Məhkəmə qərarları › İş №2(006)-1570/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1570/2025

08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1570/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xeyrinə oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1000 manat məbləğində pul vəsaitinin və 30 manat ödədiyi dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus olan bank kartından 1000 manat pulu nağdlaşdırmaq istəyən zaman həmin vəsaitin naməlum şəxs tərəfindən çıxarrıldığını aşkar etmişdir. Müraciət əsasında nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin təhqiqatçısı, Azər Aslanlı tərəfindən hadisə yerinə baxış keçirilmiş, müvafiq qaydada protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. xx.xx.2024-cü il tarixdə toplanmış materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərarla Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilmiş burada material üzrə xx.xx.2024-cü il tarixdə mənə həvalə olunmuşdur. Aparılan araşdırma zamanı izahatda bildirmişdir ki, təqaüdün pulunu nağdlaşdırmışdı, 4169-7416-7393-3055 saylı Kapital banka məxsus kartdan xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsində yerləşən “Kapital banka” məxsus bankomatdan 1000 manat pul vəsaiti nağdalşdırmağa cəhd etsə də, ona məlum olmayan səbəbdən həmin bankomatdan pulu çıxara bilməmişdir. Bu səbəbdən bankomatın yanındakı digər bankomata həmin kartı daxil etdi və 200 manat pul çıxarmağa çalışdı və həmin pulu nağdlaşdırmışdı. Həmin vaxt ümumilikdə 200 manat pul vəsaitini nağdlaşdırmışdı. xx.xx.2024-cü il tarixdə yenidən qeyd etdiyi ünvana gəlib həmin kartından pul çıxarmaq istədikdə ona məlum olmuşdur ki, kartında 1000 manat pul vəsaiti yoxdur. O, bu səbəbdən Kapital banka ərizə ilə müraciət edib baş vermiş hadisəni müəyyənlədirmək istədikdə məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə kartından 1000 manat pul nağdlaşdırılıb. Lakin o, həmin pulu götürməmişdir. Əlavə olaraq bildirmişdir ki, onun təqaüd kartı ondan başqa heç kəsdə olmamışdır. Ondan başqa heç kim kartın şifrəsini bilməmişdir. O, düşünür ki, 24 may 2024-cü il tarixdə 1000 manatı nağdlaşdırmaq istəyən zaman bankomatda hər hansısa bir nasazlıq əmələ gəlmiş və o, digər bankomatdan 200 manat pul çıxarıb getdikdən sonra pul vəsaiti bankomat tərəfindən verilmiş, pulların isə kim tərəfindən götürülməsi barədə heç bir fikri yoxdur. Aparılan araşdırma zamanı hadisəni törədərək ona maddi ziyan vurmuş şəxsin şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə əməliyyat tapşırığı verilmiş lakin araşdırma müddəti ərzində üsbət nəticə əldə etmək mümkün olmamışdır. Göstərilən xüsusatları nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq, iclasın iştirakları olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 izahat verərək, iddiaçının kartından ilk olaraq 1000 manat, daha sonra isə 200 manat çıxmışdır. Məhkəməyə təqdim edilmiş CD-diskdə olan görüntülərdən də görünür ki, şəxsiyyəti məlum olmayan şəxs yaxınlaşır və iddiaçını aldadaraq pulu götürüb qaçır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: b) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Nəsimi şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərardad görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, qəbul edilmiş qərrdan narazı olduğu təqdirdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququnun olması maraqlı şəxsləri izah olunması qərara alınmışdır. - ödəniş qəbzindən (No:**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki iş materiallarına videogörüntülər olan CD-disk əLavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ona məxsus 4169-7416-7393-3055 nömrəli Cavabdeh ASC-yə məxsus təqaüd kartından 1000 manat pul vəsaitinin onun iradəsindən kənar şəxs tərəfindən bankomat vasitəsilə nağdlaşdırıldığını iddia edir. Araşdırmalar nəticəsində həmin vəsaitin nağdlaşdırıldığı bankomata baxış keçirilmiş, müşahidə kameralarının görüntüləri əsasında bu məbləğin üçüncü bir şəxs tərəfindən götürüldüyü müəyyən edilmişdir. Lakin həmin şəxsin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, bankın məsuliyyəti yalnız onun öz fəaliyyətindən irəli gələn hallarda, o cümlədən kart məlumatlarının qorunmamasında, texniki nasazlıqlar nəticəsində vəsaitlərin itirilməsində və ya bankın əməkdaşlarının hərəkətləri nəticəsində müştəriyə zərər dəydikdə yarana bilər. Lakin məhkəməyə təqdim olunmuş materiallardan görünür ki, iddiaçının kartı onun öz nəzarətində olmuş, kartın PİN-kodu yalnız iddiaçıya məlum olmuş və üçüncü şəxslə paylaşılmamışdır. Bank tərəfindən kart məlumatlarının üçüncü şəxslərə ötürülməsi və ya təhlükəsizlik sisteminin pozulması hallarına dair heç bir sübut təqdim edilməmişdir. Digər tərəfdən, kartın istifadə olunduğu tarixdə bankomatın texniki nasazlığına dair də sübut yoxdur. Əksinə, bankomat vasitəsilə vəsait uğurla nağdlaşdırılmışdır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, hüquqi baxımdan bank yalnız o halda müştərinin vəsaitlərinə görə məsuliyyət daşıyır ki, müştərinin hesabından vəsait bankın və ya onun əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində silinsin. Cari halda isə vəsaitin üçüncü şəxs tərəfindən götürülməsi, həmin şəxsin müəyyən edilməməsi və bankın bu hadisəyə heç bir aidiyyətinin olmaması sübuta yetirilmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən,məhkəmə xərcləri - dövlət rüsumunun əvəzi kimi ödənilmiş 30 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar