Məhkəmə qərarları › İş №2(006)-1278/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1278/2020

08.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1278/2020 08.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində ona dəymiş 27.000 (iyirmi yeddi min) AZN maddi və 50.000 (əlli min) AZN mənəvi, cəmi 77.000 (yetmiş yeddi min) AZN ziyanın ona ödənilməsini cavabdehlər Naxçıvan şəhər Diaqnostika Mərkəzinin və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2017-2018-ci illərdə həqiqi xərbi xidmət keçməsi üçün Naxçıvan MR-da yerləşən hərbi hissəyə yerləşdirilmişdir. Müəyyən vaxtdan sonra sağlamlığında problemlər başlamış, hərbi hissənin rəhbərliyinə o, dəfələrlə bununla bağlı məlumat vermiş, Silahlı Qüvvələrin Baş X2 bölməsi tərəfindən verilən Çıxarış Epikrizinə əsasən onun xx.xx.2018-ci il tarixli FQDS müayinədən sonra mədəsində polipoid törəmə aşkar olunmuşdur. xx.xx.2018-ci il tarixdə isə ona Naxçıvan şəhər diaqnostika mərkəzində təkrar endoskopik müayinə aparılmış və o, sonrakı müayinə və müalicəni davam etdirilməsi üçün xx.xx.2018-ci il tarixdə SQ BKH-a təxliyyə olunmuş və onkologiya bölməsinə stasionar müalicəyə qəbul olunmuşdur. Nəhayət SD BKH-ı tərəfindən xroniki qasroduodenit natamam remissiya mərhələsi diaqnozu qoyulmuş və o, guya kafi vəziyyətdə öz hərbi hissəsinə yazılmışdır. Nəhayət qarnında yayılmış ağrılarla MedEra Hospitalına müraciətindən sonra ona mədə və nazik bağırsağın çoxsaylı polipləri, Peutzyegerson sindromu diaqnozu qoyulmuşdur. Bunun nəticəsində və ona təcili olaraq xx.xx.2018-ci il tarixində laporotomiya, mədənin rezeksiyası, polipektomiya, nazik bağırsağın çoxsaylı poliplərinin ekzisisiyası, ileo-ileo, yeyuno-yeyuna uc-uca anastomozların qoyulması, periton boşluğunun drenə olunması əməliyyatı icra olunmuşdur. Nəhayət o, xx.xx.2018-ci tarixində xəstəxanadan ambulator nəzarət altında evə yazılmışdır. Yuxarıda sözügedən əməliyyatların keçirilməsi üçün o, 7.000 (yeddi min) AZN, əməliyyatdan sonrakı reabilitasiya dövrü üçün 20.000 (iyirmi min) AZN, cəmi 27.000 (iyirmi yeddi min) AZN, həmçinin də hesab edir ki, ona və ailəsinə dəymiş mənəvi ziyan 50.000 (əlli min) AZN təşkil edir. Beləliklə də Naxçıvan şəhər Diaqnostika Mərkəzinin və Silahlı Qüvvələrin Baş X4 bölməsi tərəfindən buraxdığı kobud səhvin nəticəsində, yəni düzgün diaqnozun qoymaması ucbatından onun sağlamlığı daha böyük təhlükə altında olmuş və həmin səhvin səbəbindən o, həyatını itirə bilərdi, yalnız və yalnız tərəfindən və MedEra Hospitalında çalışan mütəxəssislərin sayəsində görülən operativ tədbirlərin nəticəsində o, sağ qalmışdır. O üzdəndə hesab edir ki, Naxçıvan şəhər Diaqnostika Mərkəzinin və Silahlı Qüvvələrin Baş X4 bölməsinin həkimlərinin qeyri-professional, qanunsuz hərəkətləri ucbatından ona xeyli maddi və mənəvi ziyan dəymişdir. Bildirmək istəyir ki, bu vaxta qədər cavabdehlər tərəfindən ona vurulmuş maddi və mənəvi ziyan heç bir şəkildə ödənilməmişdir. Yuxarıda dediklərinə əsasən cavabdehin qanuna zidd əməllərinin nəticəsində ona dəymiş maddi və mənəvi ziyan 100.000 (yüz min) AZN təşkil etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində ona dəymiş 27.000 (iyirmi yeddi min) AZN maddi və 50.000 (əlli min) AZN mənəvi, cəmi 77.000 (yetmiş yeddi min) AZN ziyanın ona ödənilməsini cavabdehlər Naxçıvan şəhər Diaqnostika Mərkəzinin və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. AR SHXÇDX-nin Goranboy rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə İddiaçı verilmiş SX seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı SHXÇDX-nin Göranboy rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2016-cı ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.2018-ci ildə AR Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 98 nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Silahlı Qüvvələrin Baş X4 Bölməsinin 4158 nömrəli xəstəlik tarixinə dair çıxarış epikrizindən görünür ki, xx.xx.2018-ci il tarixdə “qida qəbulu zamanı sağ qabırğaaltı nahiyədə olan arabir zəif ağrılardan və ümumi diskomfort hissindəndir” şikayətləri ilə daxil olmuş və ona “Xroniki qasroduodenit - natamam remissiya mərhələsində. Burun tənəffüsünü cüzi dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Hər iki gözün sadə hipermetropik asiqmatizmi, hər iki gözün görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 0,8 olmaqla. Çoxsaylı kariyes.” Diaqnozu qoyulmuşdur. “MedEra” Hospital tərəfindən verilmiş XT seriyalı, 2102 nömrəli epikrizdən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə qarında yayılmış ağrılar, qusma qazların zəif xaric olunması, melena, iştahasızlıq arıqlama köp və halsızlıq kimi şikayətlərlə hospitala daxil olmuş və ona mədə və nazik bağırsağın çoxsaylı polipləri, Peutz-yegerson sindromu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası SHXÇDX-nın Goranboy rayon şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1275 saylı məktubdan görünür ki, İddiaçı aid 2018-ci il üçün heç bir sənəd yoxdur və qeydiyyat jurnallarından keçmir. Əlavə olaraq MərkəziHərbi-Həkim Komissiyasında hərbi qulluqçular müayinə olunmadığı üçün İddiaçı müalicə olunduğuna dair çıxarış epikrizini Mərkəzi Hərbi-Həkim Komissiyasından tələb olunması düzgün deyildir. İddiaçı müalicə olunduğuna dair çıxarış epikrizi onun müalicə olunduğu tibb müəssisəsindən tələb edilməlidir. “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05 saylı məktubdan görünür ki, müddətli hərbi qulluqçu İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxx 2018-ci il tarixli, 620 nömrəli göndərişinə əsasən “kardiada polipoid törəmə, mədədə böyük əyrilikdə törəmə?” diqnozu ilə FQDS olunması üçün X3 Mərkəzinə göndərilmişdir və o, həmin tarixdə müayinə olunmuş, ona "qastroezofagial reflü, korpus distalda poliplər?” diaqnozu qoyularaq müvafiq hərbi hissənin cavabdeh şəxsinə təhvil verilmişdir. Həmin məktuba əlavə edilmiş İddiaçı barəsində Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində tərtib edilmiş endoskopik müayinə haqqında arayışdan görünür ki, edilmiş müayinənin nəticəsi - qastroezofaqial reflü. Korpus distalda Poliplər? kimi göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 86/KEŞ saylı, xx.xx.2020-ci tarixli ekspert rəyindən görünür ki, 1998-ci il təvəllüdlü X5 adma tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, məhkəmə-tibbi müayinəsinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. X3 Mərkəzində İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə aparılmış FQDS müayinəsindən sonra ona "Qastroezofagial reflüks, korpus distalda poliplər?" diaqnozu təyin edilmişdir. Silahlı Qüvvələrin Baş X7 Əsgərovun adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2018-ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona "Xroniki qastroduodenit - natamam remissiya mərhələsində. Burun tənəffüsünü cüzi dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Hər iki gözün sadə hipermetropik astiqmatizmi hər iki gözün görmə itiliyinin 0.4-ə qədər azalması, korreksiya ilə 0,8 olmaqla. Çoxsaylı kariyes” diaqnozu düzgün təyin edilmişdir. Həmçinin, aparılmış müayinələr zamanı İddiaçı mədə polipləri, eritematoz panqastrit, pilor disfunksiyası, bulbit, mədənin selikli qişasının hiperplaziyasının olduğu müəyyən edilmiş və ilkin konservativ müalicə tədbirləri aparılmışdır. Aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Konservativ müalicələrdən müəyyən müddət keçdikdən sonra xəstədə mədənin iltihablaşmış hiperplastik polipi, bağırsağın iltihablaşmış və proliferativ polipozu olduğundan cərrahiyyə əməliyyatının icrasına zərurət yaranmışdır. 3. "MedEra Hospitalında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o. xx.xx.2018-ci il tarixdə hospitala daxil olduqdan sonra aparılmış müvafıq müayinələr əsasında ona "Mədə və nazik bağırsağın çoxsaylı polipləri. Peutz-Yegerson sindromu” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun otaraq həmin tarixdə xəstənin üzərində "Laparotomiya. Mədənin rezeksiyası. Polipektomiya. Nazik bağırsağın çoxsaylı poliplərinin eksizisiyası, ileo – ileo, yeyuno-yeyuno uc-uca anastomozların qovulması, Periton boşluğunun drenə olunması” cərrahiyyə əməliyyatı icra edilmiş və diaqnoz patohistoloji müayinə zamanı da öz təsdiqini tapmışdır. İşin mübahisələndirilməyən hallarından göründüyü ki, İddiaçı SHXÇDX-nin Göranboy rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2016-cı ildə hərbi hissəyə göndərilmişdir. O, xx.xx.2018-ci ildə AR Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 98 nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.2018-ci il tarixdə isə “qida qəbulu zamanı sağ qabırğaaltı nahiyədə olan arabir zəif ağrılardan və ümumi diskomfort hissindəndir” şikayətləri ilə Silahlı Qüvvələrin Baş X4 Bölməsində yerləşdirilmişdir. İddiaçı “Xroniki qasroduodenit - natamam remissiya mərhələsində. Burun tənəffüsünü cüzi dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Hər iki gözün sadə hipermetropik asiqmatizmi, hər iki gözün görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 0,8 olmaqla. Çoxsaylı kariyes.” diaqnozu qoyulmuş, lakin o, qarında yayılmış ağrılar, qusma qazların zəif xaric olunması, melena, iştahasızlıq arıqlama köp və halsızlıq kimi şikayətlərlə xx.xx.2018-ci il tarixdə “MedEra” Hospitala müraciət etdikdən sonra həmin klinikada əməliyyat olunmuşdur. Hazırda İddiaçı cavabdehlər Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı və Naxçıvan MR Səhiyyə Nazirliyi X1rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanuna zidd hərəkətləri nəticəsində ona dəymiş 27.000 (iyirmi yeddi min) AZN maddi və 50.000 (əlli min) AZN mənəvi, cəmi 77.000 (yetmiş yeddi min) AZN ziyanın ona ödənilməsini cavabdehlər Naxçıvan şəhər Diaqnostika Mərkəzinin və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edirki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, hazırki iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1, 1112-ci maddələri təşkil edir. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Qeyd olunan maddi hüquq normalarına görə iddianın əsaslı hesab edilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: iddiaçıya tibbi xidmətlərin göstərilməsi nəticəsində zərərin dəyməsi, zərərin cavabdeh tibb müəssisəsinin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran tibb müəssisəsinin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər, hazırkı işdə isə bu əsaslar müəyyən olunmur. Belə ki, iddiaçının sağlamlığında yaranmış problemlər ilə əlaqədar Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı və Naxçıvan MR Səhiyyə Nazirliyi Diaqnostika Müalicə Mərkəzində üzərində aparılmış müayinə və müalicəsi arasında hər hansı səbəbli əlaqənin mövcud olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin 86/KEŞ saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, X3 Mərkəzi və Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən İddiaçı üzərində aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun omuşdur. Konservativ müalicələrdən müəyyən müddət keçdikdən sonra xəstədə mədənin iltihablaşmış hiperplastik polipi, bağırsağın iltihablaşmış və proliferativ polipozu olduğundan cərrahiyyə əməliyyatının icrasına zərurət yaranmışdır. "MedEra Hospital”ında İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı xx.xx.2018-ci il tarixə ona təyin edilmiş diaqnoza uyğun olaraq keçirilmişdir. Məhkəmə hesab edir ki, 86/KEŞ saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə şübhə ilə yanaşması və ya hər hansı hallara görə həmin rəyin qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi üçün əsaslar, rəyin məzmununda natamamlıq və qeyri-dəqiqlik müşahidə olunmadığından, mövcud deyildir. Həmin rəyə əsasən isə müəyyən olunur ki, iş üzrə cavabdeh olan tibb müəssisələri tərəfindən qanunsuz hərəkət və yaxud hərəkətsizliyə yol verilməmiş, “MedEra” Hospitalda iddiaçının üzərində əməliyyat digər klinikalarda qoyulan diaqnozlardan asılı olmamış, onun mövcud vəziyyətinə uyğun aparılmışdır. Belə olan halda cavabdehlərin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. Çünki zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdehlər tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı və Naxçıvan MR Səhiyyə Nazirliyi X1rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər1rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar