Məhkəmə qərarları › İş №2(006)-1377/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1377/2023

03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1377/2023 03.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı vəkil və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində xəsarət alaraq əmək qabiliyyətini itirmiş işçilərə müavinətlər ödənilmədiyindən vəzifəli şəxs qismində cərimə olunduğu 2400 manat məbləğində pulu Bank VTB (Azərbaycan) ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş sovet dövründə istehsalatda aldıqları bədbəxt hadisələrə görə, hazırda direktoru olduğu "xxxx" ASC-də işləmiş bir qrup işçilərə Cəmiyyətin hesablaşma hesabından 8 nəfərə 3150 manat ödənişlərin edilməsi üçün tərəflərindən xx.xx.2022-ci il tarixdə Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə müraciət olunmuşdur. Cavabdeh tərəfindən verilmiş 102 saylı, xx.xx.2023-cü il tarixli məktubla həmin ödənişlərin ödənilməsindən imtina olunmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, bu imtina qanunsuz və əsassız hesab edilməli və həmin işçilərə direktoru olduğu "xxxx" ASC-nin Bank VTB (Azərbaycan) ASC-də olan bank hesablaşma hesabından ödənişlərin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Belə ki, cavabdeh tərəfindən müraciətə verilmiş imtinanın əsas səbəblərindən biri kimi Dövlət Vergi Xidməti tərəfindən Cəmiyyətin hesablaşma hesabına sərəncam qoyulması, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sözügedən vətəndaşlara müavinətlərin ödənilməli olması haqqında Bankın adına müvafiq məktubun olmasını qeyd etmişdir. Bununla əlaqədar olaraq bildirmək istəyir ki, "xxxx" ASC-nin hesablaşma hesabına sərəncam qoyulsa da, mülki qanunvericiliyin tələbinə görə bu, istehsalatda aldıqları xəsarətə görə vətəndaşlara ödənişlərin edilməsinə mane ola bilməz. Onu da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, sözügedən müavinətlərin ödənilməsinə dair onların qanuni müraciətlərinə cavabdeh tərəfindən imtina verilməsi səbəbindən, yəni, məhz həmin bankın təqsiri ucbatından istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində xəsarət alaraq əmək qabiliyyətini itirmiş işçilərə müavinətlər ödənilmədiyindən o, vəzifəli şəxs qismində 2400 manat məbləğində cərimə olunub və ona vurulmuş bu maddi ziyan da məhz Bank VTB (Azərbaycan) ASC tərəfindən ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkil və nümayəndəsi Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir, Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi qərarlarda "Bank VTB (Azərbaycan)" ASC-nin hər hansı məsuliyyətinin olması da müəyyən edilməmiş və zərərlə bağlı təsdiqedici mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarlmasını xahiş edirəm. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan istehsalatda bədbəxt hadisə haqqında aktların surətindən görünür ki, X2, X5, X8, X10, X6, X7, X3, X1 istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində zərər dəymişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, "xxxx" ASC tərəfindən istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində xəsarət alanlara cəmi 3150 manat məbləğində ödəniş edilmişdir. Ödənişlər Cavabdeh ASC-dəki AZ15NABZ******************** saylı müxbir hesaba edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin iddiaçıye ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, məktubunda qeyd olunmuş məhkəmə qərarının icrası məsələsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sözügedən vətəndaşlara müavinətin ödənilməli olduğu haqqında Bankın adına məktub təqdim etməyinin zəruriliyi bildirilmişdir. Lakin həmin sənəd bu günədək Banka təqdim edilməmişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında MN seriyalı, ******* saylı, xx.xx.2022-ci il tarixli Qərarın surətindən görünür ki, İddiaçı barəsində 1200 manat inzibati cərimə növündən tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında MN seriyalı, ******* saylı, xx.xx.2022-ci il tarixli Qərarın surətindən görünür ki, İddiaçı barəsində 1200 manat inzibati cərimə növündən tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-468/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, İddiaçı AR ƏƏSMN yanında X11 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-573/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, İddiaçı AR ƏƏSMN yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmişdir. İş materiallarında olan "Bank VTB (Azərbaycan)" ASC-nin xx.xx.2021-ci il tarixli, 5009 saylı məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sözügedən vətəndaşlara müavinətin ödənilməli olduğu haqqında Bankın adına məktub təqdim edilməsi zəruri olması, lakin bu barədə məlumatın Bank tərəfindən iddiaçıya təqdim edilməsinə baxmaraq, həmin sənədlərin banka təqdim edilmədiyi göstərilmişdir. İş materiallarında olan "Bank VTB (Azərbaycan)" ASC-nin xx.xx.2022-ci il tarixli, 1231 saylı məktubu ilə bildirilmişdir ki, sorğu etdiyi pul vəsaitlərinin "xxxx" ASC-nin keçmiş işçilərinin istehsalatda bədbəxt hadisə nəticəsində aldıqları xəsarətə dair nəzərdə tutulan sosial müavinətin ödənilməsi üçün köçürülməsi Bank tərəfindən mümkün deyil. Belə ki, məlum olduğu kimi "xxxx" ASC-yə aid olan müvafiq hesaba Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sərəncam qoyulması səbəbindən, sözügedən hesabdan istifadəni yalnız ödənişlərin həqiqi təyinatını təsdiq edən səlahiyyətli icra hakimiyyəti orqanının rəsmi sənədi ilə mümkün edir. Daha əvvəl bank tərəfindən "xxxx" ASC-dən ödənişin təyinatının həqiqiliyinin təsdiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş rəsmi təsdiq edici sənəd tələb olunmuşdur, lakin "xxxx" ASC tərəfindən buna dair hər hansı bir sənəd Banka təqdim edilməmişdir. Bu isə öz növbəsində, hazırkı vəziyyətdə sorğu edilən ödənişlərin icrasını mümkünsüz edir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1813/2022 saylı Qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. AR ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********2 saylı məktubdan görünür ki, zərərə görə ödəncin alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladıqları müraciətlərə X11 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. H.Qarayeva və digər beş nəfərə aid sənədlərin 7 iş günü müddətində X11 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-468/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)- 573/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından göründüyü kimi məhkəmə tərəfindən "xxxx" ASC-nin məsuliyyət məsələsi ətraflı araşdırılmış, habelə bununla bağlı "Bank VTB (Azərbaycan)" ASC-nin hər hansı məsuliyyətinin olmaması da müəyyən edilmişdir. Belə ki, qərarların əsaslandırma hissəsində qeyd edilmişdir ki, “şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktublarda göstərilmişdir ki: "xxxx" ASC- nin keçmiş işçilərinin istehsalatda bədbəxt, hadisə nəticəsində aldıqları xəsarətə dair nəzərdə tutulan sosial müavinətin ödənilməsi üçün köçürülməsi bank tərəfindən mümkün deyil, Belə ki, məlum olduğu kimi "xxxx" ASC-yə aid olan müvafiq hesaba Azərbcan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sərəncam qoyulması səbəbindən sözügedən hesabdan istifadəni yalnız ödənişlərin həqiqi təyi- təsdiq edən səlahiyyətli icra hakimiyyəti orqanının rəsmi sənədi ilə mümkün edir. Belə ki, daha əvvəl Bank tərəfindən "xxxx" ASCdən ödənişin təyinatının həqiq təsdiqinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş rəsmi təsdiqedici sənəd tələb olunmuşdur. Lakin "xxxx" ASC tərəfindən buna dair hər hansı bir sənəd banka təqdim edilməmişdir. Bu isə öz növbə hazırki vəziyyətdə sorğu etdiyiniz ödənişlərin icrasının mümkünsüz edir. Həmçinin edək ki, buna dair müvafiq məlumat daha öncə də bank tərəfindən "xxxx" ASCyə verilmiş, habelə müəssisənin məsul şəxsi ilə bu məsələ ilə bağlı şifahi müzakirə aparılmışdır. Göründüyü kimi istehsalatda bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərə nəzərdə tutulan sosial müavinətlərin vətəndaşlara ödənilməməsinin məsuliyətini "xxxx" ASC daşıyır.”. Göründüyü kimi, artıq qüvvəyə minmiş məhkəmə qərarları ilə "xxxx" ASC-nin məsuliyyət məsələsi ətraflı araşdırılmış, "xxxx" ASC-nin direktoru İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı idarəsinin 17 mart 2022-ci il tarixli və 22 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətlər təmin edilməmişdir. Bundan əlavə, həmin qərarlarda "Bank VTB (Azərbaycan)" ASC-nin hər hansı məsuliyyətinin olması da müəyyən edilməmiş və zərərlə bağlı təsdiqedici mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 44 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar