Məhkəmə qərarları › İş №2(006)-1256/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1256/2020

09.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1256/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "vurulmuş maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi ziyana görə müşətərək qaydada 3634 manat məbləğində pul vəsatinin, həmçinin hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi ziyana görə müşətərək qaydada 3334 manat məbləğində pul vəsatinin, həmçinin hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 tərəfindən idarə edilən “Mazda CX-5 minik” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sonuncu xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, M.Kazımovski küçəsində yolun sağ hərəkət zolağında saxlayaraq avtomobilin sol qabaq qapısını açan zaman, həmin avtomobilin qapısı qeyd olunan küçə ilə eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilinin sağ yan hissəsinə dəymiş, zərbənin təsirindən “Mercedes” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşıdan gələn İddiaçı məxsus “Audi A6 minik” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə digər avtomobillə yanaşı İddiaçı məxsus “Audi A6 minik” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bununla bağlı Azərbaycan Respublikası DİN Binəqədi Rayon DYPŞ-nin polis mayoru X3 tərəfindən Cavabdeh2 barəsində AP ******* nömrəli xx.xx.2019-cu il tarixli “inzibati xəta haqqında” protokol tərtib edilmiş və bu protokol əsasında aparılmış araşdırmanın nəticəsi olaraq yol nəqliyyat hadisəsi zamanı X1 hərəkətlərində yol hərəkəti qaydalarının pozulması aşkar olunduğundan onun barəsində TP ******* nömrəli xx.xx.2019-cu il tarixli “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 tərəfindən idarə edilən “Mazda CX-5 minik” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin istismarı zamanı yol hərəkəti qaydalarının pozulması nəticəsində xx.xx.2019-cu il tarixli “qüsur aktı”na əsasən İddiaçı məxsus “Audi A6 minik” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 7.550 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra Cavabdeh2 idarə etdiyi “Mazda CX-5 minik” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta olunduğu sığorta şirkəti tərəfindən İddiaçı məxsus “Audi A6 minik” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın 3.916 manat hissəsi ödənilmişdir. Qanunvericiliyin tələblərinə əsasən vurulmuş ziyanın qalan hissəsi, yəni 3634 manat hissəsi ziyan vuran şəxslər tərəfindən ödənilməli olduğundan, hər iki cavabdehə bununla bağlı edilmiş rəsmi və ya şifahi müraciətlərə müsbət cavab verilməmişdir. Bu səbəbdən də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş ziyanın ödənilməmiş hissəsi, yəni 3634 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məqsədi ilə məhkəməyə müraciət etmişdik. Lakin qeyd etdiyi kimi, iddiaçının avtomobili artıq təmir edilib və təmir üçün onun tərəfindən 7.250 manat məbləğində pul ödənilmişdir. Nəzərə alsaq ki, dəymiş ziyanın 3.916 manat hissəsi müvafiq sığorta təşkilatı tərəfindən ödənilmişdir, onda ziyanın ödənilməmiş hissəsi 3.334 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman qanunla müəyyən edilmiş qaydada 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı iddia qaldırılması ilə əlaqədar məhkəməyə müraciət edilməsi üçün vəkilin hüquqi yardımından istifadə etmək məcburiyyətində qalaraq bu məqsədlə vəkilə hüquqi yardım üçün 300 manat məbləğində pul ödəmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, avtoqəzanın törədilməsi ilə bağlı məsələ tam araşdırılmamışdır. Zərər dəymiş avtomobilin sahibi avtomobilə 10500 manat ziyan dəydiyini bildirmişdir. Bu rəqəm real deyil. Belə ki, avtomobilin bir qapısı əzilmiş, digər qapısı isə cızılmışdır. İddiaçı dəymiş zərərə görə artıq məbləğ istəyir. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AD seriyalı 330399 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mazda CX-5 minik” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh1 məxsusdur. İş materiallarında olan xx xxxx 2019-cu il tarixdə verilmiş ƏN-İV seriyalı 973657 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh1 ona məxsus olan “Mazda CX-5 minik” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini xx.xx.2020-cü il tarixədək Cavabdeh2 etibar etmişdir (reyestr 7E-10391). İş materiallarında olan inzibati xəta haqqında İXP № ******* saylı, xx.xx.2019-cu il tarixli protokolun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 22:15-də Cavabdeh2 sürücülük hüququ əsasında idarə etdiyi “Mazda CX-5 minik” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını qəflətən açaraq arxadan gələn “Mercedes” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma törətmişdir. Zərbənin təsirindən “Mercedes” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşıdan gələn “Audi A6 minik” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə Cavabdeh2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli TYP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “Mazda CX-5 minik” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qəniyev X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini görə barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan “European Cars” LTD tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, “Audi A6 minik” markalı **-XO-***dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği dəyişdirilməli hissələr və görülən işlər daxil olmaqla 7550 manat müəyyən edilmişdir. İş materiallarında olan “Dream Auto” tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Audi A6 minik” markalı **-XO-***dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği dəyişdirilməli hissələr görə 5245 manat müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli kassa məxari orderindən görünür ki, “xxxxxxxxx” ASC tərəfindən İddiaçı hesabına 3916 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan hüquqi yardım göstərilməsi haqqında müqavildən görünür ki, hüquqi yardım göstərilməsinə görə İddiaçı tərəfindən Vəkil 300 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 4961 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Dream Auto” tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2017-ci il buraxılışlı “Audi A6 minik” markalı **-XO-***dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə tətbiq edilməklə təxminən 7300,00 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquqpozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1108.1-cimaddəsinəəsasənətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 etibarnamə ilə idarə etdiyi “Mazda CX-5 minik” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2019-cu il tarixdə saat 22:15-də radələrində avtomobilin sol qabaq qapısını açan zaman, hərəkətdə olan “Mercedes” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən “Mercedes” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşıdan gələn İddiaçı məxsus “Audi A6 minik” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə digər avtomobillə yanaşı İddiaçı məxsus “Audi A6 minik” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Cavabdeh2 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. İddiaçıya dəymiş zərərin 3916 manat hissəsi sığorta tərəfindən ödənilmişdir. Məhkəmə tərəfindən təyin olunmuş ekspertiza nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Audi A6 minik” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə tətbiq edilməklə təxminən 7300,00 manat müəyyən edilmişdir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması üçün 3 şərtin birlikdə olması vacibdir: a) hərəkət (hərəkətsizlik) nəticəsində maddi ziyanın vurulması b) əməlin (hərəkətin və ya hərəkətsizliyin) qanunazidd olması c) vurulmuş maddi ziyanla əməlin (hərəkətin və ya hərəkətsizliyin) səbəbli əlaqəsi. Göründüyü kimi, hazırda iddiaçıya Cavabdeh2 tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələb olunan zərərlə bağlı hissədə təmin edilməli, yəni ekspertiza tərəfindən müəyyən edilmiş 7300,00 manatdan sığorta tərəfindən iddiaçıya ödənilmiş 3916 manat çıxılmaqla dəymiş maddi zərər 3384 manat məbləğində müəyyən edildiyindən və iddiaçının tələbi 3334 manat olduğundan, tələb olunan 3334 manat məbləğində pul tam həcmdə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Eyni zamanda məhkəmə qeydedir ki, “Audi A6 minik” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilinmülkiyyətçisi Cavabdeh1 ona məxsus avtomobili etibarnamə əsasında Cavabdeh2 etibar etdiyindən və hadisə törədilərkən Cavabdeh2 avtomobili idarə etmək hüququ olduğundan iddia tələbi Cavabdeh1aid hissədə təminedilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, cavabdehdən ağlabatan məbləğdə - 200 manat məbləğində alınaraq iddiaçıya verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 dəymiş maddi zərərə görə 3334 manat məbləğində pul və hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 dəymiş maddi zərərə görə 3334 (üç min üç yüz otuz dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumuna əvəzi olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar