Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1455/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh MTK-ya qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-147/2021 saylı qətnaməsində nəzərdə tutulmuş qarajın kirayə haqqının ödənişi hərəkətinin davam etdirilməsi, Cavabdeh MTK-dan 14 aya görə 1400 manat vəsaitin ödənilməsi və qətnamə icra olunana qədər hər ay 100 manat cavabdeh tərəfindən qarajın kirayə haqqının ödənilməsinin davam etdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsi ilə ona məxsus sənədli qarajın Cavabdeh MTK tərəfindən zəbt edilməsi sübut olunmuş və qarajın əvvəlki vəziyyətinə qaytarmaqla ona təhvil verilməsi, qaraj sahibinə qaytarılana qədər hər ay 100 manat aylıq kirayə haqqı təyin etmişdir.Cavabdeh MTK xx.xx.2016-cı il tarixdə ərazidə çoxmərtəbəli bina tikmək üçün aidiyyatı təşkilatlardan sənədlər toplayaraq ərazini hasara almış və inşaat işlərinə başlamışdır. Həmin gündən iddiaçıya məxsus Əmlak Komitəsində qeydiyyatdan keçmiş qarajı zəbt etmiş və oradan yeməkxana kimi isifadə edərək, iddiaçını həmin əraziyə buraxmamışdır. Binəqədi Rayon Məhkəməsi Ekspertiza rəylərini nəzərə alaraq qarajdan istifadə üçün ayda 100 manat kirayə haqqı (34 ay üçün 3400 manat) Cavabdeh MTK tərəfindən ödənilmişdir. Nəsimi Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixdə ödənişin davamı olaraq 31 ay üçün 3100 manat vəsaitin ödənilməsi haqqda qətnamə qəbul etmişdir. Lakin, bu günə qədər Binəqədi İcra İdarəsi qətnaməni icra etməmişdir. Qanuni qüvvəyə minmiş qətnamə bu günə qədər icra olunmamışdır. Tərəflərin iştirakı və izahatlar: İddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclaslarındakı izahatında qeyd etmşdir ki, Binəqədi Rayon Məhkəməsininin qətnaməsinə əsasən, Cavabdeh MTK iddiaçıya məxsus qarajı zəbt etmiş və 3400 manat məbləğində pulun iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin, qarşı tərəf qətnaməni icra etməkdən boyun qaçırır. İcra məmurlarından qətnamənin icrası üçün möhlət istənildikdən sonra isə qaraj tamamilə sökülmüşdür. Həmçinin iddiaçı bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən 3100 manat məbləği də icra olunmur. Bütün bunları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-147/2021 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh MTK-ya qarşı qarajın əvvəlki vəziyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi və 10368 manat icarə haqqının ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın Cavabdeh MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçı təhvil verilməsi, 3400 manat (üç min dörd yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi,aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: 190346731, hesab № AZN: AZ15GNA**********6000000000, Bank: Günay Bank ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, KOD: 505594, SWİFT: GUNAAZ22) ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4224/2023 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh MTK-ya qarşı “Binəqədi Rayon Məhkəməsində təyin edilmiş aylıq kirayə haqqının ödənilməmiş hissəsinin cavabdeh tərəfindən ödənilməsi, cavabdeh məhkəmə qətnaməsini icra etmədiyi halda qarajın icarə haqqının ödənilməsinin qətnamə icra olunana qədər hər ay davam etdirilməsi” tələbi qismən təmin edilmiş,İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajdan istifadəyə görə 3100 (üç min yüz) manat məbləğində pulun əldən çıxmış fayda olaraq CavabdehMTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.İddia tələbi qalan hissədə rədd edilmişdir. 2000-ci ilin dekabr ayında tərtib edilmiş X2 X3 X1 görünür ki, Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında qaraj İddiaçı məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Prosessual Məcəllənin: 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin mövqeyi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, tərəflər arasında iddiaçıya məxsus qarajın qanunsuz olaraq sökülməklə iddiaçıya zərər vurulması faktı məhkəmənin daha əvvəlki qanuni qüvvəyə minmiş qətnamələrinə əsasən öz təsdiqini tapmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçıya məxsus qarajın bərpa edilməklə əvvəlki vəziyyətinə qaytarılması qət edilmiş, lakin ötən müddət ərzində bu məsələ öz müsbət həllini tapmadığından iddiaçıya əldən çıxmış fayda şəklində ziyan vurulması davam etməkdədir. Sonuncu dəfə tərəflər arasında olan mübahisə məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə öz həllini tapmışdır və həmin qətnaməyə əsasən 2021-ci ilin fevral ayından hesablanmaqla 31 ay üçün 3100 manat məbləğində pulun tutulması qət edilmişdir. Hazırda 2023-cü ilin noyabr ayından hesablanmaqla 14 aylıq müddət üçün iddiaçının xeyrinə əldən çıxmış fayda kimi 1400 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin Binəqədi Rayon Məhkəməsinin məlumat qətnaməsində nəzərdə tutulmuş qarajın kirayə haqqının ödənişi hərəkətinin davam etdirilməsi və qətnamə icra olunana qədər hər ay 100 manat cavabdeh tərəfindən qarajın kirayə haqqının ödənilməsinin davam etdirilməsi hissəsində isə iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından müəyyən edilmiş hal ondan ibarətdir ki, iddiaçının Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilmiş qarajın əvvəlki vəziyyətinə qaytarılması tələbi icra olunduğu halda onun əldən çıxmış faydanın ödənilməsi hissəsində tələbinə zərurət aradan qalxacaqdır, nə qədər ki, həmin hissədə qətnamə icra edilməyib, iddiaçının həmin dövr üçün əldən çıxmış faydanın ödənilməsi tələbi ilə irəli sürmək hüququ labüddür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK-dan əldən çıxmış fayda olaraq 1400 (bir min dörd yüz) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1455/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1455/2025
18.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver