındadır, alğı-satqı etmək olar. O, notariusun sözünə inanaraq həmin qeyri-yaşayış sahəsini almağa razılıq vermişdir. 09 dekabr 2019-cu il tarixdə elə həmin notariusda - Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq olunmuş ilkin alğısatqı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən müqavilə bağlanan gün əmlakın dəyiri olar 200.000 manatın 50.000 manatını satıcıya ödəməyi, qalan 150.000 manat məbləği isə xx.xx.2020-ci il tarixədək imzalanacaq əsas alğı-satqı zamanı ödəməyi öhdəsinə götürmüşdür. Sonradan - xx.xx.2020-ci il tarixdə 09 dekabr 2019-cu il tarixli ilkin alğı-satqı müqaviləsinə dəyişiklik edərək əmlakın qiymətini 140.000 manat məbləğində müəyyən etmişlər. Qeyd olunan müqavilə üzrə müəyyən olmmuş 140.000 manat onun tərəfindən satıcı olan X19 3 dəfəyə tam olaraq ödənilmişdir. xx.xx.2019-cu iİ tarixdə 50.000 manat, xx.xx.2019-cu il tarixdə 50.000 manat, xx.xx.2020-ci il tarixdə 40.000 manat ödəmişdir. Qeyd olunan ilkin alğı-satqı müqaviləsi bağlandıqdan təxminən bir il sonra həmin qeyri-yaşayış sahəsini ona satan X15 qardaşları olan X30 və X27 gələrək bildirmişlər ki, aldığı həmin qeyri-yaşayış sahəsi olan «Uğur» kafesi onlara məxsusdur. Onlara bildirmişdir ki, buranı o, qardaşları Orxandan rəsmi olaraq, notariat qaydasında 140.000 manata almışdır. Oxranın qardaşları bildirmişlər ki, Cəlilov Orxanın ora heç bir aidiyyatı yoxdur, onun adına olan sərəncam saxtadır, onların adına rəsmi sənəd olan həqiqi sərəncam var. O, Orxana dəfələrlə zəng etsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. Orxan Cəlilovun qardaşları - X30 və X5 rayon Məhkəməsinə ona qarşı iddia ərizəsi ilə müraciət edərək 14 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alğı-satqı müqaviləsinin və həmin müqaviləyə edilmiş xx.xx.2020-ci il tarixli əlavə sazişin etibarsız hesab edilməsinə, onun mübahisə predmeti olan 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq onlara geri qaytarılmasına dair iddia ərizəsi ilə müraciət etmişlər. O, əsas iddia üzrə iddaçılar olan X25 və X20 qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 66 saylı xx.xx.2010-cu il tarixli sərəncamının etibarsız hesab olunması, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 22 saylı evin arxasında yerləşən qeyri-yaşayış sahəsi olan «Uğur» kafesinin yerləşdiyi torpaq sahəsinə onunla Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanmasına dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Binəqədi rayon Məkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-3327/2021 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-865/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)- 3327/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. X15 ona qarşı dələduzluq edərək pulunu ələ keçirməsi bərədə hərəkətlərindən polisə ərzə ilə müraciət etmişdir. X15 onun 140.000 manat pulunu ələ keçirməsi faktı əsasında xx.xx.2021-ci il tarixdə Bakı şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cnayət işi başlanılmış və ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-yə göndərilmiş, xx.xx.2021-ci il tarixli qərarla X26 barəsində axtarış elən edilmiş, xx.xx.2021-ci il tarixdə O.Cəlilov şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixdə O.İ.Cəlilov Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və qeyd edilən tarixdə barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci iİ tarixdə Binəqədi rayon Məhkəməsi tərəfindən O.Cəlilovun həbsdə saxlanılma müddəti 19 avqust 2021-ci il tarixədək uzadılmışdır. xx.xx.2021-ci il tarixdə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.3.2 və 320.2-ci maddələrinə tövsif edilmiş və qeyd edilən tarixdə O.Cəlilova Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. ********* nömrəli cinayət işi xx.xx.2021-ci il tarixdə ərazi aidiyyəti üzrə Nəsimi RPİ-nin İŞ-yə göndərilmişdir. Həmçinin qeyd edilən cinayət işi xx.xx.2021-ci il tarixdə X14 Aleksandra Viktorovnanın etibarından sui-istifadə edərək dələduzluq yolu ilə 6.600 manat məbləğində pulunu ələ keçirməsi faktı əsasında Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanaraq istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və qeyd edilən tarixdə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2 və 320.2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2021-ci il tarixdə Orxan Cəlilovun həbsdə saxlanılma müddəti Nəsimi rayon Məhkəməsi tərifindən 3 ay yəni, 19 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Bundan başqa, Orxan X1 etibarından sui-istifadə edərək dələduzluq yolu ilə 12.000 manat pulunu ələ keçirməsi faktı əsasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılmış və xx.xx.2021-ci il tarixdə CM-nin 178.3.2 və 320.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda istintaq davam etdirilmiş və həmin tarixdə cinayət işi üzrə CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2 və 320.2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2021-ci il tarixdə O.Cəlilovun həbsdə saxlanılma müddəti Nəsimi rayon Məhkəməsi tərəfindən 1 ay, yəni 19 dekabr 2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdə isə 2 ay 17 gün, yəni 08 mart 2022-ci il tarixədək uzadılmışdır. Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(006)-13l/2022 saylı qərarı ilə X15 barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair Nəsimi RPİnin İstintaq Şöbəsinin müstəntiqi X11 vəsatəti təmin edilməyərək və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılsın X26 məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Həmin qərardan apellyasiya şikayəti və Nəsimi rayon prokuoru tərəfindən apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 4(103)-153/2022 saylı qərarı ilə Nəsimi rayon prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşavri Kənan Əliyev tərəfindən verilmiş apellyasiya protesti və onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Nəsimi Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. O.Cəlilovun barəsində ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə ərazi aidiyyəti üzrə Sabunçu RPİ-nin İŞ-yə göndərilmişdir. Həmçinin qeyd edilən cinayət işi 30 dekabr 2022-ci il tarixdə X29 rayonu ərazisində ondan başqa əlavə 7 nəfəfərə qarşı dələduzluq etməsi barədə cinayət işi açılmış, ona CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə yenidən ittiham elan edilərək cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X22 tərəfindən qərar qəbul edilmişdir. Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X22 tərəfindən X26 barəsində 17 oktyabr 2022-ci il tarixdə şübhəli şəxsin barəsində axtarış elan olunması, tutulması və cinayət işinin dayandırılması haqqında qərar çıxarılmışdır. Həmin qərar halhazırda qüvvədədir. Cəlilov Orxan istintaqdan yayınır və onun harada olduğu məlum deyil. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X26 qaradaşları Anar Cəlilov, Nihat Cəlilov və mərhum atası İlyas Cəlilov barəsində qəbul edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli 66 saylı sərəncamını öz adına saxtalaşdıraraq Bakı şəhəri 14 saylı notariat ofisinə təqdim edərək onunla xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ev 22-nin arxasında 2 mərtəbəli, ümumi sahəsi 235 m2 olan qeyri-yaşayış binasına və istifadəsində olan 0,05 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin rəsmiləşdiriləcəyinə dair ilkin müqavilə bağlamış və bununla da ona 140.000 manat məbləğində ziyan vurmuşdur və aldığı məbləği qaytarmaqdan imtina edir. İstintaqdan gizlənir və qaldığı yer məlum deyil. X26 qeyri-yaşayış sahəsini ona satan zaman sərəncam təqdim etmişdi. O da, mütəxəssis olmadığına görə notariat ofisinə müraciət etmişdir. Notarius da ona bildirmişdir ki, həmin sərəncamla alğı-satqı etmək olar. Əslində isə aparılan notariat hərəkətləri ilə bağlı qanuni mənafelərinin qorunması üçün köməklik göstərməli idi. Həmin sərəncamın həqiqiliyini yoxlamaq üçün Milli Arxivə, Binəqədi rayon İH-yə sorğu verib rəsmi cavab aldıqdan sonra notariat hərəkətləri aparılmalı idi. Lakin notarus bunların heç birini etməmişdir. Qeyd olunanlardan müəyyən olur ki, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X3 Orxan İlyas oğlu tərəfindən təqdim olunan saxta sərəncamın alğı-satqıdan əvvəl həqiqiliyini yoxlamağa hüququ olmasına baxmayaraq bunu etmədən notariat hərəkəti olan daşınmaz əmlakın alğı-satqısını təsdiqləyib. Əgər xüsusi notarius Əliyev Elmar həmin vaxt səlahiyyətindən istifadə edərək müvafiq sorğu versəydi müəyyən olardı ki, X15 adına qeyd olunan ünvan üzrə Binəqədi rayon İcra Hakimiyyətinin heç sərəncamı yoxdur. Sonradan, iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı Məcid oğlu Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X10 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbinə əsasən Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X8 peşə məsuliyyətinin icbari sığortası üzrə hesabından 140.000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 14 saylı notariat ofisinin xüsusi notariusu X18 "xxxx" Şirkəti ilə 28 iyul 2019-cu il tarixdə 1 il müddətində qüvvədə olan notariusun peşə məsuliyyətinin icbari sığorta müqaviləsi bağlamışdır. Həmin sığorta müqaviləsinin 9-cu bəndinə əsasən sığorta şirkəti tərəfindən hər bir sığorta hadisəsi üzrə və ümumilikdə illik ümumi hədd olaraq 100.000 manat məbləğində sığortalı Elmar Əliyevə sığorta təminatı vermiş və bununla da sığorta təminatının maksimum həddi müəyyən edilmişdir. Sığorta müqaviləsinə 1 saylı əlavəsinə görə «Notariat hərəkətlərini həyata keçirərkən notariusun səhlənkarlığı, diqqətsizliyi, səhvi və ya ehtiyatsızlığı səbəbindən notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş fiziki və ya hüquqi şəxslərin, həmçinin 3-cü şəxslərin əmlak mənafelərinə vurulmuş maddi ziyan» sığorta təminatına (riskinə) daxildir. Müqaviləyə əsasən həmin hərəkətlər nəticəsində fiziki və ya huquqi şəxslərə vurulmuş maddi ziyanın məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiq edilməsi sığorta hadisəsi hesab edilir və sığorta ödənişinin həyata keçirilməsi üçün əsasdır. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, notarius X2 rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli 66 saylı sərəncamı ilə müəyən edilmiş Binəqədi rayonu 7-ci mikrorayon ev 22-nin arxasında 2 mərtəbəli, ümumi sahəsi 235 m2 olan qeyriyaşayış sahəsinin ilkin alğı-satqısına dair notariat əməliyyatını keçirəkən həmin əmlakın Orxan Cəlilova məxsusluğuna dair müvafiq orqanlara sorğular verməyərək diqqətsizlik etmiş və səhvə yol vermişdir. Lakin həmin hərəkətlərini «Atəşğah Sığorta» şirkəti ilə bağlanmış və sığorta hadisəsi vaxtı qüvvədə olan xx.xx.2019-cu il tarixli LCP-1901799 №li Müqavilə ilə sığortalamışdır. 14 saylı notariat ofisinin xüsusi notariusu X8 notariat əməliyyatını keçirəkən diqqətsizliyi və səhvi nəticəsində İddiaçı 140.000 manat zərər dəyməsini, sığorta hadisəsi üzrə 100.000 manatadək təminatın verilməsini nəzərə alaraq, iddiaçı sığorta ödənişinin məbləğindən savayı, 14 saylı notariat ofisinin xüsusi notariusu X7 140.000 manata qədər olan hissəsinin şəxsən özündən və zəmanət kassasının vəsaitindən tutulmasını tələb edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin öddəniməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 % ödəməyə borcludur. Odur ki, iddiaçı 140.000 manat borc məbləğinin 2019-cu ilin dekabr ayından etibarən gecikdirilməsinə görə notarius Elmar Əliyevdən illik beş faiz olmaqla hər il üçün 7.000 manat, 4 il üçün 28.000 manat pulun faiz şəklində ödənilməsini tələb edir. Məhkəmədən sığorta ödənişindən başqa, 140.000 manata qədər dəymiş zərər hissəsinin, həmçinin gecikdirilmiş vaxt üçün illik 5 %, 4 il üçün 28.000 manat pul vəsaitinin cavabdehdən şəxsən və zəmanət kassasının vəsaitindən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs "xxxx" Sığorta Şirkətinin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, "xxxx" Sığorta Şirkəti işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının «peşə məsuliyyətinin icbari sığortası üzrə hesabından 140.000 alınması» tələbi üzrə iddiası əsassız olduğu üçün təmin edilə bilməz. Sığortalı xüsusi notarius X18 ilə "xxxx" Sığorta Şirkəti arasında 31 iyul 2019-cu il tarixdən 1 il müddətində qüvvədə olmaqla məsuliyyət sığortası müqaviləsi bağlanmışdır. Sığorta müqaviləsinin «Azərbaycan Respublikasında fəaliyyət göstərən xüsusi notariusların sığortalanmasına dair xüsusi şərtlər» adlanan əlavəsində göstərilir: «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən notariuslar peşə məsuliyyətini sığortalamalıdırlar. Həmin Qanunun 17 və 26-cı maddələrinə əsasən xüsusi notariusun aparmağa səlahiyyəti olduğu bütün notariat hərəkətləri rəsmiləşdirərkən qanunvericilyirı tələblərini pozmasından, o cümlədən notariusun notariat hərəkətlərinin aparımasından qanunsuz imtina etmesi ve notariat sirrini yaymasından irəli gələn məsuliyyət sığorta şəhadətnaməsi üzrə təminata daxil edilir. Sığorta hadisəsi kimi aşağıdakılar tanınır: Xüsusi notariusun sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində notariat hərəkətlərini aparması, o cümlədən notariat hərəkətlərini aparmaqdan imtina etməsi və notariat sirrini yayması ilə bağlı qanunvericiliyin tələblərini pozmasından (hərəkət və ya hərəkətsizliyindən) irəli gələn, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslerin, o cümlədən üçüncü şəxslərin əmlak mənafelərinə vurduğu maddi ziyanın məhkəmənin qüvvəyə minmiş qərarı və yaxud sığortaçı tərəfindən qəbul edilməsi ilə təsdiq edilməsi sığorta hadisəsi hesab olunur və sığorta ödənişinin həyata keçirilməsi üçün əsasdır. Sığorta müqaviləsinin şərtlərindən aydın olur ki: (a) sığorta müqaviləsi üzrə xüsusi notariusun aparmağa səlahiyyəti olduğu notariat hərəkətləri rəsmiləşdirərkən qanunvericilyin tələblərini pozmasından irəli gələn məsuliyyəti sığortalanmışdır, (b) xüsusi notariusun notariat hərəkətlərini aparması ilə bağlı qanunvericiliyin tələblərini pozmasından irəli gələn maddi ziyan məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiq edilməlidir. Baxılan işdə cavabdehin notariat hərəkətləri rəsmiləşdirərkən qanunvericilyin tələblərini pozması və bundan irəli gələn maddi ziyan vurması faktı məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiq edilmir. İş materiallarından aydın olur ki, cavabdeh xüsusi notariusun təsdiq etdiyi M.Məcdunov və O.Cəlilov arasında bağlanmış xx.xx.2019-cu tarixli 3M-2996 reyestr nömrəli ilkin alğı-satqı müqaviləsi və həmin müqaviləyə xx.xx.2020-ci il tarixli saziş Binəqədi rayon Məhkəməsinin 2(001)-3327/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Elə həmin qətnamə ilə O.Cəlilovdan 140.000 manatın M.Məcdunovun xeyrinə tutulması qət olunmuşdur. Bu zaman məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsinə əsaslanmışdır. Həmin maddəyə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İstinad edilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-865/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi əsasında qüvvədə saxlanmışdır. Qeyd edilən mülki iş üzrə qətnamələrin heç birində xüsusi notariusun qanunvericiliyin tələblərini pozması, buna görə məsuliyyət daşıması, zərəri ödəməli olması faktları müəyyən edilməmiş, əksinə əqdin aldatma yolu ilə bağlandığı üçün etibarsız hesab edilməsi müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, cavabdeh xüsusi notariusun təsdiq etdiyi əqdin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə baxılmış mülki işdə notariusun qanunvericiliyin tələblərini pozması faktı müəyyən edilmədiyi, eləcə də hazırkı iş üzrə iddiaçının tələb etdiyi 140.000 manatın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi O.Cəlilovdan iddiaçının xeyrinə tutulduğunu nəzərə alaraq iddiaçının yenidən eyni məbləğdə tələbi cavabdehdən tələb etməsini əsaslı hesab etmir. İş materialiarından aydın olur ki, cavabdeh xüsusi notariusun təsdiq etdiyi M.Məcdunovla bağlanmış xx.xx.2019-cu tarixli 3M-2996 reyestr nömrəli iikin alğı-satqı müqaviləsi və həmin müqaviləyə xx.xx.2020-ci il tarixli sazişin tərəfi olmuş O.Cəlilov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə cinayət işi başlanmış və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İddia ərizəsinə əlavə olunmuş O.Cəlilovun həbs müddətinin uzadılmasına dair Nəsimi rayon Məhkəməsinin 4(006)-131/2022 saylı xx.xx.2022-ci il tarixli, eləcə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)153/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, O.Cəlilov iddiaçı ilə yanaşı digər vətəndaşların da etibarından sui-istifadə edərək aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını ələ keçirmişdir. Qeyd edilən məhkəmə qərarlarının heç birində xüsusi notariusun qanunsuz əməllərinin iddiaçıya zərər vurulmasına səbəb olması faktı müəyyən edilmir. Zərər vuran kimi O.Cəlilov tanınır. Bu səbəbdən, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X10 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X8 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 2(001)-3327/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar X23 və X16 cavabdehlər İddiaçı və X19 qarşı «14 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli ilkin alğı-satqı müqaviləsinin və həmin müqaviləyə edilmiş xx.xx.2020-ci il tarixli əlavə sazişin etibarsız hesab edilməsi, İddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin boşaldılaraq onlara geri qaytarılması» tələbinə dair ilk iddiası təmin edilmiş, İddiaçı ilə X26 arasında 14 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 3M-2996 reyestr nömrəli ilkin alğı-satqı müqaviləsi və həmin müqaviləyə xx.xx.2020ci il tarixli əlavə sazişin etibarsız hesab edilməsi, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq X25 və X20 təhvil verilməsi, X12 140.000 manatın İddiaçı xeyrinə tutulması qət edilmiş, İddiaçı cavabdehlər X25 və X20 qarşı «Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 66 saylı xx.xx.2010-cu il tarixli sərəncamının etibarsız hesab olunması, qeyri-yaşayış sahəsi olan torpaq sahəsinə onunla Binəqədi rayonu Binəqədi bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanması» tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-865/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 2(001)-3327/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyri-yaşayış sahəsinin alınması üçün ödənilmiş 140.000 manat məbləğində pul vəsaitinin X12 140.000 manatın İddiaçı xeyrinə tutulmasına dair hal aşkar olmaqla, həmin faktın yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddiaçının hazırki iş üzrə iddia tələbindən görünür ki, o, eyni məbləğin cavabdehdən tutulmasını tələb edir. Lakin həmin məbləğin X12 iddiaçının xeyrinə tutulması qət edilmişdir və hazırki iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, iddiaçıya cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən ziyan vurulmasına dair təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Eləcə də, yuxarıda qeyd edildiyi kimi, qeyri-yaşayış sahəsinin alınmasına görə ödənilmiş 140.000 manatın X12 iddiaçının xeyrinə tutulması qət edilmişdir və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X10 qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X10 qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 430 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1250/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1250/2023
03.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver