Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1606/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Heydərova Əfsanə Elbrus qızı, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 60.000 (altmış min) manat ziyanın kompensasiya şəklində ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, iddianın yolverilməzliyi dedikdə iddia ərizəsinin mümkünlüyünü istisna edən elə halların mövcud olması başa düşülür ki, həmin halların aradan qaldırılması mümkün olmur və buna görə də iddia ərizəsi üzrə məhkəmə icraatına başlanılması və həyata keçirilməsi istisna edilir. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsaslarından biri kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. AR MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-405/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və “Sosial Xidmətlər Agentliyi” X1rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Hazırki iş üzrə İddiaçı “maddi zərərin ödənilməsi” tələbinə dair daha əvvəl məhkəməyə bir neçə dəfə müraciət edərək cavabdeh tərəfindən ona maşın verilməsi və əlavə olaraq 20.000 (iyirmi min) manat digər maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə müvafiq tələbləri rədd edilmişdir. Həmin qətnamədən isə apellyasiya şikayəti verilməmişdir. Məhkəmə qeyd edir ki, AR Konstitusiya Məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə də bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Beləliklə, Nəsimi rayon Məhkəməsinin icraatında olmuş 2(006)-405/2022 saylı mülki işə baxılarkən iddiaçının hazırki tələbi araşdırılmış, qiymətləndirilmiş, bununla bağlı qətnamə qəbul edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Yəni iddiaçının hazırki tələbi - cavabdehlərə cavabdeh tərəfindən vurulmuş maddi ziyanın kompensasiya şəklində ödənilməsi yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd edilmişdir.. Bu səbəbdən həmin tələbə yenidən baxılıb məhkəmə qətnaməsi qəbul edilməsi qanunvericiliyin yuxarıda qeyd edilən normasının (AR MPMnin 153.2.2) tələbləri baxımından yolverilməzdir. Beləliklə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1606/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1606/2024
01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver