Məhkəmə qərarları › İş №2(006)-1331/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1331/2023

25.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1331/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı Səfərəli oğlunun cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi barəsində iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Səfərəli oğlu cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanla bağlı Cavabdeh1 MMC tərəfindən keçirilmiş İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 06 iyun 2022-ci il tarixli hərracın nəticələrinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 9 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli 8İ-1732 saylı icra qeydi və Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-43213-16 saylı şifahi məktubu əsasında icra qeydi Bakı şəhəri, ünvan 1 ünvanında mənzilə yönəldilmiş, ipoteka predmeti olan mənzil Cavabdeh1 MMC tərəfindən açıq hərracda tələbkar "xxxx" BOKT MMC-yə 51.000 manata satılmışdır. Mənzilinin ilkin satış qiyməti 80000 manat müəyyən olunmuşdur. Binəqədi rayon İcra Şöbəsinin xx/xx-43213-16 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü edilmiş Bakı şəhəri, ünvan 2 ünvanında mənzilin satılması ilə bağlı Cavabdeh1 MMC tərəfindən 06 iyun 2022-ci il tarixində İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 57 nömrəli protokol tərtib olunmuşdur. Hərrac mərkəzində keçirilən hərraclar barədə ona İcra Şöbəsi tərəfındən verilən məlumatdan sonra xəbər tutmuşdur. Keçirilmiş hər iki hərrac barədə ona əmlaklarının hərracı ilə bağlı hər hansı bir məlumat verilmədiyindən və onun hərracda iştirak etmək hüquqları pozulduğundan, hərracın nəticələrinə dair protokol etibarsız hesab olunmalıdır. İddianın əsasını təşkil edən sübutlar, yəni ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə verilməli olan hərracın keçirilməsi barədə bildirişlər ona verilmədiyindən, həmin sübutların məhkəməyə verilməsini qeyri-mümkün edir. Belə olan halda bildirişin verilib-verilməməsi halını təsdiq edən sübutlar cavabdehlərdən tələb olunmalıdır. Hazırki münasibətlər maddi hüquq normaları ilə tənzimləndiyindən, hərracın keçirilməsi barədə bildirişin təsdiq etmə üsulu ilə ipoteka qoyanlara verilməməsi hərracın nəticələrinin etibarsızlığının əsasını təşkil edir. Cavabdeh1 MMC-nin nümayəndəsi iddiaya qarşı etiraz təqdim edərək, onun təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı hərrac təşkilatının qüsurları qismində hərrac prosesindən məlumatsız olmasını qeyd etmişdir. Bununla bağlı aşağıdakı əsasları məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab etmişdir: Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-43213-16 saylı sifariş məktubuna əsasən təşkilat tərəfindən hərrac keçirilmiş, hərracın keçirilmə vaxtı xx.xx.2022-ci il göstərilməklə, ilkin hərrac barədə xx.xx.2022-ci ildə “525-ci” qəzetində elan verilmiş, və bildirişlər tərəflərə göndərilmiş, hərrac baş tutmadığından ikinci hərrac keçirilmiş, ikinci hərracın vaxtı xx.xx.2022-ci il göstərilməklə, xx.xx.2022-ci il tarixində “525-ci” qəzetində elan verilmişdir. İkinci hərracın keçirilmə vaxtı göstərilməklə, 15% endirimlə hərracın keçirilməsi ilə bağlı bildiriş borclunun sifariş məktubunda qeyd olunan ünvanına göndərilmiş və qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında vurğulanaraq qeyd olunmuşdur ki, ... bu maddənin məzmununda nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Həmçinin apellyasiya instansiyası məhkəmələri öz qərarlarında Konstitusiya Məhkəməsinin Plenumunun bu qərarlarına istinad edərək öz mövqelərini bildirirlər. 4. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsi əsassızdır və heç bir həqiqətə uyğun deyildir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmədən iddia tələbinin əsassız hesab olunaraq, rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edirik. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. İddiaçı məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, səbəbini qeyd etmədən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Binəqədi rayon icra şöbəsinə və ünvan 7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olmaqla rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş icra qeydinin surətindən görünür ki, həmin qeyd "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-cı maddəsinə əsasən xx.xx.2020-ci il tarixli 3M/734 reyestr saylı ipoteka müqaviləsinə və xx.xx.2020-ci il tarixli 3M/443 reyestr saylı sonrakı ipoteka müqaviləsinə əsasən borc alan ünvan 3 ünvanda qeydiyyatda olan İddiaçı "xxxx" BOKT MMC-dən xx.xx.2020-ci il tarixdə illik 32 faiz dərəcəsi ilə 36 ay müddətinə goturdüyu 20000 manat və xx.xx.2021-ci il tarixdə illik 32 faiz dərəcəsi ilə 36 ay müddətinə 12000 manat məbləğində götürdüyü kreditin və həmin kreditin öhdəliklərinin pozulmasından yaranan 17 iyul 2020-ci il tarixli 2020/00787 nömrəli kredit müqaviləsi üzrə ümumi 22228,56 məbləğində (əsas borc 14833.13. faiz borcu 3175.12 və dəbbə pulu 4220.30) və 19 aprel 2021-ci il tarixli 2021/00846 nömrəli kredit müqaviləsi üzrə ümumi 17 383.70 manat məbləğində (əsas borc 11 566.68, faiz borcu 2 588.82 və dəbbə pulu 3 228.20) otmaqla xx.xx.2022-ci il tarixlı maliyyə arayışına əsasən yaranan kredit üzrə ümumi 39 612.25 manat məbləğində (əsas borc 26 399.81, faiz borcu 5 763.94 və dəbbə pulu 7 448.50) borca dair ödəniləcək pul məbləğinə tutmanın ipoteka saxlayan "xxxx" BOKT MMC-nin tələbi il ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri, Binəqədı rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 1-də istifadədə olan 0.071 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində 1-ci mərtəbəsində yerləşən 86.52 kv.m ümumi, 59.84 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 17 nömrəli saylı mənzilə yönəldilməsi, deyəri 80 000 manat olmaqla evin hərracda satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, həmin icra qeydi üçün ödənilən 25 manat haqq və bildirişin qeydə alınması üçün 41.42 manal məbləğin borcludan tutulması haqqında verilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol №57-dən görünür ki, ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 1-də istifadədə olan 0.071 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 17 saylı mənzili ilkin satış qiyməti 80000 manat, 15% endirimlə qiyməti 68000 manat olmaqla ipoteka saxlayan "xxxx" MMC tərəfindən əldə edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 8İ/1732 reyestr saylı icra qeydi üzrə notariat işində olan Binəqədi rayon icra və probasiya şöbəsinə ünvanlanmış məktubla xx.xx.2022-ci il tarixli 8İ/1732 reyestr nömrəsi ilə icra qeydi aparılmış "xxxx" BOKT MMC və İddiaçı arasında rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli 3M/734 reyestr saylı ipoteka və xx.xx.2021-ci il tarixli 3M/443 reyestr saylı sonrakı ipoteka müqaviləsinin icra qeydi aparılması aparılması üçün göndərilmişdir. Həmin notariat işində olmaqla iş materiallarına əlavə edilmiş İddiaçı "xxxx" BOKT MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ünvanlanmış ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönəldilməsinə dair bildirişdən görünür ki, ona kredit öhdəliyinin qısa zamanda icra edilmədiyi halda bildiriş göndərildiyi gündən 5 gün sonra ipoteka predmetinə məhkəmə qaydasında və ya icra qeydi əsasında tutmanın yönəldilməsinə dair xəbərdarlıq edilmişdir. Həmin notariat işində olmaqla iş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsi, döngə 1-də istifadədə olan 0.071 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 86.52 kv.m ümumi, 59.84 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 17 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1859 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin notariat işində olmaqla iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı məxsus 86.52 kv.m ümumi sahəyə malik Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 1 ev 1, mənzil 17 üzərində hüquqlar "xxxx" BOKT MMC-nin xeyrinə yüklü edilmişdir. Həmin notariat işində olmaqla iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixdə "xxxx" BOKT MMC tərəfindən ünvan 7 ünvanlanmış məktubdan görünür ki, xx.xx.2022-ci il tarixlı maliyyə arayışına əsasən yaranan kredit üzrə ümumi 39 612.25 manat məbləğində (əsas borc 26 399.81, faiz borcu 5 763.94 və dəbbə pulu 7 448.50) borca dair ödəniləcək pul məbləğinə tutmanın ipoteka saxlayan "xxxx" BOKT MMC-nin tələbi il ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri, Binəqədı rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, döngə 1-də istifadədə olan 0.071 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində 1-ci mərtəbəsində yerləşən 86.52 kv.m ümumi, 59.84 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 17 nömrəli saylı mənzilə yönəldilməsi, dəyəri 80 000 manat olmaqla evin hərracda satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, həmin icra qeydi üçün ödənilən 25 manat haqq ve bildirişin qeydə alınması üçün 41.42 manal məbləğin borcludan tutulması barədə icra qeydinin verilməsi xahiş edilmişdir. Həmin notariat işində olmaqla iş materiallarına əlavə edilmiş DƏDRX-ın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" BOKT MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 1 saylı evin 17 saylı mənzilində tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Həmin notariat işində olmaqla iş materiallarına əlavə edilmiş borc verən "xxxx" BOKT MMC ilə borc alan İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 2020/00787 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə borc verənin borc alana illik 32 % dərəcəsi olmaqla 36 ay müddətinə 20 000 manat məbləğində kredit verməsi haqqında bağlanmışdır. Həmin notariat işində olmaqla iş materiallarına əlavə edilmiş ipoteka saxlayan "xxxx" BOKT MMC ilə ipoteka qoyan İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 787 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ipoteka qoyanın mülkiyyət hüququ ilə ona məxsus olan 80 000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 1 saylı evin 17 saylı mənzilinin xx.xx.2020-ci il tarixli 2020/00787 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi haqqında bağlanmışdır. Həmin notariat işində olmaqla iş materiallarına əlavə edilmiş borc verən "xxxx" BOKT MMC ilə borc alan İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 2021/00846 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə borc verənin borc alana illik 32 % dərəcəsi olmaqla 36 ay müddətinə 12000 manat məbləğində kredit verməsi haqqında bağlanmışdır. Həmin notariat işində olmaqla iş materiallarına əlavə edilmiş ipoteka saxlayan "xxxx" BOKT MMC ilə ipoteka qoyan İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 2021/00846-İP saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ipoteka qoyanın mülkiyyət hüququ ilə ona məxsus olan 80000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 1 saylı evin 17 saylı mənzilinin xx.xx.2020-ci il tarixli 2020/00787 saylı və xx.xx.2021-ci il tarixli 2021/00846 saylı kredit müqavilələrinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilməsi haqqında bağlanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair 125 saylı bildirişin surətindən görünür ki, sonuncuya Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 1 saylı evin 17 saylı mənzilinindəyəri 80000 manat olmaqla xx.xx.2022-ci il tarixində saat 11:00-da keçiriləcəyi, hərracın keçirilməsinə dair “525-ci” qəzetdə xx.xx.2022-ci il tarixində elan edilməsi barədə məlumat verilmişdir. İş materiallarına əlavə olan “525-ci” qəzetinin surətindən görünür ki, qəzetin elanlar bölməsinin “son səhifəsinsə” Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 1 saylı evin 17 saylı mənzilinin xx.xx.2022-ci il tarixdə hərraca çıxarılcağı barədə elan verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair 125-1 saylı bildirişin surətindən görünür ki, sonuncuya Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 1 saylı evin 17 saylı mənzilinin dəyəri 68 000 manat olmaqla xx.xx.2022-ci il tarixində saat 11:00-da keçiriləcəyi, hərracın keçirilməsinə dair “525-ci” qəzetdə xx.xx.2022-ci il tarixində elan edilməsi barədə məlumat verilmişdir. Həmçinin hərracda alıcı qismində iştirak etmək üçün sənədlərin son qəbul günü xx.xx.2022-ci il tarixində bitəcəyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamənin surətindən görünür ki, sonuncu bildiriş İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində qəbul edilmişdir. İş materiallarına əlavə olan “525-ci” qəzetinin surətindən görünür ki, qəzetin elanlar bölməsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 1 saylı evin 17 saylı mənzilinin xx.xx.2022-ci il tarixdə hərraca çıxarılcağı barədə elan verilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hazırki işdən müəyyən olunur ki, Cavabdeh1 MMC tərəfindən mübahisəli əmlaka dair hərrac keçirilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri tamamilə yerinə yetirilmişdir. Belə ki, iş materiallarında hərracın təşkilatçısı olan Cavabdeh1 MMC tərəfindən mübahisəli əmlakla bağlı hərracların keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və ipoteka qoyan olan iddiaçıya verilməsini təsdiq etmə üsulu ilə bildirişlər verilməsini təsdiq edən sübutlar öz əksini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar sübut edilməmişdir. Ona görə ki, məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən hərrac keçirilərkən Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun qeyd olunan müddəalarının tələbləri pozulmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61.1 və 61.2-ci maddələrinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Qeyd edilən Qanunun 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Qeyd edilən Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ipoteka predmeti üzrə hərrac keçirilərkən iddiaçı hərracın keçirilməsi barədə bildirişləri müvafiq qaydada aldığından və ona ipoteka predmetinin satılması ilə bağlı ətraflı məlumat verildiyindən, iddia əsassızdır. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsaəsn qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddia tələbinin verilməsi ilə bağlı iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, rüsumun kəsiri İddiaçı 70 (yetmiş) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı 70 (yetmiş) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar