Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-177/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı “xxxx” (Azərbaycan) ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2nə, 3-cü şəxslər X2, X3, “X5” MMC-yə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi tələbi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxx” (Azərbaycan) ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC-nin, «Kia Cerato» minik markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair QR 1522 nömrəli xx xxxxxx 2018-ci il tarixli “Qiymətləndirmə rəyi”nin etibarsız hesab edilməsi; ipoteka predmeti olan avtomobilin satılması üzrə hərracın təşkil edilməsi məqsədi ilə “X5” MMC-yə Cavabdeh2 icra məmuru tərəfindən verilmiş sifarişin ləğv edilməsi; ipoteka predmeti olan «Kia Cerato-minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FGDH634034, ban KNAFX411BD5065785, 2013-cü il buraxılışı olan ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 7.200 (yeddi min iki yüz) manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 118591-1-9507 saylı “Avtomobil kredit müqaviləsi”nə əsasən M.H.Cəbiyevə avtomobil alınması məqsədilə 48 ay müddətinə illik 17 faiz ödənilməsi şərti ilə 21.122 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh M.H.Cəbiyev mülkiyyətində olan «Kia Cerato-minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FGDH634034, ban KNAFX411BD5065785, 2013-cü il buraxılışı olan ** FU *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxxx 2013-cü il tarixli 1185xx-xx-13600 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda, “Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi X6 ilə 118592-7-5833 saylı, xx.xx.2013-cü il tarixli “Zaminlik müqaviləsi” bağlanmışdır. Lakin borclu şəxs M.H.Cəbiyev üzərinə götürdüyü kredit öhdəliklərini lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin Banka borcu yaranmışdır. Bununla əlaqədar Bank M.H.Cəbiyev və N.V.Abdullayevə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(012)-3327/2014 saylı qətnaməsi ilə iddianın təmin edilməsi; M.H.Cəbiyevdən və N.V.Abdullayevdən müştərək qaydada cəmi 20.546,17 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Bankın xeyrinə tutulması; tələbin M.H.Cəbiyevin mülkiyyətində olan 2013-cü il buraxılışlı, «Kia Cerato-minik» markalı, ** FU *** dövlət qeydiyyat nişanlı ban KNAFX411BD5065785, G4FGDH634034 mühərrik nömrəli, ağ mirvari rəngli avtomobilə yönəldilməsi; avtomobilin hərracda satılması və satışdan əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi; avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin mülkiyyətçiyə verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və iş üzrə icra vərəqəsi verilərək icra olunması üçün Cavabdeh2nə göndərilmişdir. Cavabdeh2 tərəfindən icra sənədi üzrə icra işi başlanılmış və şöbənin xx xxxx 2018-ci il tarixli qərarına əsasən əmlakın qiymətləndirilməsinə dair mütəxəssisin dəvət edilməsi, qiymətləndirmənin keçirilməsi Cavabdeh1 MMC-yə həvalə edilmişdir. Cavabdeh1 MMCnin QR 1522 nömrəli xx xxxxxx 2018-ci il tarixli “Qiymətləndirmə rəyi”nə əsasən borclu M.H.Cəbiyevə məxsus «Kia Cerato-minik» markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobil 17.500 manat məbləğində qiymətləndirmişdir. Hesab edir ki, həmin hesabat əsassız və qanunsuz olmaqla avtomobil olan daşınar əmlakın real qiymətini əks etdirmir, ümumiyyətlə, həmin qiymət həqiqətə uyğun ola bilməz və ağılabatan deyil. Belə ki, sözügedən avtomobil 4 ildən artıq istifadədə olmuş, istifadə edilməsi nəticəsində aşınmaya (amortizasiyaya) məruz qalmış və qiyməti aşağı düşmüşdür. Bundan başqa iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən də görünür ki, sözügedən avtomobil qəzaya uğramış, əhəmiyyətli dərəcədə zərər görmüş və əsaslı təmirə ehtiyacı vardır. Cavabdeh1 MMC öz rəyində sözügedən avtomobilin əsaslı təmirə ehtiyacı olduğunu qeyd etsə də, nəticədə avtomobili 17.500 manat məbləğində qiymətləndirmişdir ki, bu isə anlaşılan və ağılabatan deyildir. Bundan başqa sözügedən avtomobilin bu qiymətlə hərraca çıxarılması onun satışını qeyri-mümkün edəcək. İşin bu cür halında isə, qətnamənin icrası çətinləşəcək və ya qeyri mümkün olacaqdır. İddia ərizəsinə əlavə edilmiş «Kia Ceratominik» markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkillərindən də müəyyən olunur ki, məhkəmə qərarı əsasında açıq hərraca çıxarılan ipoteka predmetinin real bazar dəyərinin qiymətləndiricinin hesabatında göstərdiyi kimi 17.500 manat olması qeyrimümkündür. Belə ki, iddia ərizəsinə əlavə edilmiş “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli “Qüsur aktı”ndan da görünür ki, sözügedən avtomobil yararsız vəziyyətə düşmüşdür. Belə ki, avtomobilə baxış keçirilmiş, qüsurlar və görüləcək işlər aşkar edilmiş, lakin mühərrikin və sürətlər qutusunun vəziyyəti tam müəyyən edilməmiş, sıradan çıxması ehtimal olunmuşdur. Aşkar edilmiş qüsurların aradan qaldırılması üçün təmirin dəyəri 11.158 manat məbləğində müəyyən edilsə də, avtomobilin təmir və bərpa edilməsi onun vəziyyəti ilə əlaqədar məqsədəuyğun hesab edilməmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilmiş “xxxx” MMC-nin 1221/VT nömrəli xx xxxxxx 2018-ci il tarixli ekspert rəyinə əsasən «Kia Cerato-minik» markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 9000 manat, likvid dəyəri isə 7200 manat məbləğində müəyyən edilmişdir. Qiymətləndirmə - ixtisaslı qiymətləndirici tərəfindən müstəqil, obyektiv və qərəzsiz surətdə tərtib edilmiş yazılı nəticədir. Burada konkret tarixə toplanmış müvafiq məlumat, onun təhlili və qiymətləndirilən əmlakın bazar dəyəri barədə qiymətləndiricinin rəyi ifadə oluur. Qiymətləndirmə fəaliyyətinin başlıca məqsədi hər hansı əmlak növünün real, konkret tarixə olan qiymətinin müəyyən edilməsindən ibarətdir. Ona görə də hesab edir ki, ipoteka predmeti olan, «Kia Cerato-minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FGDH634034, ban KNAFX411BD5065785, 2013-cü il buraxılışı olan ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 7.200 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş “Açıq hərracın keçirilməsinə dair” 05/219 nömrəli, xx xxxxxx 2018-ci il tarixli bildirişə əsasən məlum olur ki, Cavabdeh2 xx.xx.2018-ci il tarixli, 17/75-8İ138 nömrəli sifariş məktubu əasasında açıq hərracın keçirilməsi təşkil edilmiş, «Kia Cerato-minik» markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin hərraca çıxarılmasına dair elan verilmiş və həmin hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Hesab edir ki, borclunun əmlakının satılması üzrə hərracın təşkil edilməsi məqsədi ilə Cavabdeh2 icra məmuru tərəfindən verilmiş sifariş ləğv edilməli və ipoteka predmetinin müəyyən ediləcək yeni qiyməti ilə sifariş verilməlidir. Sonda iddiaçının nümayəndəsi, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 nümayəndələri, 3-cü şəxslər X4, X6, “X5” MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 118591-1-9507 saylı “Avtomobil kredit müqaviləsi”nə əsasən M.H.Cəbiyevə avtomobil alınması məqsədilə 48 ay müddətinə illik 17 faiz ödənilməsi şərti ilə 21.122 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh M.H.Cəbiyev mülkiyyətində olan «Kia Ceratominik» markalı, ağ mirvari rəngli, mühərrik G4FGDH634034, ban KNAFX411BD5065785, 2013-cü il buraxılışı olan ** FU *** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxxx 2013-cü il tarixli 1185xx-xx-13600 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda, “Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi X6 ilə 118592-7-5833 saylı, xx.xx.2013-cü il tarixli “Zaminlik müqaviləsi” bağlanmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(012)-3327/2014 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında xx.xx.2013-cü il tarixli «Avtomobil krediti müqaviləsi» üzrə yaranmış 20.114,78 (iyirmi min yüz on dörd dollar 78 sent) ABŞ dolları məbləğində əsas borcun, 424.79 (dörd yüz iyirmi dörd dollar 79 sent) ABŞ dolları məbləğində faiz və 6.60 (altı dollar 60 sent) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu X4 və X1 müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb ipoteka qoyulmuş 2013-cü il buraxılışlı, «Kia Cerato-minik» markalı, ** FU *** dövlət qeydiyyat nişanlı (ban KNAFX411BD5065785, , G4FGDH634034 mühərrik nömrəli, ağ mirvari rəngli) avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracda satılması və satışdan əldə edilən vəsaitdən 20.546,17 (iyirmi min beş yüz qırx altı dollar 17 sent) ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi cavabdeh X2 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra vərəqəsi icra olunması üçün Cavabdeh2nə göndərilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin QR 1522 nömrəli xx xxxxxx 2018-ci il tarixli “Qiymətləndirmə rəyi”nə əsasən, borclu M.H.Cəbiyevə məxsus «Kia Cerato-minik» markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobil 17.500 manat məbləğində qiymətləndirmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli 1376/20/VTB saylı nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, qiymətləndirici qiymətləndirmə prosesi zamanı, avtomobil bazarındakı vəziyyəti, anoloji nəqliyyat vasitəsinə olan tələb və təklifi, qiymətləndirilən nəqliyyat vasitəsinin üstünlüklərini və çatışmazlıqlarını nəzərə almışdır. İş Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, Azərbaycan Milli Qiymətləndirmə Standartlarına uyğun, məhdudlaşdırıcı şərtlər və ehtimallar çərçivəsində aparılmışdır. Qiymətləndirmə prosesi ümumilikdə qiymətləndirilən obyektin təftişi, faktiki göstəricilərinin hüquqi sənədlərlə eyniləşdirilməsi, lazımi yanaşmaların və metodların seçilməsi, müvafiq bazarın araşdırılması və hesabların aparılması, nəqliyyat vasitəsinin hazırki texniki vəziyyətini – saz, yaxud nasaz olmasını müəyyən edərək hazırki bazar qiymətinin müəyyən edilməsi mərhələlərindən ibarət olmuşdur. Xüsusi qeyd: Qiymətləndirilən nəqliyyat vasitəsinə baxış keçirilən zaman müəyyən olundu ki, nəqliyyat vasitəsi ön hissədən qəzaya uğramış və istifadə üçün yararsızdır.Avtomobilin əsaslı təmirə ehtiyacı var. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olundu ki, X2 məxsus 2013-cü il buraxılışlı «Kia Cerato» minik markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar satış qiyməti: 7400 (yeddi min dörd yüz) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslı olduğuna görə təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası MM-nin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə MülkiMəcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 MMC-nin, «Kia Cerato» minik markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair QR 1522 nömrəli xx xxxxxx 2018-ci il tarixli “Qiymətləndirmə rəyi” etibarsız hesab edilməli, ipoteka predmeti olan avtomobilin satılması üzrə hərracın təşkil edilməsi məqsədi ilə “X5” MMC-yə Cavabdeh2 icra məmuru tərəfindən verilmiş sifariş ləğv edilməli, ipoteka predmeti olan «Kia Cerato-minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FGDH634034, ban KNAFX411BD5065785, 2013-cü il buraxılışı olan ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 7.200 (yeddi min iki yüz) manat məbləğində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 MMC-nin, «Kia Cerato» minik markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair QR 1522 nömrəli xx xxxxxx 2018-ci il tarixli “Qiymətləndirmə rəyi” etibarsız hesab edilsin. İpoteka predmeti olan avtomobilin satılması üzrə hərracın təşkil edilməsi məqsədi ilə “X5” MMC-yə Cavabdeh2 icra məmuru tərəfindən verilmiş sifariş ləğv edilsin. İpoteka predmeti olan «Kia Cerato-minik» markalı, ağ mirvari rəngli, mühərrik G4FGDH634034, ban KNAFX411BD5065785, 2013-cü il buraxılışı olan ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 7.200 (yeddi min iki yüz) manat məbləğində müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-177/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-177/2020
17.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver