Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1549/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi Qədirov Heydər Vüqar oğlunun, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Fərman qızının, ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş “Audi A5” minik markalı, **-VV-*** (**-UM-***) dövlət qeydiyyat nişanlı, BAN nömrə: WAUZZZ8T4DA056164 görə tərəfindən ödənilmiş 77.063 (yetmiş yeddi min altmış üç) manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ona məxsus 77.063 (yetmiş yeddi min altmış üç) manat pulun müqabilində “Audi A5” minik markalı avtomobili əldə etməklə əsassız olaraq varlanmışdır. O, Cavabdeh ilə 2002-ci ildə tanış olmuşdur. Elə həmin vaxtdan da aralarında çox səmimi münasibət yaranmış, dostlaşmışlar. 2013-cü ildə öz “Hyundai İ30” markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilini satdıqdan sonra, yeni avtomobil almaq qərarına gəlmişdir. Bunun üçün rəfiqəsi Cavabdeh ilə birlikdə “Audi” Bakı Mərkəzinə getmiş və o, orada 49.500 manat dəyərində olan “Audi A5” markalı avtomobili çox bəyənmişdir. Lakin həmin vaxt avtomobili nağd şəkildə almaq iqtidarında olmadığından kreditlə almaq qərarına gəlmişdir. Bunun üçün ilkin ödəniş olaraq təxmini 11.500 manat, 3 il ərzində isə 1420 manat məbləğində pul ödənilməli idi. Həmin ərəfədə onun “xxxx” ASC-də krediti olduğundan həmin kredit bağlanmadan adına yeni kredit götürmək qeyri-mümkün idi. “xxxx” ASC-də olan kredit əslində Firəngizlə ümümi rəfiqələri Naina Qafarova üçün götürülmüşdür. Cavabdeh ilə çox yaxın olduqlarına görə onun avtomobilinin kreditinin onun adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. xx xxxx 2013-cü il tarixdə o və rəfiqəsi Cavabdeh “Audi” Bakı Mərkəzinə getmişlər. Orada Cavabdeh ilə “Audi” Bakı Mərkəzi arasında “Audi A5” markalı avtomobilin alqı-satqısı müqaviləsi bağlanılmışdır. Daha sonra isə o, Cavabdeh ilə birlikdə “xxxxnın” Nəsimi rayon filialına getmiş və orada Cavabdeh ilə filial arasında kredit müqaviləsi bağlanılmışdır. O orada Cavabdeh adına aldığı avtomobilə görə ilkin ödəniş kimi 11.500 manat pul ödəmişdir. Bu rəsmiləşmələrdən sonra “Audi A5” markalı avtomobilə də elə öz köhnə avtomobilinin nömrəsinə uyğun **-VV-*** dövlət qeydiyyat nişanını almışdır. Maşını alarkən salonda satış təmsilçisi Füzuli adlı şəxs, sənədləşmə işlərini aparan isə Anar Rəsulov adlı əməkdaş olmuşdur. O, avtomobilinə görə aylıq kreditlərini Emil adlı bank işçisinə ödəmişdir. Hətta dayısı xəstə olduğu dövrlərdə Emilin köməkliyi ilə kreditin müddətini də artıra bilmişdir. Bankın əməkdaşları faktiki avtomobilin onun olduğunu bildiklərinə görə Cavabdeh iştirakı olmadan kreditin müddətini bir il müddətinə uzatmışlar. 2017-ci ilin yay aylarında onun başı öz şəxsi həyatına qarışdığı üçün, Cavabdeh ilə əvvəlki kimi bütün gününü birlikdə keçirə bilməmiş, bununla da münasibətləri soyumağa başlamışdır. 2017-ci ilin oktyabr ayında dayısı uzun sürən xəstəlikdən sonra rəhmətə getmişdir, onun xəstə olduğu dövrlərdə o, uzun müddət maşının kreditini ödəyə bilməmişdir. Bununla bağlı bank onu narahat etməyə başlamışdır və o, Moskvada yaşayan X14dən pul istəmişir. X14 xx xxxxxxx 2017-ci il tarixdə sürücüsü vasitəsilə ona 10000 (on min) ABŞ dolları və 1000 (min) manat pul göndərmişdir. Bu vəsaiti əri X7 ilə birlikdə Emilin sürücüsü Alyav Muxtinovdan aldıqdan sonra birbaşa banka yollanmışlar və “Audi A5” markalı, 90-W-830 dövlət qeydiyyat nişanlı avtomobilinin kreditini tam bağlamışdır. Kreditin bağlanması ilə bağlı bank ona arayış vermişdir. Bu hadisədən sonra dəfələrlə avtomobilin onun adına keçirilməsilə əlaqədar Cavabdeh müraciət etsə də, o, bundan yayınmışdır. Daha sonra Cavabdeh ərinə bildirmişdir ki, o yenicə əməliyyat olunmuşdur, özləri məsələni həll etsinlər, o da gəlib qol çəkəcək. Lakin ərinin ona bildirdiyinə görə o, özü gəlməmiş, başqa adam vasitəsilə etibarnamə göndərmişdir. X9 iştirakı olmadan etibarnamə əsasında avtomobilini onun adına rəsmiləşdirilmiş və avtomobilə yeni **-UM-*** dövlət qeydiyyat nişanını almışdır. Sonradan təximinən 2017-ci ilin fevral-mart aylarında ona məlum olmuşdur ki, avtomobilin addan ada keçirilməsi qeyri-qanuni yol ilə baş tutmuşdur. Bununla bağlı X15 barəsində cinayət işi başlanılmış və cinayət işinin gedişatında Cavabdeh onun iddia ərizəsində yazılan halları təsdiq etmişdir. Hazırda cinayət işi Bakı Apelyasiya Məhkəməsinin icraatında baxılmaqdadır və iş üzrə mühüm əhəmiyyət kəsb edən ödəniş qəbzlərinin əsilləri həmin cinayət işinə əlavə olunmuşdur. Hesab edir ki, Cavabdeh ona məxsus 77.063 (yetmiş yeddi min altmış üç) manat pulun müqabilində “Audi A5” minik markalı avtomobili əldə etməklə əsassız olaraq varlanmışdır. Hazırkı mübahisə üzrə Cavabdeh varlanmış şəxs, o isə məhrum olandır. Cavabdeh varlanmasına haqq qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiklərini, yəni 77.063 (yetmiş yeddi min altmış üç) manat pulu ona qaytarmalıdır. Bundan başqa, həmin hadisələrin cərəyan etdiyi dövrdə o, hamiləliyin axrıncı aylarında olmuşdur. Həmin vaxt ona stress yaşamaq qəti qadağan idi. Hazırda isə o, bütün diqqətini, sevgisini, qayğısını övladına çatdırmağa çalışır. Bu cür hallar isə onun diqqətini övladından yayındırır, nəticədə çox böyük mənəvi iztirablar və stress-sarsıntı yaşamalı olur, ən azından həmin pulları o, uşağının ehtiyaclarına xərcləyə bilərdi. Bir ana kimi, onun hansı mənəvi zərər çəkdiyini ehtimal etmək çox asandır. Qeyd olunanlara əsasən Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş “Audi A5” minik markalı, 90-W-830 (**-UM-***) dövlət qeydiyyat nişanlı, BAN nömrə: WAUZZZ8T4DA056164 görə tərəfindən ödənilmiş 77.063 (yetmiş yeddi min altmış üç) manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Audi A5” markalı 90VV830 qeydiyyat nişanlı nəqliyyat vasitəsindən İddiaçı tərəfindən istifadə edildiyi və duracağa qoyulduğu dövr üçün cəmi 120600 (bir yüz iyirmi min altı yüz) manatın, 30 (otuz) manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, “Audi A5” minik markalı avtomobil Cavabdeh tərəfindən öz istifadəsi üçün kreditlə əldə edilmiş, avtomobilin dəyərinin ilkin ödənişi məhz onun tərəfindən ödənilmiş, qalan məbləğin ödənilməsi üçün kredit alınmış, bu zaman qanunvericilikdə nəzərdə tutulmuş rəsmiləşdirmələr aparılmış və nəqliyyat vasitəsini məhz o idarə etmişdir. Bütün bu halları çoxsaylı rəsmi sənədlər (ərizə, müqavilə, qəbz və s) təsdiq edir. xx.xx.2014-cü il tarixində “Audi A5” minik markalı avtomobili idarə edərkən baş vermiş yol nəqliyyat hadisəsindən sonra həmin nəqliyyat vasitəsinə Cavabdeh marağı itmiş və o, sığorta şirkəti tərəfindən təmir bitdikdən sonra həmin nəqliyyat vasitəsini satmaq qərarına gəlmişdir. Nəqliyyat vasitəsinin satışı barədə Cavabdeh ilə yaxın rəfiqə olduqları İddiaçı arasında razılıq əldə edilmiş, razılığa əsasən İddiaçı nəqliyyat vasitəsinə görə 8000 manat vəsaiti buna maddi imkanı olanda hissəhissə ödəməli, bank qarşısında yüklü edilmiş nəqliyyat vasitəsinin kredit borcunu ödəməli, Cavabdeh İddiaçı etibarnamə verməli və kredit tam ödənildikdən və Cavabdeh ödənilməli olan 8000 manat ödənildikdən sonra nəqliyyat vasitəsi İddiaçı adına rəsmiləşdirilməli idi. Nəqliyyat vasitəsi təmirdən çıxdıqdan sonra Cavabdeh nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı xx.xx.2014-cü ildə 7E-9128 reyestr nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında notarial etibarnamə vermiş və tərəflər arasında olan razılıq icra edilməyə başlanılmışdır. Bundan sonra nəqliyyat vasitəsini İddiaçı istifadə etməyə başlamış, bank qarşısında yüklü edilmiş nəqliyyat vasitəsinin kredit borcunu Cavabdeh ödəməmişdir. İddiaçı ona ödəməli olduğu vəsaiti yaxın rəfiqə olduqlarına görə ondan tələb etməmişdir. 2017-ci ilin təxminən oktyabr aylarında bankdan Cavabdeh ilə əlaqə saxlanılmış və kredit üzrə borcun mövcud olması, kredit üzrə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən dərhal İddiaçı ilə əlaqə saxlanılmış, o öz növbəsində maddi imkanının olmamasını və borcu ödəməkdə çətinlik çəkdiyini bildirmiş, ondan yardım istəmişdir. Cavabdeh məhkəməyə verilməməsi üçün sonradan ya nəqliyyat vasitəsinin, ya da ki, İddiaçı yeganə vərəsəsi olduğu nənəsinin Bakı şəh, Nərimanov ray, Həsən Əliyev 107 A ünvanında yerləşən mənzil satıldıqdan sonra həm nəqliyyat vasitəsinə görə ona ödənilməli olan 8000 manatı həm də borcun ödənilməsi üçün gərəkli olan vəsaiti geri ala biləcəyini düşündüyündən, borcun tam ödənilməsi üçün 17300 manatı ona vermişdir. Bank qarşısında yüklü edilmiş nəqliyyat vasitəsinin kredit borcu xx.xx.2017-ci il tarixində tam ödənilsə də İddiaçı Cavabdeh ödənilməli olan vəsaiti ödəməkdən yayınmış, nəticədə münasibətlər gərginləşmiş və faktiki olaraq bitmişdir. Cavabdeh ödənilməli olan vəsaitin tələb edilməsi üçün İddiaçı ilə əlaqəya çıxmağa cəhd etsə də bu mümkün olmamışdır. Sonradan Cavabdeh məlum olmuşdur ki, İddiaçı tərəfindən ona ödənilməli olan vəsaitin ödənilməməsinə baxmayaraq nəqliyyat vasitəsi saxta sənədlər əsasında onun adından çıxarılaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh şikayəti əsasında İddiaçı xeyrinə saxta rəsmiləşdirmə aparılması ilə bağlı onun əri X7 Azərbaycan Respublikası CM-nin 320.1 və 322.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək onun və digər təqsirli şəxslərin barəsində Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü çıxarılmışdır. Hökmlə cinayət törədilməsi nəticəsində yaranmış qanunsuz vəziyyət aradan qaldırılmışdır. «Audi A5» markalı ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair saxta etibarnamə əsasında Cavabdeh adından İddiaçı adına aparılmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək ləğv edilmiş, həmin avtomobilin mülkiyyətçi Cavabdeh qaytarılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli 1(103)-40/2020 saylı qərarı ilə X5 və X4 Azərbaycan Respublikası CM-nin 320.1 və 322.1-ci maddələri ilə, X1 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Nəqliyyat vasitəsi uzun müddətdir ki, xüsusi duracaqda saxlanılır. Cavabdeh iddiaçıya məxsus 77.063 (yetmiş yeddi min altmış üç) manat pulun müqabilində “Audi A5” minik markalı avtomobili əldə etməklə əsassız olaraq varlanmışdır. İddiaçı “əsassız varlanma” tələbini irəli sürürüsə, nəqliyyat vasitəsindən istifadə etdiyi və nəqliyyat vasitəsinin duracağa qoyulduğu dövr üçün Cavabdeh vəsait ödəməlidir. Əşya (nəqliyyat vasitəsi) etibarnamə əsasında İddiaçı sahibliyinə verilməklə, əşyaya (nəqliyyat vasitəsinə) onun tərəfindən faktik sahiblik həyata keçirilməyə, ondan istifadə etməklə onun faydalı təbii xassələrini hasil etmə, habelə ondan fayda götürməyə başlanıldığından İddiaçı “əsassız varlanma” tələbi ilə yanaşı Cavabdeh nəqliyyat vasitəsindən istifadə edildiyi və nəqliyyat vasitəsinin duracağa qoyulduğu dövr üçün vəsait ödənilməsi məsələsinə də baxılmalıdır. Nəqliyyat vasitəsi 2014-cü ilin avqust ayından İddiaçı istifadəsindədir və hal-hazırda da məhz qarşı tərəfin hərəkətləri nəticəsində ondan istifadə mümkün olmamaqla xüsusi duracaqda saxlanılmaqdadır. “Audi A5” markalı nəqliyyat vasitəsinin aylıq ortalama kirayə (icarə) haqqının 1800 (bir min səkkiz yüz) manat olmasının, artıq avqust 2014 - fevral 2020-ci illəri əhatə edən 67 aylıq dövr ərzində nəqliyyat vasitəsindən İddiaçı tərəfindən istifadə edildiyi və məhz onun hərəkətləri nəticəsində nəqliyyat vasitəsinin duracağa qoyulduğu dövr üçün cəmi 120600 (bir yüz iyirmi min altı yüz) manat pul İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, hazırkı qarşılıqlı iddia tələbinin təmin edilməsi ilkin tələbin təmin edilməsini aradan qaldırdığından və qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olduğundan onlara birlikdə baxılmalı, mübahisələrə daha tez və düzgün baxılması üçün qarşılıqlı iddia 2(006)-1549/2020 saylı iş üzrə icraata qəbul edilməlidir. Odur ki, şərh edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə edilmiş “Audi A5” minik markalı, 90-W-830 (**-UM-***) dövlət qeydiyyat nişanlı, BAN nömrə: WAUZZZ8T4DA056164 görə tərəfindən ödənilmiş 77.063 (yetmiş yeddi min altmış üç) manat, mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat, “Audi A5” markalı 90VV830 qeydiyyat nişanlı nəqliyyat vasitəsindən İddiaçı tərəfindən istifadə edildiyi və duracağa qoyulduğu dövr üçün cəmi 120600 (bir yüz iyirmi min altı yüz) manatın, 30 (otuz) manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahisə predmetini təşkil edən nəqliyyat vasitəsi 2014-cü ilin avqust ayından İddiaçı istifadəsindədir və hal-hazırda da məhz qarşı tərəfin hərəkətləri nəticəsində ondan istifadə mümkün olmamaqla xüsusi duracaqda saxlanılmaqdadır. Əşya (nəqliyyat vasitəsi) etibarnamə əsasında İddiaçı sahibliyinə verilməklə, əşyaya (nəqliyyat vasitəsinə) onun tərəfindən faktik sahiblik həyata keçirilməyə, ondan istifadə etməklə onun faydalı təbii xassələrini hasil etmə, habelə ondan fayda götürməyə başlanıldığından İddiaçı ‘‘əsassız varlanma" tələbi ilə yanaşı Cavabdeh nəqliyyat vasitəsindən istifadə edildiyi və nəqliyyat vasitəsinin duracağa qoyulduğu dövr üçün vəsait ödənilməsi məsələsinə də baxılmalı olduğundan, tərəflərindən “Audi A5” markalı 90VV830 qeydiyyat nişanlı nəqliyyat vasitəsindən İddiaçı tərəfindən istifadə edildiyi və duracağa qoyulduğu dövr üçün cəmi 120600 (bir yüz iyirmi min altı yüz) manatın, 30 (otuz) manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tələb irəli sürülərkən “Audi A5” markalı nəqliyyat vasitəsinin aylıq ortalama kirayə (icarə) haqqının 1800 (bir min səkkiz yüz) manat olması əsas götürülmüşdür. Tərəflərindən 2013-cü il buraxılış ili, qara rəngli, sedan tipli “Audi A5” markalı nəqliyyat vasitəsinin və ya onunla eyni seqment və sinifdə olan digər markalı nəqliyyat vasitəsinin 2014-2020-ci illər üzrə hər bir ildə aylıq ortalama kirayə (icarə) haqlarının nə qədər olması barədə rəy verilməsi üçün “xxxx” MMC-nə müraciət edilmiş və rəy alınmışdır. xx.xx.2020 tarixli QXM 203 saylı rəyə əsasən 2013-cü il buraxılış ili olan “Audi A5” markalı nəqliyyat vasitəsinin 2014-cü il üçün ortalama aylıq icarə haqqı 1850 manat, 2015-ci il üçün 1750 manat, 2016-cı il üçün 1600 manat, 2017-ci il üçün 1500 manat, 2018-ci il üçün 1400 manat, 2019-cu il üçün 1300 manat, 2020-ci il üçün 1200 manat müəyyən edilmişdir. Beləliklə 2014-cü il avqust ayından hazırkı günə qədər 111850 manat vəsait Cavabdeh ödənilməlidir. Odur ki, şərh edilənləri nəzərə alaraq “Audi A5” markalı 90VV830 qeydiyyat nişanlı nəqliyyat vasitəsindən İddiaçı tərəfindən istifadə edildiyi və duracağa qoyulduğu dövr üçün cəmi 111850 (bir yüz on bir min səkkiz yüz əlli) manatın və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi X7 yuxarıda qeyd olunan məzmunda izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında olmuş münasibətlərə əsassız varlanma qaydaları tətbiq edilə bilməz. Əşya (nəqliyyat vasitəsi) etibarnamə əsasında iddiaçının sahibliyinə verilməklə, əşyaya (nəqliyyat vasitəsinə) onun tərəfindən faktik sahiblik həyata keçirilməyə, ondan istifadə etməklə onun faydalı təbii xassələrini hasil etmə, habelə ondan fayda götürməyə başlanıldığından iddiaçının “əsassız varlanma” tələbi, onun bu əşyanın istifadəsi nəticəsində götürdüyü faydadan kənar və təcrid edilmiş şəkildə nəzərə alma bilməz, nəqliyyat vasitəsindən istifadə edildiyi və nəqliyyat vasitəsinin duracağa qoyulduğu dövr üçün baş verən nəticələr və bunun İqtisadi inikası inkar edilə bilməz. İddiaçının bu halları hər hansı bir formada nəzərə almaqdan iddia qaldırması hüquqdan sui- istifadədir və heç bir nəticə doğura bilməz. Beləliklə, iddiaçının əşyadan istifadənin nəticələrini nəzərə almadan irəli sürdüyü iddia tələbləri hüquqdan sui-istifadədir və nəticə etibarı ilə etibarsızdır. Hazırkı mübahisə üzrə “əsassız varlanmanın” mövcud olmaması mövqelərinə xələl gətirmədən və bu mövqeni istisna etmədən hesab edirlər ki, iddiaçı əldə edilmiş razılığa uyğun olaraq pul öhdəliyini icra etməməklə yanaşı, müvafiq pul məbləğinin ödənilməyəcəyi halda nəqliyyat vasitəsinə hüquqların rəsmi qaydada iddiaçının adına keçirilməsinə cavadehin qəti razılığının olmamasını bildiyi halda saxta sənədlər əsasında məhz onun mənafeyi üçün rəsmiləşdirmənin aparılmasını və onun nəticələrini qəbul etmiş, bəyənmiş və bu vicdansız davranışı ilə əvvəlcədən razılaşdırılmış məqsədə mane olan hərəkətə yol vermişdir. Bank qarşısında yüklü edilmiş nəqliyyat vasitəsinin kredit borcunun ödənilməsi xx xxxxxxx 2017-ci il tarixində baş tutmuşdur. Belə olan halda iddiaçının mövqeyi əsas götürülərsə, həmin tarixdən sonra məhrum olanın varlanandan əsassız varlanma nəticələrini tələb etmək hüququ yaranır. İddiaçı "əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması" tələbini xx.xx.2017- ci İl tarixindən 2 il sonra xx.xx.2019cu il tarixində irəli sürmüşdür. Belə olan halda əsassız varlanma üzrə tələb hüququ müddətin keçməsinə görə qüvvədən düşür. Əgər şərti olaraq “əsassız varlanma” mövcud olsa idi belə, hazırkı mübahisə üzrə “əsassız varlanmanın” mövcud olmaması mövqelərinə xələl gətirmədən və bu mövqeni istisna etmədən hesab edirlər ki, istənilən halda tələb üçün müddətin keçməsi nəticəsində İddia rədd edilməli olardı. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində göstərilən hər hansı bir halı mötəbər sübutlarla sübut edə bilməmişdir ki, bu da mülki proses çərçivəsində onun iddiasının təmin edilməsini istisna edir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı bu vəzifənin öhdəsindən gələ bilməmişdir. İddiaçının iddia tələbləri rədd edilməli olduğundan, cavabdeh barəsində mülki məsuliyyətin yaranması əsasları olmadığından söhbət hər hansı bir mənəvi sarsıntı və iztirabdan gedə bilməz və İddia tələblərinin bu hissəsi də rədd edilməlidir. “Əsassız varlanma” ilə bağlı iddiaçının dəlilləri əsassız, tələbin özü isə hüquqdan sui-istifadə olduğundan, iddiaçı öz tələbinin əsaslarını sübut edə bilmədiyindən, həmçinin tələb müddəti keçdiyindən iddia tələbləri təmin edilə bilməz. Odur ki, şərh edilənləri nəzərə alaraq oddiaçı İddiaçı Cavabdeh qarşı "əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması"na dair iddia tələblərinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi nümayəndəsi və vəkili Vəkil1 oğlu nümayəndəsi və vəkilinin sözlərini təsdiq etmiş, ilkin iddianən rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Əsaslandırıcı hissə: İlkin iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, Borcverən “xxxx” ASC-nin Nəsimi filialı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 32 saylı kredit müqaviləsindən görünür ki, borcverən avtomaşın alınması məqsədilə istifadə etmək üçün borcalana 36 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə 38.115 manat məbləğində borc verməyi, “Borc alan” isəmüqaviləyə əsasən göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 32 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Audi A5 minik” markalı 90VV830 qeydiyyat nişanlı avtomobil öhdəliklərin təminatı kimi “xxxx” ASC-nin xeyrinə yüklü edilmişdir. Bu müqavilə xx.xx.2013-cü il tarixli, 32 saylı kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı, 089099 saylı, xx.xx.2013-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh məxsus Audi A5 minik” markalı 90VV830 qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixli 32 nömrəli ipoteka müqaviləsinə əsasən “xxxx” ASC-nin xeyrinə yüklü edilmişdir. ƏN-İİİ seriyalı, 187809 saylı, xx.xx.2014-cü il tarixli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnaməyə əsasən, İddiaçı Cavabdeh məxsus “Audi A5 minik” markalı 90VV830 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixədək idarə etmək səlahiyyətinə malik olduğu müəyyən edilmişdir. “xxxx” ASC-nin mədaxil qəbzlərindən görünür ki, Cavabdeh adından müxtəlif tarixlərdə və məbləğdə ödənişlər edilmişdir. xx.xx.2017-ci il tarixli kassa mədaxil orderindən görünür ki, 17.237 manat 92 qəpik İddiaçı tərəfindən Cavabdeh borcunun ödənilməsi üçün köçürükmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona qəti olaraq 3.300 (üç min üç yüz) manat cərimə cəzasının təyin edilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Cavabdeh təqsirləndirilən şəxs (mülki cavabdeh) X6 və mülki cavabdeh İddiaçı qarşı ‘‘avtomomobilə dair alqı-satqı müqaviləsinin etibarsız sayılaraq ləğv edilməsi və avtomobilin qaytarılması” barədə mülki iddiasının qismən təmin edilməsi, «Audi A5» markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair saxta etibarnamə əsasında Cavabdeh adından İddiaçı adına aparılmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və həmin avtomobilin mülkiyyətçi Cavabdeh qaytarılması, mülki iddianın qalan hissədə rədd edilməsi hökm edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, apelyasiya şikayətlərinin təmin edilməməsi, X5 və X4 Azərbaycan Respublikası CM-nin 320.1 və 322.1-ci maddələri ilə, X1 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “xxxx” MMC-nin xx.xx.2020 tarixli, QR 203 saylı “Audi A5” markalı avtomobilin 2014- 2020-ci illər üzrə hər bir ildə aylıq ortalama kirayə (icarə) haqqlarının bazar dəyərinin müəyyən edilməsi barədə rəyə əsasən 2013-cü il buraxılış ili olan “Audi A5” markalı nəqliyyat vasitəsinin 2014-cü il üçün ortalama aylıq icarə haqqı 1850 manat, 2015-ci il üçün 1750 manat, 2016-cı il üçün 1600 manat, 2017-ci il üçün 1500 manat, 2018-ci il üçün 1400 manat, 2019-cu il üçün 1300 manat, 2020-ci il üçün 1200 manat müəyyən edilmişdir. Ödəniş qəbzindən (№ 596091705) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, Minarə ilə birgə yaşamışdır. Firəngizlə Minarə vasitəsilə tanış olmuşdur. Firəngizin «Audi A5» markalı maşın almaq niyyəti olduğundan mübahisəli maşını almışdır. Maşına görə ilkin ödənişi Firəngiz onun yanında etmişdir. Bir müddət maşını Firəngiz idarə etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra avtomobilə Firəngizin marağı itmiş və o, avtomobili satmaq qərarına gəlmişdir. İddiaçı adına verilmiş etibarnamədən məlumatı yoxdur. Ödənişləri Firəngiz onların evinə gətirirdi. Minarə ilə birgə onlar ödənişləri banka edirdilər. Daha sonra istintaq zamanı Minarə ondan xeyrinə ifadə verməsini xahiş etmişdir. Minarə və onun “xxxx” ASC-yə kreditləri olmuşdur. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi “xxxx” ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 32 saylı kredit müqaviləsinə əsasən bank avtomobilin alınması məqsədilə borcalana 38.115 manat məbləğində borc verməyi, borcalan isə kredit məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. Eyni tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 32 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli, 32 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi “Audi A5 minik” markalı 90VV830 qeydiyyat nişanlı avtomobil göstərilmişdir. ƏN-İİİ seriyalı, 187809 saylı, xx.xx.2014-cü il tarixli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnaməyə əsasən, Cavabdeh tərəfindən “Audi A5 minik” markalı 90VV830 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixədək idarə etmək səlahiyyəti İddiaçı verilmişdir. Hazırda ilkin iddia üzrə İddiaçı mübahisəli avtomobilin onun tərəfindən alındığı, avtomobil üzrə bütün ödənişlərin (sonuncu ödəniş daxil olmaqla) onun tərəfindən həyata keçirildiyi, cavabdehlə rəfiqə olduqları və gün ərzində bir yerdə vaxt keçirdikləri üçün avtomobil əldə edildiyi zaman etibarnaməyə ehtiyacı olmadığı, hal-hazırda isə avtomobilin Cavabdeh sahibliyində olduğu üçün məhkəmədən avtomobilin dəyəri məbləğində pulun qaytarılmasını xahiş edir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh isə mübahisəli avtomobili əldə etmək məqsədilə kredit və ipoteka müqavilələrinin onun tərəfindən bağlandığı, xx.xx.2014-cü il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsindən sonra avtomobilin gözündən düşdüyü, nəqliyyat vasitəsini etibarnamə ilə İddiaçı satdığı, 2014-cü ilin avqust ayından 2016-cı ilin sentyabr ayına qədər avtomobildən məlumatlı olmadığı, bank tərəfindən hesablanmış sonuncu ödənişi İddiaçı vasitəsilə ödədiyinə istinadən məhkəmədən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən ona dəymiş zərərin ödənilməsini xahiş edir. İşin mübahisələndirilən hallarını yoxlamaq məqsədi ilə məhkəmə işdə olan materiallara nəzər salmaqla hesab edir ki, ilk öncə mübahisəli nəqliyyat vasitəsinin kimin tərəfindən əldə edildiyi halı araşdırılmalıdır. Belə ki, məhkəmənin gəldiyi qənaətə görə avtomobilin Cavabdeh tərəfindən əldə edilməsi daha məntiqli görünür və həmin fakt işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır. Belə ki, “Audi A5 minik” markalı 90VV830 dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə ilkin iddia üzrə cavabdeh tərəfindən bağlanmış kredit və ipoteka müqavilələri mülki, bank və notarial əməliyyatları qanunvericiliyinin şərtlərinə tam əməl edilməklə həyata keçirildiyi iş materiallarına əsasən öz təsdiqini tapmışdır. Həmin müqavilələrin etibarsız hesab edilməsi ilə əlaqədar hər-hansı tələblə məhkəməyə müraciət olunmamışdır. İddiaçı avtomobilin onun tərəfindən əldə edilməsinə baxmayaraq cavabdehlə rəfiqə olduqları və gün ərzində bir yerdə vaxt keçirdikləri üçün avtomobil əldə edildiyi zaman etibarnaməyə ehtiyacı olmadığı barədə dəlil ilə əlaqədar məhkəmə qeyd edir ki, bu dəlil mülahizə xarakter daşımaqla, heç bir sübut növü ilə təsdiq edilməməklə ağlabatan deyildir. Əksinə, “Audi A5 minik” markalı 90VV830 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həqiqətən Cavabdeh tərəfindən əldə edildiyi, xx.xx.2014-cü il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsindən sonra avtomobili satmaq niyyətində olduğu və etibarnamə ilə avtomobili İddiaçı satdığına dair ilkin iddia üzrə cavabdehin dəlilləri işdə olan sənədlər, o cümlədən şahidin verdiyi ifadə ilə sübuta yetirilmişdir. Məhkəmə ilkin iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddiaçının Cavabdeh qarşı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddələrin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Yuxarıda qeyd edilən araşadırmalara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmadığından mübahisə əsassız varlanma haqqında normalara əsasən həll edilməlidir. Göründüyü kimi hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, Cavabdeh müvafiq məbləğ (8000 manat) və banka edilməli olan aylıq ödənişlər müqabilində avtomobili iddiaçının sahibliyi və istifadəsinə verməli idi. İlkin ödəniş qismində ödənilməli olan 8000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə ödənilməsi faktı öz təsdiqini tapmasa da, Cavabdeh izahatında etiraf etdiyinə əsasən müəyyən edilmişdir ki, o, banka avtomobilə görə 2014-cü ilin avqust ayından 2016-cı ilin sentyabr ayına qədər ödənişləri etməmişdir. İş materiallarında olan xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2016 və xx.xx.2016-cı il tarixli mədaxil qəbzlərindən görünür ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək xx.xx.2013-cü il tarixli, 32 saylı kredit müqaviləsi üzrə müvafiq olaraq 1400 manat, 1700 manat, 1000 manat, 1400 manat, 2500 manat, 4000 manat, 990 manat, 1400 manat, 1400 manat, cəmi 15790 manat pul ödənilmişdir. Bundan başqa iş materiallarında olan **********9 nömrəli kassa mədaxil orderindən görünür ki, xx.xx.2017-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh borcunun ödənilməsi üçün 17237,92 manat məbləğində pul “X12 Edilməsi Agentliyi” MMC-nin hesabına köçürülmüşdür. İlkin iddia üzrə cavabdeh göstərilən məbləğin İddiaçı tərəfindən banka aparıldığını etiraf etsə də, həmin pulu anası Zərifənin yanında yaşadığı evdə banka ödəmək məqsədi ilə İddiaçı özünün verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən xüsusatlar əsassızdır və mülahizə xarakteri daşımaqla öz təsdiqini məhkəmə baxışı zamanı tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən iddia tələbinin keçərliliyi qanunda nəzərdə tutulmuş və yuxarıda qeyd edilən dispozitiv şərtlərin həm də eyni vaxtda olmasından asılıdır. Belə ki, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh hal-hazırda avtomobilin üzərində mülkiyyət hüququnu bərpa etməklə ilkin iddia üzrə iddiaçının hesabına 33.027,92 manat (15.790 manat + 17.237,92 manat) məbləğində əsassız varlanmışdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş ilkin iddiaya etiraz ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, etirazda əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi əsası ilə iddianın rədd edilməli olması göstərilmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinin tələblərinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk öncə qeyd edilməlidir ki, maddədə göstərilən iki illik müddət qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən müəyyən edilir ki, həmin müddət iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətin tətbiq edilməsi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Göründüyü kimi əsassız varlanma obyektini qaytarmaq hüququ ən geci iki il keçdikdən sonra qüvvədən düşür. Lakin bu müddət “məhrum olana öz hüququnun məlum olduğu vaxtdan” hesablanır. İş materiallarından göründüyü kimi, qanuni qüvvəsini almış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən zərərçəkmiş şəxs (mülki iddiaçı) Cavabdeh təqsirləndirilən şəxs (mülki cavabdeh) X6 və mülki cavabdeh İddiaçı qarşı ‘‘avtomomobilə dair alqı-satqı müqaviləsinin etibarsız sayılaraq ləğv edilməsi və avtomobilin qaytarılması” barədə mülki iddiasının qismən təmin edilməsi, «Audi A5» markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair saxta etibarnamə əsasında Cavabdeh adından İddiaçı adına aparılmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və həmin avtomobilin mülkiyyətçi Cavabdeh qaytarılması, mülki iddianın qalan hissədə rədd edilməsi hökm edilmişdir. Qeyd edilən hökmə əsasən İddiaçı mübahisəli avtomobilin üzərində mövcud olmuş mülkiyyət hüququnu, həmin hüququn əldə edilməsinə əsas olan alqı-satqı müqaviləsi ləğv edildiyindən, itirmiş və bununla da faktiki olaraq onun hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ qüvvədən düşməmiş və hazırki iddiaya kəsici müddət qaydalarının tətbiq edilməsinə əsas yoxdur. İlkin iddia üzrə cavabdeh məhkəməyə təqdim etdiyi etirazda həmçinin Mülki Məcəllənin 1093.2.2-ci maddəsinə əsasən qeyd etmişdir ki, saxta sənədlər əsasında nəqliyyat vasitəsinə hüquqların xeyrinə rəsmiləşdirməni aparmaqla və onun nəticələrini qəbul etməklə, bəyənməklə vicdansız davranmış və bununla da əvvəlcədən razılaşdırılmış məqsədə mane olan hərəkətə yol vermişdir. Lakin iş materiallarından göründüyü kimi İddiaçı törədilmiş cinayətə hər-hansı aidiyyəti, onun Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 320.1 və 322.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 3.300 manat cərimə cəzasına məhkum olunmuş X5 törətdiyi cinayət əməllərində iştirak etməsi, eyni zamanda Heydər Qədirovun həmin cinayət əməlləri barədə əvvəlcədən məlumatlı olması müəyyən edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılqlı iddia ərizəsində mübahisə predmeti olan avtomobildən İddiaçı qanunsuz sahibliyində və cərimə meydançasında saxlanıldığı müddət ərzində istifadə etmədiyi üçün nəqliyyat vasitəsinin aylıq ortalama kirayə (icarə) haqqını nəzərə almaq şərti ilə 111.850 manat məbləğində pulun ödənilməsini xahiş edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri sayır ki, obyekti nəqliyyat vasitəsi olan digər əqdlər kimi bəhs edilən kirayə münasibətləri yazılı qaydada müqavilə bağlanmaqla rəsmiləşdirilməli, kirayə haqqının hansı məbləğdə və qaydada ödənilməli olduğu isə bu müqavilədə göstərilməli idi. Beləliklə məhkəmə hesab edir ki, sözügedən icarə haqqının 2014-cü il üçün ortalama aylıq icarə haqqı 1850 manat, 2015-ci il üçün 1750 manat, 2016cı il üçün 1600 manat, 2017-ci il üçün 1500 manat, 2018-ci il üçün 1400 manat, 2019-cu il üçün 1300 manat, 2020-ci il üçün 1200 manat məbləğində olması faktı məhz kirayə müqaviləsinin müvafiq bəndinə əsasən təsdiq edilməli olduğu halda qarşılıqlı iddia üzrə iddiaçının hər-hansı ekspert rəyinə istinad etməsi yolverilməzdir. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bundan başqa Mülki Məcəllənin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh məxsus “Audi A5 minik” markalı 90VV830 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixədək idarə etmək səlahiyyətinə ƏN-İİİ seriyalı, 187809 saylı, xx.xx.2014-cü il tarixli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnaməyə əsasən malik olduğu müəyyən edilmişdir. Beləliklə onun həmin avtomobildən istifadə etməsi qanuni olmuşdur. Avtomobilin qalan müddət ərzində cərimə meydançasında saxlanması isə Cinayət Məcəlləsinin 320.1 və 322.1-ci maddələri ilə X7 və q. barəsində aparılan ibtidai və məhkəmə araşdırmaları çərçivəsində, daha sonra isə avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7782/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən həyata keçirilmişdir. Beləliklə qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh mülkiyyətçisi olduğu «Audi A5» markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobildən uzun müddət ərzində istifadəsinin mümkün olmamasında cavabdehin təqsirli olduğu, onun tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, lkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli, 33.027,92 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 13 manatı, cəmi 33.040,92 məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, ilkin iddia digər hissədə rədd edilməlidir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Mülki Prosessual Məcllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. 33.027,92 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 13 manatı, cəmi 33.040,92 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia digər hissədə rədd edilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçıya) aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1549/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1549/2020
18.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver