Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1727/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X4, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X6 iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 və X9 cəlb etməklə Cavabdehnə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə təqribən saat 09.00 radələrində iddiaçı özünə məxsus «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobili ilə Ak.H.Əliyev küçəsi istiqamətindən C.Səlimov küçəsi ilə 3 mikrorayon dairəsi istiqamətində hərəkət edirdi. Bu zaman Cavabdeh MMC-yə məxsus olan X18 tərəfindən idarə olunan «Khazar LX» markalı ** PS *** dövlət nömrə nişanlı avtomobil S.Səlimov küçəsi ilə C.Məmmədquluzadə küçəsi istiqamətində gedərkən Salamzadə küçəsinin kəsişməsində yolun əks istiqamətində çıxmaqla manevr etmə qaydalarını pozmaqla iddiaçının avtomobili ilə toqquşmuşdur. Toqquşma nəticəsində iddiaçının idarə etdiyi «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobilinin qabaq buferi, sol farası, faranın kranşteyni, sol tərəf qanadaltısı, motorlu jalüz, qabaq şveller, qoşa obilsofka, radar, radiator, motorun alüminium qoruyucusu zərbədən sıradan çıxmışdır. Hadisə zaman bədən xəsarəti alan olmamışdır. Ümumilikdə «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobilinə 4050 manat məbləğində maddi zərər dəymişdir. Hadisədən sonra məlum olmuşdur ki, «Khazar LX» markalı ** PS *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh MMC-yə məxsusdur və cavabdeh həmin avtomobili sığorta etdirmədən X19 adlı şəxsə idarə etmək üçün vermişdir. Həmin şəxs də xx.xx.2020-ci il tarixdə səhər saat 09.00 radələrində cavabdehə məxsus avtomaşınla onun avtomobilini inzibati qayda pozuntusu etməklə toqquşub əzmişdir. Həmin sürücü X18 barəsində AR İXM-nin 332.1, 327.1-ci maddələri ilə Azərbaycan Respublikası DİN Bakı şəhəri, DYPİ-si tərəfindən inzibati protokol tərtib olunmuşdur və sürücü inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin hadisədən sonra Cavabdeh MMC iddiaçının avtomaşınına vurulmuş zərəri ödəməkdən yayınaraq zərəri avtomaşını idarə etmiş sürücüdən tələb etməyi tövsiyyə etmişdir. Həmçinin hadisədən sonra iddiaçı bir neçə gün maşınsız qalmışdır və taksi ilə hərəkət etmişdir. Bu bir neçə gün ərzində maşınına aid detalların alınması və detalları taksi ilə alıb gətirməsi, öz işləri üçün taksi vasitəsilə hərəkət etməsinə görə də 600 manat da əlavə xərci çıxmışdır. İddiaçı həmin xərci də cavabdehdən ona vurulmuş mənəvi zərər kimi tələb edir. Cavabdeh MMC sahibliyində olan «Khazar LX» markalı ** PS *** dövlət nömrə nişanlı avtomobili yol-nəqliyyat hadisəsi baş verdikdən sonra günahını dərk edərək tələm-tələsik xx.xx.2020-ci il axşam saatlarında qəza törətmiş avtomobili sığortalamışdır. Cavabdeh baş vermiş hadisə ilə bağlı ümumiyyətlə maraqlanmadığından və iddiaçıya vurulmuş maddi və mənəvi zərəri ödəməməsi səbəbindən iddiaçı artıq cavabdehin hüquqi ünvanı üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən ünvan 2 ünvanında yerləşən Cavabdeh MMC-dən iddiaçıya məxsus «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomobilinə vurulmuş 4050 (dörd min əlli) manat məbləğində maddi zərər, bu xərclərdən əlavə çəkdiyi xərc 600 (altı yüz) manat mənəvi zərər, cəmi 4650 (dörd min altı yüz əlli) manat, həmçinin məhkəməyə müraciət etməsi üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 iddia tələbini qəbul etməmiş və bununla bağlı etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, xx.xx.2020-ci il tarixli MAS-1330 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsinə əsasən X15 MAS-1330 saylı «Daxili lizinq» müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və «Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil X15 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lizinq obyektindən istifadə olunması üçün verilmiş etibarnamədə «Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız Yaqubov Azər tərəfindən idarə olunmasına səlahiyyət verilmişdir. Bu səlahiyyətin başqa şəxslərə verilməsi isə qadağan edilmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman X6 lizinq şirkətinin razılığı olmadan, qanunsuz olaraq avtomobili X8 istifadəsinə vermişdir. X3 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. Göründüyü kimi yüksək təhlükə mənbəyi sayılan avtomobil X6 hüquqa zidd hərəkətləri nəticəsində həmin mənbənin sahibi olan Cavabdeh MMC-nin sahibliyindən çıxmışdır. Bu səbəbdən İddiaçı Cavabdeh MMC-dən cəmi 4650 manat məbləğin iddiaçıya ödənilməsi tələbinin Cavabdeh MMC-dən tutulması barədə iddia tələbi əsassızdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi tələb olunan məbləğin lizinq alan X16 və heç bir hüquqi əsası olmadan avtomobili idarə etmiş X7 tutulmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AR DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «BMW 5281» markalı ** KF *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Khazar LX» minik markalı ** PC *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan "Cavabdeh" MMC ilə X2 arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, MAS-1330 saylı X3 surətindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyə öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin əsas məbləğini 10800 manat təşkil etmişdir İş materiallarında olan «Şirkət» qismində Cavabdeh MMC ilə «Öhdəlikləri ötürən» qismində X2 və «Öhdəlikləri qəbul edən» qismində X15 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MAS-1330 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, X15 MAS-1330 saylı X12 üzrə öhdəlikləri qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, «Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanoı avtomobil X15 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan "Cavabdeh" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, "Cavabdeh" MMC X15 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-1330 saylı “X12” əsasında lizinqə verilmiş 1 ədəd “Khazar LX” markalı, ** PC *** qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixədək X6 istifadəsinə vermişdir. İş materiallarında olan üzrə Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, X18 xx.xx.2020-ci il tarixdə saat 09.00 radələrində “Khazar LX” minik markalı, ** PC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə əks istiqmətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində X18 AR İXM-nın 332.1-ci və 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş materiallarında olan Avtoservis 199 tərəfindən verilmiş servisə daxil olmuş avtomobilin təmir xərci barədə xx.xx.2020-ci il tarixli arayışından görünür ki, «BMW» markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın bərpa dəyəri 880 manat təşkil edir. Məhkəmə hazırki mülki işin hüquqi tərəfləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə X18 etibarnamə olmadan idarə etdiyi və X12nə əsasən lizinq alan X6 müvəqqəti sahibliyində olmuş «Khazar LX» markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus «BMW» markalı ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsini törətmiş X18 Azərbaycan Respublikası İXM-nin 332.1-ci, 327.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehdən avtomaşına vurulmuş 4050 manat məbləğində maddi və 600 manat mənəvi zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehə müstəqil tələb irəli sürməyən 3-cü şəxsləri əsl cavabdehləri ilə əvəz edilməsi təklif olunsa da, iddiaçı buna razı olmamışdır. İddiaçı Cavabdehndən maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməsinə baxmayaraq, nəzərə alınmalıdır ki, həmin zərərin ödənilməsi üzrə iddiaçının subyektiv hüququ mövcud deyildir. Belə ki, iş materiallarından görünür ki, «Khazar LX» markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil X12nə əsasən X10 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdeh MMC tərəfindən lizinq obyektindən istifadə olunması üçün verilmiş etibarnamədə «Khazar LX» markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız X15 tərəfindən idarə olunmasına səlahiyyət verilmişdir. Bu səlahiyyətin başqa şəxslərə verilməsi isə qadağan edilmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman Yaqubov Azər Cavabdeh MMC-nin razılığı olmadan qanunsuz olaraq avtomobili X8 istifadəsinə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan tərəfə, yəni Cavabdeh MMC-yə qarşı yönəldiyindən, həmin hüquqi şəxs hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməz. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh MMC isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Yuxarıda qeyd olunan halları araşdıraraq, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 və X9 cəlb etməklə Cavabdehnə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 və X9 cəlb etməklə Cavabdehnə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1727/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1727/2021
29.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver