Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-168/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, ilk iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası üzrə və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində pulun alınaraq ona verilməsi ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, Rzayev Dadaş Zəbi oğlu ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. O, xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onun əvvəlki arvadından olan oğlu iş üzrə Cavabdeh ərindən miras qalan Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m yaşayış, 13,68 kv m. köməkçi sahədən ibarət B-1988 nömrəli evi onun məlumatı olmadan satmışdır. O, “Qanun üzrə vərəsəliyin, reyestrdən çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi, miras əmlakın bölünməsi tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-10/2022 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ yaşayış massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə xx.xx.2013-cü il tarixdə Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evi İddiaçı tərəfindən qəbul edilmiş hesab edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Qətnamədə həmçinin göstərilmişdir ki, “məhkəmə miras əmlakda tərəflərin payına qiymət verməklə, onun satışından əldə olunmuş vəsaitlə bağlı iddiaçının tələb hüququnu tanıyır, bu hüququn həyata keçirilməsində müəyyənlik yaratmaq məqsədini güdür”. Habelə, Cavabdeh ilə X4 arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanmış, xx.xx.2019-cu il tarixli AN-İ, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh torpaq sahəsini və bağ evini 50 000 manata satmışdır. Qeyd edilən məbləğ miras əmlakın satışından əldə edildiyindən həmin məbləğin ½ hissəsi (25000 manat) ona mənsubdur. Bildirməlidir ki, həmin məbləğdən o, ona 7000 manat pul vermişdir. Qalan 18000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq ona verilməlidir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 20000 manat məbləğində pulun və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh hesab edir ki, İddiaçı 25000 manat məbləğində pul alınaraq ona verilməlidir. Belə ki, İddiaçı istinad etdiyi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən göründüyü kimi iddiaçı ilkin olaraq Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə xx.xx.2013-cü il tarixdə Cavabdeh adına verilmiş qanun üzrə vərəsəllik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinin nizamnamə kapitalındakı payının 1/1 hissədə Cavabdeh adına verilməsi barədə xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, xx.xx.2008-ci il tarixli, MH seriyalı. ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 bağ evinin onun tərəfindən miras kimi qəbul edilmiş hesab edilməsi, xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə vərəsəliyin açılması və qeyd edilən əmlaka ½ pay əsasında onunla cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyatdan keçmiş, xx.xx.2004-cü il tarixli, 01/Ş-4503 nömrəli kommersiya təşkilatının dövlət reyestrindən çıxarışa və xx.xx.2004-cü il tarixli, 0104-P83-41536 nömrə ilə qeydiyyatdan keçmiş, Rzayev Dadaş Zəbi oğluna məxsus olan "xxxx" Mənzil Tikinti Kooperativinin nizamnamə kapitalındakı payının ½ hissədə onunla cavabdeh arasında qanun üzrə vərəsəlik əsasənda bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə xx.xx.2013-cü il tarixdə Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Sumqayıt şəhəri 4 saylı notariat kontorunda Cavabdeh ilə X4 arasında Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin alqısatqısına dair xx.xx.2019-cu il tarixli, 4Ə-2118 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin mülkiyyətə verilməsi barədə X2 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi, X2 Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evini boşaldılaraq təhvil verilməsi, xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin onun iddiaçı tərəfindən miras kimi qəbul edilmiş hesab edilməsi, iddiaçının Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə köçürülməyi və xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı reyestrdən çıxarışa əsasən həyat yoldaşı Rzayev Dadaş Zəbi oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə vərəsəliyin açılması və qeyd edilən ½ pay əsasında iddiaçı ilə cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində iddiaçı ilkin tələbindən fərqli olaraq Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinin nizamnamə kapitalındakı payının 1/1 hissədə Cavabdeh adına verilməsi barədə xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyatdan keçmiş, xx.xx.2004-cü il tarixli, 01/Ş-4503 nömrəli kommersiya təşkilatının dövlət reyestrindən çıxarışa və xx.xx.2004-cü il tarixli, 0104-P83-41536 nömrə ilə qeydiyyatdan keçmiş Rzayev Dadaş Zəbi oğluna məxsus olan "xxxx" MTK-nın nizamnamə kapitalındakı payının ½ hissədə onunla cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsini xahiş etməmişdir. Mirasqoyan Rzayev Dadaş Zəbi oğlunun "xxxx" MTK-dakı payla bağlı həmin MTK-ya 150000 manat məbləğində borcu olmuş və həmin borcun 40000 manatı onun tərəfindən ödənilmişdir. İddiaçı bu barədə məlumatlandırıldıqdan sonra iddia tələbinə dəqiqləşdirmə verərək qeyd olunan əmlakla bağlı heç bir tələb irəli sürməmişdir. Qeyd olunan maddi hüquq normasının tələblərini nəzərə alaraq hesab edir ki, miras əmlak olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B 1988 nömrəli bağ evi 50000 manata satıldıqdan sonra miras qoyan Rzayev Dadaş Zəbi oğlunun "xxxx" MTK-ya olan 150000 manat məbləğində borcdan 40000 manatı onun tərəfindən ödənildiyindən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B 1988 nömrəli bağ evi İddiaçı tərəfindən miras kimi qəbul edilmiş hesab edildiyindən və həmin qətnamə qanuni qüvvəsini aldığından İddiaçı birgə borclu kimi miras qoyanın kreditoruna ödənilmiş pul məbləğinin yarısını təşkil edən 20000 manat məbləğində pulu ona ödəməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsasını təşkil edən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1627/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 30 mart 2022-ci il tarixli, 2(060)- 10/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianın məzmununa uyğun izahat verərək, təmin edilməsini qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, təmin edilməsini, ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarnı dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-10/2022 saylı qətnaməsindən görünür ki, ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsi olan B-1988 ünvanında yerləşən, ümumi sahəsi 44.1 kv.m, 30.4 kv.m yaşayış sahəsi, yardımçı sahəsi 13.7 kv.m olan 2 otaqlı bağ evini X1. İddiaçıya Cavabdeh tərəfindən sözügedən əmlakın satışından əldə olunmuş vəsaitdən 7000 manat pul verilmişdir. Qətnamə ilə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin İddiaçı tərəfindən miras kimi qəbul edilmiş hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1627/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 10/2022 saylı qətnaməsi Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 551/2023 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1627/2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Beləliklə, Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsi olan B-1988 ünvanında yerləşən, ümumi sahəsi 44.1 kv.m, 30.4 kv.m yaşayış sahəsi, yardımçı sahəsi 13.7 kv.m olan 2 otaqlı bağ evinin ½ hissədə İddiaçı vərəsəlik hüququ üzrə mənsub olması, həmin evin X3 50000 manat məbləğə İddiaçı razılığı olmadan satılması mülki işin mübahisələndirilməyən hallarıdır. Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə görə Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. 1252-ci maddəyə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1253.1-ci maddəyə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1300-cü maddəyə əsasən əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1324-cü maddəyə əsasən əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Nəzərə alınmalıdır ki, İddiaçı ½ hissədə məxsus olmuş miras əmlak iddiaçının Cavabdeh tərəfindən özgəninkiləşdirilməklə, cavabdeh tərəfindən 50.000 manat məbləğ əldə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 7000 manat ödəniş edilməsi mülki işin mübahisəsiz halıdır. Bu səbəbdən ilkin iddia təmin edilməli, miras əmlakın satılması nəticəsində əldə edilmiş məbləğin ½ hissəsi 7000 manat çıxılmaqla (18.000 manat) iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, qarşılqlı iddiaçı iddiasını mirasqoyan Rzayev Dadaş Zəbi oğlunun "xxxx" MTK-dakı payla bağlı həmin MTK-ya 150000 manat məbləğində borcu olması və həmin borcun 40000 manatının onun tərəfindən ödənilməsi ilə əsaslandırılmışdır. Qeyd olunmalıdır ki, qüvvəyə minmiş məhkəmə qərarı ilə məhz Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsi olan B-1988 ünvanında yerləşən, ümumi sahəsi 44.1 kv.m, 30.4 kv.m yaşayış sahəsi, yardımçı sahəsi 13.7 kv.m olan 2 otaqlı bağ evinin ½ hissədə İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi müəyyən edilmişdir. Mirasqoyan Rzayev Dadaş Zəbi oğlunun "xxxx" MTK-dakı payının olması (hər hansı müqavilənin qüvvədə olub-olmaması, onun qüvvədə olub-olmaması şərtləri və s.) və bunun miras əmlakın kütləsinə daxil olması ilə bağlı isə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Ödəniş qəbzindən görünür ki, ilkin iddia üzrə iddiaçı 144 manat dövlət rüsumu ödəmişdir. Ödəniş qəbzindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı 150 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası təmin edilməli, Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində pul və 144 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində pul və 144 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-168/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-168/2023
27.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver