Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-163/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” ASC-nin xx xxx 2019-cu il tarixli, 005939 saylı aktın ləğv edilməsi və “X1” ASC-nin adına qeydiyyatda olan 01/200-172 saylı abunə kodunda göstərilən 3812,40 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, “xxxx” ASC X3 Nəzarət idarəsi tərəfindən xx.xx.2019-cu il tarixində “X1” ASC-yə məxsus obyektdə elektrik enerjisinin uçotu və “Elektrik Enerjisindən istifadə Qaydaları”na riayət olunması yoxlanılıb və bu barədə xx xxx 2019-cu il tarixli, 005939 saylı akt tərtib olunmuşdur. Yoxlama aktı ilə kompüter informasiya məlumat bazasında “X1” ASC-yə məlum olmayan səbəbdən məlum olmuşdur ki, Beton zavoda məxsus olan elektrik sayğacının sərfiyyatı “X1” ASC-yə məxsus olan elektrik sayğacının sərfiyyatından çıxılan kimi qeydiyyata salınmışdır. Akta əsasən itirilmiş elekrtik enerjisinə görə 42360 kvts əlavə sərfiyyat hesablanaraq, 3812,40 manat məbləğində hesab-faktura sənədi təqdim edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər X2 Dövlət Qeydiyyatı İdarəsinin xx xxxxxxxx 2017-ci il tarixli, **********436100 saylı bildirişindən aydın olur ki, xx xxxxxxxx 2004-cü il tarixdə 0104-P70- 40896 nömrə ilə (VÖEN: **********) dövlət qeydiyyatına alınmış “X1” ASC xx xxxxxxxx 2017- ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası Kommersiya Hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. “X1” ASC-yə məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3121 -ci məhəllə, Abay Kunanbayev küçəsi, 78A və 78H ünvanda yerləşən əmlak kompleksi və qeyri yaşayış sahəsi ASC tərəfindən alınmış və halhazırda onların xüsusi mülkiyyətindədir. Bu barədə İddiaçı1 Talib oğluna xx.xx.2018-ci il tarixli, ******* saylı və İddiaçı2 xx.xx.2018-ci il tarixli, ******* saylı Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. Onlara məxsus əmlak kompleksi və qeyri yaşayış sahəsinin elekrtik enerjisi “xxxx” ASC ilə “X1” ASC-nin arasında bağlanmış müqaviləyə əsasən verilir və “X1” ASC-nin adına qeydiyyata alınmış abunə kodu vasitəsi ilə ödəniş edilir. Həmin abunə kodunda “X1” ASC-nin adına 3812,40 manat məbləğində borc olduğuna görə “xxxx” ASC həmin borcun ödənilməsini tələb edir. Əks halda elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə xəbərdarlıq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə qaydalarının 8.21 bəndində qeyd edilir ki, elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir. Lakin “xxxx" ASC göstərilən qaydalara əməl etməyərək onlarla elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlamamışdır. Onlar məcburiyyət qarşısında qalaraq, 2018-ci ilin fevral ayından keçmiş mülkiyyətçi “X1” ASC-nin “xxxx” ASC ilə bağladığı müqavilə əsasında elektrik enerjisindən istifadə edir və müvafiq ödənişlər edilir. “X1” ASC ləğv edildiyindən, onun əmlakı onların tərəfindən alındığından və onlarla “xxxx” ASC arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmadığından onlar istifadə etdiyi elektrik enerjisinə görə ödənişləri “X1” ASC-nin adında olan şəxsi hesaba- abunə kodu vasitəsi ilə ödəyirlər. “xxxx” ASC işığın verilməsini dayandıracağa təqdirdə onların işıqdan istifadə etmələri dayandırılacaq. Burdan da belə nəticəyə gəlmək olur ki, “X1” ASC-dən tələb olunan pula görə onlar məsuliyyət daşımalıdırlar. Belə ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli gəlirlər X2 Dövlət Qeydiyyatı İdarəsinin xx xxxxxxxx 2017-ci il tarixli, **********436100 saylı bildirişindən aydın olur ki, “X1" ASC xx xxxxxxxx 2017-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası Kommersiya Hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. Ləğv olunan “X1” ASCnin “xxxx” ASC-yə ödəməli olduğu pula görə bizim istifadəmizdə olan sayğacın abunə kodunda borcun olması əsassızdır. Onlar dəfələrlə “xxxx” ASC-nin nümayəndələrinə bildirmişdir ki, “X1” ASC-yə məxsus əmlak onların istifadəsindədir. Yeni sayğac da quraşdırılıb. Bu səbəbdən də onlarla yeni müqavilə bağlanılsın, yeni abunə kodu verilsin, ya da həmin sayğacın abunə kodunda olan borc məbləği silinsin və abunə kodu “X1” ASCnin adından çıxarıb onların adına qeydiyyata alınsın. Lakin “xxxx” ASC bu xahişinə məhəl qoymadan “X1" ASC-nin adına yazılmış borc məbləğini tələb edir və borcun ödənilməyəcəyi təqdirdə işığın verilməsinin dayandırılacağı barədə xəbərdarlıq edir. Həmçinin bildirmək istəyirlər ki, “X1” ASC-yə 3812,40 manat borcun hesablanması ilə də razı deyil. Belə ki, 2018-ci il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3121-ci məhəllə, Abay Kunanbayev küçəsi, 78A və 78H ünvanda yerləşən əmlak kompleksi və qeyri yaşayış sahəsində elektirk enerjisindən istifadəyə görə ödənişləri onlar edir. Hesab ödəniş vərəqələrinə nəzər salsaq görmək olar ki, elektrik enerjisindən istifadəyə görə xx.xx.2018-ci il tarixdə 218,51 manat, xx.xx.2018-ci il tarixdə 63,43 manat, xx.xx.2018-ci il tarixdə 33,39 manat, xx.xx.2018-ci il tarixdə 18,99 manat, xx.xx.2018-ci il tarixdə 20,43 manat, xx.xx.2018-ci il tarixdə 18,09 manat, xx.xx.2019-cu il tarixdə -1.510,81 manat, xx.xx.2019-cu il tarixdə 1.776,78 manat, xx.xx.2019-cu il tarixdə -92,45 manat, xx.xx.2019cu il tarixdə -4,05 manat, xx.xx.2019-cu il tarixdə -17,48 manat, xx.xx.2019-cu il tarixdə 123,11 manat, xx.xx.2019-cu il tarixdə 119,12 manat borc göstərilmişdi. Həmin borc məbləğləri də aylar üzrə ödənilmişdir. Lakin xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqində borc məbləği qəfildən artırılaraq 3812,40 manat müəyyən edilmişdi. Hesab edirlər ki, bu qədər borcun hesablanması “xxxx” ASC-nin səhvi ucbatından baş vermişdir. Belə ki, “xxxx" ASC xx xxx 2019-cu il tarixli, 005939 saylı aktda qeyd edir ki, kompüter məlumat bazasında Beton zavoda məxsus olan elektrik sayğacının sərfiyyatı “X1” ASC-yə məxsus olan elektrik sayğacının sərfiyyatından çıxılan kimi qeydiyyata salınmışdır. Lakin sonradan müəyyən olmuşdur ki, Beton zavodu qidalandıran kabel xətti “X1” ASC-yə məxsus sayğac sxemindən əvvəl şinlərə birləşdirilmişdir. Bu səbəbdən də “xxxx” ASC hesab etmişdir ki, enerji itkisinə görə “X1” ASC məsuliyyət daşıyır. Onlar hesab edir ki, “xxxx” ASC-nin kompüter məlumat bazasında baş verən yalnışlığa görə, eləcə də Beton zavoda məxsus olan elektrik sayğacının sərfiyyatına və şinlərin necə birləşdirilməsinə görə “X1” ASC-nin məsuliyyət daşıması qanuna ziddir və bunun heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə qaydalarının 6.1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerji resurslarından səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir. Bundan başqa əgər “xxxx” ASC Beton zavoda məxsus olan elektrik sayğacının sərfiyyatı, eləcə də şinlərin birləşdirilməsində və s. barədə yalnışlıq aşkar etdiyi təqdirdə Elektrik enerjisindən istifadə qaydalarının 8.7-ci bəndinə uyğun olaraq enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir. Enerjitəchizatı müəssisəsi yazılı məlumat verdikdən sonra dövlət elektroenergetika müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. “xxxx” ASC tərəfindən bu qaydaya da əməl edilməmişdir. Bundan əlavə “xxxx” ASC tərəfindən 3812,40 manat borcun hesablanması qaydası da düzgün aparılmamışdır. “X1” ASC-nin uçot cihazında borc qeydə alınmadığı halda 3812,40 manat borcun necə müəyyən edilməsinin heç bir əsası və izahı yoxdur. Eləcə də hesablaşma dövrlərində təqdim olunan hesab ödəniş vərəqlərində də mövcud borc məbləğləri görünür. Lakin qəfildən borc məbləği artırılaraq 3812,40 manat olur. Bunun izahini isə “xxxx” ASC belə verir ki, “xxxx” ASC-nin kompüter məlumat bazasında yalnışlıq olub. Lakin bu yalnışlığa görə “X1” ASCnin hansı səbəbdən məsuliyyət daşımasını izah etmir çünki bunun heç bir qanuni izahı yoxdur. Elektrik enerjisindən istifadə qaydalarının 8.4-cü bəndində açıq aşkar qeyd olunur ki, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunanlara əsəsən “X1” ASC-dən istifadə etmədiyi elektrik enerjisinə görə 3812,40 manat pulun tələb olunması qaydalara ziddir. Biz hesab edirik ki, “X1” ASCyə məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3121-ci məhəllə, Abay Kunanbayev küçəsi, 78A və 78H ünvanda yerləşən əmlak kompleksi və qeyri yaşayış sahəsi onların xüsusi mülkiyyətində olduğuna görə, həmçinin də “X1” ASC-yə hesablanmış borc məbləği düzgün olaraq müəyyən edilmədiyinə görə “xxxx” ASC tərəfindən tərtib olunmuş xx xxx 2019-cu il tarixli, 005939 saylı akt ləğv edilməli, “X1” ASCnin adına qeydiyyatda olan 01/200-172 saylı abunə kodunda göstərilən borc məbləği silinməlidir. Sonda iddiaçıların nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçıların və cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx” ASC-nin xx xxx 2019-cu il tarixli abunə haqqında çıxarışdan görünür ki, abunə kodu olan 01/200-172 3812,40 manat enerji haqqı borcu olduğu qeyd edilmişdir. “xxxx” ASC-nin X4 Nəzarət İdarəsi abunə kodu olan xx xxx 2019-cu il tarixli NDQ 005939 saylı akt tərtib etmişlər, pozğunluq “EEİQ-na uyğun olaraq elektrik uçot komplektinə baxış keçirən zaman məlum oldu ki, fərdi yaşayış evində elektrik istifadəçiləri şəbəkəyə birbaşa sayğacsız qoşuluq” kimi qeyd edilmişdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxx” ASC-nin xx xxx 2019-cu il tarixli, 005939 saylı aktı qismən ləğv edilsin və “X1” ASC-nin adına qeydiyyatda olan 01/200-172 saylı abunə kodunda göstərilən 3812,40 (üç min səkkiz yüz on iki manat qırx qəpik) manat borc məbləğinin silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “xxxx” ASC-nin xx xxx 2019-cu il tarixli, 005939 saylı aktı qismən ləğv edilsin və “X1” ASC-nin adına qeydiyyatda olan 01/200-172 saylı abunə kodunda göstərilən 3812,40 (üç min səkkiz yüz on iki manat qırx qəpik) manat borc məbləğinin silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-163/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-163/2021
04.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver