Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1699/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona avtomobillə bağlı vurulmuş maddi zərərə görə ümumilikdə 3795 (üç min yeddi yüz doxsan beş) manat və işsiz qalmağı ilə bağlı 2700 (iki min yeddi yüz) manat pulun, mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pulun və vəkilin xidmətinə görə ödədiyi 200 (iki yüz) manat pulun tutularaq onun nəfinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 15 radələrində şəxsi mülkiyyətində olan “VAZ 21154” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsindən üzü “Elit” ticarət mərkəzinin qarşısına çıxmaq üçün hərəkətdə olarkən, anidən sol tərəfdə yerləşən yaşayış məhəlləsindən sağa doğru dönmə əməliyyatını yerinə yetirən, Cavabdeh1 məxsus “VAZ 21214” markalı, ** OJ *** dövlət qeydiyyatlı nişanlı avtomobili idarə edən Cavabdeh2 “Yol hərəkəti haqqında” AR Qanununun tələblərini pozaraq idarə etdiyi avtomobili qabaq sağ tərəfdən vurmuşdur. Hadisə nəticəsində o, xəsarət almışdır. xx.xx.2019-cu il tarixdə X7 müraciət etmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2019cu il tarixli rəyində ona qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alının ön səthinin sıyrığı və sağ çiyin qurşağı nahiyəsinin qançırı xəsarətlərinin yetirilməsi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olması göstərilmişdir. Bu barədə xx.xx.2019-cu il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır. Qeyd olunmalıdır ki, Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Ona məxsus avtomobillə bağlı avtomobillərin Texniki Xidmət Mərkəzinə müraciət etmiş və xx.xx.2019cu il tarixdə qüsur aktı tərtib edilmişdir. Qüsur aktında avtomobilin ehtiyat hissələrinə 2325 manat, görüləcək işlərlə bağlı 1470 manat, cəmi 3895 manat vəsait tələb edilməsi göstərilmişdir. Cavabdehlərin əməli nəticəsində ona məxsus avtomaşına zərər dəymişdir və bunun da nəticəsində o, xeyli miqdarda maddi zərərə məruz qalmışdır. Belə ki, avtomaşın təmir edilmədiyindən istifadə edilməsi mümkün deyildir. O, üç aydır ki, avtomobildən istifadə edə bilmir, maddi ziyana qalır, o, taksi fəaliyyəti ilə məşğul olmuş, gündəlik 30-40 manat məbləğində qazancı olmuşdur və avtomaşın cavabdeh tərəfindən vurulduqdan sonra 3 aydır ki, işsiz qalmış və yeganə qazanc mənbəyindən məhrum olmuşdur. Ona görə də cavabdehlərdən hər gün 30 manat hesablanmaqla 90 gün üçün 2700 (iki min yeddi yüz) manat tutularaq ona ödənilməlidir. Həmçinin xəsarət almağı ilə bağlı da çəkdiyi xərclər cavabdehlər tərəfindən ödənilməlidir. Belə ki, xəsarət almağı ilə bağlı müalicəsinə, yəni dərmanların alınmasına, sağlamlığının bərpa edilməsi, xəsarətlərin aradan qaldırılmasına tərəfindən 750 manat xərc çəkilmişdir. O, dəfələrlə cavabdehə müraciət edərək dəymiş maddi ziyanın ödənilməsini tələb etmiş, lakin cavabdeh açıq şəkildə maddi ziyanın ödənilməsindən yayınmışdır. Cavabdehlərin təqsiri üzündən o, çox ciddi stress keçirmiş, əmlakına ziyan dəyməsi, cavabdehlərin təqsiri ucbatından maddi zərərə məruz qalmağı, xəsarət almağı, hadisə baş verərəkən qorxu keçirməyi şüurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur, sağlamlığı pozulmuşdur və bütün bunların səbəbindən o, mənəvi zərərə məruz qalmışdır. Cavabdehlər tərəfindən ona vurulmuş mənəvi zərəri 1000 (bir min) manat məbləğində dəyərləndirir. Həmçinin işin məhkəməyə hazırlanması və məhkəmədə çıxış etməklə bağlı vəkillə müqavilə bağlamış və bunun üçün 11 saylı Hüquq Məsləhətxanasına 200 manat məbləğində vəsait ödəmişdir. Bu məbləğ də cavabdehlərdən tutularaq ona ödənilməlidir. Şərh olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona avtomobillə bağlı vurulmuş maddi zərərə görə ümumilikdə 3795 (üç min yeddi yüz doxsan beş) manat və işsiz qalmağı ilə bağlı 2700 (iki min yeddi yüz) manat pulun, mənəvi zərərə görə 1000 (bir min) manat məbləğində pulun və vəkilin xidmətinə görə ödədiyi 200 (iki yüz) manat pulun tutularaq onun nəfinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 sığorta hadisəsinin baş verməsində hər ikisinin, yəni onun və iddiaçının təqsirli olduğunu, digər avtomobilə dəyən zərərə görə sığorta şirkəti tərəfindən ödənilməli olan sığorta ödənişinin yarısının ödənildiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alınmaqla iddianın qismən təmin edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia Cavabdeh2 münasibətdə qismən təmin edilməli, Cavabdeh1 münasibətdə rədd edilməlidir. DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21214” markalı, ** OJ *** dövlət qeydiyyatlı nişanlı avtomobil Cavabdeh1 məxsusdur. ƏN-İİİ seriyalı, 798903 nömrəli, xx.xx.2016-cı il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “VAZ 21214” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı (buraxılış ili: 2015) avtomobilini xx.xx.2026-cı il tarixədək idarə etmək üçün X2 etibar etmişdir. DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Vaz 21015” markalı, **-NV-*** dövlət qeydiyyatlı nişanlı avtomobil İddiaçı məxsusdur. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Qüsur Aktından görünür ki, **-NV-*** D.Q.N-lı, “Vaz 21015” markalı avtomobilin ehtiyat hissələrinə görə 2325 manat, görülən işlərə görə 1470 manat, cəmi 3795 manat hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 22469 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “VAZ 21214” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanın olduğu, «VAZ 21154» markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı Eyvvaz oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanın olduğu müəyyən edilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, aparılmış araşdırma nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsində “VAZ 21214” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 və «VAZ 21154» markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı Eyvvəz oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərinə uyğunsuzluq olması və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanlarının olduğu müəyyən edilmişdir. Həmin qərar ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisənin baş verməsində təqsirkar sürücü İddiaçı barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən və təqsirkar sürücü Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. AP seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1530 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “VAZ 21015” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3685 manat müəyyən edilir. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi xx xxxxxx 2019-cu il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində yolun hərəkət hissəsində Cavabdeh2 idarə etdiyi «VAZ 21214» markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı idarə etdiyi «VAZ 21154» markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində İddiaçı (Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən) və Cavabdeh2 (Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən) təqsirli olmaları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli 9/1530 saylı rəyinə əsasən 2009-cu il buraxılışlı “VAZ 21015” markalı, ** NV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 3685 manat təşkil etdiyi müəyyən edilmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona avtomobillə bağlı vurulmuş maddi zərərə görə ümumilikdə 3795 manat və işsiz qalmağı ilə bağlı 2700 manat pulun, mənəvi zərərə görə 1000 manat məbləğində pulun və vəkilin xidmətinə görə ödədiyi 200 manat pulun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Qanunvericiliyə əsasən yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Hazırkı mülki iş üzrə İddiaçı iddia etdiyi zərərin baş verməsi işin mübahisələndirilməyən halı olmasına baxmayaraq, işə baxılan zaman məhkəmə tərəfindən zərərin yaranmasına əsas olan yol-nəqliyyat hadisəsinin Cavabdeh2 və iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, hər ikisinin qanunsuz əməli ilə baş vermiş zərər arasında səbəbli əlaqənin və həmçinin hər ikisinin təqsirinin mövcudluğu müəyyən edilmişdir. Həmçinin işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “VAZ 21214” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığorta şirkəti tərəfindən qarşılanmışdır. Beləliklə “Vaz 21015” markalı, **-NV-*** dövlət qeydiyyatlı nişanlı avtomobilə dəymiş zərəri avtomobilin sahibi olan iddiaçı ümumi əsaslarla qarşı tərəfdən tələb etmək hüququna malikdir. Lakin məhkəmə yol-nəqliyyat hadisəsinin baş verməsində həm də iddiaçının təqsirli olduğunu, onun qanunsuz hərəkəti (hərəkətsizliyi) ilə hadisənin baş verməsinə Cavabdeh2 ilə bərabər şəkildə şərait yaratdığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1530 saylı rəyinə əsasən müəyyən edilmiş zərər yarıbayarı azaldılmalı, Cavabdeh2 3685 manatın 1842,5 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 23.3-cü maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə iddiaçının Cavabdeh1 münasibətdə iddia tələbinin əsaslı olub-olmaması məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi “nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi” məsələlərini tənzimləyir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, 332.2-ci maddəsi isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Bu maddənin qeyd hissəsindən görünür ki, həmin məcəllənin 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması yol-hərəkət qaydalarını pozmaqla nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edən şəxsin İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini istisna edir. Bunun məntiqi davamı kimi həmçinin qeyd olunmalıdır ki, belə olan halda nəqliyyat vasitəsinin mülkiyyətçisinin Mülki Məcəllənin 1108.2-ci maddəsinin tələblərinə əsasən mülki məsuliyyətə cəlb edilməsi istisna edilməlidir. Belə ki, Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə baş vermiş qəza zamanı “VAZ 21214” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmək hüququ olan Cavabdeh1 Süleyman oğlunun avtomobili etibarbarnamə olmadan idarə edən Cavabdeh2 ilə birlikdə avtomobildə olduğu üçün “VAZ 21214” markalı **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 qarşı iddia təmin edilməməlidir. Çünkihadisə baş verən zaman yüksək təhlükə mənbəyi sayılan avtomobilCavabdeh2 tərəfindənqanuni əsaslarla idarəedilmiş, o, hadisənin baş verməsində təqsirli olmuşdur. Bu fakt həmçinin Cavabdeh2 İnzibati Xətalar Məcəlləsinin 332-ci yox, məhz 327.8-ci maddəsinin törədilməsində təqsirli bilindiyi ilə öz təsdiqini tapır. İddiaçının mənəvi ziyana görə 1000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirmir və hesab edir ki, mənəvi zərər üzrə iddia tələbinin tələb olunan məbləğdə deyil, 50 manat məbləğində təmin olunması daha ədalətli və ağlabatandır. Eyni zamanda məhkəmə iddia tələbinin “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə onun avtomobildən istifadə edə biməməsi və s. səbəblərdən maddi ziyana uğramasına dair ifadəsini heç bir sübut növü ilə təsdiq edilməməklə inandırıcı olmaması qənaətinə gəlir. Ona görə də məhkəmə hesab edir ki,iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia Cavabdeh2 münasibətdə qismən təmin edilməli,vurulmuş zərərin əvəzi olaraq 1842 manat 50 qəpik və mənəvi zərərə görə 50 manat, cəmi 1892 manat 50 qəpik məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı ödənilməli, iddia Cavabdeh2 münasibətdə digər hissədə vəCavabdeh1 münasibətdə rədd edilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldırması üçün hüquqi xidmət göstərməsi məqsədi ilə Bakı şəhəri 11 saylı Vəkil Bürosuna 210 manat və dövlət rüsumu kimi 30 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar vəçıxışüçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnaməçıxarılan tərəfə verilməsini qərara alır. “Dövlət rüsumu haqqında” Qanunun məhkəmədə verilən iddialar üzrə — şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, qeyd edilən tələb üzrə ödənilməli olan dövlət rüsumu kimi 30 manatın 15 manatı və ekspertiza təqdiqatının aparılmasına görə 100 manatın 50 manatı, cəmi 65 manat məbləğində pul Cavabdeh2tutularaq dövlət büdcəsinə ödənilməlidir. Vəkilin göstərdiyi yardıma görə iddiaçının ödədiyi 210 manat məbləğində pulun 100 manat Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.2, 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh2 münasibətdə qismən təmin edilsin. Cavabdeh2 vurulmuş zərərin əvəzi olaraq 1842 manat 50 qəpik, mənəvi zərərə görə 50 manat və məhkəmə xərci kimi vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 210 manat məbləğində pulun 100 manatı, cəmi 1992,50 manat məbləğində pul İddiaçı ödənilsin. İddia Cavabdeh2 münasibətdə digər hissədə vəCavabdeh1 münasibətdə rədd edilsin. Cavabdeh2 15 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 manatı məbləğində pul iddiaçı Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1699/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1699/2020
24.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver