Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1419/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" MTK mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ("xxxx" MTK mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “158.000 ABŞ dolları və 178.685 manat məbləğində əldən çıxan faydanın və 20.000 manat məbləğində mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edib, cavabdeh-Cavabdeh 158.000 ABŞ dolları və 173.685 manat məbləğində əldən çıxan faydanın və 20.000 manat məbləğində mənəvi zərərin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2010-cu ilin 7 və 17 iyul tarixlərdə 0042 saylı kassa mədaxil qəbzi ilə "xxxx" MTK-ya məxsus ünvan 1 ünvanda inşa edilən çomərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən və 154,8 kv.m. sahəsi olan və həmin binanın 13-cü mərtəbəsində yerləşən 154,8 kv.m sahəsi olan mənzillərin satın alınması məqsədi ilə "xxxx" MTK-nın hesabına keçirilməsi üçün Cavabdeh şəxsən 120.000 ABŞ dolları və 131.580 manat pul vermişdir. Cavabdeh "xxxx" MTK-ya məxsus ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbində yerləşən və 154,8 kv.m. sahəsi olan və həmin binanın 13-cü mərtəbəsində yerləşən 154,8 kv.m. sahəsi olan mənzillərin satın alınması barədə 07 və 17 iyul 2010-cu il tarixli Müqavilələri və maliyyə arayışlarını ona vermişdir. Cavabdehlə yaxın münasibətdə olduğundan ona inanıb mənzilləri almaq məqsədi ilə pulunu şəxsən ona verməklə iki mənzil almışdır. Binanın tikintisi hal-hazıra kimi davam edir. Təxminən 2020-ci ilin ortalarında ona məlum olmuşdur ki, Cavabdeh mənzillərin satılmasına dair ona verdiyi müqavilə və maliyyə sənədləri saxtadır və pulları MTK-nin hesabına keçirməmişdir. Onun ona vrdiyi pulları qanunsuz olaraq özündə saxlamaqla bu pullarla faydalanmış, nəticədə Cavabdeh 120.000 ABŞ dolları və 131.580 manat məbləğində, yəni külli miqdarda ona zərər vurmuşlar. O, hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Prokurorluqda aparılan ilkin araşdrımalardan sonra Cavabdeh onun ona verdiyi pulun hamısını qaytarmamağına o şərtlə razılaşdı ki, o, ona söz verdi ki, inaş ediləcəyi nəzərdə tutduğu fərdi yaşayış evini o öz vəsaiti ilə inşa edib, dam örtüyünü vurub ona təhvil verəcəkdir. Evin daxili işləri isə onun tərəfindən başa çatdırılmalı idi. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi birtərəfli qaydada pozmuşdur. Beləliklə, cavabdehin təqsirli hərəkəti nəticəsində ona zərər dəymişdir. Cavabdeh onun 120.000 ABŞ dolları və 131.580 manat məbləğində, yəni külli miqdarda pulunu "xxxx" MTK-nın hesabına keçirməmiş və ona saxta sənədlər verməklə onu aldatmışdır. Cavabdeh onun 120.000 ABŞ dolları və 131.580 manat məbləğində pullarını 11 ildən çox qanunsuz olaraq özündə saxlamaqla onu bu pulla əldə edəcəyi gəlirlərdən məhrum etməklə ona zərər vurmuşdur. Nəticədə o pullarını bu 11 ildə Banka qoysaydı, 120.000 dollarının müqabilində illik 12%-lə 7.200 dollar, 11 ilə görə isə 158.000 dollar, 131.580 manat pulunu da 12%-lə banka qoysaydı, illik 15.789 manat, 11 ilə görə isə 173.685 manat gəlir əldə etməli idi. Lakin cavabdehin təqsiri üzündəm o, bu gəlirlərdən məhrum olmuşdur. Göründüyü kimi cavabdeh onun pulunu 11 ildən çox bir müddətdə qanunsuz olaraq özündə saxlamış, onu qaytarmaqdan boyun qaçırmış, həmin puldan qanunsuz istofadə etmiş və bu puldan faydalanmışdır. Qanunvericiliyin tələblərinə görə cavabdeh ona əldən çıxan faydanı ödəməlidir. Faizlərin miqdarı pul öhdəlyinin tam və ya onun müvafiq hissəsinin icra edildiyi hün qüvvədə olan bank faizinin uçot dərəcəsinə müvafiq olaraq hesablanmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 121.000 manat məbləğində əldən çıxmış faydanın və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə çıxarılmasına etiraz etmir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTKya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28.04.2022-ci il tarixli 2(006)-1419/2022 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı və X4 tərəfindən tərtib edilmiş 27.02.2021-ci il tarixli Aktın surətindən görünür ki, İddiaçı 2010-ci ilin 7 və 17 iyulda "xxxx" MTK-ya məxsus ünvan 2 ünvanda inşa edilmiş çoxmərtəbəli binanın 1-ci blokunda 11 -ci mərtəbəsində yerləşən və 154,8 kv. metr sahəsi olan mənzilin və həmin binanın 13-cü mərtəbəsində yerləşən 154, 8 kv. metr sahəsi olan mənzilin satın alınması məqsədi ilə " x x x x " MTK- nın hesabına keçirilməsi üçün Cavabdeh şəxsən verdiyi 120.000 ABŞ dollar və 131.580 manat pulun ( həmin dövrün kursu ilə ) 100.000 ( bir yüz min ) manatı geri aldı. Razılaşmaya əsasən Cavabdeh ona 120.000 manat verəcəyi qalmışdır. Aralarındakı razılığa əsasən həmin məbləği Cavabdeh bu Aktın tərtib olunduğu gündən hesablanmaq şərti ilə 15 ( on beş ) gün müddətində İddiaçı Vəliquli oğluna ödəyəcəkdir. İddiaçı, Cavabdeh, X5 və X1 iştirakları ilə tərtib olunmuş 19.03.2021-ci il tarixli Aktın surətindən görünür ki, İddiaçı 2010-cu ilin 7 və 17 iyul tarixlərdə "xxxx" MTK-ya məxsus ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən və 154, 8 kv.m. sahəsi olan və həmin binanın 13 - cü mərtəbəsində yerləşən 154, 8 kv. metir sahəsi olan mənzillərin satın alınması məqsədi ilə "xxxx" MTKnın hesabına keçirilməsi üçün Cavabdeh şəxsən verdiyi 120.000 ABŞ dolları və 131.580 manat pulun 100.000 ( bir yüz min) manatını 27.02.2021-ci il tarixdə, 50 .000 ( əlli min ) manat pulu isə 02 mart 2021-ci il tarixdə və 09 mart 2021-ci il tarixdə isə 35.000 manatı qaytarmışdır. Xalq Məmmədov könüllü olaraq bu gün ödənilməmiş pulun qalan hissəsi olan 35 .000 ( otuz beş min ) manat pulu da İddiaçı qaytarmışdır. Bununla da Cavabdeh İddiaçı ona mənzillərin alınması üçün verdiyi 220.000 ( iki yüz iyirmi min) manat məbləğində pulu tam ödəmişdir. Cavabdeh, X2, X3, İddiaçı tərəfindən tərtib edilmiş 02.03.2021-ci il tarixli Aktın surətindən görünür ki, İddiaçı 2010-cu ilin 7 və 17 iyul tarixlərdə "xxxx" MTK-ya məxsus ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunda 11-ci mərtəbəsində yerləşən və 154, 8 kv.m. sahəsi olan mənzilıin və həmin binanın 13 -cü mərtəbəsində yerləşən 154, 8 kv. metir sahəsi olan mənzillərin satın alınması məqsədi ilə "xxxx" MTK-nın hesabına keçirilməsi üçün Cavabdeh şəxsən verdiyi 120.000 ABŞ dolların və 131.580 manat pulun 100.000 manatını 27.02.2021-ci il tarixdə qaytardığından onun mənə vurduğu zərərdən ödənilməmiş 120.000 manatı qalmışdır. Cavabdeh könüllü olaraq bu gün ödənilməmiş zərərin qalan hissəsindən mənə 50 50.000 ( əlli min ) manat pulu da ödədi. Cavabdeh bu Akt tərtib edilən tarixə mənə zərərdən ödənilməmiş 70.000 ( yetmiş min ) manat qalmışdır. Aralarındakı razılığa əsasən ödənilməmiş qalan məbləği Cavabdeh bu Aktın tərtib olunduğu gündən hesablanmaq şərti ilə 10 ( on ) gün müddətində İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh və İddiaçı tərəfindən tərtib edilmiş 09.03.2021-ci il tarixli Aktın surətindən görünür ki, İddiaçı 2010-cu ilin 7 və 17 iyul tarixlərdə "xxxx" MTK-ya məxsus ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunda 11-ci mərtəbəsində yerləşən və 154, 8 kv.m. sahəsi olan mənzilin və həmin binanın 13 -cü mərtəbəsində yerləşən 154, 8 kv. metir sahəsi olan mənzillərin satın alınması məqsədi ilə "xxxx" MTKnın hesabına keçirilməsi üçün Cavabdeh şəxsən verdiyi 120.000 ABŞ dolların və 131.580 manat pulun 100.000 manatını 27.02.2021-ci il tarixdə, 50.000 ( əlli min ) manat pulu isə 02 mart 2021-ci il tarixdə qaytardığından onun ona vurduğu zərərdən ödənilməmiş 70.000 manatı qalmışdır. Xalq Məmmədov könüllü olaraq bu gün ödənilməmiş zərərin qalan hissəsindən ona 35 .000 ( otuz beş min ) manat pulu da ödədi. Cavabdeh bu Akt tərtib edilən tarixə ona zərərdən ödənilməmiş 35.000 (otuz beş min ) manat qalmışdır. Aralarındakı razılığa əsasən ödənilməmiş qalan məbləği Cavabdeh bu Aktın tərtib olunduğu gündən hesablanmaq şərti ilə 10 ( on ) gün müddətində İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən imzalanmış 19.03.2021-ci il tarixli ərizədən görünür ki, o, 2010-cu ilin 1 və 17 iyul tarixlərində "xxxx" MTK-ya məxsus ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən və 154.8 kv.m sahəsi olan və həmin binanın 13-cü mərtəbəsində yerləşən 154.8 kv.m sahəsi olan mənzillərin satın alınması məqsədi ilə "xxxx" MTK-nın hesabına keçirilməsi üçün Cavabdeh şəxsən verdiyi 120.000 ABŞ dolları və 131.580 manat pulun, aralarında razılaşdıqları məbləği, yəni 220.000 manatı ona qaytardığına görə ondan heç bir tələbi və şikayəti yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 08.02.2021-ci il tarixli, **********02 saylı Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, 17 saylı evin, saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, 15.01.2021-ci il tarixli ərizəyə baxılmışdır. Aparılan araşdırma zamanı qeyd olunan mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" MTK-nın adına Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qabaqcadan qeydiyyata alındığı müəyyən edilmişdir. Mənzilin əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə təqdim olunacağı halda müraciətə yenidən baxıla bilər. Təqdim etdiyi hüquqmüəyyənedici sənədlərdə qeyd olunan mənzilə dair məlumat tam (mənzil nömrəsi qeyd olunmayıb) göstərilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.3cü maddəsinə əsasən daşınmaz əmak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Həmin qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. "xxxx" MTK tərəfinfən verilmiş Maliyyə arayışının surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən koopertiv yaşayış binası "xxxx" MTK-sına məxsusdur. Bu binasın 13-cü mərtəbə, mənzildə yerləşən Yaşayış sahəsi 154.8 kv.m. olan mənzilin dəyəri Payçı İddiaçı tərəfindən ödənilmişdir. MTK-ya borcu yoxdur. İddiaçı və "xxxx" MTK arasında bağlanmış 07.07.2010-cu il tarixli müqavilənin şərtlərindən görünür ki, payçı – İddiaçı Vəliqlu oğlu Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın tikintiisni “Podratçıya” həvalə edir. «Payçı» ona düşən 1-ci blok 11-ci mərtəbədə yerləşən tam sahəsi 154,8 kv.m. olan mənzilin sahəsinin hər 1 kv.m. üçün 1050 (bir min əlli) manat, cəmi 162540 (yüz altmış iki min beş yüz qırx) manat məbləğindən 120000 (yüz iyirmi min) ABŞ dolları məbləğində pulu ödənilən gün Beynəlxalq Bankın məzənnəsinə uyğun olaraq manatla «Podratçıya» ödəməyi öhdəsinə götürür. «Payçı» ilkin pay kimi 120000 (yüz iyirmi min) ABŞ dolları məbləğində pulu müqavilə bağlandığı gündən 3 gün müddətində Beynəlxalq Bankın məzənnəsinə uyğun olaraq manatla «Podratçıya» ödəyir. 2010-cu ilin sentyabrın 31-nə qədər Podratçı tərəfindən müəyyən edilmiş məbləğ ödənilməzsə, ilkin pay kimi verilən məbləğin üzərinə 10000 (on min) ABŞ dolları məbləğində pul əlavə olunaraq «podratçıya» geri qaytarılacaq. Müqavilədəki şərtlər tərəflərin razılığı ilə dəyişdirilə və ya eyni şərtlər daxilində uzadıla bilər. Payçı tərəfindən «Podratçıya» ödənilən məbləğ və ona əlavə edilən məbləğ müəyyən edilmiş müddətə «Payçı»ya ödənilməzsə, mənzil «Payçı»nın mülkiyyətinə keçməklə, onun tərəfindən «Podratçı»nın müdaxiləsi olmadan istədiyi qiymətə satıla bilər. 2010-cu il sentyabrın 31-i tarixinə 10 gün qalmış müddətdə «Podratçı» tərəfindən «Payçı»ya 96360 doxsan altı min üç yüz altmış) manat məbləğində vəsaitin geri alınmasına dair müraciət göndərilir. "xxxx" MTK-nın 0042 nömrəli 07 iyul 2010-cu il tarixli Kassa mədaxil orderinidən görünür ki, İddiaçı tərəfindən 07.07.2010-cu il tarixli müqavilə üzrə 96360 AZN məbləğində vəsait ödənilmişdir. "xxxx" MTK-nın 24.07.2010-cu il tarixli Ümumi yığıncağının protokolundan çıxarışdan görünür ki, 22.07.2010-cu il tarixində İddiaçı ərizə ilə müraciə edərək "xxxx" MTK-nın ünvan 2 ünvanda inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1 (birinci) giriş (blok) 13-cü mərtəbəsində yerləşən 154.8 kv.m olan 1 ədəd mənzili alaraq şirkətə həmin mənzilin dəyərini tam ödədiyindən "xxxx" MTK-ya üzv və payçı kimi qəbul olunmasını xahiş etmişdir və "xxxx" MTK tərəfindən yekdilliklə həmin MTK-nın üzvü və payçı kimi qəbul edilmişdir. İddiaçı və "xxxx" MTK arasında bağlanmış 17.07.2010-cu il tarixli müqavilənin şərtlərindən görünür ki, payçı – İddiaçı Vəliqlu oğlu Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın tikintiisni “Podratçıya” həvalə edir. Payçı ona düşən 13-cü mərtəbədə yerləşən tam sahəsi 154.8 kv.m olan 3 otaqlı mənzilin sahəsinin hər 1 kv.m üçün 850 (səkkiz yüz əlli) manat, cəmi olaraq 131580 manat məbləğində ödənilib. “Payçı” müqaviləni imzaladığı gündən başlayaraq altı ay müddətində həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maadə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Məhkəmənin qənaətinə görə, ilkin iddiaçıların tələblərinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; belə ki, həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləğin tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarından göründüyü kimi, Cavabdeh 2010-cu ilin 1 və 17 iyul tarixlərində "xxxx" MTK-ya məxsus ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən və 154.8 kv.m sahəsi olan və həmin binanın 13-cü mərtəbəsində yerləşən 154.8 kv.m sahəsi olan mənzillərin satın alınması məqsədi ilə "xxxx" MTK-nın hesabına keçirilməsi üçün İddiaçı 120.000 ABŞ dolları və 131.580 manat pulu almış və yalnız 19.03.2021-ci il tarixdə aralarında razılaşdıqları məbləği, yəni 220.000 manatı ona qaytarmışdır. Göründüyü kimi, 2010-cu ilin 1 və 17 iyul tarixlərindən pulun ödənildiyi 19.03.2021ci il tarixədək olan dövr təxminən 11 il olmaqla həmin müddət üçün hesablanacaq faiz miqdarı 121.000 manat təşkil edir (220000 manat x 11 il x 5% = 121.000). Göstərilənlərə əsasən iddiaçının iddia tələbi haqlıdır, əsaslı olduğundan təmin edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əldən çıxmış fayda olaraq 121.000 manat və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əldən çıxmış fayda olaraq 121.000 manat və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1419/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1419/2022
28.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver