Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-15/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində tam xüsusi mülkiyyət hüququ ilə qeydə alınmasına dair qeydin və çıxarışın ləğv edilməsi, daşınmaz əmlakın tam xüsusi mülkiyyət hüququ ilə qeydə alınması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində tam xüsusi mülkiyyət hüququ ilə qeydə alınmasına dair qeydin və çıxarışın ləğv edilməsi, daşınmaz əmlakın tam xüsusi mülkiyyət hüququ ilə qeydə alınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMK yanında DƏDR Xidmətində Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə, ********** nömrə ilə tam mülkiyyət hüququ ilə Dövlət qeydiyyatına alınmasına dair qeydin etibarsız hesab edilməsi və bu barədə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, ünvan 1 üııvanmda yerləşən mənzilin Azərbaycan Respublikası ƏMK yanında DƏDR Xidmətində Daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə iddiaçının adına Dövlət qeydiyyatına alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2010-cu ildə Cavabdeh1 ilə rəsmi nikaha girərək evlənmişdir. Nikahları Abkı şəhəri, Qaradağ rayonu Qeydiyyat şöbəsində xx.xx.2010-cu ildə qeydiyyata alınmış və onlara AZ-İ seriyalı, 612635 nömrəli Qeydiyyat haqqında şəhadətnamə verilmişdir. Bigə nikahlarından iki azyaşlı uşaqları vardır. Qardaşı oğlu X7 2015-ci ildə ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonunun Fatmayı kəndində yerləşən 8 sot torpaq sahəsini ona hədiyyə etmişdir. Bu barədə Abşeron rayonu 2 saylı Daşınmaz əmlakın bağışlanmasına dair xx.xx.2015-ci il tarixdı Müqavilə bağlanaraq Reyestrdə 4Ə-0 № ilə qeydi aparılmışdır. Müqavilədən göründüyü kimi, notariat hərəkətlərinin aparılması zamanı Cavabdeh1 ƏN PX xx.xx.2013-cü il tarixli etibarnaməyə əsasən nümayəndəsi qismində iştirak etmişdir. Həmin torpaq sahəsi ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. Arvadı Cavabdeh1 xx.xx.2013-cü il tarixdə ona verdiyi etibarnamə ilə ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonunun Fatmayı kəndində yerləşən 8 sot torpaq sahəsini 2015-ci ilin sentyabr ayında 85000 ABŞ dollarına vətəndaş X1. Tərəflər arasında torpaq sahəsinin alqı-satqı müqaviləsi xx.xx.2015-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X9 tərəfindən rəsmiləşdirilərək Reystrdə 4Ə-2919№ ilə qeyd edilmişdir. Torpaq sahəsinin alqı- satqı müqaviləsindən göründüyü kimi torpağın alqı-satqısı zamanı satıcı tərəf olaraq onun əvəzindən nümayəndəsi qismində Cavabdeh1 iştirak etmişdir. İddia ərizəsinə əlavə etdiyi Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin iş № 2(103)-4018/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Nəsimi rayon İcra şöbəsi tərəfindən bacısı X6 məxsus olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi, ev 14, məznil 18 satılması üçün hərraca çıxarılmışdır. Həmin mənzil qalib alıcı Cavabdeh1 tərəfindən 47000 manata satın alınmışdır. Həmin dövrdə o, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (xx.xx.2010-cu il tarixli) hökmü ilə CM-nin müvafiq maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən Cavabdeh1 onun tapşırığı ilə ona verdiyi Etibarnamə əsasında ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonunun Fatmayı kəndində yerləşən 8 sot torpaq sahəsinin satışından əldə edilmiş 85 min ABŞ dollarından 23000 ABŞ dollarını (47000 manat pul) bacısı X6 xüsusi mülkiyyət hüququ ilə məxsus olan və "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş və satılması üçün hərraca çıxarılmış ünvan 1-i hərracdan satın almışdır. O, nümayəndəsi Cavabdeh1 tapşırmışdı ki, hərracdan satın alınan həmin mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətində tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata aldırsın. Cavabdeh1 ona məxsus olan pul vəsaiti hesabına hərracdan satın alınmış ünvan 1 ünvanında yerləşən mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata aldıracağına dair ona vəd vermişdir. Saxlanıldığı cəzaçəkmə müəssisələrindən cavabdehlə əlaqə saxlayan zaman o, hərracdan satın alınmış sözügedən həmin mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınması barədə ona məlumat vermişdir. Cavabdeh onun həyat yoldaşı olduğundan o, onun verdiyi həmin məlumatın dəqiqliyinə inanmışdı. Lakin sonradan, yəni 2020-ci ildə cəzaçəkmə müəssisəsindən azadlığıa buraxıldıqdan sonra bilmişdir ki, Cavabdeh1 onun şəxsi pul vəsaiti hesabına alınmış (yəni ona bağışlanmış torpaq sahəsinin satışından əldə olunmuş 85 min ABŞ dollarından 23 min ABŞ dolları hesabına) ünvan 1 ünvanında yerləşən mənzili Azərbaycan Respublikası ƏMK yanında DƏDR Xidmətində Daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2017-ci ildə Dövlət qeydiyyatına tam mülkiyyət hüququ ilə öz adına qeydiyyata aldırmış və bu barədə Seriya RX seriyalı №1093055 nömrəli Çıxarış verilmişdir. Cavabdehin dediyinə görə o, pulun qalan hissəsini mənzilin əsaslı təmirinə, bir hissəsini isə ailənin tələbatlarının ödənilməsinə xərcləmişdir. Qeyd etdiyi kimi o, bu barədə məlumatı 2020-ci ildə cəza çəkmə müəssisəsindən azadlığa çıxdıqdan sonra bilmişdir. Bunu bilən kimi, dərhal cavabdehdən tələb etmişdir ki, onun şəxsi pulu hesabına alınmış ünvan 1 ünvanında yerləşən mənzili onun mülkiyyətinə qaytarsın. Lakin cavabdeh onun şəxsi pul vəsaiti hesabına alınmış əmlakını ona geri qaytarmaqdan qətiyyətlə imtina edir. Hətta həmin mənzilin qapılarının açarlarını dəyişdirməklə onun mənzilə daxil olmağına və əmlakından istifadə etməyinə imkan vermir. Bununla da cavabdeh onun qanunvericiliklə təsbit edilmiş mülkiyyət hüququnu pozur. Sonradan iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, cavabdeh "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” ilə Cavabdeh1 arasında bağlanmış "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07 iyun 2017-ci il tarixli müqavilənin və "Hərracın nəticələri haqqında” № Y-273 saylı, xx.xx.2017-ci il tarixli Yekun Protokolun etibarsız hesab edilərək ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin hərracdan alqı-satqısına dair "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07 iyun 2017-ci il tarixli müqavilənin iddiaçı ilə bağlanması, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDR Xidmətində Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə, ********** nömrə ilə tam mülkiyyət hüququ ilə Dövlət qeydiyyatına alınmasına dair qeydin etibarsız hesab edilməsi, bu barədə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin Azərbaycan Respublikası ƏMDK yanında DƏDR Xidmətində Daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə iddiaçının adına Dövlət qeydiyyatına alınmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 bildirmişdir ki, hazırkı mübahisə predmeti olan əmlakı Cavabdeh1 anası almışdır. Yəni həmin mənzil ünvan 2indəki torpaq sahəsinin satışından əldə olunan vəsait hesabına deyil, Cavabdeh1 anasının vəsaiti hesabına alınmışdır. Fatmayı kəndində yerləşən torpaq sahəsi iddiaçının tələbi ilə satılmışdır. İddiaçı cəzaçəkmə müəssisəsində olarkən Cavabdeh1 məktub yazaraq, həbsdən çıxması üçün ona pul lazım olduğunu və qeyd olunan torpaq sahəsini satıb, pulunun ona verilməsini bildirmişdir. Bundan sonra ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi və pul vəsaiti İddiaçı verilmişdir. Yəni torpaq sahəsi iddiaçının dediyi kimi 85000 ABŞ dollarına yox, 15000 manata satılmışdır. Bununla bağlı notarial qaydada təsdiq edilmiş müqavilə də vardır. Həmçinin iddiaçı tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli etibarnamənin hərracdan əvvəl, yəni 2016-cı ildə müddəti bitmişdir. Hərrac isə qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və cavabdeh tərəfindən əldə edilmişdir. Sonda o, mülki işə baxılıb iddianın rədd edilməsini xahiş etmişdir. Digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4018/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X4 20544,46 ABŞ dolları məbləğində faiz borcu, 2293,43 ABŞ dolları məbləğində cərimə pulu, cəmi isə 22837,89 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, kredit təminatı kimi ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi ev 14, mənzil 18 saylı mənzili açıq hərrac yolu ilə satılması, mənzilin satışından əldə edilmiş pul vəsaitindən borcun ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə eskpertizası tədqiqatlarının dəyəri olan cəmi 150 manat bərabər hissələrdə iddiaçı "xxxx" ASC və cavabdeh X4 tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. - AN-İ seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı tərəfindən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi X2 iddia ərizəsində göstərildiyi ki 85000 dollara deyil, 15000 manata satılmışdır. - "xxxx" Hərracın nəticələri haqqında xx.xx.2017-ci il tarixli yekun Protokol №Y- 273 surətindən görünür ki, X6 məxsus ünvan 1 ünvanındakı mənzil barədə keçirilən hərracda Cavabdeh1 qalib alıcı olmuşdur. əmlakın hərracda satılmış son qiyməti 40903 manat təşkil etmişdir. - Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli Müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanındakı mənzil Cavabdeh1 tərəfindən 1998 manat məbləğdə beh ödənilməklə 40903 manata alınmışdır. - xx.xx.2017-ci il tarixli, GST seriyalı, 039810 saylı kassa mədaxil orderinin qəzbinin surətindən və ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh1 tərəfindən qeyd edilən əmlak üçün beh məbləğ olan 1998 manat və qalan 38904 manat məbləğ ƏN Nəsimi Rayon İcra Şöbəsinə ödənilmişdir. - 33 №-li, xx.xx.2017-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Ədliyyə Nazirliyi Nəsimi rayon İcra şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4018/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə qeyd edilən tarixdə mənatın dollar məzənnəsi üzrə 36041 manat məbləğ “Agbank ASC”-yə ödənilmişdir. - İş materiallarına məhkəmənin sorğusuna əsasən əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 1 saylı əmlakın Cavabdeh1 adına dövlət qeydiyyatına alınmasına əsas olan sənəd kimi göndərilmiş RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 saylı əmlak Cavabdeh1 tam xüsusi mülkiyyət hüququ ilə məxsusdur. xx.xx.2017-ci il tarixdə bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 689 nömrəli reyestr kitabının 64957 saylı vərəqində qeydiyyat aparılmışdır. Bu qeydiyyata əsas xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi, həmin tarixli protokol və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4018/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi olmuşdur. - Həmçinin, iş materiallarında olan sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3123/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər Cavabdeh1, "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı (LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “protokol və müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilmiş və bu barədə qətnamə qanuni qüvvəsini almışdır. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia edilən ünvan 2indəki əmlakın 85000 dollara satılması və X6 məxsus olan ünvan 1 ünvanındakı əmlakın Cavabdeh1 tərəfindən məhz həmin məbləğ hesabına əldə edilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş materiallarında olan sənədlərdən göründüyü kimi X6 məxsus olan ünvan 1 ünvanındakı əmlakın satılmasına dair hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və sonda əmlakın Cavabdeh1 Zaif qızı tərəfindən əldə edilməsinə dair müqavilə bağlanmışdır ki, bu müqavilə əsasında cavabdehə ünvan 1 ünvanındakı əmlakın ona məxsus olması barədə RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3123/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər Cavabdeh1, "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı (LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “protokol və müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası rədd edilmiş və bu barədə məhkəmənin qətnaməsi qanuni qüvvəsini almışdır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” ilə Cavabdeh1 arasında bağlanmış "Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə 07 iyun 2017-ci il tarixli müqavilənin və "Hərracın nəticələri haqqında” № Y-273 saylı, xx.xx.2017-ci il tarixli Yekun Protokolun etibarsız hesab edilərək ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDR Xidmətində Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə, ********** nömrə ilə tam mülkiyyət hüququ ilə Dövlət qeydiyyatına alınmasına dair qeydin etibarsız hesab edilməsi, bu barədə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində tam xüsusi mülkiyyət hüququ ilə qeydə alınmasına dair qeydin və çıxarışın ləğv edilməsi, daşınmaz əmlakın tam xüsusi mülkiyyət hüququ ilə qeydə alınması" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın nəticələri haqqında yekun protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində tam xüsusi mülkiyyət hüququ ilə qeydə alınmasına dair qeydin və çıxarışın ləğv edilməsi, daşınmaz əmlakın tam xüsusi mülkiyyət hüququ ilə qeydə alınması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-15/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-15/2023
24.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver