Məhkəmə qərarları › İş №2(006)-170/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-170/2020

26.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-170/2020 26.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh və Cavabdeh qarşı “ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi, onun nümayəndəsi və vəkili Vəkil1 isə xx.xx.2020-ci il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 36454,18 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi İddiaçı Almas qızı ilə bank arasında xx.xx.2016-cı il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bank qarşısında olan öhdəliklərini vaxtında və lazımınca icra etməmişdir. “xxxx” ASC tərəfindən təqdim olunan xx xxxx 2019-cu il tarixli hesabdan çıxarışda xx.xx.2018-ci il tarixdə İddiaçı Almas qızından zaminlik müqaviləsinə əsasən ümümilikdə 249.784,18 manat məbləğində pul silinmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2016-cı il tarixdə “xxxx” ASC ilə kredit müqaviləsi bağlanılmışdır. O, İddiaçı Almas qızını tanımır. Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi, 945-ci məhəllədə tikilməkdə olan bina 1, blok A, mərtəbə 8, 64 nömrəli mənzil onun adından çıxmışdır. Son üç il ərzində onla heç bir əlaqə saxlanılmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2016-cı il tarixdə “xxxx” ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmışdır. Cavabdeh İddiaçı Almas qızını tanımır. Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi, 945-ci məhəllədə tikilməkdə olan bina 1, blok A, mərtəbə 8, 64 nömrəli mənzil “Baku Palace”a qaytarılmışdır. İddiaçının mülkiyyətində deyil. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx xxx 2016-cı il tarixli, 1-xx-xx-2016-SM-BP nömrəli təminatlı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 213.330.00 ay müddətinə, illik 8% ödəmək şərti ilə, 213.330.00 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxx 2016-cı il tarixli, 1-xx-xx-2016-SM-BP nömrəli zaminlik müqaviləsindən görünür ki, kreditorla borclu arasında bağlanmış xx xxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 213.330.00 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin “Baku Palace” Mənzil Tikinti Kooperativi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan xx xxx 2016-cı il tarixli, 1-xx-xx-2016-SM-BP nömrəli zaminlik müqaviləsindən görünür ki, kreditorla borclu arasında bağlanmış xx xxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 213.330.00 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin İddiaçı borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. İş materiallarında olan hesabdan çıxarışdan, həmçinin xxxx” ASC-nin tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, MXK-0212 nömrəli arayışdan görünür ki, Cavabdeh tərəfindən xx xxx 2016-cı il tarixli, 1-xx-xx-2016-SM-BP nömrəli kredit müqaviləsi üzrə kredit ödənişləri ödənilmədiyi üçün öhdəlik borcalanın zamini İddiaçı Almas qızının Bankda olan hesablarından cəmi 1931,10 manat tutulmaqla təmin olunmuş xx xxxxxxx 2019-cu il tarixdə müvafiq kredit müqaviləsi üzrə kredit borcu Banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzin xx xxxxxx 2019-cu il tarixli, 20760 №-li rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh adından bağlanmış 1-xx-xx-2016-SM-BP nömrəli, xx xxx 2016-cı il tarixli saylı zaminlik müqaviləsinin 1-ci və 2-ci nüsxələrinin 1-ci və 2-ci vərəqlərinin aşağı sağ tərəfindəki imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 127 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzin xx xxxxxx 2020-ci il tarixli, 24267 №-li rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları əsasında və xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınaraq Cavabdeh "xxxx" ASC-yə xx.xx.2018-ci il tarixə olan borcu 213.330,00 manat əsas borc, 20.647,95 manat faiz borcu təşkil edir. Qeyd edilir ki, xx.xx.2018-ci il tarixdən sonra, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdə 500 manat, xx.xx.2018-ci il tarixdə 249.784,18 manat ödəniş edilmişdir. 249.784,18 manat məbləğində olan ödəniş 1-xx-xx-2016-SM-BP nömrəli, xx xxx 2016-cı il tarixli saylı zaminlik müqaviləsi əsasında zamin kimi çıxış edən İddiaçı Almas qızına məxsus ******************** saylı hesabdan silinmişdir. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx xxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və öhdəliyi icra etmədiyi üçün İddiaçı Almas qızı zamin kimi onun əvəzindən "xxxx" ASC-yə cəmi 249.784,18 manat ödəniş etmişdir. Belə ki, cavabdehin öhdəliyi üzrə iddiaçının Bankda olan hesablarından cəmi 249.784,18 manat pul tutulmuşdur. Beləliklə, zamin İddiaçı Almas qızı bank qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsə də, əsas borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə kreditorun əsas borcluya qarşı kredit müqaviləsi üzrə hüquqları təmin edilmiş pul öhdəliyinə münasibətdə zaminə keçmiş və əsas borclunun zamin qarşısında məsuliyyəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Cavabdeh iddiaçı qarşısında məsuliyyəti yarandığından 36454,18 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 36454,18 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalı, habelə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 272 manat (məhkəmə-xətşünaslıq ekspertizası üzrə 127 manat + məhkəmə-mühasibatlıq ekspertizası üzrə 145 manat) Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 36454,18 (otuz altı min dörd yüz əlli dörd manat, on səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. Məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 272 (iki yüz yetmiş iki) manat pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar