Məhkəmə qərarları › İş №2(006)-1309/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1309/2021

16.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1309/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ləğv prosesində olan “Cavabdeh1" ASC-nin ləğvedicisi 13.738,87 (on üç min yeddi yüz otuz səkkiz manat səksən yeddi qəpik) məbləğində pul vəsaitinin və tərəfindən dövlət rüsumu kimi ödədiym 30 manat olmaqla ümumilikdə 13.768,87 (on üç min yeddi yüz altmış səkkiz manat səksən yeddi qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)- 449/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli, icra vərəqəsi üzrə İddiaçı 7086,54 manat % əsas kredit borcu, 1151,59 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla cəmi 8738,13 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın İddiaçı tərəfindən girov qoyulmuş 1-ədəd qadın saatı-Brilliant 0,50 sot, 583 əyar, çəkisi 21,6 qr; 1-ədəd kolye – brilliant 0.80 sot, 583 əyar, çəkisi 14,4 qr; 3-ədəd Sep, 1-ədəd üzük, 2-cüt Sırğa, 750 əyar, çəkisi 69,3 qr; 5-ədəd Sep, 4-ədəd Qoldağ, 583 əyar, çəkisi 100 qr; 2-kompİekt, 2-ədəd sırğa 585 əyarlı, 32,9 qr; 10-ədəd üzük, 583 əyar, çəkisi 43,3 qr; 1-ədəd sancaq 750 əyarlı, çəkisi 5,3 qr; 1-ədəd qolbaq qaşlı, 583 əyarlı, çəkisi 10,1 qr; 1-ədəd saat 583 əyar, çəkisi 9,2 qr; 2-ədəd Sep Klonlu 583 əyarlı, çəkisi 10.3 qr; Sep qolbaqla dəst 585 əyar, çəkisi 31,1 qr olan qızıl-zinət əşyalarına yönəldilməsi və həmin qızıl-zinət əşyalarının açıq hərracda satılması, əldə olunmuş vəsaitin hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğin cabvabdeh İddiaçı qaytarılması, satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsi üçün yetərli olmadıqda, qalan məbləğin cabvabdehdən iddiaçının xeyrinə tutlması barədə icra vərəqəsi veirlmişdir. Həmin icra vərəqəsi ilə bağlı Nərimanov rayon İcra Şöbəsinin 88/15-14 saylı, xx.xx.2015-ci il tarixli sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsini həyata keçirən "xxxx" MMC tərəfindən İddiaçı məxsus olan 347.50 qram çəkidə olan qızıl-zinət əşyaları "xxxx" MMC-nin xx xxxxxx 2015-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən qızıl-zinət əşyalarının 7.500 (yeddi min beş yüz) manat qiymətləndirilmişdir. O, mülkiyyəti ilə bağlı qoyulmuş qiymətlərlə razı olmadığından Səbail rayon Məhkəməsində "xxxx" MMC-yə, Nərimanov rayon İcra şöbəsinə və "Cavabdeh1" ASC-yə qarşı iddia qaldlraraq həmin hesabatın nəticələrinin ləğv edilməsini və ona məxus qızıl-zinət əşyalarının yenidən qiymətləndirilməsini və bundan sonra Bakı şəhəri, Nərimanov rayon Məhkəməsi 2(005)-449/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli, icra sənədinin icrasını davam etdirilməsi xahiş etmişdir. Səbail rayon Məhkəməsində həmin 2(009)-389/2018-saylı mülki işə xx xxxx 2018-ci il tarixdə baxaraq, "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, 151293 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat ləğv edilmiş və mübahisəli qızıl-zinət əşyaları 22.102 (iyurmi iki min yüz iki) manat qiymətləndirilmişdir. Bundan sonra Bakı şəhəri, Nərimanov rayon Məhkəməsi 2(005)-449/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli, icra sənədinin icrası davam etdirilməsi üçün Nərimanov icra və probasiya şöbəsinə göndərilmişdir. Lakin həmin icra sənədi bugünədək icra olunmamışdır. Yəni icra vərəqəsində göstərildiyi kimi qızıl-zinət əşyaları açıq hərracda satılmalı, əldə olunmuş vəsaitin hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən (əldə edilən) məbləğdən tutulan məbləğ artıq olduğundan artıq qalan pul vəsati ona qaytarılmalıdır. Qiymətləndirmə barədə məhkəmə qətnaməsində qızılları 22.102 manat məbləğində qiymətləndirildiyindən onun məhkəmə qətnaməsində göstərilən 8.738,13 manat məbləği çıxıldıqdan sonra qalan 13,738,87 manat məbləğində qalıq pul vəsaiti ona qaytarılmalıdır. Lakin qanuni qüvvədə olan məhkəmə qətnaməsini iş üzrə 3-cü şəxs icra etmir. O, cavadeh ərəsmi xəbərdarlıq göndərərək bildirişi aldığı gündən 1 ay günü müddətində "Cavabdeh1" ASC-yə olan 8.738,13 manat məbləğində borcu (22.102-8.738,13=13.738.87) çıxıldıqdan sonra qalan 13.738,87 məbləğində pulu ona qaytarmalarını xahiş etmişdir. Lakin cavabdeh **********014 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli məktubu ilə ona cavab verməklə onun hələ onlara 1218,13 manat borcu olduğunu göstərməklə kifayətlənmişdir. Ona görə də hesab edir ki, cavabdehdən 13.738.87 məbləğində pulu vəsaiti və tərəfindən dövlət rüsumu kimi ödədiyi 30 manat tutularaq ona verilməlidir. İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahat verərək iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli Qərarına əsasən ... “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.3-cü maddəsinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür: 1. fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər; 2. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər; 3. iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri; 4. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri; 5. müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri; 6. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər; 7. təminatsız kreditorların tələbləri. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, müflisləşmə nəticəsində iflasa uğrayan cavabdeh təşkilatın kreditorlarının banka qarşı tələblərinə dair mülki işə mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsi) tərəfindən baxılaraq müvafiq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı kreditor tələbləri yalnız iflas prosedura çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd olunanlara əsasən hesab edirəm ki, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq tələblə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək hüququna malikdir. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar