Məhkəmə qərarları › İş №2(006)-1682/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1682/2024

16.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1682/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ona və Vətən Müharibəsi qazisinin atası olan X4ə qarşı törətmiş olduqları əməllərinə hüquqi qiymət verilməsi, ona dəymiş zərərin ödənilməsi və 17700 AZN məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2n tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı özünə yaxın dost bildiyi Cavabdeh1 illərdir ki tanıyır. Cavabdeh1 tərəfindən birlikdə biznes qurmaq və gəlir əldə etmək təklifi alarkən onun vədlərinə inanmış və heç bir tərəddüd etmədən məsələni əvvəlcə X4lə (**********) müzakirə etmiş, Oruc tərəfdən belə bir təklif irəli sürüldüyünü bildirmişdi. X4 Orucun təklifini müsbət dəyərləndirmişdi və ona biznesə başlamaq üçün 11000 ABŞ dolları vermişdi və pulu verərkən həmin vəsaiti oğlu Rəşad üçün topladığını, fiziki məhdudiyyətli oğlu üçün bir kömək olduğunu bildirmişdi. Bundan sonra o, Cavabdeh1lə 2021-ci il aprel ayının ortalarında Bakı şəhərində yerləşən Qış Parkında görüşmüş və pulun qayınatasına məxsus olduğunu bildirərək 11000 ABŞ dollarını (on bir min ABŞ dolları) Oruca vermişdi. Cavabdeh1 biznes qurmaq adı ilə ondan aldığı 11 min ABŞ dollarını şəriki Cavabdeh2 verəcəyini və Türkiyədən tekstil malları gətirəcəklərini bildirmişdi. Onu da qeyd edir ki, o, əvvəllər Cavabdeh2 tanımamışdır. Sonra Cavabdeh1, onun ona verdiyi 11000 min ABŞ dollarını (18700 AZN) Cavabdeh2 verdiyini bildirmişdi və o, Cavabdeh1la birlikdə (Orucun təklifi ilə, gələcək biznes məsələlərini müzakirə etmək üçün) Cavabdeh2lə görüşmüşdü. Bundan sonra ilk üç ayda hər ay təxminən 1000 azn qazanc adı ilə ona pul verilsə də sonra hər şey dayandırılmışdı. Cavabdeh1 verdiyi pulun qaytarılmasını tələb etdikdə isə o, uzun müddət müxtəlif bəhanələr gətirmiş, daha sonra isə bütün məsuliyyəti üzərindən ataraq onun ona verdiyi 11000 min ABŞ dollarını (18700 AZN) Cavabdeh2 verdiyini bildirmişdi. 04 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna etdiyi şikayət əsasında DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlər istintaq şöbəsində araşdırmalara başlanılıb və toplanılmış materiallarla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlər istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Elnur Mustafayev tərəfindən 15 iyun 2023 tarixli Qərar qəbul edilmişdir. Araşdırmalar zamanı o da məlum olmuşdur ki, Cavabdeh1 əslində Cavabdeh2 11000 dollar deyil, 10000 dollar (on min ABŞ dolları) verib və 1000 dolları özünə götürmüşdür. Onu hər iki şəxs - Cavabdeh1 və şəriki Cavabdeh2 yalan vədlər verərək aldadıblar. Hər şeyi əvvəlcədən planlaşdıraraq Türkiyədə işbirliyi qurduqları türk əsilli şəxsə olan borclarını bağlamaq və öz aralarındakı biznesi davam etdirmək üçün onlara verdiyi pulu ələ keçiriblər. Hər şeyi əvvəlcədən planlaşdıraraq onu öz şəriki Rahimlə tanış edən və bu işin təşkilatçısı olan Cavabdeh1 bütün məsuliyyəti üzərindən ataraq onun verdiyi 11000 min ABŞ dollarını (18700 min AZN) Cavabdeh2 verdiyini bildirmişdir. Verib, amma Türkiyədəki borclarını bağlamaq üçün verib ki, bizneslərini davam etdirə bilsinlər! Onu da qeyd edir ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlər istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Elnur Mustafayev tərəfindən araşdırmalara başlanılan ilk aylarda Cavabdeh2 1000 AZN məbləğində vəsaiti ona geri qaytarmışdı və müstəntiq Elnur Mustafayevin qəbulunda olarkən hər ayın 15-də ona yalnız 500 azn qaytara biləcəyini bildirmişdi. Lakin sonra iyul ayını, avqust ayında, avqust ayını sentyabrda verəcəyinə söz vermiş, daha sonra isə zənglərə ümumiyyətlə cavab verməmiş telefonunu söndürmüşdür. Bundan sonra bir neçə dəfə Cavabdeh1 zəng etsə də, o da telefonu açmamışdı. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 yuxarıda qeyd olunan məzmunda izahat verərək, Cavabdeh2 tərəfindən 18.700 manat borcdan 4000 manatın ödənildiyini nəzərə alaraq, iddianın qismən təmin edilməsini və Cavabdeh2 tərəfindən 14.700 manat məbləğində vəsaitin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, Orucla İlmar dost olublar. Oruc Binə Ticarət Mərkəzində öz alveri ilə məşğul olur. İlmar özü maraqlanıb ki, bu işdə nə qədər gəlir var və s. O, özü qoşulmaq istəyib, bunun Orucla heç bir əlaqəsi yoxdur. Hətta Rahim də izahatda deyib ki, bu ikisinin, yəni İlmarla onun arasında olub. Bu işdə Oruc cavabdeh ola bilməz. Yol xərclərinə də nə qədər xərcləndiyi DİN-də verilən izahatda bilinir. Göstərilənlərə əsasən iddianın Oruca münasibətdə rədd olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdi ki, borcu 14700 AZN təşkil edir və gələcəkdə hissə-hissə ödəməyə razıdır. Onu da bildirir ki, 1000 dolları Əliyev X2 bilet almaq üçün ona vermişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddia tələbləri təmin edilməlidirlər. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin 15 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı ilə əməldə cinayət tərkibi olmadığından toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində olan Cavabdeh2 izahatından görünür ki, Əliyev X3 aldığı puldan ona 10.000 ABŞ dolları məbləğində pul vermiş, 1.000 ABŞ dollarını isə ona əvvəlcədən olan borcundan çıxmışdır. Bu fakt Cavabdeh1 izahatı ilə də təsdiqlənmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsində 19 may 2023-cü il tarixli Cavabdeh2 izahatından görünür ki, İlmarı tanışı əvvəllər birlikdə işlədiyi Oruc adlı şəxsin vasitəsi ilə tanımıdır. O, əvvəllər Binə ticarət mərkəzində kişi iç geyimləri mağazası işlətmidir. Malları Türkiyə Respublikasından gətirirdi. Oruc da pul qoyurdu və onun üçün də mal gətirərək satırdı, ona da qazanc verirdi. Sonra Oruc öz dostu İlmarı da onunla tanış edərək onu da bu işə qoşmaq istədi. O, etiraz etmədi və razılaşdılar ki, özünün, Orucun və İlmarın pulları ilə Türkiyədən kişi iç geyimləri gətirərək işlətdiyi mağazada satıb qazancı bölərlər. Beləliklə 2021-ci ilin təxminən aprel ayında Oruc Binə bazarında ona 10000 ABŞ dolları pul verdi və bildirdi ki, həmin pul dostu İlmarın puludur. Sonra elə oldu ki, onun özünü də Türkiyədə türk vətəndaşı aldatdı, belə ki, hər dəfə pul verirdi sonra malı göndərirdi. Lakin sonradan pulu aparıb Türkiyədə türk vətəndaşı Bayram adlı şəxsə versə də malı göndərmədi, sonra onunla əlaqəsi kəsildi və onu tapa bilmədi. Bu səbəbdən də müflis vəziyyətə düşdü, Orucun və İlmarın pullarını qaytara bilmədi. Hazırda Binə ticarət mərkəzində satıcı işləyir, aylıq 500-600 manat əmək haqqı alır, bu səbəbdən də İlmarın pulunu tam şəkildə qaytara bilmir. Lakin ona demiş ki, razılaşırsa ayda 50-100 manat ödəyə bilər. Onu da qeyd edir ki, İlmarın pulundan əvvəlcə 3 dəfə ayda 1000 manat olmaqla 3000 manat qaytarmışdır, hazırda İlmara 14000 manat borcu qalmışdır. Mülki işin materiallarına Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsində 22 may 2023-cü il tarixli İddiaçı və 23 may 2023-cü il tarixli Cavabdeh1 izahatları əlavə edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh2 ərizəsindən görünür ki, onun iddiaçıya borcu 14700 AZN təşkil edir və gələcəkdə hissə-hissə ödəməyə razıdır. Əliyev X2 bilet almaq üçün 1000 dollar məbləği ona vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Qeyd edilən Məcəllənin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Qeyd edilən Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh2 iddia tələbi ilə razı olmuş və bu məhkəməyə ünvanladığı ərizədə və protokolda qeyd edilmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Cavabdeh2 məhkəmə iclasında, həmçinin məhkəməyə ünvanladığı ərizədə Cavabdeh1 iddiaçıdan götürdüyü 1000 dollar məbləğində pulun Türkiyəyə bilet almaq üçün ona verdiyini etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 hazırki işdə subyektiv cavabdeh olmadığından, iddia ona münasibətdə rədd edilməlidir. Beləliklə, məhkəmə Cavabdeh2 iddia tələbini etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 oğlundan 14.700 (on dörd min yeddi yüz manat) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair" iddiası qismən təmin edilsin. Cavabdeh2 oğlundan 14.700 (on dörd min yeddi yüz) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar