Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1738/2020 10.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 50600 manat pulub və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 50630 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən 46000 manat pul vəsaitinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı iş üzrə cavabdehin iddiaçının oğlu X1 vasitəsi ilə tanımışdır. 2017-ci ilin yanvar ayında iddiaçı oğlu X2 iş fəaliyyəti ilə əlaqədar 160 ədəd yanğın çıxış qapıları sifariş etmək istədiyini bildirdiyində cavabdeh iddiaçıya Bakı şəhərində Şəfa stadionunun yanında belə qapıları hazırlayan sexin olduğunu və həmin sexin müdirini tanıdığıını, əgər istəsə həmin sexə gedib sexin müdiri ilə qapıların qiymətini razılaşıb sifariş edə biləcəyini söylədi. Bu məqsədlə də bu söhbətdən bir gün sonra oğlu ilə birlikdə həmin sexə gedib cavabdehlə tanış olmuşdur. Axırıncı iddiaçıya “X8 Door” şirkətin rəhbəri olduğunu və işlədiyi sexində yanğın çıxış qapıları hazırlanması və satışı ilə məşğul olduğunu bildirmiş və iddiaçıya nümunə olaraq belə qapılardan göstərmişdir. Cavabdehin iddiaçıya göstərdiyi qapılar xoşuna gəldiyindən iddiaçı ona həmin qapılardan iddiaçıya 160 ədəd lazım olduğunu bildirdikdə cavabdeh iddiaçıya 160 ədədini bir ay müddətində hazırlayacağını, lakin həmin qapıların dəyəri olaraq razılaşdığı 46000 manat pulu nağd ödəməli olduğunu bildirmişdir. Cavabdehin iddiaçını aldadacağından şübhə etmədən xx xxxxxx 2017-ci ildə oğlu X3 ilə birlikdə cavabdehin işlədiyi sexə gedərək ona 160 ədəd yanğın çıxış qapıları sifariş etmiş və həmin qapıların dəyəri olaraq 46000 manat pul ödəmişdir. Qarşılığında cavabdeh iddiaçıya xx xxxxxx 2017-ci il tarixdə iddiaçıdan 160 ədəd yanğın çıxış qapıların hazırlanması tam şəkildə aksesuarlar daxil olmaq və fevral ayında təhvil vermək şərti ilə 46000 manat pul almasına dair öhdəlik sənədi imzalayıb “Sant Raqon” şirkətin möhürü ilə təsdiq edib iddiaçıya təqdim etdi. Lakin o vaxtdan bu günədək iki ilə yaxın müddət keçmiş, bu müddət ərzində cavabdeh əvvəl müxtəlif bəhanələrlə qısa müddətdə qapıları iddiaçıya təhvil verəcəyinə dair yalandan vədlər vermiş, son zamanlar isə cavabdehdən pulunu tələb etdiyini gördüyündə cavabdeh ümumiyyətlə telefon zənglərinə cavab verməməyə, iddiaçıdan qaçıb gizlənməyə başlamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının təqdim etdiyi öhdəlik sənədində qeyd olunur: “Mən, X8 Door şirkətinin rəhbəri Cavabdeh X1 atası İddiaçı 160 ədəd yanğın çıxış qapısının hazırlanması üçün tam şəkildə aksesuar daxil olmaq şərti ilə (kilit, tutaçaq, rezin) fevral ayında təhvil verməyi öhdəmə götürürəm və bunun müqabilində İddiaçı 46000 manat götürdüyümü öz imza və möhürümlə təsdiq edirəm”. Həmin sənədin sonunda cavabdehin adından imza qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən «borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 740-cı maddəsilə borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Beləliklə, İddiaçı Cavabdeh 160 ədəd yanğın çıxış qapısının hazırlanması üçün tam şəkildə aksesuar daxil olmaq şərti ilə (kilit, tutaçaq, rezin) fevral ayında təhvil verməyi öhdəsi ilə 46000 manat məbləğində pulu verdiyini məhkəmə iclasında sübuta yetirir. Həmin pulun qaytarmasını sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməyərək buna dair Məhkəməyə heç bir sübut təqdim etmir. Azərbaycan Respublikasının MM-nin 425.1-ci maddəsinə əsasən «öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Beləliklə, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 46000 (qırx altı min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30manat məbləğində pul Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 46000 (qırx altı min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1738/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1738/2020
10.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver