Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1344/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 02 oktyabr 2024-cü il tarixində ünvan 1 ünvanındakı 30 nömrəli mənzili, AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, həmin əmlakın mülkiyyətçisi X1 almış və ailə üzvləri ilə birlikdə həmin mülkünə yerləşmişdir. Müqavilənin 13.bəndində nəzərdə tutulan şərtinə əsasən, mənzildə qeydiyyatda olan şəxslər 07 oktyabr 2024-cü ilədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mənzillə bağlı hər hansı məhkəmə mübahisəsi olmamışdır və müqavilədə nəzərdə tutulan şərtlər daxilində ona təhvil verilmişdir. Qanunda nəzərdə tutulan vergi, dövlət büdcəsinə ödənilmişdir. Notarial qaydada, AN-İ seriyalı ******* saylı 02 oktyabr 2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən qeydiyyat keçərək, onun adına ********** qeydiyyat nömrəli, xx.xx.2024 tarixli Çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-157.maddələrinin tələblərinə əsasən, mülkiyyətindəki əmlakı hər cür maneçilikdən müdafiə etmə hüququ nəzərdə tutulmuşdur. Ona görə də mülkiyyət hüququnu tam şəkildə həyata keçirmək üçün maneçilik aradan qaldırılmalıdır. Beləliklə, Cavabdeh, 31 saylı MKİS-nin iddiaçıya verdiyi 06 noyabr 2024 tarixli,31/970 saylı arayışa əsasən formal olaraq bu ünvana qeydiyyata alınmışdır və burada yaşamamışdır. Yaşayış və olduğu yer haqqında Azərbaycan Respublikası Qanununa əsasən, vətəndaşın daimi yaşadığı yer onun olduğu yer hesab olunur, lakin cavabdeh qeydiyyatda olduğu yer üzrə yaşamır və harada yaşadığı da iddiaçıya bəlli deyildir. Ona görə də hesab edir ki, mənzildən istifadə qaydalarına məhkəmə qərarı əsasında xitam verilməlidir. Göstərilənlərə əsasən İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında pasport qeydiyyatında olan Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarması məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. 5.Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyinə dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu İmanlı Elgün akif oğlu tərəfindən təsdiq edilən xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 və alıcı İddiaçı arasında müqavilə bağlanmış, həmin müqavilə əsasında satıcı Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.2004 tarixdə X4 verilmiş 30/30859 qeydəalma nömrəsi ilə 1228 nömrəli kitabın 184388–ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 38.4 kv/m, yaşayış sahəsi 26.4 kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam, 38.4 kv/m hissəsini alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 8.Mülki işin materiallarında olan ƏMDX DƏDKR X12 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 5 (Yeni qaydalarla: AZ1102, ünvan 4 ünvanında yerləşən 39.90 kv.m ümumi sahəsi olan daşınmaz əmlak tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). 9.Mülki işin materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışdan görünür ki, İddiaçı 23 oktyabr 2024-cü il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər Cavabdeh, X6, X2, X3r. 10.Mülki işin materiallarında olan 31 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 31/970 saylı Arayışdan görünür ki, Cavabdeh 5-ci mkr, Cavadxan küçəsi, 31 saylı evin 30 nömrəli mənzilində 31 saylı MKİS-nin şəxsi hesab vərəqəsinə əsasən əvvəlki sakin kimi qeydiyyatdadır. 11.Mülki işin materiallarında olan İddiaçı tərəfindən notariat ofisinə ünvanlanan xx.xx.2024-cü il tarixli, **********623 nömrəli ərizədən görünür ki, İddiaçı X4 məxsus olan ünvan 5 ünvanında yerləşən mənzildə Cavabdeh qeydiyyatda olması ona məlumdur. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinə etiraz etmir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X5 Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 31 saylı evin, 30 saylı mənzilini xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmış və həmin mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Hazırda həmin mənzil iddiaçının sahibliyində və mülkiyyətindədir, cavabdeh hal-hazırki vaxtadək həmin mənzildə yaşamamaqla və istifadə etməməklə, mənzildə yaşayış yeri üzrə qeydiyyatı formaldır. Hazırda iddiaçı cavabdehin həmin mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı işin faktiki hallarına və Mülki Məcəllənin 203.1-ci, 228.4-cü və 262.2-ci maddələrinə əsaslanaraq cavabdehə qarşı hazırkı tələbini irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia təmin edilməlidir. 14.Belə ki, satıcı daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair öz adına olan qeydiyyat yazısını ləğv edib, daşınmaz əmlakın mülkiyyətini iddiaçıya keçirməklə, həmin mənzil üzərindəki mülkiyyət hüquqlarını (habelə onun tərkib hissəsi olan mənzildən istifadə hüququnu) aradan qaldırmış, iddiaçı isə mənzilin mülkiyyətini əldə etmişdir. Belə olan halda mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalan Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 31 saylı evin, 30 saylı mənzilinə olan istifadə hüququ itirilmiş sayılmalıdır. 15.Çünki Mülki Məcəllənin 203.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə xüsusilə qeyd edir ki, hazırki cavabdeh iddiaçıya məxsus mənzilin onun keçmiş mülkiyyətçisinin mülkiyyətində olduğu dövrdə həmin mənzildə qeydiyyatda olsa da, iddiaçı mənzili daşınmaz əmlakın dövlət reyestri məlumatına əsasən, yüksüz əldə etmiş və hazırda onun mülkiyyətçisidir. Cavabdeh artıq orada yaşamadığından və daimi yaşamaq üçün başqa yerə getdiyindən, onun iddiada göstərilən mənzildən istifadə hüquqları aradan qalxmışdır. 16.Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında da göstərilmişdir ki, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun qalxdığı hallara aiddir. Digər tərəfdən, adı çəkilən reyestrdə qeydə alınmayan istifadə hüququ yeni mülkiyyətçiyə (iddiaçıya) qarşı irəli sürülə bilməz. Belə ki, Mülki Məcəllənin 228.4-cü maddəsinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 17.Mülki Məcəllənin 262.2-ci maddəsinə görə, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. 18.Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 20.«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. 21.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 31 saylı evin, 30 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməlidir. 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 23.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 31 saylı evin, 30 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə Cavabdeh müvafiq dövlət orqanında qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.