Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1635/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 165 Cavabdeh məxsus 6"B" saylı mənzil zəbt olunmuş ümumi istifadədə olan pilləkənin altı və yükdaşıyan divarı dəlməklə mənzilinə birləşdirilmiş sanitar-gigiyenik qovşağın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, çoxmənzilli bina 1913 ildə inşa edilib. Nazirlər Kabinetinin 2 avqust tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inventar N-3160) qeydiyyata götürülmüşdü. Sözügedən binanın 1-ci mərtəbəsində yerləşən 6 "B" mənzilin sahibəsi, hal-hazırda X2 mərhum atası X1 təşəbbüsü ilə həmin binanın 2-ci və 3-cü mərtəbəsinin istifadəsində olan pilləkənin alt hissəsi zəbt olunaraq daş və kərpic hörgüdən istifadə edərək sanitariya-gigiyena qovşağına çevrilməklə yanaşı, heç bir mühəndis rəyi və hesablama olmadan və müvafiq dövlət strukturundan razılıq almadan binanın yükdaşıyıcı divarında dəlik açaraq sözügedən qovşağın girişini mənzillərinə açmışlar. Məhz bu qeyri-qanuni inşaat-söküntü işlərinin nəticəsində binanın 2 ci və 3-cü mərtəbəsinin istifadəsində olan pilləkən hörgü nəticəsində 10 sm daralaraq ev əşyalarının daşınmasını mümkünsüz etmişdir. Eyni zamanda yük daşıyıcı divarda, sanitar-gigiyena açılan qapı, divar layının deformasiyasına (çatlar və yuxarı mənzilin deformasiyasına) səbəb olmuşdur. Eyni zamanda zəbt olunan təkcə pilləkanın altı deyil, həm də həmin pilləkənin davamı olaraq binanın zirzəmisinə girişdir. Zirzəmiyə olan girişin 1-ci mərtəbədə ləğvi, binanı zirzəmisinin dövrü təftişini (qrunt sularına nəzarət, ağcaqanad və bit-birədən dezinfeksiya) mümkünsüz etmişdir. Bu zəbt tarixi memarlıq abidəsi kimi dövlət tərəfindən qorunan binanın dayanıqlığına ziyan vurur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı X9 ümumi istifadədə olan hissənin zəbt olunması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və göstəmişdir ki, guya onun mənzilinə daxil olan hamam və tualet hissə ümumi istifadədə olmuş və özbaşına tikilmiş, zəbt olunmuşdur. Bu əsla belə deyil. Ümumi həyətə daxil olarkən yaşadığı mülkiyyətində olan 1 otaqlı mənzil sanuzel (hamam və tualet) sistemi ilə birlikdə alqı-satqı yolu ilə alınmış, hər hansı kənar, ümumi istifadədə olan həyətə müdaxilə olunmamışdır. Əlavə hər hansı tikili belə aparılmamış, sahə zəbt olunmamışdır. İddia tələbi tam əsassızdır. Alqı-satqı yolu ilə mülkiyyətində və istifadəsində olan 1 otaqlı mənzilə aid hamam və tualetin özbaşına olaraq zəbt olunması ilə iddia irəli sürmək hər hansı fakt və sübutla əsaslandırılmamış, təsdiq olunmamışdır. Yaşadağı istifadə etdiyi mənzil və sanuzel sisteminin iddiaçıya heç bir aidiyyəti yoxdur və belə bir iddia qaldırmaqda iddiaçı səlahiyyətli deyildir. Nəhayət, eyni predmet və eyni əsasla iddia qaldırmaq yolverilməzdir. Ona görə də göstərilənləri və mövcud vəziyyəti nəzərə alaraq iddia tələbinə etiraz edir və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İddiaçı ünvanladığı C-13 saylı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, qonşusu tərəfindən qeyri-qanuni olaraq pilləkən qəfəsənin altında sanitar qovşağı tikilməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında X11, İnkişafı və X10 ünvanlanmış olduğunuz ərizə əsasında Nəsimi rayon İcra Hakimiyyətinə daxil olmuş məktuba Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində baxılmışdır. Araşdırma və 48 saylı MKİS-in xx.xx.2019-cu il tarixli aktına əsasən bildiririk ki, 66 saylı mənzilin sahibi vət. H.İ.İsgəndərov tərəfindən pilləkən qəfəsəsinin altında təqribən 3,0 sm olan sahəni tikərək sanitar qovşaq kimi istifadə edir. Bununla bağlı MKİS tərəfindən ona həmin sahəni söküb əvvəlki vəziyyətinə qaytarması barədə 26.08 2019-cu il tarixdə xəbərdarlıq edilmiş, lakin o, bu xəbərdarlıqdan imtina etmişdir. Qaldırmış olduğunuz məsələnin həlli mübahisəli olduğundan bununla bağlı məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdu. İş materiallarında olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında X11, İnkişafı və X13 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli 117-01/TN-C-7 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 165 saylı binanın pilləkənlərinin altında qeyri-qanuni olaraq tikilən sanitar qovşaqlarının sökülməsi ilə əlaqədar 18 iyun 2019-cu il tarixli müraciətə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və X13 Xidmətində baxıldı. B. Səfəroğlu küçəsi 165 (inventar Ne-3160) ünvanında yerləşən yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür. Qeyd olunan məsələ ilə əlaqədar tədbir görülməsi üçün tərəflərindən 180-01/TN nömrəli, 5 iyul 2019-cu il tarixli məktubla Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X5 Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsindəki 165 saylı evin 6 B saylı mənzilinin mülkiyyətçisi Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsindəki 165 saylı evin 6 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3388 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 165 saylı evin 6 "B” nömrəli mənzilə dair tərtib edilmiş Texniki Pasportda 1 saylı yaşayış otağının daxilindən uzunluğu 3,5m, eni 0,8m olan sanitar-qovşağı tikilisi inşa edildiyi, həmin sanitar-qovşağı tikilisinin mənzilə dair tərtib edilmiş Texniki Pasport sənədində öz əksini tapmadığını nəzərə alaraq, sözügedən mənzilin daxilində inşa edilmiş sanitar-qovşağı tikilisinin Texniki Pasporta uyğun olmadığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat qiymətləndirilmişir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 165 saylı çoxmənzilli bina 1913-cü ildə inşa edilmişdir. Binanın 1-ci mərtəbəsində yerləşən 6 "B" mənzilin mülkiyyətçisi hal-hazırda Cavabdehdır. Onun mərhum atası X4 həmin binanın 2-ci və 3-cü mərtəbəsinin istifadəsində olan pilləkənin alt hissəsində daş və kərpic hörgüdən istifadə edərək sanitariya-gigiyena qovşağını inşa etmişdir. ünvan 2 ünvanda yaşayan sakinlərdən İddiaçı məhkəməyə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında X11, İnkişafı və X10 müraciət edərək qonşusu tərəfindən qeyri-qanuni olaraq pilləkən qəfəsənin altında sanitar qovşağı tikilməsini bildirmiş, Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən aparılan araşdırma zamana 48 saylı MKİS-in xx.xx.2019-cu il tarixli akt tərtib edilərək 66 saylı mənzilin sahibi vət. H.İ.İsgəndərov tərəfindən pilləkən qəfəsəsinin altında təqribən 3,0 sm olan sahəni tikərək sanitar qovşaq kimi istifadə edilməsi təsdiqini tapmış, tikilini inşa etmiş sakinə xəbərdarlıq olunmuşdur. İşin materiallarından görünür ki, 66 saylı mənzilin sahibi vət. H.İ.İsgəndərov hazırki iş üzrə cavabdehin atası idi və o, vəfat etmişdir. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 165 saylı çoxmənzilli binanın sakinlərindən yalnız iddiaçı hazırki iddia ilə müraciət edərək, cavabdehin istifadəsində olan sanitariya-gigiyena qovşağının sökülməsini məhkəmədən xahiş etmişdir. Lakin, məhkəmə hesab edir ki, İddiaçı cavabdehə məxsus sanitariya-gigiyena qovşağını sökülməsi ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, iş materiallarından göründüyü kimi, sözügedən mənzilin daxilində inşa edilmiş sanitar-qovşağın tikilisi Texniki Pasporta uyğun olmamaqla, bu tikili sakinlərin gediş-gəliş yolunun müəyyən qədər qısalmasına səbəb olmuşdur ki, bununla bağlı Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən mübahisəli sanitar qovşağın sökülərək əvvəlki vəziyyətinə bərpa edilməsi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, sakinlərin gediş-gəliş yolu faktiki olaraq ümumi istifadədir və iddiaçıdan başqa mübahisəli tikilinin gediş-gəliş yolu kimi istifadə olunmasına digər sakinlər tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, binada pilləkən qəfəsinin altında sanitar qovşağın sökülməsi pilləkəndən istifadə edən sakinlərin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən mübahisələndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadığı üçün iddia tələbi təmin edilməməlidir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun iddia qaldırmaq hüququ olduğu zaman yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, İddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməsi hüququ yaranmadığına görə iddia əsassızdır və təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 81 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 81 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspert tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspert xərci İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X3 qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ekspert tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspert xərci İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1635/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1635/2023
24.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver