Məhkəmə qərarları › İş №2(006)-1762/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1762/2025

01.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1762/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi. Cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər LPO "xxxx" ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Mərkəzləşdirilmiş kredit reyestrindən ona aid borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, LPO "xxxx" ASC-nin onun barəsində qaldırdığı iddia Yasamal Rayon Məhkəməsinin 2(004)-1155/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Lakin, Mərkəzləşdirilmiş Kredit Resyestrində üzərində olan faiz borcları silinməmişdir. Sonradan iddiaçının ərizəsinə əsasən LPO "xxxx" ASC əlavə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-714/2021 saylı qərarından görünür ki, LPO "xxxx" ASC-nin cavabdeh İddiaçı və X3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, İddiaçı qarşı xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcu tələbi barədə iddiası əsas və faiz borcunun tam dənilməsi əsası ilə rədd edilməli, iddia əldən çıxmış faydaya görə 7124 ABŞ dolları hissəsində də təmin edilməməlidir. İş materiallarında olan LPO "xxxx" ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1155/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə bankın İddiaçı qarşı iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-3546/2020 saylı qətnaməsinə əsasən həmin qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-714/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-3546/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sözügedən məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, LPO "xxxx" ASC-nin həmçinin iddiaçıya qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməmiş, həmin məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-714/2021 saylı qərarında İddiaçı borcunun olmaması müəyyən edilmişdirş Beləliklə də müəyyən olunur ki, hazırki iş üzrə iddiaçının LPO "xxxx" ASC-nin qarşısında icra edilməmiş öhdəliyi qalmamışdır. Məhkəmə iddianın “borcun silinməsi vəzifəsinin cavabdehlər LPO "xxxx" ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, Əmanətlərin Sığortalanması Fondu LPO "xxxx" ASC-nin ləğvedicisi təyin edilsə də, sonuncu tam olaraq ləğv edilməmiş, onun hüquq qabiliyəti onun ləğvi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış sayılacaqdır. Nə qədər ki, bu hal baş verməyib, ləğvetmə prosesi ərzində "xxxx" ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı). Beləliklə, iflas prosesində olan bankın hüquqi şəxs olaraq hüquq qabiliyyətindən irəli gələn (banka qarşı yaxud bankın irəli sürdüyü) iddialar üzrə məhz bankın özü iddiaçı və ya cavabdeh qismində iştirak edir, ləğvedicisi isə qanunvericiliyin tələblərinə uyğun olaraq təmsil edir. Odur ki, iddia Əmanətlərin Sığortalanması Fonduna dair hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il tarixli 794 saylı kredit müqaviləsi üzrə İddiaçı LPO "xxxx" ASC-yə olan borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinsin və İddiaçı borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi cavabdeh ləğv prosesində "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il tarixli 794 saylı kredit müqaviləsi üzrə İddiaçı LPO "xxxx" ASC-yə olan borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinsin və İddiaçı borcunun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi cavabdeh ləğv prosesində "xxxx" ASC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar