Məhkəmə qərarları › İş №2(006)-1662/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1662/2024

07.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1662/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 oğundan və Cavabdeh1 müştərək qaydada 12.500 (on iki min) manat pulun 2016-cı ildən başlayaraq 2024-cü ildək Bank uçot dərəcəsini əsas götürməklə hesablayıb xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2016-cı ildən tanıdığı Cavabdeh2 ona bildirmişdi ki, Abşeron rayonu, Digah qəsəbəsində özünə məxsus sahəsi 75 kvm.olan yeni tikilən evdəki mənzilini 11.500 manata satır və bir neçə günə mənzili adına sanədləşdirə bilər. İddiaçı onun dediklərinə inanıb, razılaşıb 11.500 manatı Eləşən Əhmədova vermişdi. 2018-ci ildə mənzili adına sənədləşdirə bilmədiyə görə əlavə olaraq onun atası-digər Cavabdeh1la görüşdükdə ona bildirmişdi ki, evi sənədləşdirmək üçün əlavə 5500 manat məbləğində pul lazımdır. Ona görədə senyarbır ayında "Azadlıq"metrosu yadında görüşdük və o, Cavabdeh1 mənzili adına sanədləşdirməsi üçün 5500 manat vermişdir. Lakin hər iki cavabdeh dələduzluq edərək, ümumilikdə onun 17500 manat pulunu ələ keçirmiş və qaytarmaqdan imtina etmişdirlər. Sonda onu aldadıb pulunu ələ keçiriklərini başa düşmüş və hüquq mühafizə orqanlara şikayət edəcəyini bildirmişdi. Cavabdehlər pulunu qaytarmadıqlarına görə məcbur olub DİN-in 102 xidmətinə şikayətlər etmişdir. Binəqədi RPİ-in 4-cü Polis Bölməsi xeyli müddət araşdırma aprdıqdan sonra,xx.xx.2021-ci il tarixdə HK-1/1817nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş, işin mülki xarakteri olduğunu bildirərək məhkəməyə müraciət etməyimi tövsiyyə etmişdir. 4-Polis Bölməsinin cinayət işinin başlanmsının rədd edilməsi barədə qərarını xx.xx.2021-ci ildə almışdır. Cavabdeh-Cavabdeh1 barəsində cinayət işinin başlayacağından ehtiyat edib xx.xx.2018-ci il tarixdə onunla Bakı şəhəri 11saylı Notariat Kontorunda Kredit Müqaviləsi bağlamışdı. Kredit müqaviləsinin 2-ci bəndinə görə pulun 5024 manatı xx.xx.2019-cu il tarixdək qatarmalı idi. Lakin həmin Kredit müqaviləsi üzrə də borcu qaytarmadıqlarına görə Bakı şəhəri, 11 saylı Notariat Ofisi xx.xx.2022-ci ildə borc alan - Cavabdeh1 bildiriş göndərilmişdir. Cavabadeh müəyyən edildiyi tarixdə borcu qaytarmadığna görə xx.xx.2022-ci il tarixdə 11 saylı Notariat Ofisi İcra Qeydi qəbul edərək Nəsimi rayon İcra Şöbəsinə göndərmişdir. Nəsimi rayon İcra şöbəsi cavadehin əmlakı olmadığna görə tələbi Cavabdeh1 aylıq təqaüdünün 50%-nə yönəltmişdir. Hazırda cavabdehin ona həmin icra qeydi üzrə 407 manat borcu vardır. Hazırda digər cavabdeh-Cavabdeh2 ona 12500 manat borcu var, cavabdeh qanunsuz yolla ələ keçirdiyi pulu qaytarmır, qaytarmaqdan imtina edib, özündə saxlayır, pulundan faydalanmağa davam edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 500 manat əlbəəl, 5000 manat isə notarius vasitəsilə aldığını, sonra isə borcunu ödədiyini və icra məmurununda bunu təsdiq edəcəyini bildirdi. Digər cavabdeh onun oğludur, 2 ildir ki onu görmür. İddianın ona aid olan hissədə rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən icra məmuru Rövşən Əhmədov Cavabdeh1 izahatı ilə razılaşaraq, onun borcu ödədiyini, lakin 7% faiz qaldığı üçün icra işinə hələ xitam verə bilmədiyini, 5500 manat pulun ödəndiyini, 12500 məbləğində pulun nə dəmək olduğunu bilmədiyini bildirmişdi. Məhkəmə izahatları dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan 11 saylı notariat kontorunda təsdiq edilmiş 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 5024 manat məbləğində borc pul vermişdir. Mülki işin materiallarında olan 10 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd olunması qərara alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının DİN Binəqədi Rayon Polis İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, qəbul edimiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan AR CPM-nin 122ci maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mülki işin materiallarında olan 16 iyun 2022-ci il tarixli icra qeydinə əsasən İddiaçı xeyrinə Cavabdeh1 vaxtında ödənilməmiş 5024 manat (2955.29 ABŞ dolları ekvivaletində) tutulması göstərilmişdir. Mülki işin materiallarında olan 25 aprel 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 iddiaçı qarşısında olan gecikdirilmiş öhdəliyinin dərhal yerinə yetirilməsi tələb olunmuşdur. Mülki işin materiallarına borcun verilməsi barədə CD-disk əlavə edilmişdir. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Qeyd edilən Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Məhkəmə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinin dəlili ilə razılaşmır. Belə ki, iddiaçı cavabdehlərə qarşı pul tələbi ilə bağlı iki əsas məqamı vurğulamışdır. Birincisi iddiaçı bildirir ki, o, Cavabdeh2 5500 manat məbləğində borc pul vermiş, həmin borc Nəsimi rayon İcra şöbəsi cavadehin əmlakı olmadığna görə tələbi Cavabdeh1 aylıq təqaüdünün 50%-nə yönəltmişdir. Hazırda cavabdehin ona həmin icra qeydi üzrə 407 manat borcunun qaldığını bildirmişdir. Lakin məhkəmə iclasında iştirak edən icra məmuru Rövşən Əhmədovun izahatından da görünür ki, Cavabdeh1 tərəfindən 5500 manat məbləğində borc tam şəkildə ödənilmiş, lakin icra şöbəsinə ödənilməli olan 7% faiz borc qaldığı üçün icra işinə tam şəkildə xitam verilməmişdir. İkincisi, iddiaçı tələbində qeyd edir ki, o, Cavabdeh2 11.500 manat məbləğində borc pul vermişdir. Məhkəmə iddianın bu hissəsi ilə bağlı isə onu qeyd edir ki, iddiaçı həmin borcu cavabdehə verdiyini bildirsə də, bildirsə də, bu xüsusatlarla bağlı məhkəməyə iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə iddianın bu hissəsi ilə bağlı həmçinin onu da qeyd edir ki, İddiaçı Cavabdeh2 11.500 manat məbləğində borcun verilməsi barədə məhkəməyə CD-disk təqdim etsə də, həmin video yazıda şəxsin və pulun məbləği müəyyən edilmədiyindən, həmin video yazı məhkəmə tərəfindən sübut növü kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, borc məbləğinin 2016-cı ildən başlayaraq 2024-cü ildək Bank uçot dərəcəsini əsas götürməklə hesablayıb iddiaçının xeyrinə tutulması borc tələbi ilə birbaşa bağlı olduğunu görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar