Məhkəmə qərarları › İş №2(006)-1583/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1583/2024

15.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1583/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı İbrahı̇ mova Rəsmı̇ yyə Məstan qızının Sumqayıt Tibb Mərkəzi X20 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "İcbari Tı̇ bbi Sığorta üzrə Dövlət Agentlı̇ yı̇ " X10rşı "pul" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı İbrahı̇ mova Rəsmı̇ yyə Məstan qızı Sumqayıt Tibb Mərkəzi X20 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "İcbari Tı̇ bbi Sığorta üzrə Dövlət Agentlı̇ yı̇ " X10rşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Gədəbəy rayonu, Fərzal kəndində anadan olmuşdur. Səhhətində yaranan anidən qıcolma, huşun pozulmas ilə bağlı 31,07.2023-cü il tarixdə verdikləri çağırış əsasında 103 Təcili Yardım ambulans xidməti ilə Sumqayıt 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasına aparılmışdır. Orada nerocərrahın olmaması, səhhətinin vəziyyətinə uyğun olaraq müayinə olunmağı üçün şəraitin olmaması səbəbindən Sumqayıt Travmatologiya Xəstəxanasına köçürülmüşdü. Həmin xəstəxanada iddiaçı ilkin tibbi yardım göstərilmiş, həkim qəbulu zamanı beyin qanaxması olduğundan müvafiq tibbi avadanlıqlarda nasazlıq olduğu səbəbindən diaqnozu tam dəqiq müəyyənləşdirmək mümkün olmadığını bildirmişlər, həmçinin ailə üzvlərinə onu digər tibb müəssisəsinə aparmağı məsləhət görmüşlər. Vəziyyəti getdikcə ağırlaşdığına görə dərhal Mərkəzi Klinik Xəstəxanasına zəng edilmiş, onların 105 Təcili Yardım ambulans xidməti ilə ora transfer olunmuşdur. MKX-da X19 müayinəsindən sonra bir neçə tibbi yoxlamalardan keçdikdən sonra, yoxlamalaırn nəticəsi olaraq iddiaçıda beyin törəməsi aşkarlanmış və həkim "sağ alın payında törəmənin çıxarılması" əməliyyatının olunmasını təcili məsləhət görmüşdür. xx.xx.2022 cü il tarixdə "sağ alın payında törəmənin çıxarılması" əməliyyatı icra olunmuş və həmin əməliyyatın icra olunması üçün "xxxx" MMC-nin hesabına 9882 AZN məbləğində ödəniş edilmişdir. Qanunvericiliyə uyğun olaraq bütün ölkə vətəndaşları icbari tibbi sığorta Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda İcbari Tibbi Sığorta X17nin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş əsasında xəstəyə tibbi xidmət göstərilir. Belə ki, iddiaçının əməliyyat olunduğu tibb müəssisəsi Mərkəzi Klinik Xəstəxanası Tibbi Sığorta X17 ilə müqavilə bağlanmış tibb müəssisələri siyahısına aiddir. Həmçinin, TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan da birbaşa olaraq özəl tibb müəssisəsinə müraciət etmək olur. Orada xəstəyə göstərilən tibbi xidmət icbari tibbi sığortaya daxildirsə, Agentlik tibbi xidmətin dəyərini qarşılayır. Qeyd edilir ki, Vətəndaşlara tibbi xidmət Xidmətlər Zərfi çərçivəsində göstərilir. Xidmətlər zərfi icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu adlanır. Əlillik və ölüm riski olan xəstəliklərin müalicəsi, eləcə də həyati vacib-dəyəri yüksək olan əməliyyatlar da ora daxildir. Belə ki, İcbari Tibbi Sığorta X17 (bundan sonra Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən X21dir. Agentlik 15 fevral 2016cı il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta X17 adı altında fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə isə "İcra hakimiyyəti orqanı" hüquqi statusuna malik olan Agentlik əsasında "İcbari Tibbi Sığorta X17" X21 yaradılıb. Agentliyin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarxli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Tibb Mərkəzində əməliyyat olarkən maddi cəhətdən vəziyyəti pis olduğundan Agentlik və Azərbaycan Respublikasının Qanunların güvənərək pul taparaq ödəniş etmişdir. Göründüyü kimi Agentliyin əsas fəaliyyət məqsədi İcbari tibbi sığortanın tətbiqi ilə əlaqəuar toplanmış vəsaitlərdən təyinatı üzrə səmərəli istifadəni və sığorta ödənişlərinin vaxtında icra olunmasını təmin etməkdən ibarətdir. Bununla bağlı aidiyyatı üzrə Azərbaycan Respublikası İcbarı Tibbi Sığorta X17nə müraciət edilmişdir. AR İTS X17nin 11-10/2-1-80xx-xx-14215/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda gösətrilmiş tibbi xidmətlərə görə ödənilmiş vəsaitin sığorta tərəfindən qaytarılmasının mümkün olmadığı qeyd olunmuşdur. Həmin məktub əsassız və qanunsuzdur. Belə ki, "Sumqaylt Tibb Mərkəzi" ndə müalicədən şərait olunmadığı üçün imtina edilmişdir. Hesab edilir ki, müraciəti təmin olunmalı, “Mərkəzi Klinika" MMC-nin hesabına 9882 AZN manat məbləğində ödənilmiş pulu cavabdeh tərəfindən onlara ödənilməlidir. Göstrəilənlərə əsasən, "xxxx" MMC-nin 5106 №-li, xx.xx.2023-cü il tarixli satış çekinə əsasən, "xxxx"-nin hesabına ödənillmiş 9882 AZN manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta X17ndən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş materiallarına əlavə etdikləri başqa bir cinayəti işi ilə bağlı qərardan da görünür ki, iddiaçıya ilkin olaraq tibbi xidmət göstərmiş neyro-cərrah X5 bildirmişdir ki, həmin xəstəxanada MRT aparatı işləməyib. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirdi ki, iddiaçının qohumları bildirir ki, iddiaçı xəstəxanaya aparıldıqdan sonra neyro-cərrah X5 bildirmişdir ki, orada aparat işləmir və iddiaçının beyninə qan sızır. Ona görə də iddiaçının orada saxlanılması onun ölümünə səbəb ola bilər. Onlar da həkimin sözünə qulaq asaraq iddiaçının xəstəxanadan çıxarıb Mərkəzi Klinikaya aparmışlar. Bu zaman onlar neyrocərrah X4 təşəkkür əlaməti olaraq və həkimin təklifi üzərinə elə bir ərizə yazmışlar. Bu da sırf həkimin özünü sığortalaması məqsədini daşımışdır. Hazırki iş üzrə subyektiv cavabdeh kimi ̇ ırabcİ" Tı̇ bbi Sığorta üzrə Dövlət Agentlı̇ yı̇ " X20ni görürlər. Hesab edirlər ki, vətəndaşın xəstəliyi ilə bağlı onun müəyinə və müalicə olunması dövlətin bilavasitə vəzifəsidir. Lakin Sumqayıt Tibb Mərkəzi xəstənin müayinə və müalicəsi üçün heç bir addım atmamış və xəstə yaxınları məcbur qalaraq onu özəl xəstəxanaya aparmışlar. Hansı ki, bu, maddi imkanı olmayan xəstə yaxınlarının marağında olmamışdır. Bilavasitə dövlət xəstəxanasının həkimi iddiaçının orada qalacağı təqdirdə öləcəyini bildirmiş və onu özəl xəstəxanaya aparılmasını xəstə yaxınlarına məsləhət görmüşdür.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı tərəfin barəsində danışdığı cinayət işi ilə bağlı sənədləri sübut qismində qəbul etmir və hesab edir ki, həmin sənəd sübutlar siyahısından çıxarılmalıdır. Ona görə ki, onun hazırki mülki işlə əlaqəsi və bağlılığı yoxdur. Bundan başqa, Sumqayıt Tibb Mərkəzinin vermiş olduğu rəsmi cavabdan da görünür ki, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası ümumiyyətlə MRT aparatı ilə təchiz olmayıb. Ona görə də MRT aparatının olmaması hazırda məlum olan haldır və hazırda onun olub-olmaması mübahisə mövzusu deyil. Mübahisəli mövzu ilə bağlı isə qeyd edir ki, məhkəmə sorğusuna istinadən təqdim edilmiş sənədlərdən də görünür ki, iddiaçı məhz onun yaxınlarının istək və təkidi ilə həmin xəstəxanadan çıxarılaraq başqa xəstəxanaya aparılmışdır. Hətta bununla bağlı iddiaçının oğlu Ruslan İbrahimov ərizə yazaraq anasını öz istəyi ilə başqa xəstəxanaya aparmaq istədiyini və xəstəxanaya qarşı heç bir narazılığının olmamasını bildirmişdir. Həmçinin, xəstəlik tarixçəsinə baxdıqda da iddiaçının məhz xəstə yaxınlarının tələb və təkidi ilə xəstəxanadan çıxarılması görünür. Yəni burada xəstəxananın heç bir təqsiri yoxdur. İddiaçının yaxınları onu öz istəkləri ilə dövlət xəstəxanasından çıxararaq özəl xəstəxanada müalicə etdirmək istəyiblər. Bundan başqa, ̇ ırabcİ" Tı̇ bbi Sığorta üzrə Dövlət Agentlı̇ yı̇ " X20 ümumiyyətlə hazırki mülki iş üzrə cavabdeh deyil. Onların tərəfindən iddiaçıya aid heç bir hüququn pozuntusuna yol verilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq bildirdi ki, xəstə ilkin olaraq təcili tibbi yardım xəstəxanasına gətirilir. Orda ona ilkin xidmətlər göstərilir. Lakin ona dioqnoz qoyulmur. Daha sonra xəstə digər xəstəxanaya yerləşdirilir. Bu zaman təcili tibbi yardım xəstəxanası bilə bilməz ki, xəstəyə MRT aparatı lazım olacaqdırmı, yoxsa yox. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış iş üzrə müstəqil tələbi irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə icıasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. 6.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı X2 xx.xx.2023-cü il tarixdə saat 20:35-də təcili tibbi yardım briqadası ilə “Qansızma və ya infarkt olduğu dəqiqləşdirilməmiş insult, komatoz vəziyyət” diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə stasionar müalicəyə qəbul edilmişdir. Daha sonra iddiaçının qohumları ərizə yazaraq iddiaçını Sumqayıt Tibbi Mərkəzindən müalicənin davam etdirilməsi üçün Mərkəzi Klinika Xəstəxanaya aparmışlar. İddiaçı orada əməliyyat olunmuş və bununla bağlı iddiaçı tərəfindən Mərkəzi Klinika Xəstəxanaya 9.882 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı ilk öncə müraciət etdiyi dövlət xəstəxanası olan Sumqayıt Tibbi Mərkəzində müalicə alınması üçün lazımi şəraitin olmamasını və özəl Mərkəzi Klinika Xəstəxanasına məcburiyyət qarşısında qalaraq aparıldığını və buna görə də dövlət tərəfindən onun xəstəliyi üçün icbari sığorta ödənişinin ödənilməli olmasını iddia edərək, Mərkəzi Klinika MMC-nin hesabına ödədiyi 9.882 manat məbləğində pulun ̇ ırabcİ" Tı̇ bbi Sığorta üzrə Dövlət Agentlı̇ yı̇ " X13 tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh ̇ ırabcİ" Tı̇ bbi Sığorta üzrə Dövlət Agentlı̇ yı̇ " X20 isə iddia tələbini qəbul etmir.

b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan AR İcbari Tibbi Sığorta X17nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, “Sumqayıt Tibb Mərkəzi” X20n Agentliyə təqdim etdiyi məlumatda İddiaçı xx.xx.2023-cü il tarixində saat 20:35-də təcili tibbi yardım avtomobili vasitəsilə Mərkəzə çatdırıldığı və “Serebrovaskulyar xəstəlik, baş beyin qan dövranının kəskin pozulması” diaqnozu ilə Reanimasiya şöbəsinə qəbul edildiyi, lakin həmin gün saat 22:30-da yaxınları tərəfindən iltizamnamə yazaraq həmin tibb müəssisəsində stasionar şəraitdə müalicədən imtina edildiyi qeyd olunmuşdur. Agentlik özəl klinikalara göndəriş verilməsinin AR Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” çərçivəsində tibbi xidmətlərin göstərilməsi ilə əlaqədar qanunvericilikdə müəyyən edilmiş hallarda və bununla əlaqədar bağlanmış müqavilə əsasında həyata keçirildiyini bildirir. Qeyd olunanları nəzərə alaraq, göndəriş olmadan müraciət edilən Mərkəzi Klinik Xəstəxanasında göstərilmiş tibbi xidmətlərə görə ödənilmiş vəsaitin İcbari Tibbi Sığorta X17 tərəfindən qaytarılması mümkün deyildir. 9.Mülki işin materiallarında olan Mərkəzi Klinika Xəstəxanasının xx.xx.2023-cü il tarixli maqnit-rezonans tomoqrafiya müayinə protokolundan görünür ki, beynin sağ alın payının ön tərəfində yerləşən, kəllə sümüyünə dirənən, beyin daxilində böyüyən, qeyri-düzgün dairəvi formalı, dəqiq sərhədli, bir qədər nahamar konturlu, T1 rejimdə izointens, T2, Flairrejimlərdə zəif hiperintensiv siqnallı, aktiv homogen kontraslaşan, 3.5 x 2.8 sm ölçülərdə törəmə təyin edilir (meningioma). Meningioma ətrafında beyin parenximasında orta dərəcədə ödem aşkar olunur. Meningioma ətrafı sahələrdə subaraxnoidal sahələr və sulkusları hamarlanmışdır (mass effekt hesabına). Beynin orta strukturları yerini az dərəcədə sola dəyişmişdir, dislokasiya 3 mm-dir. Sağ yan mədəcik və sol yan mədəciyin ön buynuzu, 3-cü mədəcik orta dərəcədə kompresiya olunmuşdur. Sol yan mədəciyin arxa buynuzu minimal genişlənmişdir. 10.Mülki işin materiallarında olan Mərkəzi Klinika Xəstəxanasının xx.xx.2023-cü il tarixli komputer tomoqrafiya müayinə protokolundan görünür ki, xəstənin sağ-ön alın nahiyəsindən meningioma xaric edilmişdir. Kəllənin sağ alın nahiyəsində poskraniotomik dəyişikliklər aşkar olunur. Bu nahiyədə təzə postoperasion dəyişikliklər təyin edilir. Əməliyyat sahəsində (törəmə yatağında) postop az miqdarda qan yığıntıları və kəllə daxilində minimal hava izlənir. Subaraxnoidal sahələr, beyin sulkusları (əsasən əməliyyat sahəsi ətrafında) hamarlanmışdır (ödem hesabına). Beynin sol hemisferində, beyincikdə, beyin kötüyündə nəzərə çarpan ocaqlı, həcmli dəyişikliklər təyin olunmur. Beynin orta strukturları yerini az dərəcədə sola dəyişmişdir. Dislokasiya 3 mm-dir. Sağ yan mədəcik, sol yan mədəciyin ön buynuzu və 3-cü mədəcik kompressiya olunmuşdur. Sol yan mədəciyin arxa buynuzu az dərəcədə genişlənmişdir. 11.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Mərkəzi Klinika Xəstəxanasının hesabına 9882 AZN ödəniş edilmişdir. 12.Mülki işin materiallarında olan Sumqayıt Tibb Mərkəzi X15 xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1583/2024 nömrəli müraciətinə baxılmış və bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixində saat 20:35-də təcili tibbi yardım briqadası ilə “Qansızma və ya infarkt olduğu dəqiqləşdirilməmiş insult, komatoz vəziyyət” diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə stasionar müalicəyə qəbul edilmişdir. İddiaçı qohumu başqa tibb müəssisəsinə aparmaq istədiyini, tibb personalına qarşı heç bir narazılığının olmadığını bildirmişdir. Məlumat üçün bildirilir ki, Təcili Tibbi Yardım Xəstəxanası MRT aparatı ilə təchiz olunmamışdır. 13.Mülki işin materiallarında olan “Sumqayıt Tibbi Mərkəzi” reanimasiya şöbəsi- S.Hacıyevə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X7 xəstəxanada müalicə olunan X1 öz istəyi ilə müalicə məqsədilə başqa xəstəxanaya apardığını və tibbi personala qarşı heç bir narazılığının olmadığını bildirmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının tələbini yönəltdiyi cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi “İcbari Tibbi Sığorta X17” X21 isə hazırki iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, hazırki iş üzrə cavabdeh İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır. 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. 19.Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 20.Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 21.İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 22.Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. 23.Hazırki iş üzrə məhkəmə qeyd edir ki, “İcbari Tibbi Sığorta X17” X15 hazırki iş üzrə cavabdehlik daşıması üçün ilk növbədə iddiaçının “Sumqayıt Tibb Mərkəzi” X13 Mərkəzi Klinik Xəstəxanasına aparılması üçün müvafiq qaydada göndəriş olmalı idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə xidmətlər zərfi”nin 1.2-ci bəndinə əsasən sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta X17 ilə müqavilə bağlamış tibb müəssisələrində və (və ya) həmin müəssisələrin göndərişi əsasında göstərilir. Hazırki iş üzrə isə İddiaçı səhhətində yaranmış problemlə bağlı ilk növbədə Təcili Tibbi Yardım Xəstəxanasına müraciət edilmiş, daha sonra həmin xəstəxanada lazımi şəraitin olmamasına görə, yəni yuxarıda qeyd edildiyi kimi müvafiq göndəriş olmadan iddiaçı tərəfin öz istəyinə uyğun Mərkəzi Klinik Xəstəxanasına aparılaraq orada əməliyyat olunmuşdur. Hazırda iddiaçı “Sumqayıt Tibb Mərkəzi”ndə müalicə üçün lazımi şərait olmadığına görə məcburiyyət qarşısında qalaraq Mərkəzi Klinik Xəstəxanasına aparıldığını iddia etsə də, iş materiallarında olan iddiaçının qohumu R.İbrahimov tərəfindən yazılan xx.xx.2023-cü il tarixli ərizədən göründüyü kimi iddiaçı tərəf bunu könüllü şəkildə etmiş, yəni iddiaçı öz istəyi ilə Mərkəzi Klinik Xəstəxanasına aparılaraq orada əməliyyat olunmuşdur. Həmçinin, həmin ərizədə tibbi personala qarşı heç bir narazılığın olmaması qeyd edilmişdir. 24.Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəf müalicə aldığı xəstəxananı yuxarıda qeyd edilən ardıcıllığa riayət edərək dəyişmiş olsa idi belə, iş materiallarından göründüyü kimi iddiaçı hazırda tələb etdiyi pul vəsaitini “İcbari Tibbi Sığorta X17” X15 yox, Mərkəzi Klinikanın hesabına köçürmüşdür. Yəni hər bir halda “İcbari Tibbi Sığorta X17” X20 hazırki iş üzrə subyektiv cavabdehlik daşımır. 25.Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı onun tələbinə cavab verməli olan şəxsin dairəsini düzgün seçmədiyindən məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdeh Mərkəzi Klinika ilə əvəz edilməsi təklif edilsə də, iddiaçı (onun nümayəndəsi və vəkili) bununla razılaşmayaraq iddia tələbinin mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. 27.Yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə iddiaçı İbrahı̇ mova Rəsmı̇ yyə Məstan qızının Sumqayıt Tibb Mərkəzi X20 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh ̇ ırabcİ" Tı̇ bbi Sığorta üzrə Dövlət Agentlı̇ yı̇ " X10rşı "pul" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 30.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 31.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 33.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı İbrahı̇ mova Rəsmı̇ yyə Məstan qızının Sumqayıt Tibb Mərkəzi X20 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "İcbari Tı̇ bbi Sığorta üzrə Dövlət Agentlı̇ yı̇ " X10rşı "pul" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar