Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1543/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qızının iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "Azərbaycan Avtomobil Yolları" X10 Hüquqi Şəxsinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “Azərbaycan Avtomobil Yolları” Dövlət X2rşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “Azərbaycan Avtomobil Yolları” X10 Hüquqi Şəxsi ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzə iddiaçı) Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səki daşlarının sökülməsi nəticəsində yol təsərrüfatına vurulmuş 562 manat məbləğində zərərin Cavabdeh tutularaq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, 08 mart 2021-ci il tarixində, Novxanı-Goradil avtomobil yolunun 5-ci kilometrliyində "Abşeron Manna" restoranın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin sahibi ünvan 1 ünvanında yaşayan Cavabdeh Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 354.0.3-cü maddəsinin əsas yoldan qeyriyaşayış sahəsinə müvafiq icazə almadan giriş-çıxış yolu (yol birləşməsi) açmaq məqsədi ilə səki daşlarından 18 ədədini sökərək “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə 562 (beş yüz altmış iki) manat məbləğində zərər vurmuşdur. 09 mart 2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən Novxanı-Goradil avtomobil yolunun 5-ci kilometrliyində səki daşlarından 18 ədədini sökərək “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin dövlət vəsaiti hesabına inşa edilmiş yol təsərrüfatına 562 (beş yüz altmış iki) manat məbləğində zərər vurulmuşdur. Ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və digər təyinatlı yol qurğularının, həmçinin Bakı şəhərində və respublikanın digər şəhər və rayon mərkəzlərində yerləşən avtomobil yollarının, prospekt və küçələrin qorunmasını tabeliyində olan xüsusi tanınma nişanlı nəqliyyat vasitələri və texnikalarla təmin olunmuş “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin “X4 Xidməti’’ MMC vasitəsi ilə həyata keçirilir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “Azərbaycan Avtomobil Yolları” Dövlət X2rşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən ona vurduğu maddi ziyana görə 9.000 manat və ödənilmiş 110 manat dövlət rüsumu, cəmi 9110 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində göstərir ki, guya o, əsas yoldan qeyri-yaşayış sahəsinə müvafiq icazə almadan giriş-çıxış yolu (yol birləşməsi) açmaq məqsədilə səki daşlarından 18 ədədini sökərək Agentliyə 562 manat məbləğində zərər vurmuşdur. İlkin iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu 14.10.2014-cü il tarixdə qeydə alınmış RX seriyalı ******* saylı Çıxarış təsdiq edir. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi mülkiyyətçisi olduğu bağ sahəsini 3 metr dərinliyində qazaraq qum layını götürüb aparmış, hasarını uçurmuş, bağ sahəsinə girişi bağlamışdır. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh ümumilikdə 9000 (doqquz min) manat (6 min manat daş hasara görə + üç min manat qumun qazılıb aparılmasına görə) maddi zərər vurmuşdur. Agentliyin günahı üzündən mülkiyyətçisi olduğu 1102t saylı bağı ictimai yolla birləşdirən yol bağlanmış, torpaqdan istifadə mümkünsüz olmuş, buna görə də bərbad hala salınmış torpaq sahəsini əvvəlki vəziyyətə gətirməli olmuşdur. Həmçinin o, 2020-ci ildə 1201t saylı bağ sahəsinin sərhədlərinin daş hasara alınmasına və bərpasına icazə verilməsi xahişi ilə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti özünün 08.09.2020-ci il tarixli məktubu ilə mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin daş hasara alınmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X3 ilkin iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İlkin iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin “X4 Xidməti” MMC-nin Bakı və Bakı ətrafı bölgəsi üzrə X4sinin bölmə rəisi X8, baş mütəxəssis X9 və "xxxx" MMC-nin baş mühəndisi X6 tərəfindən 09.03.2021-ci il tarixdə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, Novxanı-Goradil avtomobil yolunun 5-ci km-də “Abşeron Marina” restoranının yaxınlığında qeyri-yaşayış sahəsinin sahibi ünvan 2 ünvanında yaşayan Cavabdeh müvafiq icazə almadan 08 mart 2021-ci il tarixdə obyektə yol açmaq məqsədi ilə səki daşlarından 18 ədədini sökərək və asfalt beton örtüyünü dağıdaraq yola 562 manat məbləğində maddi ziyan vurmuşdur. Novxanı-Goradil avtomobil yolu, (5-ci km-də) “Abşeron Marina” restoranının yaxınlığında yeni qanunsuz giriş-çıxış yaratmaq məqsədi ilə səkinin dağıdılması nəticəsində dəymiş ziyan haqqında tərtib olunmuş 09.03.2021-ci il tarixli aktdan görünür ki, dağıdılmış səki daşının kənara daşınması, yeni səki daşının düzülməsi, səki daşının altına və arxasına beton verilməsi, səki əsasın əhəngdaşı qırıntısı ilə tikilməsi, xırda dənəli asfaltbeton qarışığından örtüyün bərpası üçün 562 manat sərf edilməlidir. Bakı Şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Cavabdeh ünvanladığı 08.09.2020ci il tarixli məktubun surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin daş hasara alınmasına Rayon İcra Hakimiyyəti tərəfindən etiraz edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1102t saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 519 nömrəli reyestr kitabının 49106 nömrəli vərəqində 14.10.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. “Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin 12.05.2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubundan görünür ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən yolun hərəkət hissəsi, səkiləri, veloseped yolları, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq məntəqələri, taksi minik avtomobillərinin dayanacaq yerləri, su ötürücü və qoruyucu qurğular, küvet və yol çiyni, dekorativ yaşıllıqlar avtomobil yollarının təhkim zolağının konstruktiv elementləridir. Sözügedən giriş-çıxış yolunun icazənin alınması ilə bağlı vətəndaş Cavabdeh tərəfindən Agentliyə rəsmi müraciət edilməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1102t saylı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. O, avtomobil yolundan özünə məxsus torpaq sahəsinə giriş-çıxışı yaratmaq məqsədi ilə müvafiq icazəni almadan avtomobil yolunun konstruktiv elementi olan səkini sökmüş və nəticədə "Azərbaycan Avtomobil Yolları" X10 Hüquqi Şəxsinə 562 manat məbləğində ziyan dəymişdir. İlkin iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin tələblərinə görə müvafiq razılığın olmadığı və ya verilmiş razılığın şərtləri yerinə yetirilmədiyi hallarda avtomobil yollarının torpaq sahələrində pozuntuya yol vermiş hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Mülki Məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bu Qanunun 34-1-ci maddəsinə görə yol örtüyünü və yolun mühəndisi konstruksiyasını zədələmək avtomobil yollarında qadağandır. Həmin Qanunun 52-ci maddəsinə əsasən yol konstruksiyalarının və qurğularının zədələnməsində və ya avtomobil yollarının gələcəkdə qismən və ya tam istifadədən çıxa bilməsi üçün şərait yaradılmasında təqsirkar olan avtomobil yolu istifadəçilərinin və ya yol təsərrüfatı müəssisələrinin fəaliyyəti nəticəsində dövlətə dəyən zərər onların vəsaiti hesabına ödənilir. Ümumi istifadədə olan avtomobil yollarında dövlət mülkiyyətinə dəyən zərər pul vəsaiti formasında dövlət büdcəsinə, başqa mülkiyyət növləri üzrə isə müvafiq büdcələrə və şəxslərə ödənilir. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Beləliklə, işdə olan materiallara əsasən belə qənaətə gəlinir ki, iddiaçı ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququna malik olduğundan, dəymiş zərərin məbləği (562 manat) zərər vurandan – cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddianın hüquqi dəyərləndirilməsinin Mülki Məcəllənin 21.2, 1096 və 1097-ci maddələr ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalı olduğunu qeyd edir və yuxarıda qeyd edilənlərə əsasən hazırkı işdə qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü faktiki halların onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığını müəyyən edir. Çünki Cavabdeh tərəfindən əmlakına zərərin dəyməsi, zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş və beləliklə də, o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qarşılıqlı iddianın rədd edilməli olması qənaətini məhkəmə həmçinin onunla əsaslandırır ki, işin araşdırılmış hallarından göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı sökülmüş səki daşlarının qurulduğu avtomobil yolunun sahibi deyildir, o, avtomobil yolundan özünə məxsus torpaq sahəsinə giriş-çıxışı yaratmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazəni almamışdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. İlkin iddia tələbləri tam təmin edildiyindən ödənilmiş dövlət rüsumu da ilkin iddia üzrə cavabdehdən tutulmalıdır. Qarşılıqlı iddia rədd edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlkin iddia təmin edilsin. Zərər olaraq 562 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 592 manat məbləğində pul Cavabdeh tutularaq “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin bank hesabına (VÖEN **********, Kod 200112, Müxbir hesab AZ37NABZ********************) ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1543/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1543/2022
12.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver