Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1654/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən vurulmuş mənəvi ziyanın ödənilməsini həmin banka yaranmış borcun silinməsi ilə həyata keçirildilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması, Cavabdeh1 tərəfindən vurulmuş maddi ziyanın 10XT443 dövlət qeydiyyat nömrəli, tipli sedan, mühərrik **********6050, Ban- WDB2010241A535033, buraxılış ili 1990-cı il rəngli tünd göy rəngdə olan “Mercedes-190” markalı avtomobilin, 01.02.2011-ci il tarixində olan bazar dəyər qiymətini müəyyən edərək həmin məbləği ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozulmasına görə Cavabdeh2 ASC ilə bağlanmış 30 aprel 2008-ci il tarixli, 260 saylı kredit müqaviləsini və 30 aprel 2008-ci il tarixli, 260 saylı ipoteka müqaviləsini ləğv edərək, müqavilələr üzrə olan öhdəliklərə xitam verilməsi, cavabdehlərin hərəkətləri nəticəsində 10XT443 dövlət qeydiyyat nömrəli, tipli sedan, mühərrik **********6050, Ban- WDB2010241A535033, buraxılış ili 1990-cı il rəngli tünd göy rəngdə olan “Mercedes-190” markalı avtomobilin 14.10.2014-cü il tarixində bank tərəfindən müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozaraq avtomobilin satılması nəticəsində ona dəymiş 7500 manat maddi ziyanı və 10.000 manat mənəvi ziyanı cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, İddiaçı yaxın qohumu olan cavabdeh X6 2008-ci ildə "xxxx" ASC-nin Bakı şəhərində yerləşən 5 (8) saylı filialına yaxınlaşaraq girov müqaviləsi əsasında ona kredit verilməsini xahiş etmişdir. Bank işçiləri ona bildirmişdilər ki, kredit yalnız rəsmi Bakı qeydiyyatında olan şəxsə verilir. Bu səbəblə X6 ona müraciət eləyərək onunla şifahi əqd bağlamışdır. Şifahi əqdin şərtlərinə əsasən X6, onun adında olan nömrən nişanı 10XT443, tipli sedan, mühərrik **********6050, Ban-DB2010241A535033, buraxılış ili 1990-cı il, rəngi tünd göy olan avtomobilini İddiaçı adına keçirdilmişdir. Onun isə vəzifə X6 tərəfindən ona adına keçirdilmiş avtomobili banka girov qoyaraq öz adına kredit götürüb X5 verməli və avtomobili idarə etmək uçun ona etibarnamə verməlidir. X2 arasında bağlanan şifahi əqdin şərtlərinə əsasən nişanı ** XT ***, tipli sedan, mühərrik **********6050, Ban- WDB2010241A535033, buraxılış ii 1990-cı il, rəngi tünd göy olan avtomobili 30 aprel 2008-ci ildə Cavabdeh2 ASC-nə girov qoyaraq kredit müqaviləsi bağlamışdır. 260 saylı kredit müqaviləsinin şərtlərinə əsasən sözügedən avtomobil girov şəklində qoyulmaqla 28 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 5112 AZN kredit verilmişdi və bütün pulu ona təqdim etmişdir. İlk 6 ay müddətində kreditin ödənilməsi ilə bağlı heç bir problem yaşanmamışdır. Lakin sonradan X4 maddi vəziyyəti pisləşməsi səbəbi ilə kreditin ödənilməsi ilə bağlı gecikmələr başladı. Bu gecikmələlərə görə bank ona bir neçə dəfə rəsmi və ya qeyri-rəsmi xəbərdarlıq etmişdir. 2010-ci ilin sentyabr ayında özünü sözügedən bankın əməkdaşı kimi təqdim edən daha doğrusu problemli kreditlər departamentinin müdiri Cavabdeh1 X5 yaxınlaşaraq etibarnamə əsasında idarə etdiyi nömrə nişanı ** XT ***, tipli sedan, mühərrik **********6050, Ban-WDB2010241A535033, buraxılış ili 1990-cı il, rəngi tünd göy olan avtomobili məcburi şəkildə onun əlindən almışdır. Sözügedən maşını X4 əlindən alındığından sonra ona avtomobilin idarə olunması üçün etibarnamə verilməsi tələbi ilə Cavabdeh1 tərəfindən dəfələrlə zənglər edilmişdir. O, bu tələblərə əsasən 01.02.2011-ci ildə Bakı şəhər 6 saylı notariat ofisində Kürdəmir rayonu Xırdapay kənd sakini X7 reyestrdə 7E/6902 nömrə ilə qeyd olunmuşdur. Cavabdeh1 tərəfindən ona bildirdi ki, həmin avtomobil girov predmeti olduğuna görə hərracdan satılaraq borcun silinməsinə yönəldiləcək, X12 tərəfindən maşını onun əlindən alma və onun adında olan kreditin bağlanması haqqında ona heç bir sənəd təqdim olunmamışdır. Bu hadisələrin yaşadığından etibarən bu dəfə o bank tərəfindən heç bir şəkildə narahat olunmamışdır və ona nə yazılı, nə şifahi şəkildə verilməmiş və avtomobili girov şəklində alınması nəticəsində kreditin həqiqətən olduğuna inanmırdı. Bu hadisədən bir neçə il sonra daha dəqiq desək 2018-ci ilin dekabr ayında mən kredit götürmek ile digər bankların birinə yaxınlaşmışdır. Lakin bankda ona Cavabdeh2 ASC-nə 5900 məbləğində borcu olması haqqında ona məlumat verilmişdir. Bu hadisəni yaxın qohumu olan Elnura danışanda onlara Cavabdeh1 tərəfindən aldadılgını başa düşmüşdür. Bu səbəblə X1 rayon polis şöbəsinə ərizə ilə müraciət etdi, polis şöbəsi qanunsuz olaraq cinayət işinin başlanılmasına rədd qərar çıxarılmış və X6 bu səbəblə Zərdab rayon prokuruluğuna şikayət eləmişdir. Zərdab rayon prokurorluğu 02 dekabr 2019-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarını çıxarmışdır. Qərardad da izahatı qeyd olunmuşdur. Zərdab rayonun prokurorluğun qərarından Baş Prokurorluğa şikayət verilmiş və iş Baş prokurorluğun icratındadır. Cavabdehin izahatına əsasən o həqiqətən 2008-ci il tarixdən 2011-ci il sentyabr ayınadək "xxxx" ASC-nin Problemli Kreditlər şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2010-cu ildə ona bank tərəfindən məlumat verilmişdir ki, İddiaçı adlı şəxs banka olan borcunu ödəmir, ona görə də o, həmin məsələ ilə bağlı X8 ilə əlaqə saxlamışdır. Danışıqlardan sonra borcun ödənmədiyini görüb vətəndaşa ona məxsus **-XT-*** dövlət qeydiyyat nişanlı "Mercedes-190" avtomobilin bank tərəfindən götürüləcəyi bildirmişdir. Bundan sonra o, Elnur Məmmədovla ilə qeyd olunan avtomobili ondan götürmüşdür. Cavabdeh1 izahatında qeyd edib ki, onun "xxxx" ASC ilə müqaviləsi bağlayıb-bağlamaması, əgər bağlamışdırsa müqavilənin şərtləri, həmin müqavilə ilə İddiaçı hansı məbləğdə faizlə borc pul verilməsi, müqavilənin təminatçısı qismində **-XT-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 1990-cı il istehsalı, tünd göy rəngli "Mercedes 190" markalı avtomobilin qoyulub-qoyulmaması problemli kreditlər şöbəsinin səlahiyyətlərinə aid deyil” əgər bunlar onun yerlərinə aid deyilsə sual yaranır niyə o X3 avtomobili alınması isə üçüncü şəxsə etibarnamə verilməsi tələbi ilə dəfələrlə yaxınlaşıb və xeyli sayda zənglər edirdi. Cavabdeh1 izahatında qeyd edib ki, “Elnur Məmmədova məxsus “Mercedes 190” markalı avtomobili onun razılığı ilə idarə edərək "xxxx" ASC-nin Bakı şəhərində yerləşən baş ofisinin dayanacağına gətirmiş”, əgər o həqiqətən avtomobili dayanacağa gətiribsə niyə avtomobil həmin dayanacağda yoxdur və "xxxx" ASC tərəfindən sözügedən avtomobilin təhvil-təslim aktı həmçinin hərracdan satılmasını və əldə edən məbləğin borca yönəldilməsi sənədlər təqdim edilmir. Bundan əlavə olaraq Zərdab rayon prokurorluğun araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin mobil 24 dəfə etibarnamə vasitəsi ilə digər naməlum şəxslərə verilmişdi. Cavabdeh qeyd edir ki, o mobili gətirib banka təhvil vermiş, necə ola bilər ki, banka təhvil verilmiş avtomobil sonra 24 dəfə şəxslərə etibarnamə vasitəsi ilə verilmişdir. Hörmətli məhkəmə, hesab edir ki, Cavabdeh1 "xxxx" ASC-nin işçisi kimi özünü təqdim edərək qanunsuz olaraq dələduzluq yolu ilə sözügedən avtomobili ələ keçirdərək xeyli miqdarda maddi ziyan vurulmuşdur. Zərdab rayonun prokurorluğun araşdırma nəticəsinə qəbul etdiyi qərarı cavablardan çox suallar yaradır, bununla bağlı artıq Baş prokurorluğda müraciət qeyd etmək istəyir ki, onun fikrincə Cavabdeh1 hərəkətlərində cinayət əməlləri vardır. O, "xxxx" ASC-yə borcun olmasını yalnız ilin dekabr ayında yeni kredit götürmək istiyəndə bilmişdir, onu da bildirmək istəyir ki, əvvəllər tərəfındən kreditlər götürüləndə digər banklar tərəfindən “Bank of Azerbaijan" ASC-yə borcu barədə ona məlumat verilməmiş, məhz ona görə cavabdehin Cavabdeh1 hərəkətlərinə inanaraq həqiqətən girovda olan avtomobili borcun yönəldilməsinə ondan almasını fikirləşirdi. Lakin son araşdırmalar göstərir ki, Cavabdeh1 avtomobili götürsə də banka təhvil verməmiş və ya vermişdirsə bank tərəfindən qanunsuz olaraq girov onun borcuna yönəldilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində maddi ziyan vurulmuşdur və müştəri və bank arasında 30 aprel 2008-ci il tarixli, 260 saylı kredit müqavilələr üzrə olan öhdəliklərinə xitam verilməsi və avtomobilin satılması nəticəsində ona dəymiş 7500 manat maddi ziyanı və 10.000 manat mənəvi ziyanı cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə imzalanmamış etiraz ərizəsini göndərərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X10, iddia ərizəsini qəbul etməyərək, iz izahatında bildirmişdir ki, 10XT443 dövlət qeydiyyat nömrəli, tipli sedan, mühərrik **********6050, Ban-WDB2010241A535033, buraxılış ili 1990-cı il rəngli tünd göy rəngdə olan “Mercedes-190” markalı avtomobilin hərraca satılması barədə bankda hər hansı məlumat aşkar edilməmişdir. Cavabdeh1 01 may 2009-cu il tarixdən 30 sentyabr 2012-ci il tarixədək Cavabdeh2 ASC-nin Problemli kreditlər şöbəsinin müdiri vəzifəsində işləmiş və öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdi. Bundan başqa, cavabdehin nümayəndəsi, iş üzrə icraata xitam verilməsinə dair vəsatəti təqdim edərək, bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 01.02.2016-çı il tarixli 2-1(81)-1404/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvediçisi təyin edilmişdir. Bankalar haqqında Azərbaycan Respublikasının 71.3, 71.4, 72.1, 72.1.1-ci maddələrinə əsasən, həmçinin Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə görə, hazırki işə məhkəmədə baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Odur ki, işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Zəngilan Rayon Prokurorluğunun müstəntiqi X13 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02.12.2019-cu il tarixli Qərarından görünür ki, X4 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə 33-C/19 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh2 ASC ilə İddiaçı arasında kredit borcu və həmin borcun təminatı qismində ipoteka yüklü edilmiş “Mercedes-Benz 190” markalı avtomobilə öhdəliyin icrasının yönəldilməməsi ilə bağlı məsələlər mülki xarakterli olmaqla məhkəmə mübahisəsinin predmeti olduğu üçün həmin xüsusat üzrə X5 məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04.08.2021-ci il tarixli, 9/2801 saylı ekspert rəyindən görünür ki, 21 iyun 2021-ci il tarixdə daxil olmuş 19.04.2021-ci il tarixli ərizədə qoyulmuş suala əsasən “Mercedes-Benz 190” markalı, 1990-cı il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2011-ci il tarixə orta bazar qiyməti təxminən 7500,0 manat müəyyən olunur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında 30.04.2008-ci il tarixli 260 saylı kredit və ipoteka müqaviləsindən görünür ki, “Mercedes-Benz 190” markalı avtomobilin alınması üçün 28% ödəməklə 5112 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə X6 arasında olan şifahi razılaşmaya görə, X6 onun adında olan nömrə nişanı 10XT443, tipli sedan, mühərrik **********6050, Ban-WDB2010241A535033, buraxılış 1990-cı il, rəngi tünd göy olan avtomobili İddiaçı adına keçirtmişdir. Daha sonra İddiaçı 30 aprel 2008-ci ildə Cavabdeh2 ASC-nə avtomobili girov qoyaraq kredit müqaviləsi bağlamışdır. 260 saylı kredit müqaviləsinin şərtlərinə əsasən sözügedən avtomobil girov şəklində qoyulmaqla 28 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 5112 AZN kredit verilmişdi. İlk 6 ay müddətində kreditin ödənilməsi ilə bağlı heç bir problem yaşanmamışdır. Lakin sonradan maddi vəziyyəti pisləşməsi səbəbi ilə kreditin ödənilməsi ilə bağlı gecikmələr başladı. Bu gecikmələrə görə bank ona bir neçə dəfə xəbərdarlıq etmişdir. Həmin məsələ ilə bağlı bankın əməkdaşı Cavabdeh1 X6 ilə əlaqə saxlamışdır. Daha sonra cavabdeh Elnur Məmmmədovla görüşüb, mübahisəli avtomobili ondan götürmüşdür. Həmin fakt iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02.12.2019-cu il tarixli Qərarında Cavabdeh1 tərəfindən verilən izahatı ilə sübut olunur. Beləliklə Cavabdeh1 iddiaçini aldatmış, avtomobili ondan almış, lakin iddiaçının borcu bankdan silinməmişdir. Həmçinin müəyyən edilmişdir ki, “Mercedes-Benz 190” markalı, 1990-cı il buraxılışı avtomobil normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2011-ci il tarixə orta bazar qiyməti təxminən 7500,0 manat təşkil edir. Beləliklə Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində iddiaçiya maddi zərər dəymişdir. Ona görə də iddiaçının həmin hissədə tələbi əsaslıdır və 7500 manat məbləğində təmin olunmalıdır. Eyni zamanda iddiaçı iddia ərizəsində cavabdehin hərəkətləri nəticəsinə ona mənəvi zərərin vurulmasını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mənəvi zərərin tutulması tələbi hissədə əsassızdır və təmin edilməməlidir. İddiaçı Cavabdeh2 ASC (hal-hazırda ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) ilə aralarında bağlanmış 30 aprel 2008-ci il tarixli, 260 saylı kredit müqaviləsini və 30 aprel 2008-ci il tarixli, 260 saylı ipoteka müqaviləsini ləğv edərək xitam verilməsi tələb etsə də, mübahisələndirilən müqavilənin ləğv edilməsi üçün hər hansı əsasın mövcud olmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi və məhkəmə araşdırması zamanı da belə əsasların mövcud olması öz təsdiqini tapmadı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 7500 manat maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 7500 manat maddi zərər və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1654/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1654/2021
25.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver