Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-138/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxxxxxxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC və Cavabdeh3nə qarşı «qiymətləndirmənin etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC və Cavabdeh3nə qarşı «qiymətləndirmənin etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(102)-357/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə şikayətin qismən təmin edilməsi, qətnamənin qalan hissədə "xxxxxxxxxx" QSC-nin xeyrinə X5, X2, İddiaçı və X3 Azərbaycan Respublikası manatının məzənnəsi ilə ümumilikdə 65839,88ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat rüsumun və 42 manat xidmət haqqı tələbinin, tutmanın "xxxxxxxxxx" QSC-yə ipoteka qoyulmuş İddiaçı məxsus Kürdəmir şəhəri, Aeroport yolu, 2-ci dalanda xüsusi mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1 nömrəli fərdi yaşayış evinə və X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 78 a ünvanında xüsusi mülkiyyətdə olan 7 nömrəli mənzilə yönəldilməsi, qeyd edilən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə və mənzilin açıq hərracdan satılması, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat rüsumun və 42 manat xidmət haqqının ipoteka predmetininhərracda satışdan əldə olunan vəsait hesabına "xxxxxxxxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin X5, X2, İddiaçı və X3 ümumi qaydadatutulması əmlaklara tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İcra sənədi icraya yönəldikdən sonra onların xəbəri olmadan icraçılar tərəfindən "Cavabdeh1" MMC-də qiymətləndirmə aparılmış və əmlaklar bazar qiymətindən qat-qat aşağı qiymətə qiymətləndirilmişdir. İddiaçıya məxsus Kürdəmir şəhəri, Aeroport yolu,2-ci dalanda xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi bazar dəyərinə uyğun qiymətləndirilməmişdir. xx.xx.2018-ci il tarixdə müəyyən edilmiş qiymətləndirilmə qaydalarına müvafiq aparılmamış və mübahisəli əmlakın bazar qiymətinin 70 000 (yetmiş min) manat məbləğində olduğu müəyyən edilmişdir. Halbuki, həmin əmlakın qiyməti bu məbləğdən azı üç dəfə çoxdur.Açıq-aşkar qiymətləndirmə qərəzli aparılmışdır. İddiaçı ona məxsus əmlakın dəyərsiz qiymətə qiymətləndirilməsi ilə razı deyildir. Belə ki, qiymətləndirilmə tam aşağı qiymətlə aparıldığı nəzərə alınaraq yenidən aparılmalıdır.Hal-hazırda əmlakların hərracda satılması proseduru "Cavabdeh2” MMC tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə başlanılmışdır. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 2(102)-357/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə dair təyin edilmiş və cavabdeh "Cavabdeh1" MMC tərəfindən aparılmış qiymətləndirmələrin qanunsuz (etibarsız) hesab edilərək ləğv edilməsi, əmlakın yenidən qiymətləndirilməsinin icra şöbəsinə və başqa qiymətləndiriciyə həvalə edilməsi, başlanılmış hərrac hərəkətlərinin dayandırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxxxxxxxx" QSC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, "Cavabdeh1" MMC tərəfindən aparılmış Kürdəmir şəhəri, Aeroport yolu, 2-ci dalanda xüsusi mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1 nömrəli fərdi yaşayış evinin qiymətləndirməsi bazar qiymətlərinə uyğundur. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-357/2018 saylı icra sənədinə əsasən X9 və İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinin cavabdehlərdən 26R000003374 saylı kredit müqaviləsi üzrə 20000 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində dəyişdirilməklə, dəbbə pulunun məbləğinin 3000 ABŞ dolları müəyyən edilməsi, qətnamənin qalan hissədə - cavabdehlər X9, X7, İddiaçı və X3 müştərək qaydada “xxxxxxxxxx” QSC-nin xeyrinə hər iki kredit razılaşması üzrə ümumilikdə 65839,88 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat rüsumun və 42 manat xidmət haqqının tutulması, tələbin İddiaçı məxsus Kürdəmir şəhəri, Aeroport yolu, 2-ci dalanda xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1 nömrəli fərdi yaşayış evinə və X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu .X10 küçəsi, ev 78 a ünvanında xüsusi mülkiyyətdə olan 7 nömrəli mənzilə yönəldilməsi, qeyd edilən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə və mənzil açıq hərracdan satılması və ümumilkdə 65839,88 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat və 42 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına “xxxxxxxxxx” QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin X9, X7, İddiaçı və X3 ümumi qaydada tutulması, əmlaklara tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlərin həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2018-ci il tarixli, № QR 1313 saylı rəyindən görünür ki, İddiaçı məxsus Kürdəmir şəhəri, Aeroport yolu, 2-ci dalanda xüsusi mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1 nömrəli fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 70.000 manat müəyyən edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 36 saylı qiymətləndirmə hesabatından görünür ki, Kürdəmir şəhəri, Aeroport yolu, 2-ci dalanda xüsusi mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1 nömrəli fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 203.000 manat təşkil edir. Qiymətləndiricinin xidmət haqqı 250 manat təşkil etmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, H/02- PLS saylı qiymətləndirmə hesabatından görünür ki, Kürdəmir şəhəri, Aeroport yolu, 2-ci dalanda xüsusi mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 205.000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı X11 xx.xx.2020-ci il tarixli, **********45 saylı qiymətləndirməyə dair rəyindən görünür ki, Kürdəmir şəhəri, Aeroport yolu, 2-ci dalanda xüsusi mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 75.000 manat təşkil edir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunan Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş «İcra haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MMC tərəfindən mübahisə predmeti olan Kürdəmir şəhəri, Aeroport yolu, 2-ci dalanda xüsusi mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1 nömrəli fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 70.000 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən mübahisə predmeti olan əmlakın qiymətləndirilməsi ilə bağlı 3 (üç) dəfə ekspertiza təyin edilmişdir. Ekspert rəylərindən görünür ki, həmin əmlaka dair müxtəlif qiymətlər (203.000 manat, 205.000 manat və 75.000 manat) müəyyən edilməklə rəylər verilmişdir. Məhkəmə hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən həmin əmlaka qoyulmuş qiymətlər (203.000 manat və 205.000 manat) real qiymətləri əks etdirmir. Çünki Cavabdeh1 MMC tərəfindən yaşayış sahəsinə qoyulmuş qiymətlə (70.000 manat) “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən yaşayış sahəsinə qoyulmuş qiymətlər (203.000 manat və 205.000 manat) arasında kəskin fərqlər vardır. Bu səbəbdən də məhkəmə Cavabdeh1 MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisə predmeti olan yaşayış evinə qoyulmuş qiymətləri (70.000 manat və 75.000 manat) real və ağlabatan hesab etdiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Eyni Məcəllənin 103.1 və 103.2-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Göstərilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC və Cavabdeh3nə qarşı «qiymətləndirmənin etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi tələbi»nə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat İddiaçı tutulub “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin VÖENİ:**********, H/H: “xxxxxxxxxxx” ASC-nin Nərimanov rayon filialı, KOD:200093, VÖEN **********, M/H: AZ37NABZ********************, S.W.İ.F.T. AİİBAZ2X, İBAN: AZ91AİİB******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC və Cavabdeh3nə qarşı «qiymətləndirmənin etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi tələbi»nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat İddiaçı tutulub “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin VÖENİ:**********, H/H: “xxxxxxxxxxx” ASC-nin Nərimanov rayon filialı, KOD:200093, VÖEN **********, M/H: AZ37NABZ********************, S.W.İ.F.T. AİİBAZ2X, İBAN: AZ91AİİB******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-138/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-138/2020
27.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver