Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1428/2024 06.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023 tarixində Cavabdeh 10.800 manata Ford Fokus 2005 model 1.8 dizel motorlu maşın aldı. Maşında sadecə tiyaqaların problemin olduğunu deyib ve onu da alacağını söylədi. Amma səhəri gün maşında ferodo çaşqa maxavinin ve tormoz vaqumunun dağıldığını gördü. Həmin gün maşının sahibinə məlumat verdi. Sahibi də maşını düzəltdirəcəyinə söz verdi. xx.xx.2023 tarixində avtomobili ona təhvil verdi ki, düzəltdirsin. Lakin heç bir iş görmədiyini görüb xx.xx.2023 tarixində o, maşını gedib ondan götürdü, maşında heç bir iş görülməmişdir. Maşını xx.xx.2023 tarixində Masazırdakı Fordun rəsmi servisinə apardı diaqnostika üçün. Ona rəsmi qaydada maşının 8000 manat xərci olduğunu söylədilər. Cavabdeh tez bir zamanda satdığı avtomobildə yaranmış nasazlığın aradan qaldıracağını söz versə də, bu günədək yaranmış nasazlıq aradan qaldırılmamış, nə də avtomobilin təmiri üçün müəyyən edilmiş məbləği ödəməmiş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu günədək dəfələrlə avtomobili təmir etməsini və ya avtomobilin təmiri üçün müəyyən edilmiş məbləği ödəməsi ilə bağlı etdiyi müraciətlərə hər dəfə bir bəhanə gətirərək, üzərinə götürdüyü öhdəlikdən yerinə yetirməkdən yayınmışlar. Buna görə də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehdən pul ödəyərək, avtomobil almağını, həmin avtomobilin nasazlığının olmasını cavabdehin cavabdehin ondan gizlətməsini, həmin nasazlığın özü tərəfindən aşkar edilərək, cavbdehə məlumat verməyini, cavabdehin avtomobildə hər hansı nasazlığın aradan qaldırılmasını öz öhdəsinə götürməsini sübut edən dəlillər whatsapp mobil tətbiqi vasitəsilə aralarında olan yazışmalar, həmin mobil tətbiq vasitəsilə ona göndərilmiş səs yazıları və avtomobilin indiki vaxta təmiri üçün tələb olunan məbləği özündə əks etdirən müayinə aktıdır. Göstərilənlərə əsasən Cavabdeh 8.000 manat pulun və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, alqı-satqıya kimi avtomobili özü yoxlatmamışdır. Cavabdehə etibar etmiş, lakin avtomobili aldığının sabahı günü avtomobilin qüsurlarını aşkarlamışdır. 4.Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, o, avtomobili servisdən yoxlamadan keçirdikdən sonra iddiaçıya satmışdır. Onda xırda qüsurlar olsa da, həmin qüsurlar tərəfindən aradan qaldırılmışdır. Avtomobil tam işlək vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Ekspert rəyi ilə də razı deyildir. Belə ki, ekspert rəyində ehtiyat hissələrinin qiyməti bir neçə dəfə artıq qiymətlərlə qeyd edilib. Hesab edir ki, həmin rəy tam əsassızdır. Bununla bağlı sübut da təqdim edə bilər. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, avtomobil təhvil verilərkən onda qüsur olmayıb. Bütün qüsurlar tərəfindən tam aradan qaldırılaraq ona təhvil verilib. Özü də avtomobili sürərək yoxlayıb. Avtomobil satılarkən texniki baxışdan keçirilmiş, bu zaman tormoz sistemində problem aşkarlanıb. Həmin qüsur daha sonra tərəfindən aradan qaldırılıb. 5.Məhkəmə tərəflərin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, “Ford Focus” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilk əvvəl X6 tərəfindən hazırki iş üzrə Cavabdeh etibarnamə əsasında istifadəsinə verilmiş, daha sonra sözügedən nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında X6 tərəfindən X1. Daha sonra “Ford Focus” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırki iş üzrə İddiaçı satılmışdır. Hazırda iddiaçı nəqliyyat vasitəsini aldıqdan sonra onda qüsurların aşkarlandığını və avtomobilin təmir-bərpa üçün 8000 manat məbləğində xərcin tələb olunduğunu iddia edərək, həmin məbləğin və iddia qaldırılması üçün ödənilən 100 manat məbləğində dövlət rüsumunun tutulmasını tələb edir. Cavabdeh isə avtomobili texniki baxışdan keçirdikdən və avtomobildə olan qüsurları aradan qaldırdıqdan sonra iddiaçıya təhvil verdiyini iddia edərək, iddia tələbini qəbul etmir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Ford Focus” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X6 tərəfindən Cavabdeh etibar edilmişdir. 8.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı X6 tərəfindən “Ford Focus” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alıcı X2 7150 manata satılmışdır. 9.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Ford Focus” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmamış, xx.xx.2023-cü il tarixdən xx.xx.2032-ci il tarixədək onun istifadəsinə verilmişdir. 10.Mülki işin materiallarında olan “Ford Focus” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi X3 tərəfindən İddiaçı etibar edilmişdir. 11.Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Ford Focus” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 10857.18 manat məbləğində müəyyən edilmişdir. 12.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3299 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı “Ford Focus” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6424 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti 6425 manat, təmir-bərpa işlərinin qiyməti 0 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 15.Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 16.Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 17.Hazırki iş üzrə işin müəyyən edilən hallarından göründüyü kimi İddiaçı Cavabdeh tərəfindən “Ford Focus” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi satılmışdır. Hazırda iddiaçı avtomobili aldıqdan sonrakı gün onda texniki problemlərin olduğunu və təmir-bərpası üçün 8.000 manat məbləğində pul vəsaitinin tələb edildiyini, cavabdehdən həmin problemlərin aradan qaldırılması tələb edilsə də, bunu etmədiyini iddia etsə də, avtomobildə yaranmış problemin həqiqətən də avtomobilin onun tərəfindən alındığı vaxtadək yaranmasını sübuta yetirə bilməmişdir. 18.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən avtomobil alındığı vaxt texniki baxışdan keçirilmiş və nasazlıq olması barədə iddiaçı tərəfindən cavabdehə bu alqı-satqı zamanı bildirilməmişdir. Bundan əlavə isə iddiaçı avtomobili alarkən daha ayıq davranmaqla istifadə olunmuş olmasını bildiyindən özü tərəfindən (ustalar vasitəsilə və s.) texniki yoxlanışdan keçməli və razı olduğu təqdirdə alqı-satqını həayata keçirməli idi. Lakin iddiaçı bunu etməmişdir. Bu isə onu deməyə əsas verir ki, bütün hüquqi prosedurlar alqı-satqıya kimi həyata keçirilməli idi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, avtomobil texniki baxışdan keçirildikdən sonra iddiaçıya təhvil verilmiş və texniki baxış zamanı kiçik nöqsanlar aşkarlansa da, həmin nöqsanlar onun tərəfindən aradan qaldırıldıqdan sonra iddiaçıya təhvil verilmişdir (əksi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir). Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan qüsur aktı və məhkəmə qərardadı əsasında tərtib edilən ekspert rəyində sözügedən avtomobilə ziyan dəyməsi və dəymiş ziyanın nəticəsində müəyyən məbləğlərdə təmir-bərpa xərcinin tələb olunması müəyyən edilsə də, avtomobilə dəymiş həmin ziyanın məhz iddiaçı avtomobili alana qədər vurulması sübuta yetirilə bilməmişdir. 19.Məhkəmə bununla bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 20.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). 21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 22.Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 23.Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 24.İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 25.Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı iddia tələbini əsaslandıra biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli qərarında göstərmişdir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. 28.Odur ki, məhkəmə iclasında iddia tələbi (avtomobilə 8.000 manat məbləğində dəymiş ziyanın ödənilməsi barədə) təmin edilməsinin hüquqi əsasları müəyyən edilmədiyindən, qaldırılan iddia tələbi əsaslı hesab edilə bilməz. 29.Bundan başqa, məhkəmə iddia tələbinin ödənilmiş 100 manat dövlət rüsumunun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyindən həmin iddianın qaldırılması üçün ödənilən 100 manat məbləğində dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. 30.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 31.Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. 32.Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 33.Hazırki iş üzrə iddia tələbi rədd edildiyindən, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 AZN (əlli manat) məbləğində pul vəsaiti İddiaçı alınaraq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 34.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 35.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 36.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 37.Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 38.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 39.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 AZN (əlli manat) məbləğində pul vəsaiti İddiaçı alınaraq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1428/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1428/2024
06.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver