Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-174/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh X2 (Cavabdeh vərəsəsi) iştirakları ilə İddiaçı cavabdeh X3 (Cavabdeh vərəsəsi) qarşı "daşınmaz əmlakların naturada bölünməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 (Cavabdeh vərəsəsi) qarşı "daşınmaz əmlakların naturada bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qardaşı Cavabdeh Hüseyn oğlu ilə birlikdə ünvan 1 ünvanında bir həyətdə yaşayırlar. Onların bir həyətdə yaşamaqlarına baxmayaraq, fərdi yaşayış evləri ayrı-ayrı tikilidən ibarətdir. İddiaçı qardaşı Cavabdeh Hüseyn oğlunun razılığı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə onların yaşadıqları fərdi evin və həyətin bölgüsü barədə müraciət etdi və həmin idarədə bölgü sxeminin tərtib edilməsinin mümkün olmadığını bildirmişlər. Baxmayaraq ki, onların hər ikisinin ailə üzvləri bu bölgüyə öz razılıqlarını yazılı formada bildirmişlər. İddiaçı yaşadığı tikili altı sahə 65,9 kv.m, qardaşı Cavabdeh Hüseyn oğlunun yaşadığı tikili altı sahə 44 kv.m təşkil edir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 102 saylı ünvanında olan ayrı - ayrı tikililərin və həyətin Cavabdeh Hüseyn oğlu ilə iddiaçı arasında natura qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 (Cavabdeh vərəsəsi) iddia tələbinin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li Çıxarışın surətlərindən görünür ki, ünvan 2 Cavabdeh adına 1/2 hissə, İddiaçı (cavabdehin mərhum atası) adına 1/2 hissə kimi daşınmaz əmlakın dövlət reyestrində 457 nömrəli reyestr kitabının 42902 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZ-İİ № 100053 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 29708 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, 102 saylı ünvanda yerləşən A və B literli yaşayış evlərinin tərəflərin paylarına münasib təcrid mənzillər şəklində iki hissəyə natura qaydasında bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Qeyd olunur ki, tədqiq olunan tikililər tərəflər arasında faktiki olaraq bölünmüş vəziyyətdə olduğu müəyyən edilmişdir. Ekspert tətqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 iddiaçı ilə cavabdehin paylı mülkiyyətindədir, hazırda iddiaçı yaşayış sahəsinin real bölgüsünün aparılmasını tələb edir, ekspert rəyinə əsasən həmin mənzilin tərəflərin paylarına uyğun bölünməsi (faktiki olaraq bölünmüş vəziyyətdədir) texniki cəhətdən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Eyni Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd olunan Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İş materiallarından göründüyü kimi, mübahisəli mənzilin tərəflər arasında paylarına uyğun real bölgüsü texniki cəhətdən mümkündür. Məhkəmə iş materiallarını araşdıraraq, habelə ekspert rəyini və tərəflərin izahatını nəzərə alaraq hesab edir ki, ekspert tərəfindən tərtib olunmuş və mübahisəli mənzilin hazırki faktiki vəziyyətini göstərən plan-sxemdə göstərilmiş 50,2 kv.m sahə (1-3,2 kv.m, 2-8,4 kv.m, 3-15,1 kv.m, 4-23,5 kv.m) İddiaçı payı kimi, 39,5 kv.m sahə (1-3,6 kv.m, 2-4,9 kv.m, 3-10,4 kv.m, 4-17,6 kv.m, 5- 3,0 kv.m) X2 (Cavabdeh vərəsəsi) payı kimi müəyyənləşdirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 102-nin paylara uyğun olaraq 1/2 hissədə İddiaçı və 1/2 hissədə X2 (Cavabdeh vərəsəsi) payı naturada bölünərək ekspert rəyində göstərildiyi kimi - 50,2 kv.m sahə (1- 3,2 kv.m, 2-8,4 kv.m, 3-15,1 kv.m, 4-23,5 kv.m) İddiaçı payı kimi, 39,5 kv.m sahə (1-3,6 kv.m, 2-4,9 kv.m, 3-10,4 kv.m, 4-17,6 kv.m, 5-3,0 kv.m) X2 (Cavabdeh vərəsəsi) payı kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı və cavabdeh X1 (Cavabdeh vərəsəsi) müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respüblikası MPM-nin 216-220-ci maddələrin rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 102-nin paylara uyğun olaraq 1/2 hissədə İddiaçı və 1/2 hissədə X2 (Cavabdeh vərəsəsi) payı naturada bölünərək ekspert rəyində göstərildiyi kimi - 50,2 kv.m sahə (1-3,2 kv.m, 2-8,4 kv.m, 3-15,1 kv.m, 4-23,5 kv.m) İddiaçı payı kimi, 39,5 kv.m sahə (1-3,6 kv.m, 2-4,9 kv.m, 3-10,4 kv.m, 4-17,6 kv.m, 5-3,0 kv.m) X2 (Cavabdeh vərəsəsi) payı kimi müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı və cavabdeh X1 (Cavabdeh vərəsəsi) müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-174/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-174/2021
15.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver