Məhkəmə qərarları › İş №2(006)-1390/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1390/2024

22.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1390/2024 22.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 60.000 manat ziyanın kompensasiya şəklində ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-405/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və “Sosial Xidmətlər Agentliyi” X1rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Yuxarıda qeyd edilən qətnamə öz qanuni qüvvəsini almışdır. Eyni zamanda qeyd edilməlidir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-219/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASCyə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, iddiaçı öncədən də eyni növ iddia tələbləri ilə məhkəməyə müraciət edərək, ona avtomobilin verilməsi və əlavə olaraq ziyanın əvəzi qismində kompensasiyanın ödənilməsini xahiş etmişdir. İddiaçının bu tələbinə baxılaraq hüquqi qiymət verilmiş və nəticə etibarı ilə həmin məsələyə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Eyni zamanda, iddiaçı barəsində qətnamənin çıxarılmasına baxmayaraq, yenidən eyni növ iddia tələbi ilə müraciət etmiş və 15 yanvar 2024-cü il tarixli qərardadla iddiaçının tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış məhkəmə aktlarının mövcudluğu mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının eyni növlü iddiasına baxılmasını yolverilməz etdiyindən, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunan bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153.2.1, 153.3, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar