Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1333/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı Cavabdeh MMMC-yə qarşı “mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin sahə mülkiyyətçilərinin malik olduqları sahənin binada olan bütün mülkiyyətçilərin malik olduqları sahələrin ümumi sahəsinə nisbətən uyğun olması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMMC-yə qarşı “mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin sahə mülkiyyətçilərinin malik olduqları sahənin binada olan bütün mülkiyyətçilərin malik olduqları sahələrin ümumi sahəsinə nisbətən uyğun olması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış və fəaliyyət göstərən hüquqi şəxsdir. O, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binadan qeyri-yaşayış sahəsi əldə etmişdir və həmin sahə hazırda onun mülkiyyətindədir. Bildirmək istəyir ki, həmin çoxmənzilli binanın Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılması ilə bağlı sahə mülkiyyətçilərinin ümumi yığıncağında təşkil edilən qiyabi səsvermədə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılması lehinə səs vermişdir. Binada yerləşən mənzil mülkiyyətçiləri binanın saxlanması və cari təmiri üçün ödənişləri onlara məxsus mənzillərin sahəsinə mütənasib olaraq ödəyirlər və malik olduğu mənzilin sahəsi çox olan mülkiyyətçi daha çox pul ödəyir. Buna görə də hesab edir ki, mənzilinin sahəsi çox olan mülkiyyətçi daha çox pul ödədiyindən, eyni zamanda Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin sayı da çox olmalıdır. Bununla bağlı tərəfindən Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin İdarə Heyətinin Sədrinə müraciət məktubu ünvanlanmışdır. Lakin verilən cavaba əsasən mülkiyyətçisi olduğu sahənin ölçüsündən asılı olmayaraq eyni bərabər səsə yəni bir səsə malik olduğu bildirilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MTK (“kooperativ”) ilə İddiaçı (“payçı”) arasında bağlanmış *6.*7.2**4-cü il tarixli, 154/A-4 saylı müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 117 saylı 15.*3.2**3-cü il tarixli sərəncamına əsasən "xxxx" MTK-i tərəfindən Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Həmin tikinti "xxxx" MTK-i üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilir. Buna əsasən Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binalarının A blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 4 mərtəbəsində yerləşən və ümumi sahəsi 154 m2 təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edildiyi kimi, iddiaçı hazırki tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin sahə mülkiyyətçilərinin malik olduqları sahənin binada olan bütün mülkiyyətçilərin malik olduqları sahələrin ümumi sahəsinə nisbətən uyğun (yəni 1 m2 = 1 səs) olması barədə müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. İlk öncə məhkəmə onu qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından yuxarıda qeyd edilən tələb hüququ çoxmənzilli binanın sahə mülkiyyətçilərinə məxsusdur. Lakin iddiaçının bu statusa malik olması iş materiallarında olan sənədlərlə öz əksini tapmamışdır. Belə ki, işin halları ilə müəyyən edildiyi kimi, Bakı şəhər İcra Hakimiyyətinin 15.*3.2**3-cü il tarixli 117 saylı Sərəncamı ilə "xxxx" MTK tərəfindən Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Həmin tikintinin "xxxx" MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Buna əsasən Xətai prospekti 787-ci məhəllə ünvanında 18 mərtəbəli yaşayış binalarının A blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 4 mərtəbəsində yerləşən və ümumi sahəsi 154 m2 təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini öz öhdəsinə götürmüşdür. "xxxx" MTK-nın yuxarıda qeyd edilən ərazidə yeni çoxmənzilli yaşayış binasının tikintisi ilə əlaqədar üzərinə müxtəlif növ öhdəliklər götürməsinə baxmayaraq, çoxmənzilli yaşayış binasının dövlət qeydiyyatına alınması, binanın istismara verilməsi, çoxmənzilli yaşayış binasında mənzillərin bina sakinlərinə təhvil verilməsi və bunun əsasında bina sakinlərinə mülkiyyət hüquqlarını təsdiq edən müvafiq çıxarışların verilməsinə dair sənədlər iş materiallarında öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının, çoxmənzilli binanın sahə mülkiyyətçisi statusunu əldə etmədən, hazırki tələblə çıxış etməsi yolverilməzdir. Digər tərəfdən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin sahə mülkiyyətçilərinin malik olduqları sahənin binada olan bütün mülkiyyətçilərin malik olduqları sahələrin ümumi sahəsinə nisbətən uyğun (yəni 1 m2 = 1 səs) müəyyən edilməsi məsələsi bilavasitə qanunvericiliklə tənzimlənir. Belə ki, bu məsələ ilkin olaraq sahə mülkiyyətçilərinin ümumi yığıncağında həll olunur və bu yığıncağın keçirilməsi qaydasını Azərbaycan Respublikasının Mənzil Məcəlləsi müəyyən edir. İddiaçının iddia tələbi sahə mülkiyyətçilərinin ümumi yığıncağında həll edilməli məsələ olmaqla, ümumi yığıncağın səlahiyyətinə aid olan məsələdir. Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən məsələnin müzakirəsinə və həllinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Məhkəmə qeyd edir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin sahə mülkiyyətçilərinin malik olduqları sahənin binada olan bütün mülkiyyətçilərin malik olduqları sahələrin ümumi sahəsinə nisbətən uyğun (yəni 1 m2 = 1 səs) müəyyən edilməsi məsələsinin həlli yalnız bu məsələnin ümumi yığıncağın gündəliyinə salınması ilə mümkündür. Lakin ümumi yığıncağın təşkil olunması, bu məsələnin ümumi yığıncağın müzakirəsinə çıxarılmaqla, müvafiq qərarın qəbul edilməsi və bu kimi digər hallara dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbinə məhkəmədə baxılması yolverilməz olduğundan, İddiaçı Cavabdeh MMMC-yə qarşı “mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin sahə mülkiyyətçilərinin malik olduqları sahənin binada olan bütün mülkiyyətçilərin malik olduqları sahələrin ümumi sahəsinə nisbətən uyğun olması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Bundan əlavə məhkəmə mülki qanunvericiliyin mülki hüququn subyektləri kimi cəmiyyət üzvlərinin mülki hüquqlardan biri olan ümumi yığıncaq hüququnun məhkəmə müdafiəsinə təminat verməsini və cəmiyyət üzvlərinin pozulmuş ümumi yığıncaq hüquqlarının bərpasını məhkəmə qaydasında tələb etmək hüququnun mövcud olmasını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, İddiaçı sahə mülkiyyətçilərinin ümumi yığıncağını təşkil edərək, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin sahə mülkiyyətçilərinin malik olduqları sahənin binada olan bütün mülkiyyətçilərin malik olduqları sahələrin ümumi sahəsinə nisbətən uyğun (yəni 1 m2 = 1 səs) müəyyən edilməsinə dair qəbul edilmiş qərarın mənzil tikinti kooperativi tərəfindən icra edilmədiyi halda, bu öhdəliyin mənzil tikinti kooperativinin üzərinə qoyulmasını (pozulmuş ümumi yığıncaq hüquqlarının bərpasını) məhkəmə qaydasında tələb etmək kimi hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMMC-yə qarşı “mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağında səslərin sahə mülkiyyətçilərinin malik olduqları sahənin binada olan bütün mülkiyyətçilərin malik olduqları sahələrin ümumi sahəsinə nisbətən uyğun olması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 1** manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1333/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1333/2023
06.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver