Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1710/2020 09.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, x12 oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi x7, tərcüməçi x1 iştirakları ilə İddiaçı Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı rus əslli Azərbaycan Respublikasının vətəndaşıdır. Lakin rus əslli olduğu üçün və azərbaycan dilini yaxşı bilmədiyi üçün Cavabdeh İstintaq Şöbəsinin müstəntiqi Cövdət İsgəndərov tərəfindən qəbul edilmiş qərar nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir.Belə ki, iddiaçıya hal-hazırda məlum olmuşdur ki, Cavabdeh İstintaq Şöbəsinin baş müstəntiqi və polis kapitanı Cövdət İsgəndərov 22 may 2012-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərarın qəbul edilməsindən ümumiyyətlə iddiaçının məlumatı olmamışdır.Sonradan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində istintaq aparılan dövrdə məlum olmuşdur ki, bu qərar Xətai Rayon Məhkəməsində sübut kimi istifadə olunmaq üçün nəzərdə tutulmuş qərar olmuşdur. Həmin qərarın həqiqətdə mövcud olub-olmaması iddiaçıya məlum deyil. Çünki qərarın özündə həmin qərarın hansı material üzrə qəbul olunması ümumiyyətlə göstərilməmişdir. Çox güman ki, qeyd edilən qərar sadəcə yazılmış və imzalanmışdır.22 may 2012-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın sonradan tərtib edilməsini, heç bir şikayətə və materiala əsaslanmamasını təsdiq edən xüsusatlardan biri də odur ki, qeyd edilən materialdan iddiaçının xəbəri olmamış və onun ümumiyyətlə izahatı alınmamışdır. İddiaçı izahatının alınmamasını əsaslandırmaq üçün isə baş müstəntiq Cövdət İsgəndərov modern üsul və vasitələrdən istifadə etmək qərarına gəlmişdir. Belə ki, o, iddiaçını sənədlər üzərində Rusiya Federasiyasına göndərmiş, həmçinin iddiaçıya Bakı şəhərində saxta ailə yaratmış, sonra sənədlər üzərində iddiaçıya yaratdığı ailə ilə telefonla danışmış, həmin saxta ailə iddiaçının Rusiya Federasiyasında olduğunu Cövdət İsgəndərova bildirmiş, bundan sonra Cövdət x3 göndərdiyi İddiaçı Cavabdeh İstintaq Şöbəsində material araşdırıldığını bildirmiş, Rusiya Federasiyasında olan İddiaçı daha inandırıcı olması üçün tapmaqda çətinlik çəkmiş, nəhayət Cövdət İsgəndərov iyul ayında Rusiya Federasiyasında olan İddiaçı tapmış və onunla telefon vasitəsi ilə icraatında olan material barədə danışmış, şikayətinin olub-olmamasını dəqiqləşdirəndən sonra fikrini faks vasitəsi ilə bildirməsini xahiş etmişdir. Rusiya Federasiyasında olan İddiaçı faksla heç bir şikayətinin və tələbinin olmamasını bildirmişdir. Bundan sonra Cövdət İsgəndərov bütün güclərini sərf edərək və ən çətin mərhələni həyata keçirərək zamanı geri qaytarmış və iyul ayında göndərilən faks məlumatlarını 22 mayda qəbul edilməsi nəzərdə tutulan qərarın təsviri əsaslandırıcı hissəsinə yerləşdirmişdir.Bütün bu prosedurlar yerinə yetirildikdən sonra 22 may 2012-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar Xətai Rayon Məhkəməsində istifadə edilmək üçün sübuta çevrilmişdir. Hansı ki, həmin sübut iddiaçının əmlakının ələ keçirilməsi üçün məhkəmədə istifadə edilmişdir.Cavabdeh İstintaq Şöbəsinin baş müstəntiqi və polis kapitanı Cövdət İsgəndərovun qanunsuz hərəkətləri nəticəsində 136925,58 ABŞ dolları və 42916 manat maddi ziyan, həmin pulların 5 ildən artıq dövrdə ödənilməməsinə görə illik 5 faiz olmaqla 6846,3 ABŞ dolları və 2145,8 manat əldən çıxmış faydaya görə ziyan, 2012-ci ildən bu günə qədər 7 ildən artıq dövrdə hüquq-mühafizə orqanları ilə mübarizə apararaq haqlı olduğunu təsdiq etmək üçün sərf etdiyi maddi və mənəvi iztirablara görə 100000 manat mənəvi ziyan vurulmuşdur. Göstərilənlərə əsasən Cavabdeh İstintaq Şöbəsinin baş müstəntiqi və polis kapitanı Cövdət İsgəndərovun qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi ziyana görə 136925,58 ABŞ dolları və 42916 manat, əldən çıxmış faydaya görə 6846,3 ABŞ dolları və 2145,8 manat, mənəvi ziyana görə 100000 manat məbləğində pulun Cavabdehndən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi x11 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İş materiallarındakı Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi polis kapitanı Cövdət İsgəndərovun «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 22 may 2012-ci il tarixli qərarının surətindən görünür ki,toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, İddiaçı şifahi olaraq «xxxxxxxxx» ASC-yə müraciət etmişdir ki, bankın keçmiş filialı olan İnvestisiya filialına 20.10.2006-cı il tarixdə 25000 ABŞ dolları, 19.03.2008-ci il tarixdə 14000 manat, 06.10.2008-ci il tarixdə 3500 ABŞ dolları, 17.07.2008-ci il tarixdə 1000 manat, 26.05.2008-ci il tarixdə 500 manat, 06.10.2008-ci il tarixdə 3000 manat, 21.05.2008-ci il tarixdə 1500 manat. 30.03.2006-cı il tarixdə 7000 ABŞ dolları, 21.05.2008-ci il tarixdə 1000 manat və 26.05.2008-ci il tarixdə 6000 ABŞ dolları pul yerləşdirmişdir. Araşdırma zamanı filialın keçmiş müdiri x6 həmin əmanətləri bankın hesabına keçirməməsi müəyyən edilmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış x10 izahatında göstərmişdir ki, 2003-cü ildən 2008-ci ilədək «xxxxxxxxx» ASC-nin “İnves” filialında çalışmışdır. İşlədiyi müddət ərzində İddiaçı müxtəlif vaxtlarda filiala 39000 ABŞ dolları və 23000 manat əmanət yerləşdirmişdir. Yerləşdirdiyi əmanətə görə İddiaçı əmanət kitabçası verilmişdir. 2008-ci ildə işdən azad edilmişdir. 2009-cu ildə İddiaçı ona müraciət edərək əmanəti barədə maraqlanmış və o, işdən azad olunduğunu bildirmişdir. O, işdən azad olunarkən bütün sənədləri aktla təhvil vermişdir. İddiaçı əmanətini qanunamüvafiq qaydada sənədləşdirmişdir. Həmin qərardan həmçinin görünür ki, araşdırma zamanı İddiaçı izahatını almaq mümkün olmamışdır. Ailəsi ilə telefon əlaqəsi zamanı bildirmişlər ki, İddiaçı hazırda Rusiya Federasiyasındadır. İddiaçı faks vasitəsi ilə göndərdiyi məktubun məzmunundan görünür ki, o, hazırda Rusiya Federasiyasındadır, onun «xxxxxxxxx» ASC-yə və x8 qarşı heç bir şikayəti tələbi yoxdur. Şikayət ərizəsi ilə müraciət etməkdən imtina edir. Nəticədə İddiaçı izahatını almadan, onun «xxxxxxxxx» ASC-nın İnvestisiya filialına əmanət yerləşdirməsi barədə müqavilələrin əslini almadan cinayət işinin başlanmasına əsas və səbəb olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2947/2017 saylı, 09.06.2017-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.11.2014-cü il tarixli, 2(011)-243/2014 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “20.500 manatın və 43.000 ABŞ dollarının, məhkəmə qətnaməsi qəbul olunanadək müqavilələrdəki əsas məbləğlərə hesablanmış faizlərin, vurulmuş mənəvi ziyana görə 50.000 manatın tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxxxxxxx” ASC-dən 30.03.2006-cı il tarixli bank əmanəti müqaviləsinə əsasən əmanətə görə 7.000 ABŞ dolları, faizə görə 10.836 ABŞ dolları olmaqla, cəmi 17.836 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) İddiaçı xeyrinə tutulması, “xxxxxxxxx” ASC-dən 20.10.2006-cı il tarixli bank əmanəti müqaviləsinə əsasən əmanətə görə 25.000 ABŞ dolları, faizə görə 54.708,33 ABŞ dolları olmaqla, cəmi 89.708,33 ABŞ dolları ödənişin (icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) İddiaçı xeyrinə tutulması, “xxxxxxxxx” ASC-dən 19.03.2008-ci il tarixli bank əmanəti müqaviləsinə əsasən əmanətə görə 14.000 manat, faizə görə 16.709 manat olmaqla, cəmi 30.709 manatın İddiaçı xeyrinə tutulması, “xxxxxxxxx” ASC-dən 21.05.2008-ci il tarixli bank əmanəti müqaviləsinə əsasən əmanətə görə 1.000 manat, faizə görə 1.162,5 manat olmaqla, cəmi 2.162,5 manatın İddiaçı xeyrinə tutulması, “xxxxxxxxx” ASC-dən 21.05.2008-ci il tarixli bank əmanəti müqaviləsinə əsasən əmanətə görə 1.500 ABŞ dolları, faizə görə 393,75 ABŞ dolları olmaqla, cəmi 1.893,75 ABŞ dolları ödənişin (icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) İddiaçı xeyrinə tutulması, “xxxxxxxxx” ASC-dən 26.05.2008-ci il tarixli bank əmanəti müqaviləsinə əsasən əmanətə görə 6000ABŞ dolları, faizə görə 11.600 ABŞ dolları olmaqla, cəmi 17.600 ABŞ dolları ödənişin (icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) İddiaçı xeyrinə tutulması, “xxxxxxxxx” ASC-dən 26.05.2008-ci il tarixli bank əmanəti müqaviləsinə əsasən əmanətə görə 500 manat, faizə görə 580 manat olmaqla, cəmi 1.080 manatın İddiaçı xeyrinə tutulması, «xxxxxxxxx» ASC-dən 17.07.2008-ci il tarixli bank əmanəti müqaviləsinə əsasən əmanətə görə 1000 manat, faizə görə 1.134,5 manat olmaqla, cəmi 2.134,5 manatın İddiaçı xeyrinə tutulması, “xxxxxxxxx” ASC-dən 06.10.2008-ci il tarixli bank əmanəti müqaviləsinə əsasən əmanətə görə 3.000 manat, faizə görə 3.880 manat olmaqla,cəmi 6.880 manatın İddiaçı xeyrinə tutulması, “xxxxxxxxx” ASC-dən 06.10.2008-ci il tarixli bank əmanəti müqaviləsinə əsasən əmanətə görə 3.500 ABŞ dolları, faizə görə 6.387,5 ABŞ dolları olmaqla, cəmi 9.887,5 ABŞ dolları ödənişin (icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) İddiaçı xeyrinə tutulması, “xxxxxxxxx” ASC-dən vurulmuş mənəvi ziyana görə 1.000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 1.030 manatın İddiaçı xeyrinə tutulması, “xxxxxxxxx” ASC-dən ekspertiza tədqiqatının dəyərinə görə 167 manat dövlət nəfinə tutulması qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.11.2014-cü il tarixli, 2(011)-243/2014 nömrəli xüsusi qərardadı ilə İddiaçı cavabdeh “xxxxxxxxx" ASC-yə qarşı “20.500 manatın və 43.000 ABŞ dollarının, məhkəmə qətnaməsi qəbul olunanadək müqavilələrdəki əsas məbləğlərə hesablanmış faizlərin, vurulmuş mənəvi ziyana görə 50.000 manatın tutulması” tələbinə dair 2(011)-243/2014 nömrəli mülki iş üzrə “xxxxxxxxx” ASC-nin İnvestisiya filialında İddiaçı ilə əmanət müqavilələri bağlanarkən əmanətçi tərəfindən banka etibar edilmiş pul vəsaitlərinin, bankın vəzifəli şəxsləri tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə hüquqi məzmunu təhrif edən düzəlişlər edilməklə külli miqdarda mənimsənilməsi, yəni Azərbaycan Respublikası CM-in 179.3.2 və 313cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətlərinin aşkara çıxmasına dair faktların araşdırılması barədə Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.06.2015-ci il tarixli, 2(103)-1139/2015 nömrəli qətnaməsi ilə cavabdeh “xxxxxxxxx” ASC-nin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.11.2014-cü il tarixli, 2(011)-243/2014 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “20.500 manatın və 43.000 ABŞ dollarının, məhkəmə qətnaməsi qəbul olunanadək müqavilələrdəki əsas məbləğlərə hesablanmış faizlərin, vurulmuş mənəvi ziyana görə 50 000 manatın tutulması” tələbinə dair iddiası rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 234 manatın İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22.10.2015-ci il tarixli, 2(102)-4691/2015 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.06.2015-ci il tarixli, 2(103)-1139/2015 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.03.2016-cı il tarixli, 2(103)-779/2016 nömrəli qətnaməsi ilə cavabdeh “xxxxxxxxx” ASC-nin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.11.2014-cü il tarixli, 2(011)-243/2014 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “20.500 manatın və 43.000 ABŞ dollarının, məhkəmə qətnaməsi qəbul olunanadək müqavilələrdəki əsas məbləğlərə hesablanmış faizlərin, vurulmuş mənəvi ziyana görə 50.000 manatın tutulması” tələbinə dair iddiası rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 234 manatın İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.09.2016-cı il tarixli, 2(102)-4348/2016 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.03.2016-cı il tarixli, 2(103)-779/2016 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.12.2016-cı il tarixli, 2(103)- 10001/2016 nömrəli qətnaməsi ilə cavabdeh “xxxxxxxxx” ASC-nin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.11.2014-cü il tarixli, 2(011)-243/2014 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “20.500 manatın və 43.000 ABŞ dollarının, məhkəmə qətnaməsi qəbul olunanadək müqavilələrdəki əsas məbləğlərə hesablanmış faizlərin, vurulmuş mənəvi ziyana görə 50.000 manatın tutulması” tələbinə dair iddiası rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 234 manatın İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.12.2016-cı il tarixli, 2(103)-10001/2016 saylı qətnaməsinin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, iddianın hazırki cavabdehə münasibətdə təmin edilməsi üçün sübutlar təqdim edilməmişdir. Bununla belə, iddiaçının hazırki iddia tələbi ilə x8 qarşı iddia qaldırmaq hüququ vardır. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «x2rşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Nəsimi RPİ-nin baş müstəntiqi Cövdət İsgəndərovun 22.05.2012-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından narazı olduğu halda məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququna malik olmasına baxmayaraq, bunu etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1710/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1710/2020
09.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver